Məhkəmə qərarları › İş №1(102)-943/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-943/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-943/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: X4) 29 iyul 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1993-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Neftçala rayonuda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə Məhkum barəsində tətbiq edilmiş 02 il müddətinə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hokmü ilə təyin edilmiş və çəkilməmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Məhkum qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il ta rixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Ağazəki qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 yanvar 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən «Teleteatr»ın qarşısındakı dayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi «Toyoto Prado» markalı *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının açıq olmasından is tifadə edib avtomobilə daxil olaraq avtomobilin alın şüşəsinin qarşısında qoyulmuş pul kisəsinin içərisindən ümumilikdə 3000 manat olan 15 ədəd 200 manatlıq, milli məzənnə ilə 850 manat təşkil edən 5 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 manatlıq və 7 ədəd bir manatlıq əskinazlardan ibarət pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 3867 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 fevral 2020-ci il tarixdə saat 16 radələrinədə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən «Dalğa Plaza»ya məxsus dayanacaqda saxlanılmış Nümayəndə idarə etdiyi "Toyota Prado” markalı, *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olaraq a vtomobilin arxa otucacağının üzərindən Nümayəndə hazırda mexaniki işlər üzrə briqadir çalışdığı Zərərçəkmiş şəxs2 MMC-nin sonuncuya təhkim etdiyi 1200 manat dəyərində olan bir ədəd «HP» markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-yə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində atasının birinci Qarabağ muharibəsinin iştirakçısı və İİ qrup əlil olmasını, anasının isə yataq xəstəsi olmasını, ailə vəziyyətinin nəzərə alınmasını qeyd edərək barəsində olan bir öncəki hökm üzrə təyin edilmiş cəzanın ləğv edilmə sini və yalnız CM-nin 177.2.2-ci maddəsi ilə ona cəza təyin edilməsini xahiş etmişdir.. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya i nstansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının ona indiki hökmlə təyin edilmiş cəzaya əlavə edilməməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azə rbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından görünür ki, Məhkum Səbail Rayon Məhkəməsinin 17 may 2018ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi əsasən Məhkum 10 mart 2018-ci il tarixdən 17 mart 2018-ci il tarixədək, ümumilikdə 2 (iki) ay, 7 (yeddi) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunaraq şərti tətbiq olunmuşdur. Lakin Məhkum sınaq müddəti ərzində, yəni 12 yanvar 2020-ci il və 11 fevral 2020-ci il tarixlərdə yenidən qəsdən oğurluq cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-bib 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsində qeyd olunur ki, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Səbail Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il s ınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq birinci instansiya məhkəməsi, şərti məhkum etmə ləğv edərək həmin hökmlə sonuncunun barəsində təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdiriməklə Məhkum barəsində ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 12 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar