Məhkəmə qərarları › İş №1(102)-941/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-941/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-941/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 1(103)-1916/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (X8) 2024-cü il 27 iyun tarixli, 1(006)175/2024 saylı hökmü ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Hökmdən Müdafiəçi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 2024-cü il 30 oktyabr tarixli, 1(103)-1916/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, hökm məhkum edilmiş şəxsə təyin edilən əsas cəzaya aid hissəsində dəyişdirilmiş, Məhkum CM-in 263.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilm əklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 27 avqust 2023-cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10-20 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu piyada keçidi ilə sağ istiqamətdən sol istiqamətə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin sağ gicgah-alın-təpə nahiyələrində yumşaq qişaları və beyin toxumasına qansızmalar, sağ gicgah-təpə nahiyəsinin subdural hematoması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun üstü nahiyənin, sol saidin, sol baldır, qarın nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağ ır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması ilə əlaqədar baş beyin toxumasına və qişalarına qansızma, sağ gicgah-təpə nahiyəsinin subdural hematoması nəticəsində 06 sentyabr 2023-cü il tarixdə müalicə aldığı 1 saylı X11 ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, qeyd olunan cinayətin ictimai təhlükəliliyinin xarakteri, yəni qəsdin obyekti-hərəkətin təhlükəsizliyi, təqsirin forması-cinayətin ehtiyatsızlıqdan törədilməsi, cinayətin-az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyinin dərəcəsi isə-bir nəfərin ölümünə səbəb olan cinayət törətmiş şəxsin törətdiyi əməldən peşmançılıq çəkməməsi, öz tə qsirini etiraf etməməsidir. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum ibtidai istintaq zamanı ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilməmiş, birinci instansiya məhkəməsində də dindirilərən özünü təqsirli bilməmiş barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hətta Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək Məhkum bəraət verilməsini xahiş etmiş, məhkəmə baxışı zamanı həm Məhkum, həm də müdafiəçisi çıxış edərək şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs səmimi ifadə verməmiş, verdiyi ifadə ilə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Lakin məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən qeyd edilən halı, habelə, törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmu ş cəzanın onun islah olunmasına təsirini nəzərə almamışdır. Cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə təqsirkarın şəxsiyyəti (törətdiyi əməli etiraf etməyərək islah yoluna qədəm qoymadığını nümayiş etdirməsi) ilə törədilmiş cinayətin fərdi əlamətlərinin (cinayətin şəxsin ölümünə səbəb olması) uzlaşdırılmasıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan fərdi keyfiyyətlərə (törətdiyi əməldən peşmançılıq çəkməyərək əməlini etiraf etməyən) malik şəxs tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi, cinayətin törədilməsi hallarının spesifikliyi ilə xarakterizə olunmaqla əməlin ictimai təhlükəlilik dərəcəsini daha da artırır. CM-nin 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması cəza təyininin ən vacib elementlərindəndir. Bu məqsədə nail olmaq üçün üsul və vasitələrin tətbiqi cinayət işinin konkret hallarından və təqsirləndirilən şəxsin şəxsiyyətindən asılı olaraq dəyişir. Məhkum törədilmiş cinayətdə təqsirini etiraf etməməsi, əməlindən peşman olmaması onun cəmiyyətə, dövlətə və qanunlara qarşı barışmaz mövqeyini təcəssüm etdirməklə islah yoluna qədəm qoymadığını göstərir. Bu qəbildən olan şəxslərin islah olunmasında isə inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) deyil, məcburetmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cə zanın yuxarı həddə təyini) istifadə zəruridir. Dövlət ittihamçısı bildirmişdir ki, cinayət işində Zərərçəkmiş şəxs qohumu olmadığına görə, onun hüquqi varisi qismində müdafiəçi tanınmışdir. Lakin məhkəmələr Zərərçəkmiş şəxs hüquqi varisi müdafiəçi olduğundan, barışığın belə müəyyən etməyin mümkünsüzlüyü vəziyyətində qeyd olunan həddən də aşağı həddə cəza təyin etmişdirlər. Belə ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etməklə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən biridir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 1(103)-1916/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum çıxış edərək azyaşlı övladları olduğunu, İİİ qrup əlil olduğunu, zərərçəkm iş şəxsin ölümü ilə bağlı bütün xərcləri çəkdiyini bildirərək protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelly asiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməm əsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum yüngül cəza təyin edilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstit usiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borc udur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və ape llyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinasyət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı məhkəmə çıxışında heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxs Məhkum CM-in 263.2-ci maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum 3 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzası təyin eidlmişdir. Həm in hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, cəza artırılaraq məhkuma 4 il müddətinə azadlıdan məhrum etmə cəzası təyin edlmişdir. Dövlət ittihamçısı həmin qərarla da razılaşmamış və həmin qərarın ləğv edilməsi xahişi ilə kassasiya protesti ilə Ali Məhkəmənin Cinayət kollegiyasına müraciət etmişdir. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməlindən səmimi peşman olmamış, özünü törədilmiş əməldə təqsirli bilməmiş və ona bəraət verilməsini xahiş etmişdir. Məhz bu səbəbdən məhkuma daha ağır cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, işin hallarından göründüyü kimi, Məh kum piyadanı idarə etdiyi avtomaşınla vurduqdan dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmış, mümkün olan bütün tədbirləri görmüş, zərərçəkmiş şəxs öldükdən sonra isə onun bütün dəfn xərclərini çəkmiş, istər hadisə törətmiş bir sürücü kimi, istərsə də bir insan kimi üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirmişdir. Şəxsin törədilmiş əməldə özünü təqsirli bilməməsi, ona bəraət verilməsini məhkəmə qarşısında tələb etməsi isə heç bir halda şəxsin əleyhinə istifadə edilməmli, şəxsə daha ağır, sərt cəzaların təyin edilməsi ilə, bu hərəkətinə görə ondan intiqam, qisas alınması ilə nəticələnməməlidir. Belə ki, şəxsin özünə bəraət verilməsini məhkəmə qarşısında tələb etmək hüququ şəxsin qanuni və təbii hüquq və haqqıdır. CPM-in 91.5.17-ci maddəsində təqsirli olduğunu və ya təqsi rli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Lakin nə Cinayət Məcəlləsində, nə də Cinayət - Prosessual Məcəlləsində özünə bəraət verilməsini tələb edən şəxsə şərt və ağır cəzaların təyin edilməsini tələb edən bir norma mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasından ibarət olan tələbi kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyasına aydın deyil ki, hansı səbəbdən məhkum, ona məhz 5 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilməsi yolu ilə islah edilə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 27 iyun tarixli, 1(006)-175/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 1(103)-1916/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar