Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-944/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) 1(021)-138/2021 nömrəli 15 sentyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1971-ci ildə Bərdə rayonu Mollaəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, оrta-ixtisas təhsilli, Baytarlıq aptekinin əməkdaşı, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mollaəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 200-1.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qiyməti 8 ma nat olan 1 ədəd “Gentamycin 10% İNJ” 100ml, 1 ədəd qiyməti 12 manat olan İspan istehsalı “Gentaprim 100ml”, 1 ədəd qiyməti 30 manat olan “Buparvalek 50 ml İNJ”, 10 qutu, içərisində 941 tablet olan, ümumi qiyməti 188,20 manat Ukrayna istehsalı “Prazitabs”, 1 ədəd qiyməti 70 manat olan “Doxyciline S 10%” 1l, 1 ədəd qiyməti 24 manat olan “İvermek 500 ml”, 3 ədəd ümumi qiyməti 6 manat olan “Chappi” it yemi 400qr, 3 ədəd ümumi qiyməti 150 manat olan “Biozan 900” 300 tablet, 2 ədəd ümumi qiyməti 80 manat olan “Mentoforte liquid 500ml”, 1 ədəd qiyməti 13 manat olan “Niclomizole” 100 tab, 2 ədəd 2mumi qiyməti 30 manat olan “Calcicaf” 500 ml, 2 ədəd ümumi dəyəri 8 manat olan “Pharmasin B-50”, 59 tabletka ümumi qiyməti 17,70 manat olan “Levozan Bolus”, 4 ədəd ümumi qiyməti 48 manat olan “Peniprok” 100ml, 2 ədəd ümumi qiyməti 8 manat olan “Centre-Oxite 20%” 100ml, 143 tabletka ümumi qiyməti 28,60 manat olan “Oxivet 500”, 1 ədəd qiyməti 3 manat olan “Retinol” 30 kapsula, 2 ədəd ümumi qiyməti 20 manat olan Türkiyə istehsalı “Mirasel” 50 tablet, 8 ədəd ümumi qiyməti 32 manat olan “Oksitetravet 20%” 50ml, 1 ədəd qiyməti 12 manat olan Türkiyə istehsalı “Amoxycure-LA” 100ml, 2 ədəd ümumi qiyməti 24 manat olan Türkiyə istehsalı “Penstrep 20/20” 100ml, 8 ədəd ümumi qiyməti 24 manat olan “Centre Toltr 2.5 %” 100ml, 2 ədəd ümumi qiyməti 4 manat olan “Bars 10ml”, 1 ədəd qiyməti 5 manat olan Türkiyə istehsalı “Fitadinon-K” 20ml, 1 ədəd qiyməti 7 manat olan “Vilamoks La 50ml”, 1 ədəd qiyməti 0,50 manat olan “Loperamid” 10 kapsula 2mq, 1 ədəd qiyməti 70 manat olan “Medsultan” 1l, 1 ədəd qiyməti 7 0 manat olan “Hanzuril- 25” 1l, 1 ədəd qiyməti 20 manat olan “ABZ forte 20%” 1l, 1 ədəd qiyməti 20 manat olan “Avidazole” 1l, 5 ədəd ümumi qiyməti 40 manat olan “Enroxil 100ml”, 1 ədəd qiyməti 70 manat olan “Sığır premiks 407” 5kq, 1 ədəd qiyməti 70 manat olan “Daflor” 1l, 1 ədəd qiyməti 20 manat olan “Judo” 1l, ümumi qiymətləri 1233 manat olan, yəni xeyli miqdarda dərman vasitələrini əldə edib fəaliyyət göstərdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla” baytarlıq pereparatlarının satışı aptekində saxlamış, 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla” baytarlıq pereparatlarının satışı aptekinə baxış keçiril ən zaman aptekin ümumi zalından yuxarıda qeyd olunmuş yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Salman Hüseynov) 1(104)-556/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bərdə Regional Bölməsinin tərtib etdiyi aktdan görünür ki, 19 fevral 2021-ci il tarixdə Bərdə rayonu Bakı küçəsində baytarlıq preparatlarının satışı ilə fəaliyyət göstərən “Şəhla” aptekinə 19 fevral 2021-ci il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bərdə Regional Bölməsinə Bərdə rayon prokurorluğundan daxil olmuş müraciət əsasında baxış keçirilmiş, baxış zamanı aptekin ümumi sahəsi 70 kv.m-dir. Aptek iki otaqdan ibarətdir. Otaqlardan biri satış digəri isə anbar hissəsini əhatə edir. Aptekdə dərman preparatlarını yığmaq üçün piştaxtalar vardır. Baytarlıq apteki tikinti normativ aktlarının tələblərini ödəyir. Baxış zamanı fiziki şəxs Təqsirləndirilən şəxs “Lisenziyalar və icazələr haqqında” baytarlıq preparatlarının satışına dair sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs məxsus texniki peşə təhsilli “Heyvandarlıq mütəxəssis” A 133677 nömrəli diplom onlara təqdim edilmişdir Baxış zamanı aptekdə ümumi zalda, piştaxtaların altından yararlılıq müddəti bitmiş 1 ədəd Gentamycin 10% İNJ 100ml, 1 ədəd Gentaprim 10ml (İspan istehsalı), 1 ədəd Buparvalek 50 ml İNJ, 10 ədəd Parazitabs 100 tab, 1 ədəd Doxusilin S 10% 1l, 1 ədəd İvermex 500 ml, 3 ədəd Chappi it yemi, 3 ədəd Biozan 900, 2 ədəd Mentoford liquid 500ml, 1 ədəd Niklomizole 100 tab, 2 ədəd Kalsikaf 500 ml, 2 ədəd Farmazin B50, 59 tabletka Levozan Bolus, 4 ədəd Peniprok 100ml, 2 ədəd Centre oxite 20%, 143 tabletka Oxivet 500, 1 ədəd Retinol nömrə 30, 2 ədəd Mirasel nömrə 50, 8 ədəd Oksitetravet 20% 50ml, 1 ədəd Amoksilin La 100ml, 2 ədəd Penistrep 2020 100ml, 8 ədəd Centre Toltr 2.5 % 100ml, 2 ədəd Bars 10ml, 1 ədəd Fitadinon K 20ml, 1 ədəd Vilamoks La 50ml, 10 tabletka Loperamid, 1 ədəd Medsultan 1l, 1 ədəd Hanzuril 25 1l, 1 ədəd ABZ forte 20%, 1 ədəd Avidazole 1l, 5 ədəd Enroxil 100ml, 1 ədəd Sığır premiks 407 5kq, 1 ədəd Daflor 1l, 1 ədəd Judo ümumilikdə 34 adda dərman pereparatları satışdan çıxarılmışdır. Tərəflərindən çıxdaş edilmiş baytarlıq pereparatları saxlanc aktı tərtib edilərək saxlanca qoyulmuşdur. Əlavə olaraq baxış zamanı şikayət əsasında aptekdən “Mediflor” 30%, “Virkon S”, “Coxme d”, “Amprolium” 250, “Genflordox-100”, “Geosol” 80% adlı dərman pereparatlarından və qarğıdalı yemi, Ağdaş yemi adlı qida məhsullarından nümunələr götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli 9/1529 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən 257 ədəd təxminən 0,750qram (0,700-0,800qram) çəkidə, 2,5 aylıq cücələrin(ev quşları) 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1799,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 34 adda baytarlıq dərman preparatlarının istifadəyə yararlı vəziyyətdə 2021-ci ilin fevral ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 1233 man at, həmin 34 adda baytarlıq dərman preparatlarının istifadə müddətləri bitdiyi üçün istifadəyə yararsız olduğundan 2021-ci ilin fevral ayına orta bazar qiymətləri ilə ümumi dəyəri qiymətsiz müəyyən edilir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar ancaq mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələri nə əsaslanmaqla yanlış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 200-1.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi məhkəmələr Təqsirləndiri lən şəxs Azərbaycan Respublikası CM-in 200-1.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, “Dərman vasitələri haqqında” Qanuna, “Baytarlıq haqqında” qanuna və işin digər materiallarına istinad etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetiri lməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi - biləbilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda tö rədildikdə yaranır. Cinayət Qanununun qeyd olunan normasında dərman vasitələri anlayışından istifadə edilir və həmin anlayış müəyyən mənada blanket xarakter daşıyır çünki bu anlayışın izahı üçün hüquq tətbiq edəni başqa qanunvericilik aktına yönəldir. Belə ki, Cinayət Qanunun qeyd olunan normasında dərman vasitələri anlayışından istifadə edilsə də bu vasitələrin hesab edilib-edilməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında bu məsələləri tənzimləyən iki qanunvericilik aktı mövcuddur. Onlardan biri “Dərman vasitələri haqqında” digəri isə “Baytarlıq preparatları haqqında” qanunlardır. Birinci qanun dərman vasitələrinin dövriyyəsi, ikinci qanun isə baytarlıq preparatlarının dövriyyəsi ilə bağlı məsələləri nizama salır. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun pre ambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə görə dərman vasitələri - xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatları. Xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi məqsədilə istifadə edilən tibb vasitələri (tibb cihazları, məmulatları, əş ya və materialları, alətləri, avadanlıqları, tibbi reaktivlər və optik ləvazimatlar) bu Qanunun məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur; Qanunun dərman vasitələrinə verilən anlayışdan görünür ki, bu vasitələr bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələrdən ibarətdir. Qanunun 1.0.2-ci maddəsində isə göstərilmişdir ki, dərman maddələri (dərman substansiyaları) - insan orqanizminin vəziyyətini və fizioloji funksiyalarını dəyişə bilən və dərman vasitələrinin istehsalında istifadə edilən bioloji fəallığa malik olan təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik və biotexnoloji mənşəli maddələr; Göründüyü kimi Qanunun 1.0.1 və 1.0.2-ci maddələrində nəzərdə tutulan dərman vasitələri və bu v asitələrin tərkib hissəsi olan dərman maddələri konkret olaraq insan orqanizmi və insanın fizioloji funksiyaları üçün nəzərdə tutulmuşdur. Bundan başqa Qanunun digər maddələrindən dərman vasitələrinin insan üçün nəzərdə tutulduğu aşkar görünməkdədir. Belə ki, qeyd edilən Qanunun 5-ci maddəsi əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasından bəhs edir. Həmin maddədə deyilir ki, əczaçılıq fəaliyyəti bu Qanunun “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Bu maddədə də qeyd edildiyi kimi ümumilikdə Qanun əhalinin salamatlığı ilə bilavasitə əlaqəlidir və Qanunda istifadə edilən dərman vasitələri anlayışı yalnız insan ların istifadəsi üçündür. Bundan başqa Qanunun 13-cü maddəsi əhaliyə dərman vasitələrinin buraxılması ilə bağlı münasibətləri tənzimləyir. Maddədə qeyd edilir ki, həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Göründüyü kimi bu maddədə də istifadə olunan dərman vasitələri anlayışı müəyyən yaş qrupuna malik insanları nəzərdə tutur. Nəhayət Qanunun 17-ci maddəsi dərman vasitələrinin istifadəsi nəticəsində insanın sağlamlığına vurulmuş zərərin ödənilməsindən bəhs edir. Həmin maddədə deyilir ki, dərman vasitələrinin tətbiqi və dövriyyəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin qanunazidd hərəkətləri nəticəsində insan sağlamlığına vurulmuş zərər qanunvericilikdə müəyyən olunmuş qaydad a həmin şəxslər tərəfindən ödənilir. Beləliklə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanan normalarının qarşılıqlı əlaqəsindən, məzmunundan və məqsədlərindən görünür ki, bu Qanun bilavasitə insan orqanizminin müalicəsi, profilaktikası və sair hallarla bağlı münasibətləri nizamlayan normativ-hüquqi aktdır. Qanunda ümumiyyətlə heyvan anlayışından istifadə edilməmiş, dərman vasitələrinin heyvanlara aid olması ilə bağlı heç bir müddəa qeyd edilməmişdir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq - sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyi ni, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir. Qanunun preambulasından göründüyü kimi ölkənin baytarlıq sağlamlığı, heyvan mənşəli xəstəliklərdən qorunmağın təşkilati tədbirlərini bu qanun müəyyən edir. Qanunun 1.0.5-ci maddəsində qeyd edilmişdir ki, baytarlıq preparatları - yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələrdir. Göründüyü kimi baytarlıq preparatları heyvan xəstəliklərinə münasibətdə diaqnostik, müalicəvi və müəyyən fəallığa malik olan maddələri nəzərdə tutur. Nəzərə alınmalıdır ki, “Dərman vasitələri haqqında ” Qanunun analoji normasında dərman vasitələri insan xəstəliklərinə münasibətdə istifadə olunması nəzərdə tutulmuşdur. Bundan başqa Qanunun 5-ci maddəsi baytarlıq xidməti ilə məşğul olmaq hüququ adlanır. Həmin maddədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında baytarlıq xidməti ilə baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər. Qanunun 31-ci maddəsi baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələrindən bəhs edir. Maddəyə görə baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri müəyyən edir. Göründüyü kimi Azərbaycan Respublikasında baytarlıq preparatları ilə dərman vasitələri arasında fərq mövcuddur, bu fərq qanunla müəyyən edilmişdir. “Dərman vasitələri haqqında” Qanunda baytarlıq preparatlarından, “Baytarlıq haqqında” Qanunda isə dərman vasitələrindən heç bir halda bəhs edilmir. Bəraət almış şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid4, Şahid2, Şahid1, Şahid3 ifadəsindən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiqi edilmiş digər sübutlardan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi Bərdə rayonu Bakı küçəsində yerləşən “Şəhla” aptekində baytarlıq preparatlarının satışı ilə məşğul olmuş, cinayət işi üzrə məhkəməyədək icraat zamanı aptekdə aşkar edilmiş yararlılıq müddəti bitmiş və Ş.D.Xasiyevanın Azərbaycan Respublikası CM-in 200-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan 34 adda dərmanlar - heyvanların müalicəsi üçün nəzərdə tutulmuş baytarl ıq preparatlarıdır. İşin yuxarıda göstərilən hallarını nəzərə alıb birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi baş verməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.1-ci maddəsində göstərilir ki, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıхarılır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 00-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlid ir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kolle giyasının 10 dekabr 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs barəsində Gəncə Apelyasiya Məhkəməsinin kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Cinayət
Məhkəmə qərarları › İş №1(102)-944/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-944/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver