Məhkəmə qərarları › İş №1(102)-947/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-947/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-947/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 20 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilərək o, 234.1-ci maddəsi ilə nəzə rdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum 2018-ci il oktyabrın 11-dən 2019-cu il avqustun 5-dək həbsdə saxlandığı 9 (doqquz) ay 25 (iyirmi beş) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkə məsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdar təşkil edən, yəni 3,508 qram çəkidə tiryəkdən kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış və bu haqda daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci il oktyabrın 11-də saat 1640 radələrində ünvan 3 ünvanının qarşısında Bakı Şəhər Baş X2 Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 45 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib orada üstünə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvar ın sağ yan cibindən, siqaretin sellofanına və gümüşü kağızına bükülü vəziyyətdə tiryəkdən kustar üsulla hazırlanmış ayrı-ayrılıqda 0,184 qram, 0,129 qram və 3,195 qram plan üç ədəd bükümdən ümumilikdə həmin çəkidə göstərilən narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində toplanmış sübut növləri qanunsuz yolla əldə olunmuşdur, ittiham uydurmadır. Belə ki, polis əməkdaşlarının heç birinin ifadəsində əməliyyat məlumatının kim tərəfindən nə vaxt daxil olması, həmin əməliyyat məlumatının doğru olub-olmamasının yoxlanılması, Məhkum şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbir keçirilibkeçirilməməsi göstərilməmişdir. Həm ifadə vermiş polis əməkdaşları, həm də hal şahidləri ifadələrində göstərirlər ki, Məhkum baxış zamanı sağ yan cibindən çıxan narkotik vasitənin heroin olduğunu bildirdi. Həmin narkotik vasitə bükülü halda olduğu və Məhkum həmin bükülünü qəbiristanlıqda kolun dibindən təsadüfən tapdığı üçün onun heroin olduğunu necə bilə-bilərdi? Əgər həmin vasitə heroin idisə onda həmin vasitənin ekspertə təqdim edilməsinə nə zərurət var idi? Qeyd edilən sübut növlərindən müəyyən olunduğu kimi narkotik vasitə Məhkum üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Nəticədə hökm məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticənin işin fakti ki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübuta yetirilməməsi ilə çıxarılmışdır. Qeyd edilən kobud qanun pozuntularının mövcud olmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlilərini araşdırmamış, şikayətin dəlillərini yoxlayaraq hüquqi qiymət verməmişdir. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək apellyasiya şikayətinə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıx ışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbu l edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən ed ilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan, məhkumun və şahidlərin ifadələrindən görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında, məhkumun üzərinə baxış keçirildikdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin sellofanına və gü müşü kağızına bükülü vəziyyətdə üç ədəd büküm narkotik vasitə heroin aşkar edilmişdir. Ona qarşı fiziki zor tətbiq olunmamışdır. İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin 2018-ci il 24 dekabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutularkən qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciətinə əsasən toplanmış 03-C-127/18 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir (işin 106-109-cu vərəqləri). Məhkəmə kollegiyası məhkumun qeyd olunan bükümlərin ona aid olmaması və döyüləcəyindən ehtiyatlanıb protokola imza etməklə narkotik vasitənin ona məxsus olduğunu təsdiqləməsinə dair ifadələrini müdafiə xarakterli olduğunu hesab edir və qeyd edir ki, məhkəmələr tərəf indən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir, həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdiri lmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar