Məhkəmə qərarları › İş №1(102)-948/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-948/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-948/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova X3 Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, müdafiəçi X7, Zərərçəkmiş şəxs5 və tərcüməçi Mirzə-zadə Elçin Musa oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və ona edilən əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim F.R.Əhmədov) 23 oktyabr 2017ci il tarixli hökmü ilə xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü islah işləri cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəzasının əvvəli icraya yönəldilmiş hökm üzrə qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə maddi sübutlar məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən: Ə.N.Bayramov, Ə.İ.Qasımovdan və N.E.Məmmədovdan ibarət tərkibdə) 20 fevral 2018-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəsi təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində bəraətləndirici əsaslarla qərar qəbul edilməsini xahiş edir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 27 noyabr 2016-cı il saat 13-14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ba laxanıBinəqədi şossesi 12 ünvanında yerləşən sahibsiz itlərlə mübarizə idarəsinin ərazisinə gələndən sonra könüllü itlərə qayğı göstərən X4 iradəsinə zidd olaraq özünə məxsus planşetin kamerası ilə onu çəkməyə başlamış, X2 və digər könüllülər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Bəhrəm oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ona irad tutmalarına baxmayaraq, qanunsuz hərəkətlərini saxlamayıb onları da iradələrinə zidd olaraq kamera ilə çəkməyə davam etdiyindən Zərərçəkmiş şəxs2 çəkilişi saxlamaq üçün planşeti onun əlindən alandan sonra Məhkum özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan X2 hücum edib davranış, etik qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik i fadə edib X2m nalayiq sözlərlə təhqir edib döyməyə başlamış, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Məhkum tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyəndə Zərərçəkmiş şəxs2 təpiklə ayaq nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs4 əli ilə üz nahiyyəsinə vurub dımalaqları ilə üzünü cırmış, Zərərçəkmiş şəxs3 onun hərəkətlərini mobil telefona çəkməsini görüb saçından tutub yerə yıxıb sürümüş, 1000 manat dəyərində “İpad” markalı planşetini əlindən alıb məhv etmiş, Zərərçəkmiş şəxs5 telefonla polisə məlumat vermək istərkən qulaq nahiyyəsindən vuraraq qiyməti 50 manat təşkil edən ***-***-**-** nömrəli sim kartlı 550 manat dəyərində olan «İphone 6» markalı mobil telefonu əlindən alıb məhv etmiş və yenidən X2ya hücum çəkib təkrar döyüb ona başın alın-təpə nahiyyəsin in, sol budun və sol baldırın qançırı, Zərərçəkmiş şəxs4 sol yanaq nahiyyəsinin sıyrıqları, sağ sağrı nahiyyəsinin qançır və sıyrığı, Zərərçəkmiş şəxs3 başın ənsə nahiyyəsinin və sol qaşqövsü nahiyyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və ictimai qaydanın pozulmasının qarşısm alan digər şəxsə müqavimət göstərməklə müşayət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Smakina X8 kassasiya şikayətini onunla əsaslandırır ki, birinci və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmələr həqiqəti müəyyən etmək üçün hərtərəfi, tam və obyektiv araşdırma aparmamış və Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayə t etmədən ədalətsiz qərar qəbul etmişlər. Cinayət ona qarşı törədilmiş və əsl səbəbkarların zərərçəkmiş şəxslərin olduğu təqdirdə onu istintaq orqanı və məhkəmə qanunsuz təqsirli bilməklə cəzalandırmışdır. Onun əməlində hər hansı bir cinayətin tərkibi yoxdur və hadisə zamanı özünü müdafiə etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmaldır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n edilməməlidir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticənin iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilib qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün əməlinin həmin maddə ilə tövsifii edilməsini məhkəmə kollegiyası düzgün hesab edir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ittiham olunduğu maddə üzrə təqsirinin sübuta yetirilməməsi səbəbindən və təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərdən X2, X9, X8 ifadələri ilə, məhkəmə tibbi ekspertizasının rəyləri ilə və işin digər obyektiv halları ilə sübuta yetirilmişdir. İşin tədqi q edilmiş hallarından müəyyən olunur ki, ibtidai istintaq, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verlməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina edilməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yax ud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 Bəhrəm oğlu ifadəsində göstərmişdir ki, boş vaxtlarında sahibsiz itlərə köməklik göstərir, yəni onlara yemək aparır, həkim olduğu üçün müalicə edir. Bunun üçün 2016-cı ilin aprel ayından könüllü olaraq sahibsiz itlərlə mübarizə idarəsinə getməyə başlamışdır. Ondan başqa həmin yerə X3, X4, X2, X5 gəlirdilər. Bildiyinə görə hamıdan qabaq Məhkum gəlirmiş. 27 noyabr 2016-cı ildə saat 11-12radələrində X4 və X3 onun avtomobilində itləri yedirmək üçün sahibsiz itlərlə mübarizə idarəsinə gəlmişlər. Əraziyə daxil olandan sonra itlərin saxlanılan yerlərini təmizləməyə, onlara yem verməyə başlamışlar. Həmin ərəfədə X2 və X5 gəlmiş, onlar da eyni işlə məşğul olmuşlar. Təxminən 1 saatdan sonra Məhkum x6 adlı şəxslə gəlmişdir. x7, X3, X4, X2 və X5 ilə birlikdə itlərə qulluq etməyə başlayandan sonra X8nın onunla münasibəti pozulsa da, aralarında heç vaxt mübahisə, dalaşma olmamışdır. O, gətirdiyi bud sümüklərini çıxaranda giriş qapısının yanında X2 ona irad tutaraq bud sümüklərini itlərə verməməsini demişdir. X8 X2la mübahisə etməyə başlamış, o və digər könüllülər X2ı öz yanlarına dəvət etmişlər. X2 onlara tərəf gələndə X8 özündə olan planşeti X2a yönəldib kamerası ilə çəkiliş aparmağa başlamışdır. X2 it valyerinə daxil olanda X8 da həmin valyerə daxil olub, çəkilişi davam etdirmiş və X2ı nalayiq sözlərlə təhqir etmişdir. O, X8dan valyerdən çıxmağı tələb etmiş və sakitləşdirməyə çalışmışdır. X8 valyerdən çıxan kimi planşetin kamerası ilə onu çəkməyə başlamışdır. O et irazını bildirib çəkiliş aparmağa icazə vermədiyini demiş, X8 isə öz hərəkətlərini, yəni çəkiliş aparmağı davam etdirmişdir. Bu səbəbdən planşeti onun əlindən alıb samanın üstünə qoymuşdur. X8 planşetini tələb etmiş, o, X3, X4, X5 onu sakitləşdirməyə başlamış, planşeti qaytaracaqlarını demişlər. Həmin an X8nın mübahisə etməsini və hərəkətlərini X4 çəkməyə başlamışdır. Bunu görən X8 onunla mübahisəni saxlayıb X4a hücum etmiş və saçından tutub yerə yıxmış, o və digərləri onu ayırmağa çalışmışlar, X8 isə sakitləşmək əvəzinə ona, X3a, X5ya hücum etmişdir. X8nı ayırmaq istəyəndə X8nın qulluq etdiyi «Kuzya» ləqəbli it ona hücum etmişdir. O, iti özündən ayırmağa başlamış, bu vaxt X8 X2ın olduğu valyerə daxil olmuş və oradan X2ın və digərlərinin qışqırmasını eşitmişdir. İti ayırıb valyerə daxil ol anda X8nın yerdə olan X2ın saçından tutub başını yerə vurmasını görmüşdür. O, X8nı X2dan ayırmaq istəyəndə X8 ilə gələn x6 onu kənara çəkməyə başlamış, çətinliklə onu ayırmışlar. X8 X4ın planşetini götürüb avtomobilinə oturub ərazidən getmişlər. X8 gedəndən sonra o, X4 və X2ın xəsarət almalarını görmüş, onlar polis şöbəsinə getmişlər. Mübahisə zamanı X8 onu təpiklə ayağından vurmuş, lakin xəsarət almamışdır. Məhkum X4ı döyəndə planşet yerə düşmüşdür. O planşeti götürmüş, lakin Məhkum vurmamışdır. Məhkum, onu ayıran zaman xəsarət ala bilərdi. Hadisədən sonra X5 telefonunun X8 tərəfindən götürülməsini bildirmişdir. Bir müddət sonra X5nın telefonu valyerlərin birində tapılmışdır. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə günü Məhkum planşeti ilə könüllü olan Zərərçəkmiş şəxs1 iradə sinə zidd çəkmişdir. Zərərçəkmiş şəxs1 ona irad tutub x7, X4 tərəfə gələndə Məhkum çəkilişi davam etdirdiyindən x7ona irad tutmuşdur. X8 çəkilişi dayandırmaq əvəzinə planşeti onlara tərəf yönəldib onları çəkməyə başlamışdır. Bir daha ona çəkilişi dayandırmaq barədə xəbərdarlıq edilsə də, Məhkum əhəmiyyət verməmişdir. Onda x7planşeti onun əlindən alıb X2a vermişdir ki, planşeti gizlətsin. X2 planşeti gizlətmək üçün itlərin valyerinə daxil olub çıxanda Məhkum ona hücum çəkib əlləri ilə döyməyə başlamışdır. x7X8nı sakitləşdirmək istəyəndə, o, X7təpiklə ayaq nahiyyəsindən vurmuşdur. O, Məhkum qarşısını almaq üçün onunla x7in arasında dayanmış, lakin X8 dırnaqları ilə onun üzünü cırmışdır. Bu an Zərərçəkmiş şəxs3 telefonunu çıxardıb Məhkum hərəkətlərini kamera ilə çəkməyə başlamışdır. Buna görə Məhkum ona hücum edib X4ın saçından tutub yerə yıxaraq sürümüşdür. Onu aralayandan sonra planşetini tapmaq üçün valyerə getmiş və orada olan X2ı təkrar döymüşdür. Onlar X2ı valyerdən çıxarmağa nail olmuşlar. X8ya heç kim hücum edib döyməmiş, əksinə Məhkum onlarını hamısını nalayiq söyüşlərlə təhqir edərək döymüş, xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 27 noyabr 2016-cı il tarixdə təxminən saat 13 radələrində növbəti dəfə itləri yemləmək üçün Balaxanı sahibsiz itlərlə mübarizə idarəsinə gəlmişdir. O, gələndə X2, x7, X4 və X3 artıq orada idilər, onlar ərazini yığışdırır və itləri yemləyirdilər, o da onlara qoşulmuşdur. Saat 14:30-da Məhkum x6la oraya gəlmişdir. X8 X2a yaxınlaşmış və özündə olan planşetlə X2ı çəkməyə başlamışdır. X2 icazəsi olmadan çəkiliş ap ardığı üçün X8ya iradını bildirmişldir. X8 isə ona «özüm bilərəm, nə istəyirəm onu edirəm, bura mənim sahəmdir» deyə cavab vermişdir. X2ın yanında olan x7də X8ya irad tutmış və X2ın sözlərini təsdiq edib, X2ın düz deməsini, ona çəkiliş aparmağa icazə vermədiklərini demişdir. X8 planşeti x7in üzünə yönəldib, elə bil acıqla onu çəkməyə başlamışdır. Bu dəfə o, müdaxilə edib demişdir ki, əgər itləri yemləməyə gəlibsə, itləri yemləsin, çəkiliş aparmaq lazını deyil, X8 isə çəkiliş aparmaqda davam edirdi. Onun sözlərindən sonra x7onun əlindən planşeti alıb və yaxınlıqda olan samanın üstünə qoymuşdur. X8 isə qəfildən X2a hücum çəkib əynindəki gödəkçənin yaxasından tutub bir neçə dəfə dəmir qapıya vurmuşdur. x7onları ayırmaq istəyəndə X8 X7əli və ayağı ilə vurmuşdur. O, X4 və X3 da tez yaxınlaşmışl ar. X2 telefonunu çıxardıb DİN-nin 102 xidmətinə zəng etmişdir. X4 X8 ilə əvvəldən tanış olduqlarından onu sakitləşdirməyə başlamış, X8 isə onu satdığını deyib hücum çəkib vurmuş və yerə yıxmışdır. Yerdə də o, X4ı vurmağı davam etmişdir. x7yenidən müdaxilə edib onları ayırmaq istəmiş, bu an X3 yaxınlaşmış, o da ayırmağa cəhd etmişdir. X8nı ayağa qaldırandan sonra o əli ilə X4ın üz nahiyyəsinə vurub xəsarət yetirmişdir. Bu an x7in telefonuna zəng gəlmişdir. x7telefonla danışmağa başlayanda X8 təpiklə onun əlinə vurmuş, nəticədə telefon yerə düşmüşdür. X8 onun telefonunu götürmək istəsə də, macal tapmamışdır. X7öz telefonunu ondan əvvəl götürə bilmişdir. x7X8nın sakitləşmədiyini görüb X2a anbara daxil olmağı tapşırmışdır. X8 ən çox X2la mübahisə etmişdir. X2 anbara daxil olmuşdur ki, X8 saki tləşsin, X8 isə sakitləşmək əvəzinə anbara bitişik olan valyerə daxil olmuş və valyeri anbardan ayıran hündür olmayan hasarı aşaraq anbara keçib, X2ı döyməyə başlamış, X2 isə özünü müdafiə etmişdir. x7anbarın qapısını açıb onları ayırıb X2ı anbardan çıxarmışdır. Onlar arxadan qapıya söykənmişlər ki, X8 bir müddət tək qalıb sakitləşsin, X8 isə yenə valyerdən bayıra çıxmışdır. Həmin an X2 ona demişdir ki, telefonunun cərəyanı qurtardığı üçün polislə danışığı yarımçıq qalmışdır. x7ondan 102 xidmətinə zəng etməyi xahiş etmişdir. O, bir qədər arxaya çəkilib 102 xidmətinə zəng etmiş, lakin əlaqə yaranmamışdır. Bu an X8 ona hücum edib əli ilə qulaq nahiyyəsinə vurmuşdur. X8nın zərbəsindən onun telefonu yerə düşmüşdür. X8 onun telefonunu götürmüş, o, X8dan telefonu qaytarmağı tələb etməyə başlasa da, X8 telefonu qaytarmamışdır. Bu vaxt idarənin rəisi x4 gəlmiş, o x4dən 102 Xidmətinə zəng etməyi xahiş etmiş, x4 isə məsələni özlərinin arasında həll etmələrini bildirmişdir. Bundan sonra X8 avtomobilinə oturub getmiş, telefonu ona verməmişdir, hətta gedəndə yenə onu itələmişdir. X8 avtomobillə idarədən bir qədər aralanıb dayanmışdır. Könüllülərdən heç kim Məhkum vurmamış, əksinə müdafiə olunmuşlar. Ola bilər həmin an X8 təsadüfən xəsarət almışdır. Zərərçəkmiş şəxs q Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2 ildir ki, Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlərlə mübarizə idarəsində saxlanılan itlərə qulluq etməklə məşğul olur. Məhkum həmin vaxtdan tanıyır. Məhkum da itlərə yemək gətirir, valyerləri təmizləməklə məşğul olur. Bundan sonra ayrı-ayrı vaxtlarda sahibsiz itlərə qulluq etməyə, yemləməyə X3, X2, x7də gəlmişlər. O özü itlərə yeməyi öz vəsaiti hesabına alıb gətirir. Məhkum ilə əvvəllər münasibətləri normal olub. X8 onun sahibsiz itlərə gətirdiyi yemi qəbul edib, itləri özü yemləyir, onları içəri əraziyə buraxmaq istəmirmiş, bu səbəbdən münasibətləri normal olmamışdır. X8 digər könüllülərin itlərin vəziyyətini görməmələri üçün onları içəri buraxmamışdır. 27 noyabr 2016-cı il təxminən saat 12-13 radələrində x7in avtomobilində o və X3 sahibsiz itlərlə mübarizə idarəsinə gəlmişlər. Özləri ilə itlərə vermək üçün çoxlu yemək gətirmiş və əraziyə daxil olandan sonra itlərə yemək vermiş, valyerləri, yəni itlərin saxlandığı yerləri təmizləməyə başlamışlar. Onlardan sonra X2 və X5 gəlmişlər. İtlərə yemək verərəkən X8 və onun tanışı x6 gəlmişdir. X8 darvazadan içəri d axil olanda X2ı darvazanın yanında görüb, planşetini çıxardıb çəkiliş aparmaq üçün X2a yönəltmiş və X2a «indi danış niyə itləri öldürürsən» deyə müraciət etmişdir. X2ı planşetin kamerası ilə çəkə-çəkə onlara tərəf gəlmiş, onu, X3ı və X7çəkməyə başlamışdır. x7çəkiliş apardığına görə X8ya irad tutmuş və çəkiliş aparmağa icazə vermədiyini bildirmişdir. X8nın çəkiliş aparıb və sonra sosial şəbəkəyə qoymasını, itlərin yeməyinə zəhər qatılması kimi yalan məlumatlar yazırmış. X8 x7in iradına əhəmiyyət verməyib çəkilişi davam etdirəndə x7planşeti onun əlindən alıb X2a vermişdir. X2 planşetlə valyerə daxil olub orada gizlətmişdir ki, X8 çəkiliş aparmasın. X2 valyerdən çıxıb qapısını bağlamış, bu an X8 X2a hücum çəkib onu əli ilə döyməyə başlamışdır. x7onu sakitləşdirmək istəyəndə X8 təpiklə x7in ayaq nahiyyəsinə vurmuşdur. X3 onların arasına girmişdir ki, x7əsəbləşib onun hərəkətlərinə cavab verməsin. X8 X3a hücum etmiş və dırnaqları ilə onün üzünü cırıb yaxasından tutaraq dəmirə çırpmışdır. Bu an o, telefonunu çıxardıb X8nın zorakılıq hərəkətlərini çəkməyə başlamışdır. Bunu görən X8 qəfildən ona hücum edib saçından tutub yerə yıxmış və sürüməyə başlamışdır. Onun gödəkçəsinin içəri cibində olan planşet yerə düşmüşdür. X8 planşeti götürüb avtomobilinə tərəf getmiş, planşeti avtomobilinə qoyub qayıtmışdır. Qayıdandan sonra hamını nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. X8 planşetini axtararkən X2 anbarda olmuşdur. O, anbara bitişik valyerin hasarından aşıb anbara daxil olub orada X2ı döyməyə başlamış, X2 isə içəridə qışqırmışdır. Onlar X2ı anbardan çıxarmış, bundan sonra X2 Dİ N-nin 102 Xidmətinə zəng etmişdir. Hadisə yerinə x4 gəlmiş və ərazini tərk etməyi tələb etmişdir. O, X2 və X5 polis bölməsinə getmiş şikayət ərizəsi yazmış, X8nı da ora dəvət etmişlər. X1 ifadəsində göstərmişdir ki, «Sahibsiz itlərlə mübarizə sahəsi» Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı-Binəqədi şossesi 12 ünvanda yerləşir. Həmin sahədə ancaq sahibsiz itlər saxlanılır. O, sahə rəisi kimi x7i, X8nı, X4, X2ı, X3ı və X4ı tanıyır. Onlar mütəmadi olaraq itlərə yem gətirirdilər, saxlandıqları yerləri təmizləyirdilər. 27 noyabr 2016-cı il tarixdə səhərdən işdə olmuş, təxminən günorta saatlarında mühafizəçinin otağında olarkən Məhkummn gəlməsini görmüşdür. Başqa könüllülər X8dan əvvəl gəlmişdirlər. Bir müddət keçəndən sonra X4 ona müraciət edib X8nın onları döyməsini, telefonlarını əlindən alması barədə məlumat vermişdir. X4ın və başqalarının üzündə xəsarət görmüşdür. Bu an X8 gəlmiş və planşetinin əlindən alınmasını bildirmişdir. Onların mübahisə etmələrini görüb ərazini tərk etmələrini tələb etmiş, onlar da ərazini tərk etmişlər. X3 ifadəsində göstərmişdir ki, 27.11.2017-ci il tarixdə saat təxminən 14 radələrində X8 və o, avtomobillə itləri yemləmək üçün gəlmişlər. Avtomobildən əl arabasına gətirdikləri yemləri boşaltmağa başlamışlar. X8 yemləri aparmış, o isə həmin müəssisənin müdiri x4in oturduğu otağa getmişdir. x4lə söhbət edərkən birdən bayırda hay-küy qopduğunu eşitmiş və səs gələn istiqamətə baxdıqda X8nın yerdə uzanıqlı vəziyyətdə olduğunu, x7in, X3ın, X4ın, X2ın X8nın ətrafına toplaşdıqlarını görmüşdür. Mübahisə zamanı o, x4lə söhbət etdiyi üçün dəqiq olaraq kimin kimi vurmasını görməmişdir. X8nı yerdən qaldırdıqdan sonra x4 orada olan hamıdan ərazini tərk etməyi tələb etmiş, o, X8nı da götürüb həmin ərazidən 12-ci polis bölməsinə getmişdir. Məhkəmə-tibb ekspertizasının 28.11.2016-cı il tarixli, 1650 saylı rəyindən görünür ki, X6 başın alın-təpə nahiyyəsinin, sol budun və sol baldırın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.11.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (c.l, i.v. 51-52). Məhkəmə-tibb ekspertizasının 29.11.2016-cı il tarixli, 1659 saylı rə yindən görünür ki, Zərərçəkmiş şəxs4 sol yanaq nahiyyəsinin sıyrıqları, sağ sağrı nahiyyəsinin qançır və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.11.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (c.l, i.v. 53-54). Məhkəmə-tibb ekspertizasının 28.11.2016-cı il tarixli, 1648 saylı rəyindən görünür ki, Məhkum başın təpə-ənsə nahiyyəsinin, sağ saidin, sağ budun və sol aşıq-baldır oynağı nahiyyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərard a göstərilən 27.11.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur, (c.l, i.v. 55-57) Məhkəmə-tibb ekspertizasının 29.11.2016-cı il tarixli, 1656 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 başın təpə-ənsə nahiyyəsinin və sol qaşqövsü nahiyyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.11.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şə xsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (c.l, i.v. 58-59). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006cı il tarixli qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin mənasına görə digər şəxs qismində hakimiyyət nümayəndəsinin səlahiyyətinə malik olmayan, lakin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya öz təşəbbüsü ilə ictimai qaydanın pozulmasının qarşısının alınmasında iştirak edən hər hansı şəxs (zərərçəkən istisna olmaqla) ola bilər. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarınd a ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş obyektiv hallarına uyğun olduğu üçün kollegiya onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar