Məhkəmə qərarları › İş №1(102)-943/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-943/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-943/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədov Əleyman Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4, Məhkum – Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il t arixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi ilə, X2 və X5 ibarət tərkibdə) 1(101)-164/2024 saylı, 11 yanvar 2024-cü il tarixli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəllə sinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaların qismən toplanılması və Məhkum qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2022-ci il tarixdən hesablanması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə) 25 aprel 2024-cü il tarixli 1(103)-577/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-164/2024 saylı, 11 yanvar 2024-cü il tarixli hökmü təqsirləndirilən Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən müəyyən olunur ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,553 qram təmiz çəkidə kus tar üsulla hazırlanmış narkotik vasitə heroini və milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə hallan istisna olmaqla qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını əldə edib, narkotik vasitə heroini üzərində, soyuq silah hesab edilən ov bıçağını etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlayaraq gəzdirməklə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum 20 oktyabr 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “VAZ2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 12:24-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 20 oktyabr 2022-ci il tarixdə saat 13:31dən etibarən Məhkum icazəsi və iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi «VAZ2121» markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sürücü oturacağının qarşısındakı ayaq altında olan rezinin altından bir ədəd qara rəngli dəri qabın içərisindən kustar üsulla hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutlara düzgün qiymət verməmiş və işin hallarını nəzərə almamış, nəticədə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə səhv nəticəyə gəlmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının qərarının ədalətli və əsaslı olmadığı üçün ləğv edilməsini, onun törətmiş olduğu cinayət əməlinin təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1ci maddəsinə tövsif edilərək yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum barəsində qəbul edilmiş məhkəmə qərarları əsassızdır. Kassator hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, məhkəmələr sübutların düzgün qiymətləndirməməsi və nəzərə almaması nəticəsində məhkum barəsində əsassız və səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakı qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmal ıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həm in sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu ilə məhkumun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 6,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, özündə saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq edilmişdir. Həmin nəticəyə gələrkən, apellyasiya məhkəməsi sübutların məcmusuna qiymət vermiş, Məhkum cinayətin törədilməsi barədə ifadələri digər sübutlarla təkzib edildiyindən həqiqətə olmayan, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmələr işin bu hallarını müəyyən edərkən şahid ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola, maddi sübuta, məhkəmə-bioloji ekspertizasının rəyinə və digər sübutlara istinad etmiş, həmin sübutları qiymətləndirmiş, onları mümkün və mötəbər sübutlar kimi qəbul etmiş və bununla əlaqədar öz mövqeyini hökmdə əsaslandırmışlar. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-pr osessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salıb məhkumun qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 6,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, özündə saxlamaqla daşımasının, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının sübutlarla təsdiq olunması barədə gəldikləri nəticəni əsaslı hesab edir və kassasiya şikayətinin işin bu halının sübutlarla təsdiq olunmaması barədə dəlillərlə razılaşmır. İbtidai istintaq orqanı, birinci və apellyasiya instansiyası məhkəmələri nəticəyə gəlmişlər ki, Məhkum 6,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etmiş və saxlamış və onun əməli CM -in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkum tərəfindən 6,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edilməsi və saxlanmasının sübutlarla təsdiq olunması barədə mövqeyi ilə razılaşsa da, onun əməlinin tövsifi barədə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nə ticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamas ını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinay ət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 139.0.3-cü maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məhkəm ələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 20 oktyabr 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “VAZ2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 12:24-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin, nə ibtidai araşdırma orqanı, nə də apellyasiya instansiya məhkəməsi Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onu satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsi nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun iki ədəd bükümdə təmiz çəkisi 6,553 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə etməsi öz-özlüyündə onun həmin narkoti k vasitənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədinin olmamasını bildirsə də, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqları zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin 6,5 qram narkotik vasitə olduğunu, n arkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxladığını, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafı nda aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitənin miqdarı da (iki ədəd bükümdə təmiz çəkisi 6,553) məhkumun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzə rindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 6,553 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Cinayət törədildiyi vaxt q üvvədə olan Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin redaksiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrin istehlak miqdarından artıq miqdarda əldə edilməsinə və saxlanılmasına görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan CM-in 234-cü maddəsinin redaksiyasında həmin əməlin külli miqdarda törətməsinə görə daha ağır cinayət məsuliyyəti CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. 234.1-1-ci maddə Cinayət Məcəlləsinə Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VİQD qanunu ilə əlavə edilmiş, həmin qanun 20 may 2022-ci il tarixdə mətbuatda dərc edilmişdir. Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsinin tələblərinə görə Məhkum törədildiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cəlb edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş 6,553 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veri lməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respubli kası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbayc an Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddin də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilə n cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkə mə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli 1(103)-577/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum e tmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Məhkum qəti cəza olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli 1(103)-577/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar