Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-947/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 1(106)-759/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin əv vəllərində tanış olduğu İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti məlum olmayan “Səccad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin narkotik vasitələri və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda4295,0 qram narkotik vasitə olan heroin, külli miqdarda -1230,0 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda-95,433 qram narkotik vasitə olan həşiş qətranı və təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həblərin Bakı şəhəri, Binəqədi rayonunun ərazisində küçələrin birindəki zibil qutusunun yanında gizlədilməsi barədə ona məlumat verildikdən sonra o, həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb yataq otağında çarpayının (divanın) altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X21 Şöbəsinin əməkdaşları tərəfindən 1 3 fevral 2021-ci il tarixdə, saat 02 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı çarpayının (divanın) alt hissəsindən 1 ədəd sellofan torbada külli miqdarda 4295,0 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda - 1230,0 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdə külli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranı, təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həbləri, habelə üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X28 (sədrlik edən), X23 və X11 ibarət məhkəmə tərkibində) 11 a vqust 2021-ci il tarixli, 1(099)-411/2021 nömrəli hökmü ilə Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CM-in 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 fevral 2021-ci il tarixdən hesablanması və barəsind ə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi X12 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X33 və X3 ibarət məhkəmə tərkibində) 5 noyabr 2021-ci il tarixli, 1(106)887/2021 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(099)-411/2021 nömrəli hökmünün həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Həmin qərardan Məhkum tərəfindən kass asiya şikayəti verilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X25 və X6 ibarət məhkəmə tərkibində) 26 aprel 2023-cü il tarixli, 1(102)-577/2023 nömrəli qərarı ilə Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 1(106)-887/2021 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması, kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət məhkəmə tərkibində) 8 dekabr 2023-cü il tarixli, 1(106)630/2023 nömrəli qərarı ilə apellyasiya şi kayətinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək və Cinayət Məcəlləsinin 32.5, 206-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Həmin qərardan Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X24 (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət məhkəmə tərkibində) 11 iyun 2024-cü il tarixli, 1(102)-1200/2024 nömrəli qərarı ilə Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməməsi, Dövlət ittihamçısı4 kass asiya protestinin təmin edilməsi, Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının kassasiya protestinə əsasən ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması qərara alınmışdır.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X18 və X8 ibarət məhkəmə tərkibində) 9 oktyabr 2024-cü il tarixli, 1(106)759/2024 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(099)-411/2021 nömrəli hökmünün həmin apellyasiya şikayət inə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. X17 Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 1(106)-759/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
13. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, apellyasiya instansiyası və kassasiya instansiya məhkəməsinin nəticələrinə, bir sıra qanunvericilik normalarına istinadlar edərək məhkəmələr tərəfindən işinə qanuni və ədalətli baxılmamasını, tərəfindən verilmiş şikayətin dəlillərinin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamasını, apellyasiya instansiya məhkəməsi tərəfindən ona humanist mövqeydən yanaşılaraq ona yüngül cəza təyin ed ilməməsini qeyd edib, məhkəmədən apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, məhkuma CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsini, CM-in 234.4.3cü maddəsi ilə isə təyin edilmiş cəzanın həddinin azaldılaraq yüngülləşdirilməsini xahiş etmişdir.
14. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
15. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikay ətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Mə cəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməs inin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
23. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 1(106)-759/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq məhkumun kass asiya şikayətinin “məhkumun barəsində CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsinə dair” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nə zərə alınması tövsiyə edilmişdir.
25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
27. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
28. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
29. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum müdafiəçisinin arqumentlərini əsassız hesab edir.
30. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
31. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
32. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
33. Kollegiya qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində hazırkı şikayətinin dəlillərindən fərqli olaraq ittiham edildiyi CM-in hər üç maddəsi üzrə də (32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri) barəsində bəraə t hökmü çıxarılmasını xahiş etmiş, apellyasiya instansiya kollegiyası məhkumun şikayətinin dəlillərinə, onun əməllərinin hüquqi tövsifinə qiymət verərkən məhkumun müdafiəçisinin hazırda mübahisələndirdiyi məsələlərə, xüsusi ilə də əməlində CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət tərkibinin olmamasına qiymət vermişdir.
34. Apellyasiya instansiya məhkəməsi məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqs irli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxs Məhkum ibtiadi istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2 Məhkumpaşa Seyfulla oğlu, X9 ifadələri, məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi X21 Şöbəsinin əməkdaşının 13 fevral 2021-ci il tarixli “Raport”u, “Baxış və götürmə aparılması hıqqında” 13 fevral 2021-ci il tarixli protokol, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 13 fevral 2021-ci il tarixli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 fevral 2021-ci il tarixli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 17 fevral 2021-ci il tarixli rəyi və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlər) təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
35. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində onun ittiham oldunduğu cinayət əməlində (CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələri üzrə) cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası eyni zamanda, kassasiya şikayətinin dəlilləri qismdində göstərilən məhkumun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə münasibətdə aşağıdakıları qeyd edir.
37. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
38. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikas ı CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
41. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə ci nayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
42. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
43. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınm ası tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
44. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
45. Apellyasiya məhkəməsi cəzanın dəyiş dirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, ona münasibətdə cəzanı yüngülləşdirən hallar (3-cü qrup əlil olması) və cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona qeyd olunan maddələrin sanksiyasında göstərilən hədd nəzərə alınmaqla qanuni və ədaləti olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da məhkum edilmiş şəxs Məhkum təyin edilən cəzanın həddinə təsir edə biləcək hər hansı bir cəzanı yüngülləşdirən əla və hal müəyyən edilməmişdir.
46. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkum edilmiş şəxs Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, ona daha yüngül cəza təyin edilməsi barədə tələblərlə razılaşmayıb hökmü ona münasibətdə dəyişdirilmədən saxlamışdır.
47. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
48. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
49. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 1(106)-759/2024 nömrəli hökmü d əyişdirilmədən saxlanılmalıdır.
50. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 1(106)-759/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. kassasiya şikayətinə münasibətdə