Məhkəmə qərarları › İş №1(102)-946/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-946/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-946/2020 15.09.2020 ALİ MƏHKƏMƏ İş № 1(102)-946/2020 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, məhkumun müdafiəçisi Əliyev Eynar Arif oğlunun iştirakları ilə, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Ağayev Elçin Zəkariyə oğlu) Məhkum, xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasının Saçxere rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, heç yerdə işləməyən, 1995-ci ildə Gürcüstan Respublikası Kobuleti rayon xalq məhkəməsinin hökmü ilə Gür cüstan Respublikası CM-nin 152-1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Tbilisi şəhər məhkəməsinin xx xxxxx 2000-ci il tarixli hökmü ilə Gürcüstan Respublikası CM-nin 91-4-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tbilisi şəhər məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Gürcüstan Respublikası CM-nin 179-2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Tbilisi şəhər məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Gürcüstan Respublikası CM-nin 177-3-4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Gürcüstan Respublikası CM-nin 50-ci, 63-34-cü maddələrinə əsasən təyin olunmuş cəza bölünərək həmi n cəzanın 1 (bir) il müddətini real olaraq çəkməsi, qalan 2 (iki) il müddətində cəzanın isə 2 (iki) sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi qərara alınmış, Gürcüstan Respublikası, Çiatura şəhəri, Pataliti küçəsi, ev 2, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Atyalı qəsəbəsi Sonalı yaşayış massivində kirayədə yaşamış, CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13 CM-nin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri, X8 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və X14 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları - Gürcüstan Respublikasının vətəndaşları X14, X8 və Azərbaycan Respublikasının vətəndaşı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, mənzillərə qanunsuz daxil olmaqla gizli yolla talanmış əmlakın satılması barədə Vüsal Məhərrəmovla qabaqcadan aralarında razılığa gəldikdən sonra və sonuncunun əvvəlcədən bildirdiyi məlumatlar əsasında, Ş. Qaprindaşvili, L.Abramaşvili və Məhkum xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09:00 radələrindən axşam saat 18:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxsbdin Məhəmməd oğlunun kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan çemodanın içərisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd «Hil» adlı, qiyməti 1.500 (bir min beş yüz) manat olan qədimi qızıl boyunbağı, 01 ədəd qiyməti 1.500 (bir min beş yüz) manat olan qızıl sərmə boyunbağı, 01 ədəd qiyməti 1.500 (bir min beş yüz) mananat olan İran istehsalı qızıl boyunbağı, 01 ədəd qiyməti 600 (altı yüz) manat olan İran istehsalı olan qızıl sırğa, 01 ədəd qiyməti 400 (dörd yüz) manat olan İran istehsalı olan qaşsız qızıl üzük, 01 ədəd qiyməti 300 (üç yüz) manat olan uzunsov formalı kiçik ölçülü qaşlı kulon, 01 ədəd qiyməti 500 (beş yüz) manat olan dairəvi formalı böyük ölçülü qırmızı rəngli qaşları olan kulon, 01 ədəd qimyəti 200 (iki yüz) manat olan nazik sep, 01 ədəd qiyməti 2.000 (iki min) manat olan qızıl üzük və sırğa cütündən ibarət qızıl dəsti, 01 ədəd qiyməti 3.000 (üç min) manat olan boyunbağı və qolbaqdan ibarət brilliant qaşlı qızıl komplekt, 01 ədəd qiyməti 2.600 (iki min altı yüz) manat olan beş ədəd brilliant qaşlı qadın üçün nişan üzüyü, 01 ədəd qiyməti 300 (üç yüz) manat olan sarı rəngli qızıl saçaqlı sırğa cütü, 01 ədəd qiyməti 1.200 (bir min iki yüz) manat olan iri ölçülü «Günəş» şəkilli İran istehsalı olan kulon, 01 ədəd qiyməti 450 (dörd yüz əlli) manat olan göy və ağ qaşlı qızıl sırğa cütü, 01 ədəd qiyməti 800 (səkkiz yüz) manat olan kişi üçün qaşlı qızıl nişan üzüyü, 11 ədəd qiyməti 150 (yüz əlli) manat olan «Pandora» markalı gümüş qolbağı, 01 ədəd qiyməti 200 (iki yüz) manat olan kişi üçün qol saatı və ümumi dəyəri təxminən 200 manat olan digər gümüş və zinyət əşyaları, 01 ədəd qiyməti 23 (iyirmi üç) manat olan «Moser» markalı qırmı zı rəngli, qutusunda yağı və 04 ədəd əlavə başlıqlı, qutusunun içərisində «6 azdı, 11 yaxşıdı» yazıları yazılmış təraş dəstini (saç qırxan aparatı) gizli olaraq talayıb Zərərçəkmiş şəxsbdin Məhəmməd oğluna cəmi 17.223 (on yeddi min iki yüz iyirmi üç) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və talanmış əmlakın bir hissəsi, yəni 01 ədəd «Hil» adlı, qiyməti 1.500 (bir min beş yüz) nanat olan qədimi qızıl boyunbağını satılması üçün aralarında olan razılığa görə Vüsal Məhərrəmova verilmişdir. Hökmdən məhkumlar Məhkum Mixayloviç və X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X19 (sədrlik edən və məruzəçi), X16 və X7 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şik ayətləri təmin edilməmiş, hökm isə dəyişdirilməmiş saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun heç bir günahı olmamasına baxmayaraq barəsində qanunsuz hökm çıxarılmış və qərar qəbul edilmişdir. Belə ki, ona istintaq zamanı təzyiq göstərilməsinə baxmayaraq o, özünü təqsirli bilməmiş və heç bir sənədə qol çəkməmiş, istintaq zamanı onun ittiham olunduğu cinayəti törətməkdə təqsiri sübuta yetirilməmiş, lakin buna baxmayaraq cinayət işi məhkəməyə göndərilmişdir. Qeyd olunanlara ə saslanaraq onun barəsindəki cinayəti işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini və onun azadlığının təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsbdin Məhəmməd oğlu qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassa siya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələbəlrindən görünür ki, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz və ya lnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlaır. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya ins tansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın qəbul edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. R.M.Matçarişvilinin və qeyrilərinin barəsindəki cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Gürcüstan Respublikasının vətəndaşları X14, X8 və Azərbaycan Respublikasının vətəndaşı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, mənzillərə qanunsuz daxil olmaqla gizli yolla talanmış əmlakın satılması barədə Vüsal Məhərrəmovla qabaqcadan aralarında razılığa gəldikdən sonra və sonuncunun əvvəlcədən bildirdiyi məlumatlar əsasında, Ş.Qaprindaşvili, L.Abramaşvili və Məhkum xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09:00 radələrindən axşam saat 18:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxsbdin Məhəmməd oğlunun kirayədə yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxsbdin Məhəmməd oğluna cəmi 17.223 (on yeddi min iki yüz iyirmi üç) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və talanmış əmlakın bir hissəsi, yəni 01 ədəd «Hi l» adlı, qiyməti 1.500 (bir min beş yüz) nanat olan qədimi qızıl boyunbağını satılması üçün aralarında olan razılığa görə Vüsal Məhərrəmova verilmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum, bu iş üzrə xx xxxxxx 2019-cu il vətəndaş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakının oğurlanmasında təqsirli bilinib məhkum olunmuş digər şəxslərin, zər ərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı madd əsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən A.R.Aslanovun əməlinin CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq belə bir nəticənin düzgün olub-olmamasını yoxlayarkəraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Döv lət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şü bhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İş materiallarının təhlili göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr cinayət mühakimə icraatının prinsiplərinə əməl edərək qanunvericiliyin yuxarıda göstərilən tələbələrinin pozulmasına yol verməmişlər. Məhkumun kassasiya şikayətinin əsas dəili ondan ibarətdir ki, onun ittiham olunduğu cinayətin törədilməsində təqsiri ibtidai araşdırma zamanı və məhkəmə iclaslaında sübuta yetirilməmiş və o, qanunsuz olaraq məhkum edilmişdir. Lakin, şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyi mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən məhkum X9 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və digər məhkumlarla üzləşdirmə zamanı verdiyi ifadələri, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx xxx 2019-cu il tarixli, 19/191R saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tar ixdə X1 məxsus ünvan 4 ünvanında yerləşən mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 11 ədəd əl- barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədəd ovuc izi (tədqiqata təqdim edilmiş) xx xxxxx 1974-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X2 sol əlinin ovucunun, 01 ədəd əl barmaq izi xx xxxx 1978-ci il tarixdə Gür-cüstan Respublikasında anadan olmuş X17 sol əlinin orta barmağının, 01 ədəd əl barmaq izi xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X4 sağ əlinin adsız barmağının əksi ilə eynilik təşkil etmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 08 ədəd əl-barmaq və 01 ovuc izi ilə DİN KTİ ADİS-in məlumat bazasın da olan şəxslərin əl-barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş xx xxxx 2019-cu il tarixli 011-1790-1219 saylı məktubdan görünür ki, DİN KTİ-nin ADİS məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqat nəticəsində təqdim olunmuş əl izlərindən 02 ədəd ovuc izi xx xxxxx 1974-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X3 sol əlinin ovucunun əksləri ilə, 01 ədəd əlğarmaq ihi xx xxxx 1978-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X17 sol əlinin orta barmağının, digər 01 ədəd əl-barmaq izi xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X5 sağ əlinin adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyas ı qeyd etməyi lazım bilir ki, göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum X14, X8 və X13 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində zərərçəkmiş Zərərçəkmiş şəxsbdin A1 oğlunun yaşayış sahəsinə - mənzilinə qanunsuz daxil olmaqla xeyli miqdarda əmlakını gizli olaraq talama əməlinin, yəni oğurluq cinayətinin obyektiv cəhətini icra etməsinə dəlalət edir. Oğurluğa görə cinayət məsuliyyəti müəyyən edilmiş CM-nin 177.1-ci maddəsində həmin cinayətin obyektiv cəhəti belə təsbit edilmişdir: “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”. CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində isə göstərilən əməllərin müvafiq olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqd arda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış kon kret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfmə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum törətməsi sübuta yetirilmiş əməllərinin CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri ilə raz ılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məh kəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum müdafiəçisi Əliyev Eynar Arif oğlunun, kassasiya şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə Məhkum aid hissədə və onun tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 1 77.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar