Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-947/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlunun və bəraət almış şəxs 3 müdafiəçisi Məm işov Anar Mövsüm oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ilə bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmü ilə isə bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 həmin maddələrlə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) bəraət almış şəxs 1, xx xxxxxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, bəraət almış şəxs 2, xxxxxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, bəraət almış şəxs 3, xxxxxx il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olan, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ayrı-ayrılıqda cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdilər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, bəraət almış şəxs 1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, bəraət almış şəxs 3, bəraət almış şəxs 2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı X adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə ed ilən pulun şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxsə çatdırılanadək qrup üzvü bəraət almış şəxs 2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü bəraət almış şəxs 2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü X adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini o, həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsin in yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri bəraət almış şəxs 3 və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan bəraət almış şəxs 2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bəraət almış şəxs 3 28 sentyabr 2018-ci il tarixdə, saat 09 radələrində, ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış z amanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzi linə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli sellofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Həmin hökmlə həmçinin bəraət almış şəxs 2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrini əldə edilməsi barədə tanışları Şahid13, bəraət almış şəxs 3, bəraət almış şəxs 1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı X adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə ed ilən pulun şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxsə çatdırılanadək onun İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü X adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü bəraət almış şəxs 1 həmin gün saat 22 radələrində Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qrupun digər üzvlərindən q əbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə, qalan hissəsini cinayətkar qrupun digər üzvləri bəraət almış şəxs 3 və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan zaman anası Şahid5 onun itkin düşməsi barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində bəraət almış şəxs 3 28 sentyabr 2018-ci il tarixdə, saat 09 radələrində, ünvan 8 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəng li şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40- da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü bəraət almış şəxs 1 ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilin ə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa qeyd olunan hökmə görə, bəraət almış şəxs 3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, bəraət almış şəxs 1, bəraət almış şəxs 2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı X adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan X adlı şəxsə çatdırılanadək qrup üzvü bər aət almış şəxs 2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü bəraət almış şəxs 2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü X adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü bəraət almış şəxs 1 həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərin ə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri, yəni onun və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan bəraət almış şəxs 2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində bəraət almış şəxs 3 28 sentyabr 2018-ci il tarixdə, saat 09 radələrində, ünvan 8 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisi ndə qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü bəraət almış şəxs 1 ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində qeyd edilən narkotik vasitə heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün, saat 14 radələrində, qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Hökmdən bəraət almış şəxs 1, bəraət almış şəxs 2 müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu və bəraət almış şəxs 3 müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlikedənvə məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qurbanov Ramin Afad oğlundan ibarət tərkibdə) 19 noyabr 2020-ci il tarixli hökmü ilə apellyasiyaşikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ləğv edilmiş, bəraət almış şəxs 1, bəraət almı ş şəxs 2 və bəraət almış şəxs 3 onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyinə görə təqsirləndirilən şəxslərin hər birisinə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, bəraət almış şəxslərin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barələrində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yen iapellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassas iya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonar mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və məhkumlar bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərini əsassız olaraq təmin edərək onlara bəraət vermiş, halbuki birinci instansiya məhkəməsinin məhkəmə iclasında həmin şəxslərin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olmaları tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi və özlərini müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ziddiyətli ifadələrini, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin təqsirləndirilən şəxslərin ifadələri ilə ziddiyyət təşkil etməsini əsas götürərək belə nəticəyə gəlmişdir ki, bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilmir. Kassasiya protestinin müəllifi bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bər aət almış şəxs 3 cinayət işinin materiallarında olan bir sıra sənədlərə (protokollara, ekspertiza rəylərinə, telefon məlumatların götürülməsi ilə bağlı arayışlar və s.) istinad edərək, apellyasiya məhkəməsi tərəfindən həmin sübutlara düzgün qiymət verilmədiyini və məhkəmənin iş üzrə gəldiyi nəticənin isə yalnız təqsirləndirilən şəxslərin verdikləri ifadələrə əsaslanmasını bildirir. Halbuki bu ifadələr iş üzrə toplanmış digər sübutlarla tam təkzib olunmuş, lakin məhkəmə həmin sübutları qəbul etməməsinin motivlərini heç nə ilə əsaslandırmamış, yalnız əsası olmayan öz mülahizələri ilə kifayətlənmişdir. Dövlət ittihamçısı S.K.Sadıqov bütün qeyd olunanları nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya bax ışına təyin olunmasını xahiş edir. bəraət almış şəxs 1 müdafiəçisi Şahid3 və bəraət almış şəxs 3 müdafiəçisi A.M.Məmişov kassasiya protestinə etiraz verərək apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişlər. Kassasiya protestinə baxılması açıq məhkəmə iclasında 23 noyabr 2021-ci il tarixə təyin edilmiş və bu haqda proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, barələrində bəraət hökmü çıxarılmış bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslX22aq kassasiya protestinə bəraət almış bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış ş əxs 3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-cimaddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühü m əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyə n edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqi q edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdı r. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarını n və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmi ş olsun. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliy i, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 33.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində təd qiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiq atçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldik də. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın pr edmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların mə cmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qey riəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda ba ğlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yol la təsir göstərəcəyi və ya göstərə biləcəyi halda,sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması iləəldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqdaəldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı ma ddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3, hər birisinin ayrı-ayrılıqda ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin müqayisəli təhlili göstərir ki, bu ifadələr məzmununa görə onların ilkin araşdırma zamanı verdikləri izahatların məzmunu ilə üst-üstə düşür və məhkəmə kollegiyası məhz həminifadələrin bəzilərinə müraciət etməyi məqsədə uyğun hesab edərək göstərilən ifadələ rdəki bir sıra ziddiyyətlərin həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən aradan qaldırılmadığını qeyd edir. Belə ki, ibtidai araşdırma zamanı bəraət almış bəraət almış şəxs 1 göstərmişdir ki, o, bəraət almış şəxs 2 2017-ci il tarixdən tanıyır və x1 onun dostluq münasibətləri olmuşdur. Şahid13 X13 isə uşaqlıq illərindən tanımış, X24ın bacısı X15 2013-cü il tarixdə ailə qurmuş, lakin sonradan ayrılmışlar. O, X24la söhbət edən zaman birlikdə İran İslam Respublikasına həkimə getmək qərarına gəlmişlər. Belə ki, X24ın səhhətində problemləri olduğu üçün onun müalicə olnumasından ötrü İran İslam Respublikasına getmək istəmişdir. Tarixi xatırlamadığı vaxt X16 birlikdə Bakı şəhərindən taksi avtomobili ilə Biləsvuara getmiş, oradan isə İran İslam Respublikasına keçmiş və tanımadıqları avtomaşına əyləşərək sürücüdən onları Təbriz şəhərinə aparmasını xahiş etmişlər. Yolda taksi sürücüsünin adının X olmasını öyrəndikdən sonra sonuncu onlardan narkotik vasitələrdən istifadə edib-etməmələrini soruşaraq bildirmişdir ki, o, mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərərək həmn vasitələrin satışı ilə məşğul olur. Onlar isə həmin şəxsə narkotik vasitə istifadə etmədiklərini bildirdikdən sonra X narkotik vasitələrin Azərbaycan Respublikasında baha, İranda isə ucuz qiymətə satılmasını söylədkdə o, yəni bəraət almış şəxs 1 X maraq üçün narkotik vasitə təşkil edə bilib-bilməməsini soruşmuşdur, X isə maraqlanıb xəbər edəcəyini demiş və eyni zamanda tanışlarının da narkotik vasitələrin ticarəti ilə məşğul olmasını bildirərək onlara öz m obil telefonunun nömrəsini vermişdir. Həmin nömrəni X24istifadəsində olan mobiltelefonunda qeyd etmişdir. Bundan sonra X14 Respublikasının Təbriz şəhərində həkim müayinəsindən keçdikdən sonra onlar Bakı şəhərinə qayıtmışlar. Təxminən 2-3 gün keçdikdən sonra Bakı şəhəri, Nizami rayonunun ərazisində olan 8-ci km bazarında o, X24la görüşmüş və həmin vaxt X24ın mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs isə X olmuşdur. X24 mobil telefonla Xla danışarkən sonuncu bir nəfərdə narkotik vasitə olmasınıbldirərək həmin narkotik vasitəni Bakı şəhərinə göndərə bilməsini demişdir. X24 Xa narkotik vasitəni almaq üçün pulları olmadığını bildirərək həmin vasitəni göndərdikdən sonra pulunu ödəyəcəyinə söz vermişdir. Lakin X onunla razılaşmamış və göndərə biləcəyi 300 qramdan az olmayan narkotik vasitənin pulunun bir hissəsini göndərməyi təklif etmişdir. X24 Xa 500 manatdan artıq pulunun olmamasını bildirdikdən sonar X narkotik vasitəni satan şəxslə danışıb sonra xəbər verəcəyini demişdir. Təxminən 2 gün keçdikdən sonra o, X24la 8-ci km bazarında birlikdə olarkən X X24a zəng edərək bir nəfəri və 500 manat pulu İran İslam Respublikasına göndərməyi təklif etmiş və həmin pulun müqabilində bir qramı 20 manata olmaqla 300 qram çəkidə narkotik vasitə olan həşiş qətranını Azərbaycana göndərməyi vəd etmiş, lakin bildirmişdir ki, İrana gələn şəxs narkotik vasitənin pulu tam həcmdə ödənilənədək orada girov saxlanılacaq. Onlar Xla razılaşmış və bundan sonra o, tanışı bəraət almış şəxs 2la görüşərək Xın təklifini ona da çatdırmış, X22 da bu təklifi qəbul edərək pulu İrana aparıb orada girovda qala bilə cəyini bildirmişdir. Həmin günü o, 8-ci kilometr bazarında çayxanada olarkən orada adının X29 olan şəxs kimi tanıdığı bəraət almış şəxs 3la görüşmüş və ona da İrandan narkotik vasitələrin göndəriləcəyi barədə məlumat verərək həmin narkotik vasitələrin satılmasında ona köməklik etməyi xahiş etmiş, bəraət almış şəxs 3 da bu təkliflə razılaşmışdır. 24 sentyabr 2018-ci il tarixdə saat 12 radələrində o, X24ın verdiyi 500 manat pulu götürüb X22la metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşmüş, oradan birlikdə “20 yanvar” stansiyasınaqədər birlikdə getdikdən sonra həmin stansiyanın pulu X22a verərək onu taksi avtomaşını ilə İran İslam Respublikasına yola salmışdır. O, özünə məxsus üzərində ***-***-**-** nömrə olan mobil telefonunu da X22a vermişdir.Təxminən iki saatdan sonra bəraət almı ş şəxs 2 X24a zəng edərək Biləsuvara çatdığını və hazırda Xla bir yerdə olmasını demişdir. 25 sentyabr 2018-ci il tarixdə o, yəni bəraət almış şəxs 1 X24la birlikdə olarkən əvvəllər tanımadığı, özünü “dayı” kimi təqdim edən şəxs X24a zəng edərək Xın göndərdiyi narkotik vasitəni gətirməsini bildirərək həmin vastənin onlara çatdırılması üçün Biləsuvara gəlmək lazım olduğunu bildirmiş və buna görə də onlar həmin gün taksiilə Biləsuvar rayonuna getmiş, orada onlara zəng etmiş şəxslə görüşmüş və ondan selofan torbaya yerləşdirilmiş narkotik vasitəni götürərək Bakı şəhərinə qayıtmışlar.O, narkotik vasitənin çox hissəsini X24a vermiş, az hissəsini isə satmaqdan ötrü özü götürmüşdür.26 sentyabr 2018-ci il tarixdə o,təxminən saat 16 radələrində 8-ci km bazarında çayxanaya gedib orada X5la və söhb ət zamanı sonuncu bəraət almış şəxs 2 ona İrandan zəng orada girovda olmasını, onunla, yən bəraət almış şəxs 1la əlaqə saxlayıb pulu göndərməsini deməsini bildirmişdir. Həmin vaxt çayxanadaadam çox olduğu üçün o, X5dan mobil telefonunu alıb çölə çıxmış və X22da olan özünə məxsus mobil telefona zəng edib X22la əlaqə saxlamışdır. X22a telefonda demişdir ki, malı sata bilmir, özündə hazır pulu yoxdur, pulu tapa bilməsə həmin adamın malını, yəni narkotik vasitəni geri qaytaracaqdır. Həmçinin demişdir ki, malı göndərən şəxsə bildirsin ki, malı gəlib götürsün. Sonra çayxanaya daxil olmuş və X5 ondan nə olmasını soruşduqda, o, da X5a baş verənlər barədə məlumat vermişdir. X5 ona bildirmişdir ki, X22ı girovluqdan azad etmək üçün onlarda olan mala müştəri tapmaqda köməklik edə bilər. Bunun üçün X5 ona narkotik vasitəni satmaqda kömək edə biləcəyini deyərəknarkotik vasitəninin bir hissəsini götürərək çıxıb getmiş və təxminən yarım saatdan sonra qayıdaraq narkotik vasitə yaş olduğu üçün heç kiməsata bilmədiyini söyləmişdir. Həmin gün o, 8-ci km bazarının ərazisində olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Həmin vaxt onun üzərində göndərilən narkotik vasitənin bir qismi olmuşdur. Polis şöbəsində iki nəfər tanımadığı şəxs dəvət olunaraq həmin şəxslərin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, polis əməkdaşları ona qanunla qadağan olmuş hər hansı bir əşyanın olub-olmaması barədə sual vermis, o, da əynində olan şalvarının sağ yan cibindən selefona bükülmüş vəziyyətdə olan narkot ik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sonra bu barədə protokol tərtib olunmuşdur, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı bəraət almış şəxs 2 narkotik vasitələrin İrandan Azərbaycana göndərilməsi, həmin narkotik vasitələr satılaraq bundan əldə olunmuş pul İrana göndərilənə qədər oraya gedib həmin pulun bir hissəsini – 500 manat məbləğini İran vətəndaşı olan Xa verməsi və öz razılığı ilə girov qalmasına dair bəraət almış şəxs 1 ifadələrinə analoji ifadələr vermiş və əlavə olaraq göstərmişdir ki, o, 24 sentyabr 2018-ci il tarixə Biləsuvara çatdıqdan sonra onun üzərində olan, lakin bəraət almış şəxs 1 məxsus olan telefona zəng gəlmiş və zəng edən şəxs özünü X kimi təqdim edərək harada olmasınıı soruşmuş, o, Xa sərhəd keçid məntəqəs indən İran İslam Respublikasının Biləsuvar rayonuna keçməsini bildirmişdir. X bir qədər irəlidə “Xəzər” adlanan mehmanxana olmasını və onun qarşısında gözləməsini xahiş etmiş,o, da həmin yerə gedərək onu gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra qara rəngli “Pejo” markalı İran İslam Respublikasının dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, həmin avtomobilin içərisindən sükan arxasından bir nəfər şəxs düşmüş və həmin şəxs özünü X kimi təqdim etmişdir. O, Xın avtomaşınına arxa oturacaqda əyləşmiş, çünki qabaqda başqa yaşlı kişioturmuşdur. X onu öz dayısı və böyükləri kimi təqdim etmişdir.Görüşdükləri yerdən bir qədər getdikdən sonra X tanımadığı yerdə mağazaların qarşısında avtomobili saxlamış, onu avtomobildən düşürmüş və həmin yaşlı kişi onu orada olan şəxslərin gözü qarşı sında döyərək yerə yıxmış, X isə əllərini və ayaqlarını kəndirlə bağlayıb yaşlı kişi ilə birlikdə götürüb avtomobilin arxa yük yerinə yerləşdirmişldir. Belə vəziyyətdə onu təxminən iki saatdan sonratanımadığı bir evə gətirmiş və həmin evin içəri otaqlarına aparıb orada su və yemək vermis, sonra isə qaranlıq otağa salıb əlini, ayaqlarını və ağzını bağlamış, onu orada yenə də döymüş, sonra isə otağın qapısını bağlayıb çıxıb getmişlər. Belə şəraitdə iki gün saxlanıldıqdan sonra “Dayı” deyə müraciət olunan şəxs onun əllərini, ayaqlarını və gözlərini açmış və X24 və X55 onlara göndərilmiş narkotik vasitənn pulunu gətirməyəcəkləri təqdirdə ona işgəncə verərək öldürməklə hədələmişdir. Bundan sonra “dayı” ləqəbli şəxs onun yanına gəlib ona valideyinlərinə zəng etməsini, lakin onlara harada olmasın ı deməməsini təklif etmiş, o, da qorxudan bu təkliflə razılaşaraq atası x ******-**-** nömrəli mobil telefonuna zəng edərək telefonu “dayıya” vermişdir. «Dayı» atasına telefonda X24ın, X55, yaxud da özünün 5000 manat pul tapıb ona verməyəcəkləri halda onu, yəni X22ı öldürəcəyini bildirmiş, atasıhəmin məbləğdə pulu tapa bilməyəcəyini, tapsa da bir qədər gec müddətdə tapacağını demişdir. Bundan sonra həmin şəxs mobil telefonu ona vermişdir ki, hər hansı bir şəxsə zəng vurub pul tapsın. O, telefonda X5 adlı şəxsin nömrəsinin yazılmasını görərək həmin nömrəyə zəng vurmuş və ağlaya-ağlaya X5dan atasına zəng edərək pul lazım olmasını, X55 və X24 adlı şəxslərə görə ilişməsi barədə məlumat verməsini xahiş etmiş, X5 da bu xahişi yerinə yetirəcəyinə söz vermişdir. Sonra “dayı” ləqəbli şəxs telefon u ondan alıb yenə atasına zəng edərək ona 3000 manatdan keçməsini, lakin 2000 manat pul gətirərrsə oğlunu buraxacığını demişdir. Səhəri gün həmin şəxs onun yanına gəlib növbəti dəfə atasına zəng etdikdə sonuncu ona Biləsuvar rayon sərhəd keçid məntəqsəində olmasını və özü ilə 2000 manat məbləğində pul gətirdiyini demişdir.Daha sonra “dayı” ləqəbli şəxs atasına demişdir ki, Biləsuvar rayonu ərazisində “Kapital bankın” yanında gözləsin və yarım saat ərzində ona zəng edib xəbər verəcəkdir. “Dayı” ləqəbli şəxs onun yanında bir nəfər şəxsə zəng edərək X22ın atasının“Kapital bankın” yanında gözləməsini və ondan gətirdiyi pulu almaq lazım olmasını bildirmiş, həmin şəxs də bu təkliflə razılaşmış, bir qədər sonra isə “dayı” ləqəbli şəxsə zəng edərək pulu götürdüyünü və X22ı buraxa bilməsini demişdi r. Məhz bundan sonra onu girov saxlamış şəxslər onu, yəni bəraət almış şəxs 2 buraxmışlar və o, Biləsuvar sərhəd keçid məntəqəsindən Azərbaycana keçərək atasının gözlədiyi yerdə onunla görüşüb birlikdə Bakı şəhərinə qayıtmışlar. Həm ibtidai araşdırmanın sonlarında, həm də məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində ifadə vermiş, apellyasya instansiyası məhkəməsinin hökmü ilə isə bəraət almış şəxs 3 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 8-ci km bazarında meyvə satışı ilə məşğul olmuşdur. bəraət almış şəxs 1 həbs olunmazdan bir müddət əvvəl, bəraət almış şəxs X33 isə X55 görə tanımış, onlarla Bakı şəhəri, Nizami rayonunun ərazisindəyerləşən 8-ci km bazarında çayxanada bir neçə dəfə çay içmişdir. 24 avqust 2018-ci il tarixdə 8-ci km bazarındakı çayxa nada X55 görüşüb söhbət edərkən sonuncu X22ın Sumqayıt şəhərinə bacısı gilə getdiyini demişdir. 27 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində həmin bazarda olarkən X55 məxsus ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** nömrəli telefonuna zəng gəlmiş, zəng edən şəxs X22 olmuş və o, ağlaya-ağlaya İranda girovda saxlanıldığını demiş, sonra mobil telefonuna tanımadığı şəxs X22dan götürüb X55 ona pul borclu olmasını, buna görə X22ın girov saxlanılmasını, pulun həmin gün saat 21 radələrinədək çatdırılmadığı halda X22 üçün pis olacağını, yəni onu öldürəcəklərini bildirmişdir. O, həmin şəxsə onu və X22ı tanımadığını bildirdikdən sonra telefonu yenə X22 götrüb ağlaya-ağlaya onun İran İslam Respublikasında X55 borcuna görə girovda saxlanılmasını, axşam saat 21-ə qədər onu girov s axlayan şəxslərə 5500manat pul çatdırılmadığı halda onun, yəni X22 üçün ciddi problemlərin yarana biləcəyini söyləmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı daha 2-3 dəfə ona zəng edərək X22ın barəsndə söylədiyi hədə-qorxunu təkrarlamışdır. Həmin gün saat 23 radələrində X22 yenidən ona zəng edərək onu girov saxlayan şəxslərin 4500 manat məbləğində pulun müqabilində onu buraxmağa razılaşmaları barədə məlumat verərək valideyinləri ilə də bununla bağlı danışmasını, atasının 2000 manat məbləğində pul tapmasını deyib həmin pulu atasından götürüb X55 çatdırmasını xahiş etmişdir. Bundan təxminən 10 dəqiqə keçdikdən sonar ona zəng gəlmiş, zəng edən şəxs X22ın atası olduğunu bildirib onlara gəlməyini xahiş ettmişdir.O, da buna etiraz etməyərək sonuncu ilə razılaşmış və X22ın yaşadığı mənzilə yollanmış, lakin təxminən 20-25 dəqiqədən sonra “Oba” adlanan mağazanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılmış, səhərə qədər o, həmin bölmədə saxlanılmış, 28 sentyabr 2018-ci il tarixdə isə onun üzərində heç bir qanunsuz əşya olmadığı halda güya onun üstündə narkotik vasitə aşkar olunması barədə protokol tərtib olunmuşdur. O, həmin protokolun yalan olmasına görə onu imzalamaqdan imtina etmişdir. Şahid13 24-cü PŞ-də görüb tanımış, özü heç vaxt narkotik vasitə istifadə etməmiş, daşımamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, İxtiyarın və ya X55 də narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Saxlanıldığı vaxt da üzərində narkotik vasitə aşkar edilməmiş, X22ın xahşini X55 çatdırdıqda is ə sonuncu qorxduğunu və X22ın atası ilə təklikdə görüşə bilməyəcəyini demiş, o, da X22ın atası ilə görüşdürmək üçün sonuncunun yaşadığı evə gedərkən polis əməkdaşları onu tutub şöbəyə aparmışlar. bəraət almış şəxs 3 həmçinin göstərmişdir ki, onun əvvəlcədən X22ın İrana getməsi barədə məlumatı olmamış və X55 ona X22ın Sumqayıt şəhərində bacısı gildə olmasını bildirmişdir. X22 zəng vurandan sonra isə o, X55 çayxanada tapıb bu barədə onunla danışmış, X55 onu aldatdığını, X22ın Sumqayıtda olmadığını ona demişdir. Həmçinin bəraət almış şəxs 3 verdiyi ifadələrində X22 narkotik vasitələrin Azərbaycana göndərilərək həmin vasitələrin satılmasına və satışdan əldə olunacaq pulun İran vətəndaşlarına çatdırılmasına qədər orada öz xoşu ilə girovda qalmasından xəbərsiz olduğunu qeyd etmişdir. İbtidai ara şdırma zamanı bəraət almış şəxs 1 ilə bəraət almış şəxs 2 aralarında keçirilmiş üzləşdirmə zamanı bəraət almış şəxs 1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə onun, bəraət almış şəxs 2 və X66un əvvəlcədən razılaşaraq ona, yəni bəraət almış şəxs 1 narkotik vasitənin göndərilməsi müqabilində bəraət almış şəxs 2 500 manat məbləğində pulla birlikdə İran İslam Respublikasına getməsi və orada özünün razılığı ilə narkotik vasitənin müqabilində girovluqda qalmasını göstərmişdir. İş materiallarından göründüyü kimi, bəraət almış şəxslər bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2, hər birisi ayrı-ayrılıqda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ibtidai araşdırma zamanı onlara polis əməkdaşları tərəfindən təzyiq və təsirlər göstərildiyini və belə təsir və təzyiqlər altında məcbur olaraq törətmədiyi əməllər barədə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2, hər birisinin ayrı-ayrılıqda təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri həmin fadələri məhkəmə tərəfindən yoxlanılmış və onların barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş Nizami Rayon Polis İdarəsnin 24-cü polis şöbəsinin əməkdaşları Şahid10, Şahid3, Şahid9, Şahid8, hazırki iş üzrə ibtidai araşdırmanı aparmış Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Şahid14, ilkin araşdırma zamanı əməliyyat-axtarış tədbirlərinin keçirilməsində hal şahidləri olmuş Şahid1, Şahid12, Şahid6, Şahid2, dindirilmiş, eyni statusla ilkin araşdırmanın aparılmasında iştirak etmiş Şahid7, barəsində cinayət işinin materialları başqa icraata ayrılmış Şahid13, məhkəmədə ifadə verməkdən imtina etdiklərinə görə bəraət almış şəxs 2 anası Şahid5 və atası Şahid4 ifadələri, habelə bəraət almış şəxs 1n və bəraət almış şəxs 3 üzərlərinə baxışın keçirilməsi və narkotik vasitələrin aşkar edilməsi haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-psixiatrik ekspertizalarını rəyləri, təqsirləndirilən şəxslərin biri-biri ilə və digər şəxslərlə telefon yazışmalarını əks etdirən məlumatlar, sübut əhəmiyyətli digər sənədlər elan olunaraq araşdırılmış və araşdırılmış həmin sübutların təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri if adələrlə üst-üstə düşməsi, digər tərəfdən isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, bu sübutların onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələrinin təsdiq olunması müəyyən edilmişdir. Buna görə, Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırdığı sübutları bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2 onlara elan olunmuş ittiham üzrə təqsirli bilinmələri üçün kifayət etməsini nəzərə alaraq onların haqqında ittiham hökmünün çıxarılmasını mümkün bilmişdir. Eyni zamanda araşdırılmış sübutlarla ibtidai araşdırma zamanı bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2, habelə cinayət prosesinin digər iştirakçılarına, o cümlədən polis əməkdaşları olmayan şahidlərə təsirin və ya təzyiqin edilməsini, onların məhz belə şəraitdə ifadələr verməsini, dindirilmələri zamanı hüquqlarının pozulmasını, iş üzrə tərtib edilmiş prosessual sənədlərin saxtalaşdırılmasını və ya həmin sənədlərdə onların tərtib edilməsindən sonra bu və ya digər düzəlişlərin edilməsini təsdiq edən hər şansı sübut əldə olunmamış və hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin təqsiri təkcə onların ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə deyil, həm də, CPM-nin 125.6-cı maddəsinin tələb etdiyi kimi, araşdırılmış digər sübutların məcmusu ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmündə də əsasən məhz bu sübutlara, yəni bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2 təqsirsizliklərinə deyil, onların elan olunmuş ittiham üzrə təqsirliliklərinə dair sübutlara istinad olunmuş, lakin məhkəmə heç bir əsas göstərmədən, sadalanan sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət vermədən qeyd etmişdir ki, bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2 etirafedici ifadələri iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə təsdiq olunmur. Belə nəticəyə gələn məhkəmə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların rədd edilməsinin motivlərini və əsasını da çıxartdığı hökmdə hər hansı şəkildə izah etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi özünün apellyasiya şikayətlərinə ilkin baxış iclasının 25 iyun 2020-ci il tarixli qərarı ilə həmin şikayətlərə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qeyd etsə də bu istintaqın hansı həcmdə aparılmasını istər həmin qərarında, istərsə d ə sonradan, yəni məhkəmə baxışı iclasında müəyyən etməmiş, məhkəmə iclasında isə yalnız məhkum olunmuş şəxslərin dindirilmələri və ibtidai araşdırma zamanı hal şahidləri qismində işə cəlb edilmiş Şahid1 və Şahid2 istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairəsi haqqında məlumatların əldə edilməsi ilə kifayətlənmiş, məhkəmənin çıxardığı hökmdə isə bu sübutlarla yanaşı ibtidai istintaq zamanı əldə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, əsasən bəraət almış şəxs 1n, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2 onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələrinə dəlalət edən sübutlara, o cümlədən onların ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici ifadələrinə, şahidlərin onları ifşa edən ifadələrinə, şəxsin üzərində şəx si axtarışın aparılması və narkotik vasitələrin götürülməsi haqqında protokollara, bu ittihamları təsdiq edən digər sənədlərə istinad olunmuşdur. Halbuki, CPM-nin 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altı na qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərə bəraət verilməli olması barədə nəticəyə gələrkən isə yalnız aşağıdakı hallara əsaslanmışdır. Birincisi, həmin məhkəmə hal şahidlərinin iştirakları ilə bağlı müəyyən prosessual xarakterli pozuntuların birinci instansiya məhkəməsinin diqqətindən yayındığını qeyd edərək və CPM-nin 94.1, 115.2, 236, 244 və 246-maddələrinin tələblərinə əsaslX22aq belə qənaətə gəlmişdir ki, bəraət almış şəxs 3 üzərində şəxsi axtarışın və götürm ənin aparılmasında hal şahidləri qismində Şahid1 və Şahid2, X55un üzərində isə eyni əməliyyat-axtarış tədbirinin həyata keçirilmərində hal şahidləri qismində Şahid7 və Şahid6 iştirakları qanunsuz olmuşdur ona görə ki, eyni xarakterli cinayət işləri üzrə Şahid2 45 dəfə, Şahid1 38 dəfə, Şahid7 isə 13 dəfə hal şahidləri qismində müxtəlif əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin aparılmasında iştirak etmələri müəyyən edildiyindən onlar hazırki iş üzrə maraqlı şəxslər, onların iştirak etdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri isə - qanunsuz hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının gəldiyi digər nəticə isə (bəraət hökmünün çıxarılmasının ikinci əsası kimi qəbul edilmiş) yuxarıda göstərilən hal şahidləri Şahid2 və Şahid 1 istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairlərinə dair "xxxx" MMC-dən və "Azercell Telekom" MMC-dən götürülmüş məlumatlarla əlaqədar olmuşdur. Apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında əldə edilmiş həmin məlumatlara əsasən Şahid2 29 sentyabr 2018-ci il tarixdə saat 14:30-dan 14:50-ə qədər olan müddət ərzində Pirallahı qəsəbəsində olsa da iş materiallarında onun həmin gün saat 14:00-dan 15:00-dək Nizami Rayon Polis İdarəsində olması və ifadə verməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət məsuliyyətinə cəlb edilmiş bəraət almış şəxs 1 və bəraət almış şəxs 3 üzərində şəxsi axtarışın və götürmənin aparılması nəticəsində götürülmüş narkotik vasitələrin çəkisinin müəyyən edilməməsinə, hal şahidi olmuş Şahid6 cinayət təqibinin müxtəlif mərhələlərin də ziddiyyətli ifadələr verməsinə və bəraət almış şəxs 3la bəraət almış şəxs 1 arasında üzləşdirmənin aparılması zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına, bu istintaq hərəkəti aparılarkən qanunun tələblərinin pozulmasına da istinad edərək ümumilikdə həmin halları CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntular kimi qiymətləndirmiş, lakin belə pozuntuların baş verməsi barədə təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin iddialarına əsaslX22aq özü bununla bağlı, yəni həqiqətin müəyyən ediliməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası Konstitusiyanın və prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarandan çıxış edərək əvvəla qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdı rılmış sübutlara istinad edilməklə əsaslandırılmalı, sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edlməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm (qəbul edilmiş digər yekun məhkəmə aktı) qanuni və əsaslı hesab edilə bilər. Bununla yanaşı məhkəmə qərarının əsaslı olması tələbi ilə bağlı məhkəmə kollegiyası həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı tələblərə və bu hüququn təmin olunmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi nin) presedent hüququna da müraciət etməyi zəruri sayır. Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözləd iklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 12 mart 2020-ci il tarixli Qərar). Apellyasiya instansiyası məhkəməsinin hökmündən isə məhkəmə tərəfindən bəraət almış şəxs 1, bəraət almış şəxs 3 və bəraət almış şəxs 2 etirafedici ifadələri ilə üst-üstə düşən şahidlərin ifadələri və digər sübutlar üzrə bu qaydada təftiş aparması görünmür. bəraət almış şəxs 1 və bəraət almış şəxs 3 üzərlərində 28 sentyabr 2018-ci il tarixdə şəxsi axtarışın və götürmənn aparılmasında iştrak etmiş hal şahidləri Şahid2 45 dəfə, Şahid1 38 dəfə, Şahid7 isə 13 dəfə başqa cinayət işləri üzrə də hal şahidi qismində iştrak etmələri, buna görə də CPM-nin 94.1 və 115-ci maddələrinin tələblərinin pozulmasına görə həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin qanunsuz hesab edilməsi bar ədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər...Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. CPM-nin 115.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblər ə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. CPM-nin 115.2-ci maddəsində təsbit edilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. CPM-nin 115.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Əvvəla cinayət işinin materialları ilə Şahid2, Şahid1 və Şahid7 hazırki işdə hər hansı maraqlarının olması müəyyən edilmir (bu məsələ də apellyasiya instansiyası məhkəməsi tə rəfindən yoxlanılmamışdır), adları çəkilən şəxslərin ayrı-ayrılıqda verdikləri ifadələrə görə, onlar bəraət almış şəxs 1 və bəraət almış şəxs 3 üzərlərində axtarışın və götürmənin aparılmasında öz razılıqları ilə iştirak etmiş, göstərilən şəxslərin iştirakları ilə baş verənləri onlar tam və düzgün dərk etmək qabiliyyətinə malik olmuş, onlara etirazın edilməsi üçün CPM-nin 109.1.1-109.1.8-ci maddələrində göstərilən hallar isə mövcud olmamışdır. O, ki qaldı Şahid2, Şahid1 və Şahid7 əvvəllər də başqa cinayət işləri üzrə əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin aparılmasında hal şahidləri qismində iştirak etmələri, yəni onların hal şahidi kimi cinayət prosesində iştiraklarının mütəmadi xarakter daşıması məsələsinə, qeyd olunmalıdır ki, CPM-nin 115.4-cü maddəsinin tələbinə və mənasına görə, bu vəziyyətin müəyən edilməsi heç də bütün hallarda həmin hal şahidlərinin iştirakı ilə aparılmış əməliyyat-axtarış tədbirlərinin və ya istintaq hərəkətlərinin etibarsız hesab edilməsinə səbəb olmur (CPM-nin 115.4-cü maddəsinin tələbi imperaktiv xarakter daşımır). Məhkəmə kollegiyasının qənaətinə görə, əvvəllər də cinayət prosesində dəfələrlə hal şahidi qismində iştirak etmiş şəxsin növbəti dəfə başqa iş üzrə cinayət təqibinin aparılması zamanı hal şahidi qismində cəlb edildikləri əməliyyat-axtarış tədbirinin və ya istintaq hərəkətinin etibarsız hesab edilib-edilməməsi üçün belə halın digər sübutlarla birgə və onlarla müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi, həmin şəxslərin işin nəticələrində maraqlı olub-olmamalarının aydınlaşdırılması tələb olunur, digər tərə fdən isə onların aparılmasında hal şahidi qismində iştirak etdikləri tədbirin və ya hərəkətin qanuna uyğun olub-olmaması da yoxlanılmalıdır. Həm iş üzrə ibtidai araşdırmanın aparılmasına və cinayət işinə birinci instansiya məhkəməsndə baxılmasına, həm də apellyasiya icraatına aid olan materiallardan və apellyasiya instansiyası məhkəməsinin hökmündən göründüyü kimi, Şahid2, Şahid1 və Şahid7 iş üzrə toplanmış digər sübutlara, o cümlədən bəraət almış şəxs 1 və bəraət almış şəxs 3 etirafedici ifadələrinə uyğun olaraq onların üstündən narkotik vasitənin aşkar edilərək götürülməsini tam və düzgün dərk etmək qabiliyyətinə malik olaraq bu haqda tərtib edilmiş protokolu imzalamaqla, sonradan isə şahid qismində dindirilərkən həmin faktı təsdiq etmiş, apellyasiya instansiyası məhkəməsi isə yenə də bu məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. Digər tərəfdən, məhkəmə həmin hökmdə CPM-nin bəraətin verilməsini tələb edən bir sıra normalarının tələblərinə istinad etsə də, əsasən özünün deyil, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad etmiş, lakin bu sübutlara onların mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qanunda nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmiş və onların böyük əksəriyyətini yolverilməz sübutlar kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda göstərilənlər birlikdə götürüldükdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM 416.1.1 və 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməsinə və buna görə də 19 noyabr 2020-ci il tarixli hökmdən verilmiş kassasiya protestinin əsaslı olmasına dəlalət edir. Bu baxımdan həmin pozuntularla çıxarılmış hökm qüvvəsində saxlanıla bilməz və belə hökm ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegyiası belə qənaətə gələrkən CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcdan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-c maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs2 müdafiəçisi Z.İ.Abbaszadənin və bəraət almış şəxs 3 müdafiəçisi A.M.Məmişovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət a lmış şəxs 3, onların hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə onlara bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslX22aq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. bəraət almış şəxs 1, bəraət almış şəxs 2 və bəraət almış şəxs 3, onların hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-947/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-947/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver