Məhkəmə qərarları › İş №1(102)-946/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-946/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-946/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin nümayəndələri, Nümayəndə və “PRO BONO” Vəkil Bürosunun Məmmədov Şahmar Elbrus oğlunun iştirakları ilə xx xxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 233-4.2.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Həsənov Nuralı İlyas oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Ülviyyə Şükürova) Məhkum Azərbaycan Respublikası CM-in 233-4.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2020-ci ildən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin iş üzrə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 233-4.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum özü, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri S əbail Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən “Sim-Box” adlanan qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-yə maddi ziyan vurmaqla və dövlət təhlükəsizliyinə təhdid yaratmaqla əhəmiyyətli zərər vurmuşdur. Belə ki, Məhkum və Təq sirləndirilən şəxs, Rusiya Federasiyası vətəndaşları X6, X3, şəxsiyyəti istintaqa məlum olmayan X9 adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxsla birlikdə X10, X11 və X9 adlı şəxslə mobil tətbiq vasitəsilə əlaqə saxlayıb maddi maraq zəminində Bakı şəhərində mənzil kirayələməklə istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə sonuncuların Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərdikləri “Sim-Box” avadanlıqları vasitəsi ilə telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə dair qabaqcadan razılığa gəlmişdir. Bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq X10in, X11in, X9 adlı şəxsin göstərişlərinə əsas ən qrupun üzvləri Məhkum və Təqsirləndirilən şəxs 2019-cu ilin may ayından iyul ayının 5-dək olan müddət ərzində müxtəlif vaxtlarda ünvan 2 ünvanında yerləşən “100 Avtoservis” avtomobil təmiri mərkəzinin 18 saylı təmir sexində mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü 3 ədəd 8 portluq hər birinə 8 ədəd antena bağlanmış boz rəngli “SimBox” avadanlığı, 2 ədəd “TP-link” markalı ağ rəngli router, 2 ədəd “Huawei” markalı "xxxx" MMC-yə məxsus **********17932 və **********29276 İMEİ kodlu “nar 4G” data kartlar və üzərlərinə quraşdırılmış **********673295956 və * *********673297499 seriyalı "xxxx" MMC-yə məxsus sim kartlar, “Sim-Box” avadanlığının üzərinə virtual olaraq tanıtdırılmış "xxxx" MMC-yə məxsus ümumilikdə 24 ədəd “GSM” nömrələrlə, ünvan 3 ünvanında mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü 1 ədəd 16 portluq üzərinə 16 ədəd antena bağlanmış boz rəngli “Sim-Box” avadanlığı, 1 ədəd “TP-link” markalı ağ rəngli router, 1 ədəd “Huawei” markalı "xxxx" MMC-yə məxsus **********17940 İMEİ kodlu “nar 4G” data kart və üzərinə quraşdırılmış **********673295964 seriyalı "xxxx" MMC-yə məxsus sim kart, “Sim-Box” avadanl ığının üzərinə virtual olaraq tanıtdırılmış "xxxx" MMC-yə məxsus ümumilikdə 16 ədəd “GSM” nömrələrlə, ünvan 3 fərdi tikilidə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü 1 ədəd 16 portluq üzərinə 16 ədəd antena bağlanmış boz rəngli “Sim-Box” avadanlığı, 1 ədəd “TP-link” markalı ağ rəngli router, 1 ədəd “Huawei” markalı "xxxx" MMC-yə məxsus **********29193 İMEİ kodlu “nar 4G” data kart və üzərinə quraşdırılmış **********673297416 seriyalı "xxxx" MMC-yə məxsus sim kart, “Sim-box” avadanlığının üzərinə virtual olaraq tanıtdırılmış "xxxx" MMC-yə məxsus ümumilikd ə 16 ədəd “GSM” nömrələrlə, ünvan 4 ünvanında mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü 1 ədəd 8 portluq üzərinə 8 ədəd antena bağlanmış boz rəngli “SimBox” avadanlığı, 1 ədəd “TP-link” markalı ağ rəngli router, 1 ədəd “Huawei” markalı "xxxx" MMC-yə məxsus **********29045 İMEİ kodlu “nar 4G” data kart və üzərinə quraşdırılmış **********673297267 seriyalı "xxxx" MMC-yə məxsus sim kart, “Sim-Box” avadanlığının üzərinə virtual olaraq tanıtdırılmış "xxxx" MMC-yə məxsus ümumilikdə 8 ədəd “GSM” nömrələrlə və ünvan 5 ünvanında mobil nömrə sim-kartları quraşdır ılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü 1 ədəd 16 portluq üzərinə 16 ədəd antena bağlanmış boz rəngli “Sim-Box” avadanlığı, 1 ədəd “TP-link” markalı ağ rəngli router, 1 ədəd “Huawei” markalı "xxxx" MMC-yə məxsus **********29037 İMEİ kodlu “nar 4G” data kart və üzərinə quraşdırılmış **********673297259 seriyalı "xxxx" MMC-yə məxsus sim kart, “Sim-Box” avadalığının üzərinə virtual olaraq tanıtdırılmış "xxxx" MMC-yə məxsus ümumilikdə 16 ədəd “GSM” nömrələrlə həmin kirayələnmiş mənzillərdə quraşdırılmış “Sim-Box” avadanlıqları vasitəsi ilə "xxxx" MMC-nin operatoru üzərindən Nəqliyyat Rabit ə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-yə vahid niyyətlə ümumilikdə cəmi 49.328,17 (qırx doqquz min üç yüz iyirmi səkkiz manat on yeddi qəpik) manat məbləğində maddi ziyan vurmaqla və xarici xüsusi xidmət orqanlarına mənsub şəxslər, beynəlxalq cinayətkar və terrorçu qruplaşmalar arasında nəzarətdən kənar telefon danışıqlarına imkan yaradıb dövlət təhlükəsizliyinə təhdid yaratmaqla əhəmiyyətli zərər vurmuşlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməs i və Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinə xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasına dair vəsatətinə münasibət bildirməməklə müdafiə etdiyi şəxsin hüquqlarını pozmuş, eyni zamanda maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, Məhkum elan edilmiş ittihamda təsvir olunan hərəkətlər törədilərkən CM-nin 233-4.2.3-ci maddəsi qüvvədə olmamışdır. Belə ki, CM-nin 233-4.2.3-cü maddəsi 29 mart 2019-cu il tarixli Qanunla Məcəlləyə daxil edilmişdir. Belə olan halda, Cinayət Məcəlləsində nəzərdə tutulmayan əmələ görə şəxsin məhkum edilməsi yolverilməzdir. Müdafiəçi həmçinin qeyd edir ki, cinayətin digər iştirakçıları olan X11 və X10 adlı şəxslər barəsində cinayət işi başlanmamış və digər hər hansı bir qərar qəbul edilməmişdir. Müdafiəçi həmçinin hesab edir ki, qeyd edilən səbəblərdən Məhkum hərəkətlərində cinayət tərkibi yoxdur və onun barəsində olan cinayət işi xitam edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndələri Nümayəndə və Ş.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qa nunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaq dır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində ittiham olduğu maddədə nəzərdə tutulan cinayətin tərkibi olmaması əsası ilə cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili” adlanan 233-4cü maddəsinə əsasən: “233-4.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdud laşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 233-4.2. Eyni əməllər: 233-4.2.1. təkrar törədildikdə; 233-4.2.2. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 233-4.2.3. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqi q edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məh kəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Kon vensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş və mülki iddiaçının ifadəsi, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apel lyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə b axan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatlar ın qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsiri ibtidai və məhkəmə istintaq zamanı özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsi, şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid1, Şahid2, Şahid5 və Şahid4 ifadələri, məhkəmə fonoskopik ekspertizasının 19.09.2019-cu il tarixli, 21033 saylı rəyi, məhkəmə kompyuter-texniki ekspertizasının 21.10.2019-cu il tarixli, 24512 saylı rəyi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 24.10.2019-cu il tarixli, 24669 saylı rəyi, məhkəmə mühasibatlıq ekspertizasının 11.10.2019-cu il tarixli, 24670 saylı rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiy ası, kasssasiya şikayətinin Məhkum elan edilmiş ittihamda təsvir olunan hərəkətlər törədilərkən CM-nin 233-4.2.3-cü maddəsinin qüvvədə olmaması ilə bağlı dəlilini də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin “Cinayət qanununun zamana görə qüvvəsi” adlanan 10-cu maddəsinə görə: “10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” Azər baycan Respublikası CM-nin 233-4.2.3-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 mart 2019-cu il tarixli Qanunla Məcəlləyə əlavə edilmiş və 20 aprel 2019-cu ildə isə dərc olunaraq qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Məhkum ittihamında təsvir edilən cinayət əməlləri həmin ilin may-iyul aylarında törədilmişdir. Ona görə də Məhkum elan edilmiş ittihamda təsvir olunan hərəkətlər törədilərkən CM-nin 233-4.2.3-ci maddəsi qüvvədə olmamasına dair kassasia şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cinayətin digər iştirakçıları olan X11 və X10 adlı şəxslər barəsində cinayət işi başlanmaması və digər hər hansı bir qərar qəbul edilməməsinə dair dəlillər də əsassızdır.İş materiallarından görünü r ki, ibtidai araşdırma orqanı tərəfindən X10 və X11 qardaşlarının haqqında cinayət işi ayrılmışdır Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilm iş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayəti etiraf etməsini və səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxa rıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyi ni, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar dəyişiklik edilmədə n saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar