Məhkəmə qərarları › İş №1(102)-947/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-947/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-947/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-c ü il tarixli, 1(104)-422/2023 nömrəli hökmündən Məhkum müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(125)-178/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: O.N.Cəfərli ) xx.xx.1977-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, X yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 avq ust 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək 03 (üç) ay şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbiri müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 1(104)-422/2023 nömrəli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və R.M.Cəfərov) apellyasiya protesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(125)-178/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 24 avqust 2022ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbirində olduğu 03 (üç) ay müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəza sından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2023-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 286.95 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 286.95 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin marixuananın 275 qramını 23 avqust 2022-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində yaşadığı evdə tanışı X5 700 manat müqabilində qanunsuz olaraq satmış, Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X2 həmin tarixdə saat 1 radələrində Şəmkir rayonu Qədimqala kəndində Məhkum yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Şəmkir RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində olan 1 ədəd qara rəngli sellofan paketdə 275 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki sindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən davan etdirilən əməliyyat-axtarış tədbirləri ilə özü xx.xx.2022-ci il tarixdə, saat 04:15-də Şəmkir rayonu Qədimqala kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən X2ə satmış olduğu 275 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil edən 1 ədəd ağ rəngli polietilen kəsiyi bükümdə 11,95 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Şəhər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilib, ona həmin maddə ilə məhkum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əsgərov Samir Tanırverdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib q iymətləndirilməmiş, nəticədə əsassız olaraq Məhkum əməli satış məqsədi narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da, Məhkum törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi S.T.Əsgərov hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu m addəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Əsgərov Samir Tanırverdi oğlu kassasiya şikayətində Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi S.T.Əsgərovun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin yekun hökmündən görünür ki, məhkəmənin Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə 3 xüsusat – polis orqanına Məhkum narkotik vasitələrin alqısatqısı ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı və sonradan bu məlumatın təsdiq edilməsi, Məhkum tanışı X3 üzərində 286.95 qram narkotik vasit ənin aşkar edilməsi ilə bağlı şəxsi axtarış zamanı verdiyi izahatı, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri və hər iki şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin tərkibini eyniliyinə dair əlavə məhkəmə-bioloji ekspertizasının rəyi səbəb olmuşdur. Lakin, apellyasiya məhkəməsinin Məhkum satış məqsədi ilə hərəkət etməsi (narkotik vasitənin X2ə satması) və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti həmin məhkəmənin istinad etdiyi sübutlarla da uzlaşmır. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə Məhkum tanışı X3 şəxsi axtarış və götürmə zamanı narkotik vasitənin Məhkum alması ilə bağlı verdiyi izahatın, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin, hər iki təqsirləndirilən şəxs dən aşkar edilmiş narkotik vasitənin tərkibini eyniliyinə dair əlavə məhkəmə-bioloji ekspertizasının rəyinin, yəni başqa sözlə desək əldə olunmuş sübutların apellyasiya məhkəməsi tərəfindən CPM-nin 143—146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilib-edilməməsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmələr tərəfindən tədqiq edilmiş Şəmkir RPŞ-də X3 üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişdən görünür ki, şübhəli şəxs X4 üzərində şəxsi axtarış keçirilirkən onun sağ əlində olan ağ rəngli polietilen torbanın içərisində qara rəngli sellofan bağlama aşkar olunur. Həmin bağlamaya baxış keçirilən zaman ilk görüşündən narkotik vasitə marixuanaya oxşar kütlə olması müəyyən olunur. Sorğu zamanı X2 20 ildir ki, narkotik vasitə i stifadə etdiyini, təqdim etdiyi bükümü şəxsi istifadəsi və satmaq üçün üzərində gəzdirdiyini, həmin bükülünü Qədimqala kənd sakini X1dan aldığı bildirmişdir. Həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən qeyd olunan halı təsdiq etmişdir. Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi X Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış 09 noyabr 2022-ci tarixli məktubdan görünür ki, daxil olmuş müraciətə əsasən təqsirləndirilən şəxs X3 Gəncə şəhəri BPİ-nin İTİ-nin müstəntiqləri tərəfindən dindirilməsinə və ya digər istintaq hərəkətlərinin aparılmasına etiraz edilməmişdir. Lakin müstəntiq X6 şahid qismində dindirmək əvəzinə prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq 06 yanvar 2023-cü il tarixdə sonuncudan ifadə vermək dən və Məhkum ilə üzləşməkdən imtina etmə barədə ərizə almışdır. Sadalanmış hallardan müəyyən olunur ki, X8 özü barəsində həyata keçirilmiş cinayət təqibi ilə bağlı cinayət-prosessual münasibətlərinin subyekti qismində prosessual statusu təqsirləndirilən şəxs olduğu halda, Məhkum cinayət işi üzrə heç bir, o cümlədən şahid qismində prosessual status əldə etməməsinə baxmayaraq, cinayət təqibi orqanı sonuncunun şəxsi axtarış və götürmə zamanı vermiş olduğu izahatını Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi təqsirli bilinməsi üçün sübut kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 124-cü maddəsinə müvafiq olaraq cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: _şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; _ekspertin rəyi; _maddi sü butlar; _ istintaq və məhkəmə hərəkətlərinin protokolları; _digər sənədlər. Qeyd olunmalıdır ki, “şəxsi axtarış və götürmə” istintaq hərəkəti - sübut növlərindən biri kimi çıxış etməklə özündə məhz müəyyən faktlar və faktiki halları əks etdirir, bilavasitə məqsədi axtarılan şəxsin paltarında, əşyalarında və ya bədənində olan və iş üçün əhəmiyyət kəsb edən bilən əşyanın aşkar edilib götürülməsindən ibarətdir. X3 cinayət işi üzrə keçirilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkəti də - müstəsna olaraq sonuncudan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişdir. CPM-in 126-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Şah idin verdiyi ifadəsinin qiymətləndirilməsinə gəldikdə başqa sübutlarda olduğu kimi təhqiqat aparan şəxs, müstəntiq, yaxud məhkəmə şahid ifadələrini də qanunu və vicdanını rəhbər tutaraq, işin bütün hallarının hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə qiymətləndirirlər (CPM-in 145.2-ci mad.). Göründüyü kimi X3 hazırki iş üzrə ibtidai istintaq zamanı şahid qismində cəlb edilməsi və ondan ifadəsinin alınmasına zərurətin yaranmasına baxmayaraq (X3 üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun narkotik vasitəni Məhkum alması faktının təsdiqi məqsədilə) istintaq orqanı sadəcə X3 özünə aid olan cinayət işində vermiş olduğu və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hazırkı iş üzrə sübut kimi qəbul edilməsi istisna olunan izahatı ilə (sonradan təkzib edilmiş) kifayətlənmişdir. Birinci instansiya məhkəməsi cinayət işin materiallarında X3 Məhkumla üzləşməkdən və ifadə verməkdən imtinası barədə ərizəsinin, eyni zamanda şəxsi axtarış keçirilməsi zamanı X2in verdiyi izahatın Məhkum narkotik vasitəni ona satmasını sübut edən mötəbər məlumatlar kimi qiymətləndirməmiş və cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqının gedişatında X2i şahid qismində dindirmişdir. Birinci instansiyası məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Məhkum onun həmkəndlisi olduğu üçün tez-tez ona parnikdə ştillərin alınması üçün müraciət edir, o, və Məhkum narkotik vasitə istifadəçisi olduğundan arabir görüşərək biryerdə narkotik vasitədən istifadə edirlər. 2022-ci ilin avqust ayın da DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində saxlanmış və barəsində Şəmkir Rayon Məhkəməsində aparılmış cinayət işi üzrə məhkəmə baxışı davam edir. Özünü həmin maddə üzrə təqsirli bilmir, o yalnız narkotik vasitənin istifadəçisidir, heç kimə narkotik vasitə satmamışdır. Məhkum ona narkotik vasitə satmamış, yalnız birlikdə narkotik vasitədən istifadə etmişlər. Barəsində aparılan istintaq çərçivəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitənin Məhkum almasını təzyiq altında demiş, hazırda şəxsi axtarış zamanı verdiyi izahatı inkar edir. İşə mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi X3 ifadəsinin məzmunundan Məhkum üzərində aşkar e dilmiş narkotik vasitəni məhz satış məqsədi (eyni zamanda X2ə satması ilə bağlı) ilə əldə edərək saxlaması və daşımasının təkzib edilməsindən, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar da əldə edilməməsindən çıxış edərək, Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin etməsi, nəticədə sonuncunun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini haqqında qanuni və əsaslı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində fərqli olaraq apellyasiya məhkəməsi şahidin X2in məhkəmə iclasında vermiş olduğu ifadəsini sonuncunun şəxsiyyəti, onun təqsirləndirilən şəxslə əlaqəsi, verilmiş ifadənin obyektivliyinə təsir göstərəcək amillərlə, o cümlədən ifadənin formalaş masının obyektiv və subyektiv şəraitini, şahidlə təqsirləndirilən şəxs Məhkum vermiş olduğu ifadələri arasında hər hansı bir ziddiyyətli faktın mövcud olubolmamasını yoxlamaq, həmin ifadəni digər sübutlarla müqayisə etmək əvəzinə X2in özü barəsində həyata keçirilən cinayət təqibi ilə verdiyi məlumatlardan (məhkəmə iclasında həmin məlumatları təkzib etmişdir) çıxış edərək Məhkum hazirki işin predmeti olan narkotik vasitəni satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə nəticəyə gəlmişdir. Lakin, apellyasiya məhkəməsi onu nəzərə almamışdır ki, X2 özü barəsində həyata keçirilən cinayət işi üzrə təqsirləndirilən şəxs olmaqla müdafiə tərəfində, hazırkı işdə isə məhkəmə iclasında şahid qismində təmsil olunmaqla cinayət prosesində müxtəlif prosessual maraqlara malik olmuşdur. Bu səbəbdə n onun barəsində həyata keçirilən cinayət təqibi ilə bağlı müəyyən xüsusatlar barədə müxtəlif məlumatlar verməsi özü-özlüyündə heç bir məsuliyyətə səbəb olmadığı halda hazırkı iş üzrə şahid qismində ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməsi sonuncunun cinayət məsuliyyətinə (CPM 328.2.3.) cəlb edilməsi üçün əsas kimi çıxış etmişdir. Digər tərəfdən cinayət prosesinin iştirakçısının cinayət prosesində iştirakının subyektiv hədələri baxımında nəzərə alınmalıdır ki, Məhkum iştirakı olmadan müəyyən edilmiş hal, ona münasibətdə preyudisial əhəmiyyət kəsb etməməli, X2 iş üzrə istifadə olunmuş sübutların (həmin iş üzrə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu, lakin həm öz işində, həm də hazırkı işdə təkzib etdiyi ifadələri) statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı, yəni məhz X2 barəsində həyata keçirilmiş cinayət təqibi ilə məhdudlaşmalıdır. Əks halda X2 barəsində olan cinayət işi üzrə heç bir statusunda iştirak etməyən Məhkum münasibətdə həmin sübutun şamil edilməsi sonuncunu cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onun Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinin tələblərindən çıxış edərək müvafiq olaraq yalnız məhkəmə iclasında bilavasitə ifadə vermiş şahid X2in digər sübutlarla uzlaşan ifadəsinə istinad etməklə əsaslı və qanuni yekun nəticəyə gəlmişdir. Həqiqətən də, X3 məhkəmə iclasında şahid qismində vermiş olduğu ifadəsi aşağıda sadalanan (hazırkı qərarın 7-8 səhifələrdə qeyd olunmuş) digər sübutlarla ziddiyyət təşkil etməməklə yanaşı, təqsirləndirilən şəxs Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib üzərində saxlaması, həmçinin X2ə satmaması ilə bağlı sonuncunun vermiş olduğu ifadələrilə uzlaşmaqla, üst üstə düşmüşdür. Belə ki, Məhkum məhkəməyədək və məhkəmə icraatları boyunca narkotik vasitənin istehlakçısı olduğunu bildirərək, satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasını və daşımasını inkar etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin şahid X3 məhkəmə iclasınd a digər sübutlarla üst-üstə düşən məlumatlarını təhlil etmədən tamamilə rədd etməsi CPM-in 144, 145, 146, 353.3.3-cü maddələrinin tələblərinə cavab verən təhlil kimi qiymətləndirilə bilməz. Digər tərəfdən hər iki şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin tərkibinin eyniliyi məsələsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şəxslərin bir-birini tanıması məhkəmə istintaqı zamanı müəyyən edildiyindən, onların hər ikisində olan narkotik vasitənin tərkib eyniliyi həmin narkotik vasitənin yalnız əvəzli verilməsi nəticəsində deyil, əvəzsiz mübadilə edilməsi və ya onların narkotik vasitəni eyni mənbədən əldə etmələri nəticəsində ola bilər. Belə olan halda apellyasiya məhkəməsinin hər təqsirli şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin tərkibinin eyniliyindən çıxış edərək Məh kum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərkən onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair nəticəyə gəlməsi əsassız olmuşdur. Bundan başqa apellyasiya məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olm ası müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Plenumun hüquqi mövqeyinə görə, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması, müvafiq avadanlıqların olması, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları kimi hallar, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 1609 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə haqqında” 24 avqust 2022-ci il tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitə (marixuana) satış üçün xırda bükümlərə deyil, cəmi bir bükümə (11,95 qram) qablaşdırılmış və sonuncun üzərində narkotik vasitələrin hazırlanması və ya çəkilməsi üçün heç bir avadanlıq olmamışdır. İş üzrə dindirilmiş şahidlərd ən (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Birinci instansiya məhkəməsində Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəsinə müxtəlif mobil nömrələr smslər, zənglər daxil olmuş, həmçinin Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələr zənglər edilmiş, smslər yazılmışdır. Lakin iş üzrə əhəmiyyət kəsb edəcək biləcək heç bir sms, zəng aşkar edilməmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” 3 0 sentyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Məhkum üzərindən aşkar edilmiş telefona Gəncə Şəhər Baş Polis İdarəsinin İTİ-nin müstəntiq Pərviz Qasımov tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefonun zənglər və mesajlar bölməsində Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən zənglər və mesajlar gəlmişdir. Həmçinin Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə zənglər və mesajlar getmişdir. Bundan başqa Məhkum məxsus "Samsung” markalı telefonun zənglər, mesajlar və qalereya bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj, şəkil və videogörüntü aşkar edilməmişdir. Göründüyü kimi baxılan işdə isə Məhkum narkotik vasitələrin istehlakçısı olması, digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları kimi hallar müəyyən edilməmişdir. Digər tərəfdən ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (Məhkum narkotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir. Belə olan halda apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərkən onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dai r təsdiq olunmuş əməliyyat məlumatına istinad etməsi əsassızdır. İş üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum ona ittiham olunmuş miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Təsvir olunanlardan, görünür ki, apellyasiya məhkəməsi Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməklə və Məhkum həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə hökmün ün kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması (birinci instansiya məhkəməsinin müəyyən etdiyi növdə və həddə) cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlunun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 1(104)422/2023 nömrəli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Əsgərov Samir Tanı rverdi oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 dekabr 2023-cü il tarixli, 1(104)-422/2023 nömrəli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu, həbsdə, ev dustaqlığında olduğu - 03 (üç) ay, həmçinin 15 dekabr 2023cü il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 04 (dörd) ay 08 (səkkiz) gün, ümumilikdə isə 07 (yeddi) ay 08 (səkkiz) gün təşkil edən müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaq la - 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzanın icrası müddətində Məhkum üzərinə yaşayış yerini saat 21.00-dan 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli Məhkum cəza nı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hazırki qərarın icrası yaşayış yeri üzrə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar