Məhkəmə qərarları › İş №1(102)-946/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-946/2019

16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-946/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu Məhkum iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.Ç.Məmmədov) xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.Ç.Məmmədov) Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 30 mart 2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 90 ünvanında yerləşən “Sərhədçi” idman kompleksinin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tida” markalı, AZ **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini özü ilə gətirdiyi yanacaq şamı ilə sındıraraq, avtomobilin salonunda saxlanılan bir ədəd 400 manat dəyərində “Samsung” markalı planşeti gizli olaraq talamaqla oğurluq etmişdir.Bundan əlavə o, 30 mart 2018-ci il saa t 23 radələrində ünvan 1 ünvanında “Cofeemnia” kafesinin qarşısında dayanmış vəziyyətdə olan X1 məxsus “Kia Rio” markalı AZ **-CC-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini özü ilə gətirdiyi yanacaq şamı ilə sındıraraq, avtomobilin salonunda saxlanılan içərisində özünə məxsus olan bir ədəd 220 manat dəyərində və 5 (beş) manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan “Samsung A5” markalı telefon, bir ədəd 30 manat dəyərində olan “Nokia” markalı mobil telefon, bir ədəd 150 manat dəyərində olan “Samsung S4” markalı mobil telefon, qızı X2 üçün aldığı bir ədəd 150 manata dəyərində qızıl klon, özü və Süleyman Musayevə, X2yə məxsus sənədlər olan 45 manat dəyərində əl çantasını talayıb, zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat maddi ziyan vurmaqla, təkrarən oğurl uq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abbasov Mirzəli Əbdüləli oğlu, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 25 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində vurulmuş ziyanın miqdarını və zərərçəkmiş şəxslə r tərəfindən şikayətin olmamasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütü n sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti ol muş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində, eləcə də müdafiə tərəfi apellyasiya baxışında işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və onun əməlinin hüquqi tö vsifi məsələsi mübahisələndirilmədən, yalnız məhkəmənin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun törətdiyi əməldən səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla onun barəsində təqsirli bilindiyi cinayət qanunu normalarının sanksiyası həddində cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələ rə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qanunun mənasına görə cinayətin residivi olduqda CM-nin 177.2-ci maddəsi ilə təyin ediləcək cəzanın müddəti 2 il 6 aydan az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstəri lən qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58, 59, 61-ci maddələrinin tələblərinə riayət olunmuş, Məhkum təqsirli bilindiyi cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş hüdudlar daxilində, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktik i hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Re spublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: A zərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar