Məhkəmə qərarları › İş №1(102)-942/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-942/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-942/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X4, Bəraət almış şəxs X3 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(101)-1494/2022 saylı hökmü ilə (sədrlik edən S.Hüseynov, A.Məcidov və Z.Ağayevdən ibarət tərkibdə) 1 dekabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu v ə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 21 yanvar 2022- ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elmar Rəhimovun sədrliyi və məruzəsilə, Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 29 sentyabr 2023-cü il tarixli, 1(103)-352/2023 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(101)1494/2022 saylı hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İŞİN HALLARİ: İrəli sürülmüş ittihama və birinc i instansiya məhkəməsinin hökmünə əsasən, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 19 yanvar 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından ünvan 2 ünvanında yerləşən “Dağüstü Park” ərazisində ümumi təmiz çəkisi 3014,817 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinin yaxınlığında olan yarımtikiliyə qanunsuz daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 4,817 qram hissəsini 1 ədəd bükümdə qablaşdıraraq satış məqsədi ilə üzərində saxlamış, 21 yanvar 2022-ci il tarixdə saat gecə 3 radələrində Bakı şəhəri Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Dağüstü Park” ərazinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 1073 ünvanında yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilərək həmin gün saat 3:40-dan etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan yaşımtıl rəngli gödəkcəsinin sol ön döş cibindən satış məqsədi ilə əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 4,817 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 4:25 radələrində ünvan 3 ünvanda yerləşən yaş ayış evinin yaxınlığında olan yarımtikiliyə keçirilən baxış zamanı yarımtikilidə quraşdırılmış daş sobasının (kamin) içindəki tullantıların arasından 1 ədəd bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN ONA MÜNASİBƏTİ: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar və onların əsasında müəyyən olunmuş hallar, о cümlədən narkotik vasitənin külli miqdarda olması, Samir Qurbanovun ilkin araşdırma dövründə qismən etirafedici izahat verməsi onun həmin narkotik vasitəni satiş məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşımasına dəlalət etdiyi və ona qarşı CM- in 234.4.3-ci maddəsi ilə irəli sürülmüş ittihamın düzgünlüyünü təsdiq etdiyi halda məhkəmə kollegiyası sübutların məcmusuna əsaslanmayan nəticəyə gəlmiş və sübutların tədqiqində səhvə yol verərək S.Qurbanova əsassız olaraq bəraət vermişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticəlar işin faktiki hallarına uyğun olmamşdır. Belə ki, iş materiallarından görünür ki, Samir Qurbanov müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən verilmiş suallara cavabında üzərindən və yaşadığı evin yaxinlığındakı yarimtikilidən aşkar olunmuş narkotik vasitəni tanışı vasitəsilə nömrəsini əldə etdiyi İran İslam Respublikasının vətəndaşına zəng edərək 21 yanvar 2022-ci il tarixdə "Dağüstü” parkın yaxınliğında, yolun kənarında, daşın altından götürüb yaşadığı evə daşıdığını, narkotik vasitənin çəkisi çox olduğu üçün evdə saxlamaqdan ehtiyat edərək böyük hissəsini.D.Əliyeva küçəsində yarımtikilidə gizlətdiyini, qalan hissəsini istifadə üçün özünə götürdüyünü, 17 ilə yaxındır narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər dəfələrlə CM-in 234-cu maddəsi ilə məhkum olunduğunu, 21 yanvar 2022-ci il tarixdə saat 03 radələrində "Dağüstü” parkın yaxınlığı ilə hərəkət edərkən özlərini Səbail RPİ-nin əməkdaşları kimi təqdim edən 2 şəxsin ona yaxinlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Sabail RPİ-nə dəvət etdiklərini, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparıldığını, ifşa oldunduğunu başa düşərək uzərindəki narkotik vasitəni təhvil verdiyini, qalan hissəsini isə yaşadiğı evin yaxınlığında sökülmüş yarımtikilidə gizlətdiyini bildirmişdir. Bundan başqa, Samir Qurbanovun verdiyi izahat işin bir sıra mühüm halları baxımından etirafedici xarakter daşıyır və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə oxşarlıq təşkil edir. Samir Qurbanov izahatında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlin obyektiv cəhətinə aid olan hərəkətləri (narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üstündə saxlamasını və daşımasını) inkar etməmişdir. Dövlət ittihamçısı protestində X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Nazim İmanov kassasiya protestinin məzmununa uyğun çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bəraət hökmünün qanunsuz və əsassız olduğunu, protestin dəlillərinin əsaslı olduğunu, cinayət əməlinin bəraət almış şəxs tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi2 çıxış edərək kassasiya protestinin dəlillərinin əsassız olduğunu Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hökmünün qanuni və əsaslı olduğunu bildirdi və protestin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını məhkəmə kolleg iyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məh kəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı, S.Qurbanova bəraət verilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsini n tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənlə şdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-proses sual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mü hüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizə lərə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Dövlət ittihamçısnın apellyasiya protestindən görünür ki, apellyator protestdə əsasən aşağıdakı məsələləri mübahisələndirməklə apellyaisya instansiyası məhkəməsinin hökmünün qanunsuz və əsassızlığını sübut etməyə çalışmışdır:

1. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ittiham tərəfinin sübutları düzgün qiymətləndirilməmiş, bəraət almış şəxsi ifşa edən sübutlar əsassız olaraq nəzərə alınmamışdır;

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bəraət almış şəxsə işgəncə verilməsi ilə bağlı yanlış nəticəyə gəlinməsi, şəxsə işgəncə verilməməsi, onun bədəni üzərində olan xəsarətlərin tutularkən müqavimət göstərməsi nəticəsində almasına və işgəncə faktinin təkzib edilməsinə dair ibtidai istintaq orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı olmasına baxmayaraq, yenə də məhkəmə tərəfindən Qanunsuz olaraq bəraət almış şəxsə işgəncə verilməsinə da ir nəticəyə gəlinməsi;

3. Bəraət almış şəxs tutulduqdan 40 dəqiqə sonra onun üzərinə baxış keçirilməsi və narkotik vasitənin aşkar edilməsinin pozuntu kimi qiymətləndirilməsinin qanunsuz olması;

4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması, tərəfindən verilmiş yalnız bir vəsatətin təmin edilməsi, lakin müdafiə tərəfinin bütün vəsatətlərinin təmin edilməsi. Kassasiya instansiyası məhkəməsi CPM-in 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya protesinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci dəlillə bağlı qeyd edilməlidir ki, hazırki cinayət işi üzrə sübutlar bəraət almış şəxsin ifadəsi və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadəsi, eləcə də istintaq hərəkəti protokollarıdır. Cinayət işi nin materiallarında da görünür ki, bəraət almış şəxs istintaqın ilk günündə təqsirini etiraf edib, lakin ilkin istintaq hərəkətləri aparıldıqdan dərhal sonra cinayət əməli törətmədiyini, etiraf ifadələrinin işgəncə təsiri altında alındığını bildirmişdir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin hazırki iş üzrə ittiham tərəfinin digər sübutlarının da mötəbərliyi böyük şübhə altındadır. Belə ki, cinayət işinin materiallarından görünür ki, “Axtarış və götürmə aparılması haqqında” 21 yanvar 2022-ci il tarixli protokolda (cild 1, səh 42) göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi ilə D.Əliyeva küç əsinin kəsişməsində sökülmüş vəziyyətdə olan tikilidəki daş kaminin içərisindən ağ rəngli sellofan bükülünü X7 götürərək könüllü təqdim etmiş, sellofan bükülünün içərisində- baxıldıqda toz şəkilli, ağ rəngli olması, şəffaf selofanda bağlanması aşkar edilmiş, həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini və həmin yerdə gizlətdiyini bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş axtarış və götürməni özündə əks etdirən video yazıdan müəyyən olunur ki, həmin yerdən narkotik vasitə X7 tərəfindən deyil, polis əməkdaşı tərəfindən çıxarılır. Həmçinin S.Qurbanov bükülünün solda olduğunu desə də, polis əməkdaşı həmin yerə baxmadan “sağda olar” deyərək bükülünü sağdan çıxaraq təhqiqatçıya təqdim edir, bükülü açılmadan təhqiqatçı tərəfindən “kristal şəkildə, bərk formada” oldu ğu deyilir. Göründüyü kimi, qeyd edilən faktın mövcudluğu şəraitində əldə olunmuş və təqsirləndirilən şəxsin təqsiri və əməlinin tövsifi ilə bağlı mühüm əhəmiyyətə malik olan sübutun mötəbərliyindən, inandırıcılığından, həqiqiliyindən bəhs oluna bilməz. Burada keçirilən istintaq hərəkətinin və əldə olunan maddi sübutun qanunsuz yolla, ziddiyyətlər yaranmasına səbəb olan şəraitdə əldə olunması açıq-aşkar görünür. Lakin təəssüf və təəccüb doğuran hal ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün qanunsuzluğunu və əsassızlığını iddia edən dövlət ittihamçısı bu məsələyə heç bir münasibət bildirməmiş, bəraət hökmünün əsasını təşkil edən mühüm məsələlərdən biri diqqətdən kənarda qalmışdır. CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İkinci məslə ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, şəxs ibtidai istintaq zamanı ona işgəncə verildiyini və etiraf ifadəsinin işgəncə təsiri altında alındığını iddia etsə də, Bakı şəhər Səbail rayon prokurorluğu tərəfindən bu məsələ ilə bağlı səmərəli araşdırma aparılmamış, həqiqətin aşkara çıxarılmasına cəhd edilməmişdir. Belə ki, bu məsələ ilə bağlı ittiham tərəfinin mövqeyi ondan ibarətdir ki, bəraət almış şəxs bədəni üzərində olan xəsarətləri polis idarəsinə gətirilənə kimi yəni tutulandan dərhal sonra polisə müqavimət göstərərkən almışdır. Bu məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam v ə obyektiv şəkildə araşdırılmışdır. Belə ki, cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən X7 Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı sol gözətrafı nahiyəsində tünd bənövşəyi rəngli qançır, hər iki diz və təpə nahiyəsində qərtməkli yaralar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Qurbanov Samirəmməd oğlunun Bakı şəhəri Səbail RPİ-nin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan tə qsirləndirilən şəxsin müdafiəçisi tərəfindən şikayət verilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(009)-173/2022 saylı qərarı ilə qeyd olunan qərar qanunsuz hesab edilərək ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Səbail rayon prokurorluğuna göndərilmişdir. Səbail Rayon Məhkəməsinin həmin qərarında istinad edilən Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 065-30870-1222 nömrəli məktubundan gorunur ki, X7 21 yanvar 2021-ci il tarixdə Səbail rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə daxil olarkən baxış keçirilən zaman üz-baş və bədəni üzərində heç bir xəsarət aşkar edilməmiş və xəsarət alması ilə bağlı müraciət etməmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərarının məzmunundan gö rünür ki, bununla bağlı aparılan yeni araşdırma zamanı tibbi sənədlər əsasında məhkəmə-tibb ekspertizası təyin edilmiş, 30 yanvar 2023-cü il tarixli rəyə əsasən X3 adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tərtib etdiyi 326/2022 saylı məhkumun tibbi kitabçasından görünmüşdür ki, o, xx.xx.2022ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, sol gözətrafı nahiyəsində tünd bənövşəyi rəngli qançır, hər iki diz və təpə nahiyəsində qərtməkli yaralar aşkar olunmuşdur. Aparılan müayinələrdən sonra ona “Narkomaniya Xroniki HCV” diqanozu qoyulmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Daha sonra yenidən 2 (iki) dəfə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 yanvar 2023-cü il və 25 aprel 2023-cü il tarixli qərarlar qəbul e dilmiş və həmin qərarlardan verilmiş şikayətlərə Bakı şəhər Səbail Rayon Məhkəməsində baxılaraq müvafiq olaraq 29 mart 2023-cü il tarixli, 6(009)-29/2023 saylı və 20 iyun 2023-cü il tarixli 6(009)-66/2023 saylı qərarları ilə qanunsuz hesab edilərək ləğv edilmişdir. Lakin dövlət ittihamçısı qeyd edilən faktları nəzərə almadan Səbail Rayon Məhkəməsinin qərarında yol verilmiş qərarın tarixi ilə bağlı texniki yanlışlığı qabardaraq için mahiyyətini, məhkəmənin qərarlarında əks olunmuş hüquqi mövqeləri nəzərindən kənarda saxlamışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qüvvədə olan qərar olduğu halda yenidən işgəncə faktının araşdırılmasının qanunsuz olması ilə bağlı kassasiya protestinin dəlilinə münasibət bildirən məhkəmə kollegiaysı qeyd etməyi zəruri hesab edir ki, məhkəm əyədək icraatda Samir Qurbanovun polis tərəfindən 21 yanvar 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Səbail Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni CPM-in 33, 125, 144146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başl anmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın səmərələliliyinə və nəticəsinin inandırıcılığına, keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfində n araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxil ində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istinta qın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müst əqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Kassasiya protestində istinad olunan, d övlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmənin Samir Qurbanov barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Səbail rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Səbail rayon Polis İdarəsinin özünün məktubu ilə müəyyən edilir ki, Samir Qurbanov polis idarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində heç bir xəsarət olmamış, ş əxsin özünün də bununla bağlı heç bir şikayəti olmamışdır. Birinci dəfə X2 Qurbanovun bədəni üzərində xəsarətlərin olmasına dair Səbail rayon Prokurorluğuna məlumat daxil olduqdan sonra araşdırma aparılarkən bununla bağlı müstəntiqin birinci vəzifəsi şəxsdə olan bədən xəsarətlərinin növü və ağırliq dərəcəsini müəyyənləşdirmək məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilməli olmasına baxmayaraq müstəntiq tərəfindən məqsədli şəkildə ekspertiza təyin edilməmiş, yalnız həmin qərar məhkəmə nəzarəti qaydasında işə baxan Səbail Rayon Məhkəməsində ləğv edildikdən, artıq xəsarətlərin bəziləri sağaldıqdan sonra məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Göründüyü kimi, qərarın təsviri-əsaslandırıcı hissəsində istinad olunan materialların hamısı apellyasiya instansiyası məhkəməsi nin müəyyən etdiyi kimi Samir Qurbanovun bədəni üzərində polisin nəzarəti altında olduğu zaman xəsarət aldığını göstərən məzmunda olsa da, müstəntiq bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və CPM-in 39.1.1-ci maddəsində göstərilən əsasa formal şəkildə, yəni heç bir fakt və sübut gətirmədən istinad etməklə cinayət işinin başlanmasını rədd etmişdir. Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək Samir Qurbanovun saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən və tikilidən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahat verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də cinayət i şində qeyd olunan narkotik vasitənin S.Qurbanova aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Kassasiya protestinin üçüncü dəlili bəraət almış şəxs tutulduqdan 40 dəqiqə sonra onun üzərinə baxış keçirilməsi və narkotik vasitənin aşkar edilməsinin pozuntu kimi qiymətləndirilməsinin qanunsuz olması ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə məhkəmə hökmündə kifayət qədər ətraflı, dəlillərlə inandırıcı şəkildə əs aslandırılmışdır. Məhkəmə kollegiyası həmin dəlilləri təkrarlamadan həmin dəlillərlə razılaşır və əlavə olaraq Avropa Məhkəməsinin formalaşmış presedent hüququna istinad edilməsini zəruri hesab edir. Belə ki, maddi sübutun polis əməkdaşları tərəfindən ərizəçilərin üzərinə qanunsuz yerləşdirilməsi iddia edilən şikayətlərlə bağlı Azərbaycana qarşı qəbul edilmiş qərarlarında Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, avtomobilin və ya ərizəçinin özünün üzərinə baxışın dərhal saxlanıldığı yerdə yox, polisin inzibati binasına müşahidə edilərək, müvafiq olaraq 20 və 30 dəqiqə keçdikdən sonra orada aparılması və bu müddət ərzində ərizəçinin tam polisin nəzarəti altında olduğundan, aşkar edilərək götürülmüş və özlüyündə faktiki olaraq ittihamın əsas sübutunu təşkil edən narkotik maddənin ərizəçi yə mənsub olmasına qarşı qanuni və əsaslı şübhələrin yaranmasına əsas yaradır. Bu zaman yerli məhkəmələrin maddi sübutun həqiqiliyi və əldə edilmə hallarının, o cümlədən baxış və götürmənin dərhal yerində yox, müddət keçdikdən sonra digər yerdə aparılmasının səbəblərinin ətraflı təhlil etməmələri, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır (bax, Layıcov Azərbaycana qarşı, № 22062.07, §§ 69-77, 10 aprel 2014; və Sakit Zahidov Azərbaycana qarşı, № 51164.07, §§ 53-59, 12 noyabr 2015). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyu lması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin şəxsi axtarışının və qeyri-yaşayış sahəsinə baxışın nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Təqsirləndirilən şəxsin şəxsi axtarışı və qeyri-yaşayış sahəsinə baxış onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın və qeyri-yaşayış sahəsinə baxışın aparılması üsulu və sonradan onun nəticələrinin təqsirləndirilən şəxsə qarşı istifadə edilməsi üsulu prosesin bütövlükdə qanuniliyinə təsir etmiş, şübhə və qeyri-müəyyənliyi artırmışdır. Kassasiya prot estinin dördüncü dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması, tərəfindən verilmiş yalnız bir vəsatətin təmin edilməsi, lakin müdafiə tərəfinin bütün vəsatətlərinin təmin edilməsi ilə bağlıdır. Qeyd edilən məsələnin araşdırılması ilə bağlı məhkəmə iclas protokoluna baxış keçirilmiş və müəyyən edilmişdir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatətləri ilə bağlı araşdırmalar aparlılmışdır. Belə ki, dövlət ittihamçısı vəsatət verərək bəraət almış şəxsin üzərindən aşkar edilmiş bank kartının çıxarışlarının əldə olunmasını xahiş edir, lakin məlum olur ki, Yasamal Rayon Məhkəməsi tərəfindən həmin məlumatlar əldə edilmiş və cinayət işinin materiallarında mövcuddur. Sonra dövlət ittihamçısı vəsatət verərək sənədlərə əsasən bank kartının bəraət a lmış şəxsin anasına məxsus olması əsası ilə anasının şahid qismində dəvət edilərək dindirilməsini xahiş edir. Məhkəmə kollegiyası tərəfindən həmin vəsatət də təmin edilir. Lakin bəraət almış şəxsin anası Konstitusiyanın 66-cı maddəsinin ona verdiyi hüququndan istifadə edərək oğluna qarşı ifadə verməkdən imtina edir. Bundan sonra dövlət ittihamçısı cinayət işinin materiallarında olan Kapital bank kartının çıxarışlarında olan məlumatlarla tanış olması üçün ona vaxt verilməsini xahiş edir. Dövlət ittihamçısının bu vəsatəti də təmin olunur, məhkəmə iclası təxirə salınır və dövlət ittihamçısına sənədlərlə tanış olması üçün vaxt verilir. (bax: cild 3, i.v.148-149). Növbəti məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən iki vəsatət verilir:

1. Bank kartına müxtəlif vaxtlarda bir neçə şəxs tərəfi ndən vəsait daxil olması nəzərə alınaraq pul göndərən 7 şəxsin məhkəmə iclasına çağırılaraq şahid qismində dindirilməsi;

2. Həmin 7 şəxsin (2-si qadındır) narkoloji dispanserdə qeydiyyatda olub-olmamasının müəyyən edilməsi üçün sorğu verilməsi. Məhkəmə kollegiyası tərəfindən hər iki vəsatət təmin edilməmiş və məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya icraatında yeni sübutların toplanması, yoxlanması və tədqiqi cinayət prosessual qanunvericiliyi ilə tənzimləndiyindən, həmçinin birinci instansiya məhkəməsində ittiham tərəfindən bu məsələ qaldırılmadığından apelyasiya icraatında yeni sübutların toplanması istiqamətində hər hansı prosessual fəaliyyətin həyata keçirilməsi istisna edilir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin bununla ba ğlı mövqeyi ilə razılaşaraq qeyd edilməsini zəruri hesab edir ki, CPM-in 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiya məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1.cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. Göründüyü kimi, Qanun apellyasiya instansiyası məhkəməsində sübutların tədqiqi ilə bağlı məhdudiyyət müəyyən etmişdir və CPM-də nəzərdə tutulmuş iki hal mövcud olmadığı təqdirdə yeni sübutların araşdırılması qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmə kol legiyası hesab edir ki, dövlət ittihamçısının dördüncü dəlili də əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cin ayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında S.Qurbanova bəraət verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən S.Qurbanov barəsində bəraət hökmü çıxararkən səhvə yol verilməmiş, kassasiya protestinin dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar