Məhkəmə qərarları › İş №1(102)-945/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-945/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-945/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X5, məhkumun müdafiəçisi X3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 noyabr tarixli, 1(103)-1618/2024 nömrəli qərarından məhkumun müdafiəçisi M.Hadi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim H.Kamranov) 2023-cü il 13 sentyabr tarixli, 1(005)-313/2023 nömrəli hökmü ilə, xx xxxxx 1982-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi M.Hadi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 22 noyabr tarixli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli CM-in 234.2-ci maddəsindən, CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinə rək ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 22 noyabr tarixli, 1(103)-2080/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (X11 (sədrlik edən), Şahin Yusifov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2024-cü il 7 may tarixli, 1(102)-1125/2024 nömrəli qərarı ilə kassasiya protesti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 2023-cü il 22 noyabr tarixli, 1(103)-2080/2023 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) 2024-cü il 18 noyabr tarixli, 1(103)-1618/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi M.Hadi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CMin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli, 1(005)-313/2023 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzanın müddəti 3 (üç) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 2022-ci il 21 noyabr tarixdən 26 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı və azadlıqdan məhrumetmə növündə cəza çəkd iyi 1 (bir) il 2 (iki) ay 5 (beş) gün müddət ona təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2024- cü il tarixdən hesablanmış, Məhkum məhkəmə iclas zalında dərhal həbsə alınaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına və hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən 28.406 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 19:30-da Bakı şəhəri, Qaradağ rayonu, X15 23 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib saat 21:26-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 3.975 qram, 3.716 qram, 3.931 qram, 3.367 qram, 0.820 qram, 4.228 qram, 4.308 qram və 4.061 qram olmaqla ümumi təmiz çəkisi 28.406 qram narkotik vasitə qurudulmuş marixuana səkkiz ədəd kibrit qulusunda aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Baş X4 orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə verilmiş 24 noyabr 2022-ci il tarixli, xx/xx-8344 saylı məlumatdan görünür ki, 23 noyabr 2022-ci il tarixdə saat 18 radələrində DİN-nin BMCMİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təc ridxanasına təhvil verilmiş Məhkum 24 noyabr 2022-ci il tarixdə saat 10-15 radələrində müəssisənin tibbi-sanitar hissəsində rengenoloji müayinədən keçirilən zaman sağ 9-cu qabırğasında sınıq xəsarəti, sağ ağciyərində pnevmatoraks və sağ gicgah nahiyyəsində yumşaq toxumaların əziyi aşkar olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası xx.xx.2024-ci il tarixdə "xxxx" MMCyə Məhkum istifadəsində olan mobil telefonlardan 2022-ci il əırzində edilən və gələn zənglər barəsində anten məlumatların təqdim olunması barədə sorğu vermiş və həmin sorğuya cavab olaraq MMC məhkəməyə tələb olunan məlumatı CD şəklində təqdim etmişdir. Həmin məlumatlar məhkəmə baxışı zamanı araşdırılmış və Məhkum qarşı irəli sürülmüş ittihamla bağlı sübut əhəmiyyəti daşıyan heç bir hal aşkar olunmamışdır. İş materia llarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında“ xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan “Samsunq“ markalı mobil telefona keçirilmiş baxış zamanı iz üzrə sübut əhəmiyyəti daşıyan məlumatlar aşkar edilməmişdir. Bütün yuxarıda şərh edilən dəlillərə baxmayaraq apellyasiya kollegiyası Baş Prokurorluğunun Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərlə bağlı araşdırma aparılmadığına dair cavabını görməzdən gələrək, onların məlumatı olduğu halda bu məsələni niyə araşdırmadığını sorğulamadan bu qanunsuzluğa qiymət verməmiş və ibtidai istintaq orqanının “sübutlarına“ istinad edərək belə nəticəyə gəlmişdir ki, “Məhkum ibtidai istintaq zamanı işgəncələrə məruz qalması barədə dəlillər öz əhəmiyyətini itirir və “ağlabatan“ dəlillər olmamaqla cinayə t materialları ilə təkzib olunur. Bundan başqa, Məhkum CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsin əsassız olduğu işin faktiki halları və hüquqi əsaslarla da təsdiq olunur. Apellyasiya kollegiyasının qərarında qeyd olunur ki, cinayət işinin apellyasiya baxışı zamanı Məhkum əməlinin tövsifınin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Bundan əlavə, apellyasiya kollegiyası kassasiya kollegiyasının yuxarıda adı çəkilən xx.xx.2024-ci il tarixli, 1 (102)-1125/2024 saylı qərarına istinad edərək əvvəlki apellyasiya kollegiyasının qərarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olma ması ilə bağlı yanlış mövqeyi ilə razılaşmışdır. Halbuki Ali Məhkəmənin Cinayət kollegiyasının məhkəmə tərkiblərinin iştirakı ilə 2023-2024-ci illərdə eyni xarakterli işlər üzrə vahid məhkəmə təcrübəsinə uyğun çıxardıqları qərarlar indiki halda məhkəmənin mövqeyinin yanlış olduğunu göstərir. Müdafiəçi bildirmişdir ki, cinayət işi materiallarında Samir Zeyanalovun narkotik vasitəni satış məqsədi ilə saxlayaraq daşımasını təsdiq edən heç bir sübut yoxdur. Ona qarşı irəli sürülən ittiham ehtimal və şübhə üzərində qurulmuşdur, yəni ittihamın məntiqi belədir ki, əgər Məhkum kibrit qutularında narkotik vasitə aşkar olunubsa, demək o, bu narkotik vasitəni satış məqsədi ilə daşımışdır. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında araşdırılan sübutlardan görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum onda aşkar edilmiş 8 qutu yox, əslində 2 ədəd kibrit qutusunda olan narkotik vasitəni satış məqsədi ilə yox, özünün şəxsi istifadəsi üçün daşıyaraq saxlaması barədə dediklləri doğrudur. Nə ibtidai istintaq materiallarında, nə də işə məhkəmədə mahiyyəti üzrə baxılan zaman Məhkum CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, (narkotik vasitəni satış məqsədi) törətməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-ci il tarixli, 1(103)-1618/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi M.Hadi kassasiya şikayətinin t əmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərts iz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi məhkuma bəraət verilməli olmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və Məhkum birinci instansiya məhkəməsi və istintaq zamanı verdiyi ifadələrindən göründüyü kimi qeyd edilmiş narkotik vasitənin məhkumun üzərindən çıxması etir af edilsə də, həmin maddələrin satış üçün olması sonuncu tərəfindən bütün ifadələrdə təkzib etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab etmişdir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlinir. Lakin məhkəmələrin məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi ilə bağlı verilmiş ittihamla razılaşmasına baxmayaraq, bu halın nə ilə sübut olunduğunu əsaslandırmamış, satışın nədə ifadə olduğunu, satışın işin hansı halları ilə təsdiq olunduğunu göstərməmişlər. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niy yətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı deyil, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Hazırki işin hallarından görünür ki, məhkumda olan narkotik vasitə məhkum tərəfindən xırda bağlamalara bölünsə də, lakin satışı təsdiq edən digər əlamətlər mövcud deyil və narkotik vasitənin yalnız xırda bağlamalara bölünməsi əsası ilə şəxsin narkotik vasitəni satmaq məqsədinin olması qənaətinə gəlmək mümkün deyil. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik madd əni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Lakin hazırkı iş üzrə narkotik vasitənin əldə olunarkən, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və sair digər hallar müəyyən edilməmişdir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi məhkumun hadisə zamanı digər şəxslərlə (alıcılarla) əlaqəyə girməsini müəyyən etmək üçün telefon operatorlarından məlum götürmüş, lakin həmin əldə olunmuş məlumatlara heç bir münasibət bildirməmiş, məhkumun satış məq sədini təkzib edən həmin sübuta qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi, narkotik vasitənin xırda bağlamalara bükülməsindən başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallara rast gəlinməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin külli miqdarda olması müəyyən olunsa da, təqsirləndirilən şəxsin həmin maddələri satmaq niyyətində olması sübut olunmamışdırsa, bu hal şəxsi n əməlinin CM-in 234.2-ci -cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı da narkotik vasitəni satış məqsədilə əldə edilməməsi qeyd edilmiş, istintaq orqanı tərəfindən bu halı təkzib edə biləcək mötəbər sübutlar əldə olunmamış, istintaq orqanı Məhkum aşkar edilmiş narkotik vasitənin sadəcə xırda bükümlərə bölünməsi əsası ilə satış məqsədi ilə saxlaması və daşıması qənaətinə gəlmiş və formal mülahizələrə əsasən CM-in 234.2-ci maddəsi ilə ittiham vermiş, birinci və apellyasiya instansiyası məhkəmələri də işin faktiki hallarına düzgün qiymət verməyərək əsasız olaraq CM-in 234.2-ci maddəsi ilə təqsirli olmasına dair qənaətə gəlmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətlə ndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, həmin Məcəllənin 351.2-ci maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanması barədə tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməsi və satmaq məqsədinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Qeyd olunan maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasını n 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərkən, cinayət işi üzrə həmin maddə ilə onun təqsirli bilinməsi üçün kifayət qədər sübutlar toplanılmamış və hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 234.2-ci maddəsi ilə olan ittihamı təsdiq edən sübutların toplanılmasına cəhdlər edilsə də, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, habelə əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 8-ci maddəsi ilə cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsi ilə təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız həmin Məcəlləyə uyğun müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatı həyata keçirilərkən, şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyulmuşdur. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə ilə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin bəraətlə bağlı iddiaları cinayət işi üzrə toplanmış və məhkəmələrin də istinad etdiyi mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmır, bu səbəbdən Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən cinayət işinin hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması ədalətli və qanunamüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 noyabr tarixli, 1(103)-1618/2024 nömrəli qərarı Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 21 noyabr 2022-ci il tarixdən 26 yanvar 2024-cü il tarixə kimi həbsdə saxlandığı və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 1 il 2 ay 5 gün müddət ona təyin olunan azadlıdan məhrum etmə cəzasından çıxılaraq, üzəri ndə qəti olaraq 5 ay 25 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar