Məhkəmə qərarları › İş №1(102)-947/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-947/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-947/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxxx 1984-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər r ayonu, Binə qəsəbəsi, Yeni tikilidə yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 263-1.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 1(103)-2125/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim: M.İ.Hacıyeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2631.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci və 66.4-cü maddəsinə əsasən Məhkum təyin olunmuş əsas cəzalar qismən, əlavə cəza isə tam toplamaq yolu ilə onun üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin maddi sübut, məhkəmə xərcləri və mülki iddia məsələləri də həll edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və E.Ə.Mehdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istif adə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, tanışı Zərərçəkmiş şəxs2 tərəfindən “Avtopark Baku” məhdud məsuliyyətli cəmiyyətindən müqavilə və yol vərəqəsi əsasında icarəyə götürülmüş “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olub Nəsimi küçəsi ilə Çobanzadə küçələrinin kəsişməsinə çatdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yolun hərəkət hissələrinin kəsişmələrində quraşdırılmış 2.4 “yol verin” hərəkət növbəliliyini göstərən üstünlük yol nişanının qarşısında dayanmadan hərəkətini davam etdirmiş və avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıq dan Çobanzadə küçəsi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, “C 300 minik” modelli, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə vurmuş, nəticədə zərbədən “Mercedes Benz” markalı, “C 300 minik” modelli avtomobil fırlanaraq arxa sağ hissəsi ilə onun idarə etdiyi “Hyundai” markalı, “Accent” modelli avtomobilin sol arxa yan qanad hissəsinə çırpılmış və irəli atılaraq qabağı ilə Çobanzadə küçəsinin sol hissəsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Lincoln” markalı, “Mercury” modelli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə çırpılaraq dayanmış, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 sol incik sümüyünün başaltı yer dəyişməyən sınığı, sol qaşüstü və sağ alın nahiyələrinin əzilmiş yaraları, sol mil-biləyin arxa səthinin qançırları, sol baldırın yuxarı 1/3-nin ön-bayır nahiyəsinin şişkinlik halında əzilməsi və qançırları, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sağ diz nahiyəsinin sıyrıqları, ümumilikdə sağlamlığın uzun müddət ərzində pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini olmuş Zərərçəkmiş şəxs2 sağ tərəfli medial topuğun yerdəyişmiş qapalı sınığı, sol əlin İİ barmağının əzilmiş yarası, ümumilikdə sağlamlığın uzun müddət ərzində pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, eləcə də “Mercedes Benz” markalı, “C 300 minik” modelli, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Z ərərçəkmiş şəxs1 19975 manat, “Lincoln” markalı, “Mercury” modelli, 90- XS-580 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 5000 manat, “Hyundai” markalı, “Accent” modelli, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 9764 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus "Şəbnəm” mebel mağazasının pəncərəsinin şüşəsini əli ilə sındıraraq qanunsuz binaya daxil olub həmin mebel mağazasında olan iş otağındakı içərisində 1500 manat pul olan 300 manat dəyərində bir ədəd dəmir seyfi gizli olaraq talayıb ünvan 4 ünvanında yerləşən özünə məxsus anbara apararaq orada saxlanc yeri hesab edilən həmin dəmir seyfin qapısını laqonda ilə kəsərək içərisindən 1500 manat pulu götürüb Zərərçəkmiş şəxs5 ümumilikdə 1800 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən cəzasını yüngülləşdirən halları yəni, əməllərindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışması, ailəli olması, himayəsində iki azyaşlı uşağının olması və ailədə yeganə qazanc gətirən şəxs olması kimi halları cəza təyini zamanı nəzərə alınmadığı üçün ona həddindən artıq ağır cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin yol verdiyi, cəzanın təyi ni məsələsini tənzimləyən cinayət hüquqi normalarının pozuntularını aradan qaldırmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növdə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxı larkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərarın ın qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni sərxoş halda icarəyə götürülmüş nəqliyyat vasitəsinin idarə etməsi nəticədə ehtiyatsızlıqdan digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və özünün idarə etdiyi avtomobilin sərnişini olmuş Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığın uzun müddət ərzində pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, eyni zamanda avtomobilləri zədələməsi nəticəsində ayrı-ayrı vətəndaşlara ümumilikdə 34.739 manat maddi ziyan vurması, habelə binaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1800 manat miqdarında maddi ziyan vurm aqla oğurluq etməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum kassasiya şikayətində cinayətin faktiki hallarının müəyyən edilməsi, əməlinin hüquqi tövsifi, təqsirlilik kimi məsələlər üzrə dəlillər gətirməsə də, o, habelə onun müdafiəçisi belə dəlillərlə (Məhkum əməlində oğurluq cinayətinin tərkibinin olmaması barədə iddiaları) apellyasiya instansiyası məhkəməsi qarşısında çıxış etmişlər. Verilmiş apellyasiya şikayətində və məhkəmə icraatı zamanı irəli sürülmüş, faktiki olaraq Məhkum oğurluqda təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillər apellyasiya məhkəməsində işə baxılarkən ətraflı yoxlanılmış, məhkəmə həmin dəl illərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürdüyü iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən heç bir dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində irəli sürülmüş (müstəsna olaraq cəzanın mübahisələndirilməsinə həsr olunmuş) dəlillərə gəldikdə, məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmaq üçün əsas görmür. Çünki, kassasiya şikayətində irəli sürülmüş Məhkum məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan cəzanın təyin edilməsinə dair iddianın əksinə olaraq, birinci instansiya məhkəməsi cəzasını yüngülləşdirən hallar qismində törətdiyi əməli qismən etiraf etməsini, evli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın təqsirkarın islah olunmasına və a iləsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum ədalətli cəza təyin etmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının pozuntularına yol verməmişlər. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən hallara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası mübahisələndirilən məhk əmə qərarının qanuniliyini və əsaslılığını yoxlayarkən məhkumun kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 1(103)2125/2022 nömrəli qərarı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 1(103)-2125/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar