Məhkəmə qərarları › İş №1(102)-942/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-942/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-942/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə 13 mart 1968-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Göygöl küçəsi, ev 13-də yaşamış Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X5 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 22 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 6 dekabr 2022-ci il tarixdən 6 aprel 202 3cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla, 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkməsinin əvvəlinin isə cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması qərara alınmışdır. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, lakin həmin şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxdığına görə həmin məhkəmənin qarşısında bu müddətin bərpa edilməsi barədə vəsatət qaldırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X5) 25 aprel 2024-cü il tarixi qərarı ilə zərər çəkm iş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti rədd edilmişdir. Birinci instansiya məhkəməsinin bu qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 24 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərarı ləğv edilmiş, X.S.X9 Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün müddət bu raxılmamış hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əsasən cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 1(102)2166-2024 nömrəli qərarı ilə Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 24 may 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti buna hüququ olan şəxs tərəfindən verilibverilməməsinin yoxlanılması üçün baxışdan çıxarılmış və bu müraciət Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-522/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), H.X.Bəhmənov və Y.X.Həşimov) Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-522/2024 nömrəli 20 dekabr 2024-cü il qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəl i şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli qərarı ilə X.S.X9 Cinayətlər Məhkəmə sinin 22 fevral 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün müddət bərpa edilmişdir. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-522/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qərarı ilə verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd olunan qərarın hüquqlarını müdafiə etdiyi şəxsin mənafelərinə aid olmasını hər hansı şəkildə əsaslandırmamış və bununla bağlı heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa edilmə qaydası göstərilmişdir. CPM-n 386.3-cü ma ddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsində göstərilmişdir ki, kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yekun mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət-prosessual qanunvericilikdə müddətin bərpa ol unması qərarından şikayət vermə qaydası Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsində nəzərdə tutulmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-522/2024 nömrəli 24 may 2024-cü il tarixli qərarında “bu qərardan 1 ay müddətində kassasiya şikayəti verilə bilər” qeyd olunsa da, müddətin bərpa olunması barədə qərardan şikayət icraata götürülüb baxıla bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarını son nəticədə düzgün hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qəra rının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar