Məhkəmə qərarları › İş №1(102)-946/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-946/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-946/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜ ƏYYƏNETDİ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətər Məhkəməsinin 9 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim H.M.Məmmədov, hakimlər F.İ.Heydərov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (21 dekabr 1989-cu ildə ünvan1ndə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, ünvan2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Novruzov, hakimlər İ.M.Mirzəyev və F.M.Abbasovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətər Məhkəməsinin 9 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq və külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bеlə ki, o, ünvan3nda istintaqa məlum olmayan vaxtda məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda - 126,086 qram olan həşiş qətranı narkotik vasitəsinin bir bükümünü əyninə geyindiyi şalvarın sağ cibinə, bir bükümünü isə əyninə geyindiyi alt paltarının içərisinə, həmçinin təmiz çəkisi 16,687 qram olan narkotik vasitə qurudulmuş marixuananı bir bükümdə əyninə geyindiyi alt paltarının işərisinə gizlədərək idarə etdiyi 44 ABB605/44ABC595 dövlət qeydiyyat nişanlı, “Mersedes Bens” markalı yük nəqliyyat vasitəsi ilə ünvan3ndan Türkiy ə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən 27 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən XXX25nin “XX15” gömrük postundan qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, gömrük postunda üzərinə baxış keçirilərkən, qeyd edilən külli miqdarda 125,086 qram olan həşiş qətranı və 16,687 qram qurudulmuş marixuana narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkə n Məhkum ilk dəfə məhkum olunması, əməlindən səmimi peşman olması, özünü təqsirli bilməsi – formal olaraq cəzanı yüngülləşdirən hallar kimi qeyd olunmuş, gəncliyi, ailə vəziyyəti, o cümlədən ailəsində ondan başqa gəlir gətirən şəxsin olmaması, həbs edilməsi ilə ailəsinin daha çətin vəziyyətə düşməsi kimi cəzanı yüngülləşdirən hallar isə, habelə cəzanı ağırlaşdıran halların olmaması ümumiyyətlə nəzərə alınmamış, nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarına müvafiq olaraq təqsirli bilindiyi CM-in maddələrnin sanksiyalarında nəzərdə tutulduğundan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmasına baxmayaraq o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi kassasiya şikayətind ə göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-in 206.2 və 234.1-1-ci maddələrində müəyyən edilən cəzalardan daha yüngül olan cərimə növündə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə h aqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən (CM-in 62-ci maddəsinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumun cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müd afiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59- cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. təqsirləndirilən şəxsin Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş (kassasiya şikayətində məhkumun barəsində tətbiq edilməsi təklif olunan) Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, y əni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar (müstəsna hallar) kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin nəzərdə tutduğu - CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin ol unmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum nun cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, y olverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Hilal oğlunun təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin və 234.1-1-ci maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 206.2, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş az ağır və ağır cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qan uni və əsaslı nəticəyə gəlmişlər. Təqsirlilik, əməllərin hüquqi tövsifi kimi məsələlər üzrə məhkəmələrin gəldikləri nəticələr kassasiya şikayətində də mübahisələndirilməmişdir. Kassasiya şikayətində qaldırılan cəzanın təyini zamanı məsuliyyəti yüngülləşdirən halların nəzərə alınmaması ilə bağlı məsələyə gəldikdə, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, ilk dəfə cinayət törətməsi, əməlindən peşman olması, özünü təqsirli bilməsi isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Cinayətlərin xarakteri və ictimai təhlükəlilyi, təqsirkarın şəxsiyyətinə aid müəyyən məlumatlarla yanaşı yuxarıda qe yd olunan cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların müəyyən olunmamasından çıxış edən birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bu cəzalar apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Lakin, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum ailə vəziyyətini kifayət qədər araşdırmamış, nəticədə onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərindən qaçırmış, müv afiq olaraq cəzanın həddini müəyyən edərkən qeyd olunan cəzanı yüngülləşdirən halı nəzərə almamaqla yanaşı, təyin olunan cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini də lazımınca dəyərləndirməmişdir. Halbuki, məhkəməyədək icraatı aparan orqan tərəfindən əldə edilib cinayət işinin materialları arasında məhkəməyə təqdim edilən rəsmi sənədlərə əsasən Məhkum X3 ilə evlidir və bu nigahdan onların 29 sentyabr 2014-cü ildə doğulmuş Damla adlı, 14 sentyabr 2016-cı ildə doğulmuş Eylül adlı qızları və 1 iyul 2019-cu ildə doğulmuş Eymen adlı oğlu, yəni üç azyaşlı övladları vardır (1-ci cild, i.v.142). Məhkum himayəsində azyaşlı uşaqlarının olması ittiham aktında da onun cəzasını yüngülləşdirən hal kimi xüsusilə qeyd edilmişdir. Hətta birinci və apellyasiya instansiyası məhkəmələrinin təqs irkarın şəxsiyyətinə dair məlumatların əks olunduğu bütün prosessual sənədlərində, o cümlədən hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının giriş hissələrində Məhkum himayəsində 3 uşağının olması işin həqiqi halı olaraq əks etdirilmişdir. Yuxarıda istinad olunduğu kimi, təqsirkarın himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin birbaşa təsbit etdiyi və bu üzdən CM-in 58.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi və onun məhkumun ailəsinin həyat şəraitnə təsirinin dəyərləndirilməsi zamanı mütləq şəkildə nəzərə alınmalı olan haldır. Cinayət qanunun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəza nın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Sözügedən cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum himayəsində azyaşlı uşaqlarının olması hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən cəzanı yüngülləşdirən, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, həmin hal müstəsna xarakterə malik olmadığından və baxılan işdə müstəsna hal kimi qiymətləndirilə biləcək digər hallar olmadığından, Məhkum cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq surətdə deyil, təqsirli bilindiyi CM-in maddələrinin sanksiyaları hüdudlarında azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu qay dasında qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni müdafiəçinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 9 oktyabr 2023-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməl idir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 9 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aydan 3 (üç) il 3 (üç) aya endirilsin, Cinayət Məcəlləsinin 66.3-cü mad dəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar