Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-948/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X7 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və bəraət verilmiş Məhkum, müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022ci il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X13 və X4 ibarət tərkibdə tərkibdə) 17 noyabr 2021-ci il tarixli hökmü ilə 01 avqust 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyy ən edilmədiyindən ona bəraət verilmişdir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Hökmlə iş üzrə maddi sübutların taleyi və məhkəmə xərcləri məsələri həll edilmiş, Bəraət alması ilə əlaqədar Məhkum cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X12 və X9 ibarət tərkibdə) 24 may 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci tarixli hökmü ləğv edilsin, iş üzrə yeni hökm çıxarılmışdır. Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum 14 iyul 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək həbsdə olması nəzərə alınaraq Məhkum hazırki hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,976 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi, narkotik vasitələrinin məhv edilməsinin "Narkotik vasitələrin, psixotrop ma ddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməsi, Məhkum üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk və "Azerfon” MMC-dən əldə edilmiş bir ədəd CD formatlı disk, həmçinin müdafiə tərəfinin təqdim etdiyi "Nəqliyyat Servis ST” MMC-dən götürülmüş bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci 15 iyul 2020-ci il tarixli, 6/1310 nömrəli məhkəməbioloji ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat məbləği ndə pulun Məhkum oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ( hakimlər: X14 (sədrlik edən və məruzəçi), X15 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 29 sentyabr 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X23 və X1 ibarət tərkibdə) 7 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 1(103)-1072/2021 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini əldə edib üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 22-ci kilometrliyininyaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: DİN, BMCMİ) daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 15:00-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, Baş İdarədə saat 16:30-dan etibarən üzərinə şəxsi axtarış və göt ürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,380 qram və 2,656 qram olmaqla, ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Məhkum ona qarşı CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək saxlanıldığı gün döyüldüyünü, qeyri-insani rəftara məruz qaldığını və bu şəbədən məcbur olub ona təklif olunmuş psixotrop maddəni qəbul etdiyini bildirmiş, habelə videoçəkilişdə həmin psixotrop maddənin onun olduğunu təsdiqləmişdir. Lakin təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, Məhkum qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 18 iyul 2020-ci il tarixli, 146 MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə ekspertizası zamanı Məhkum bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Habelə, təqsirləndirilən şəxsin döyülməsi və işgəncələrə məruz qalması faktı ilə bağlı qeyd edilməlidir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində qeyd olunan fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə nəzarəti qaydasında həm keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyi, həm də qətimkan tədbiri məsələsinə baxarkən şəxsin tutulmasının əsaslılığı və qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışd ır. Məhkum psixortop maddələrlə əlaqəsinin olmadığını bildirməsinə baxmayarq bu hal ekpert rəyi ilə təkzib olunmuşdur. Bu hal Məhkum ibtidai və məhkəmə istintaqı zamanı təkzib edilməz sübutlar olmasına baxmayaraq özünü müdafiə xarakterli ifadələr verməsinə dəlalət edir. Təqsirləndirilən şəxs müdafiəçi seçimində azad olduğu kimi, ondan imtina etməyə də azaddır. Həm tərtib edilmiş şəxsi axtarış götürmə protokolundan, həm də ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Məhkum razılığı əsasında ona təyin edilmiş müdafiəçiyə etiraz etməmiş, onun iştirakı barədə narazılığını hər hansı bir formada bildirməmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmək, ona təqdim edilmiş sənədləri imzalamamaq, özü müdafiəçi seçmək, müdafiəçidən imtina etmək kimi hüquqları olsa da, bu hüquqlarından im tina etməmişdir. Bu hal öz-özlüyündə bir daha sübut edir ki, istintaqın sonrakı mərhələlərində və məhkəmə dövründə fərqli ifadələr verməsi məhz özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. İş materiallarından görünür ki, Məhkum tutulduğu gündən qanunvericiliyin tələblərinə əsasən müdafiəçi ilə təmin edilmiş və istintaqın son gününədək müdafiəçi onu müşayət etmişdir. Nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərdiyinə dair şikayət etməmişdir. Halbuki, Məhkum əvvəllər də məhkum olunmuş və istintaqın, müdafiənin, ittihamın nədən ibarət olduğunu və necə həyata keçirilməsindən anlayışı olmuşdur. Məhkum təqsirini sübut edəcək sübutların mötəbərliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin b una baxmayaraq məhkəmə kollegiyası sübutlara öz şəxsi yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamışdır ki, hansı ki, bu hal məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. İş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Hesab edir ki, Bakr Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan hökmündə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, həmin hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar Mə hkumnin təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi isə həmin səhv mövqeyi təkrarlamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış ş əxsin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərə zsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsa slandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apellyasiya məhkəmə kollegiyası ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrıayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərə finin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum bəraət vermişdir.Tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş "hadisələr” əsasında tərtib edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cinayət işinini materiallarına müraciət etməklə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş, Şahid4 ilə şahid - əməliyy at müvəkkili Şahid3 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı bir daha təsdiq etmiş, Şahid4 isə öz növbəsində Şahid3 tanımadığını, onu xatırlamadığını bildirmiş, həçinin həm sərbəst ifadəsində göstərdiyi və həm də digər polis əməkdaşarı ilə üzləşməsi zamanı göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində elan edilməklə tədqiq olunmuş «üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina edilməsi barədə» 08 fevral 2021 -ci il tarixli protokoldan görünür ki, təqsirəndirilən şəxs Məhkum və polis əməkdaşlarının ifadələri arasında müəyyən olunan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə təqsirəndirilən şəxs Məhkumla polis əməkdaş ları Şahid1, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmış, lakin təqsirləndirilən şəxs Məhkum və onun vəkili həmin istintaq hərəkətlərinin videoçəkiliş və ya başqa yazan texnika vasitəsi ilə həyata keçirilməməsi səbəbindən üzləşdirmə istintaq hərəkətlərində iştirakdan imtina etmişlər. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən yazılmış 14 iyul 2020-ci il tarixli raportdan və eyni şəxs tərəfindən qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 iyul 2020-ci il tarixli qərardan görünür ki, baxılan iş üzrə təqsirləndi rilən şəxs Məhkum saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayıb daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur; Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X16 tərəfindən tərtib olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3, təqsirləndirilən şəxs Məhkum və Bakı şəhəri "Mərkəz” vəkil bürosunun vəkili X5 iştirakları ilə BMCMİ- nin inzibati binasında saat 17-00-dan saat 17-20-dək olan müddətdə tərtib olunmuşdu r. Şəxsi axtarış aparılmazdan əvvəl vət. Məhkum üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, Məhkum əynində göy rəngli cins materiallı şalvarın sol yan cibindən bir qutu "Sobranie” markalı siqaret, şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd "Nokia” markalı mobil telefon və iki ədəd bükümlərdə naməlum maddələr təqdim etmişdir. Məhkum üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə ilə əlaqədar Məhkum təqdim etdiyi 02 ədəd bükülüyə baxış keçirilməsinə başlanılmış, Məhkum bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, təqdim etdiyi həmin psixotrop maddəni təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Məhkum təqdim etdiyi, içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyli maddələr olan 02 ədəd şəffaf sellofanda olan bükülü ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, qablaşdırılmış və möhürlənmiş, qablaşdırmanın üzəri bütün iştirakçılar, o cümlədən Məhkum özü tərəfindən imzalanmışdır. Baxış və götürmənin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, şikayət, təklif və protokola dair qeydlər daxil olmamış və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 01 fevral 2021-ci il tarixli, AZF/LGL- 43/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, təqs irləndirilən şəxs Məhkum istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə aid zəng və anten məlumatlarının olması, SMS bölməsində isə istintaq əhəmiyyəti kəsb etməyən qısa mesajların olması müəyyən edilmişdir. Həmin protokoldan daha sonra görünür ki, ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan məlum olmuşdur ki, qeyd edilən nömrəyə aid ötürücü antenalar təqsirləndirilən şəxs Məhkum saxlanıldığı 14 iyul 2020-ci il tarixdə sonuncu dəfə saat 14:51-də ünvan 2 ünvanda qeydə alınmışdır. İş materiallarından göründüyü kimi, Məhkum 14 iyul 2020-ci il tarixdə saat 15:00-da faktiki olaraq saxlandığı yer kimi Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 22-ci kilometrliyi qeyd olunmuşdur. Bakı şəhərinin müvafiq ərazisinin xəritədə olan təsvirinə mobil telefon tətbiqi vasitəsilə keçirilmiş baxış nəticəsində məlum olmuşdur ki, Məhkum saxlanıldığı Bakı-Sumqayıt şosesi ilə həmin vaxt istifadəsində olan GSM mobil telefon nömrəsini fiksə etmiş ötürücü antenin quraşdırıldığı Rəşid İsmayılov küçəsi bir-birinə nisbətdə paralel olaraq yerləşirlər. Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 2536 №-li həmin rəyindən görünür ki, Məhkum psixotrop maddə olan metamfetamindən istifadə halları istisna olunmur. Hal-hazırda Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulması, təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının pozulması, eyni məqsədlə sübutların qəsdən saxtalaşdırılması, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunması, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə- bilə yalan ifadələr verilməsi barədə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı müəyyən edildi ki, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokol tərtib olunarkən həmin protokolda Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinə münasibətdə təhriflərə yol verilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan Məhkum video çəkiliş prosesində protokolda göstərildiyi kimi, təqdim etdiyi bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, təqdim etdiyi həmin psixotrop maddəni təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirməmiş, əksinə təhqiqatçının suallarına: «təqdim etdiyim bükülüləri tapmışam, tullayacaqdım, dünən tapmışam, Biləcəridən tapmışam, içindəkilərin nə olduğunu vallah bilmirəm, narkotikdir də, tul layacaqdım, amma gördüm narkotikdir, vallah hansı narkotik vasitə olduğunu bilmirəm, amma narkotikdir də, özüm narkotik vasitələrdən istifadə etmirəm» kimi cavablar vermişdir. Tədqiq olunan videogörüntülərlə, həmçinin müəyyən edilmişdir ki, video çəkiliş prosesində Məhkum təqdim etdiyi bükülülərdəki maddələrin metamfetamin psixotrop maddəsi olduğunu ümumimyyətlə dilinə gətirməmiş, hər iki bükülüdəki maddələrin ağ rəngli, kristal formalı, spesifik iyli metamfetamin psixotrop maddəsi olduğunu proses iştirakçılarına təhqiqatçı Yusif Yusifovun özü iki dəfə təkrarlamaqla bildirmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokolda videogörüntülərə münasibətdə yol verilmiş saxtalaşdırmalara, istintaq orqanı tərəfindən bil ərəkdən həm təqsirləndirilən şəxs Məhkum 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində, həm iş üzrə şahid qismində dindirilmiş hər üç əməliyyat müvəkkilinin - Şahid2, Şahid1 və Şahid3 ifadələrində, həm də adları çəkilən hər üç əməliyyat müvəkkilinin Şahid4 arasında keçirilmiş üzləşmədəki ifadələrində yol verilmişdir. Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,036 qram metamfetamin psixotrop maddəsi əldə edərək üzərində saxlaması, daşıması və ondan qeyd olunan növdə və miqdarda psixotrop maddənin əməliyyat orqanı tərəfindən aşkar edilib götürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Belə ki, Məhkum 14 iyul 2020-ci il tarixdə, saat 15:00-da BMCMİ-nin əməkdaşları tərəfindən 6,036 qram çəkidə metamfetamin psixotrop maddəsi götürülməsi faktın a görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində dostu Şahid4la birlikdə sifariş verdiyi taksi ilə Bakı-Sumqayıt yolunun üzərində olan, «Ekologiya postu» adlanan yerdən keçib Biləcəri qəsəbəsi istiqamətində dönərkən naməlum DYP əməkdaşı tərəfindən taksi avtomaşınının saxlanılmasından sonra əvvəlcə özlərini təqdim etməyən, lakin sonradan BMCMİ-nin əməkdaşları olmalarını öyrəndiyi 4 nəfər mülki geyimli şəxslər tərəfindən avtomaşından çıxarılmalarını, onu və dostu Şahid4 özlərinə məxsus avtomaşına mindirib Baş İdarəyə aparmalarını, ona məxsus açarların və selofan torbanın taksidə qaldığını, hələ onları BMCMİ-yə aparmazdan əvvəl yolda hər i kisinin üzərini təmiz axtardıqlarını, lakin hər hansı qanunsuz saxlanılan əşyanın, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin aşkar edilmədiyini, BMCMİ-də Sabirlə onu ayrı-ayrı otaqlara salmalarını, əvvəlcə onun Natiq adlı şəxsdən hədə-qorxu ilə 10.000 manakt pul tələb etməsi ilə sorgu-sual edildiyini, həmin məsələ alınmadıqda boynuna narkotik götürməsi ondan tələb olunduğunu, razılaşmadıqda döyüldüyünü, elektroşokerlə işgəncə verildiyini, şərəf və ləyaqətinə toxunan hərəkətlər edildikdə ona polis tərəfindən iki ədəd bükümdə verilən, ona naməlum olan maddələri boynuna götürmək məcburiyyətində qaldığını göstərmiş və saxlanılması ilə əlaqədar geniş ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 həm məhkəmə baxışı zamanı və həm də məhkəməyədək icraat mərhələsində dindirildiyi sərbəst ifadələrində və polis əməkdaşları ilə üzləşməsi zamanı verdiyi bütün ifadələrində 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində «Ekologiya postu» adlanan yerdə naməlum DYP əməkdaşının vasitəsi ilə sonradan BMCMİ-nin əməkdaşları olmalarını öyrəndiyi 4 nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılıb özünün və Məhkum BMCMİ-yə aparılmalarını, Mahura məxsus əşyaların taksidə qaldığını, aparılarkən üzərlərinin axtarıldığını, lakin kənar heç bir əşyanın aşkar edilmədiyini, Məhkum narkortik vasitə və ya psixotrop maddə olmadığını təsdiq etmiş, BMCMİ-də onların ayrı-ayrı otaqlarda saxlanılmalarını, BMCMİ-yə aparılarkən onun yolda buraxılmadığını, gün yarım saxlanıldıqdan sonra növbət i gün axşam azad edildiyini təsdiq etmişdir. Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu sərbəst ifadəsi həmin iş üzrə tərtib olunmuş ittiham aktı üzrə qiymətləndirilərkən təhriflərə yol verilmiş, Şahid4 sərbəst ifadəsində məhz 4 nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılmalarını göstərsə də, ittiham aktında istər ibtidai istintaq və ya istərsə də məhkəmə baxışı zamanı Məhkum və onu saxlamış şəxslərin mübahisələrə səbəb olmuş miqdar sayı məlum deyil, məchul formada "BMCMİ-nin əməkdaşları” kimi göstərilmiş, Şahid4 sərbəst ifadəsində saxlanılarkən üzərlərinə baxış keçirildiyini, onların üzərində kənar bir şey aşkar olunmadığını, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatsız olduğunu, belə bir şey olmadığını, Məhkum narkotik vasitələrin satışının əleyhinə olduğunu göstərsə də, ittiham aktında şahidin ifadəsinin bu hissəsinə ümumiyyətlə qiymət verilməmiş, sərbəst ifadədə Məhkum üzərindən aşkar edilərək götürülmüş qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə müstəntiq tərəfindən qoyulmuş suala şahid "bu barədə heç bir məlumatım yoxdur, elə bir şey görməmişəm” cavabını versə də, ittiham aktında qoyulan sual təkrarlanmaqla şahidin Məhkum üzərindən aşkar edilərək götürülmüş qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə məlumatının olmadığını göstərməsi kimi qiymətləndirilmişdir. Şahid4 sərbəst ifadəsində Məhkum hər hansı formada işgəncəyə və ya fiziki zora məruz qalıb-qalmaması barədə ümumiyyətlə söz açılmadığı, ittiham aktında şahidlə əməliyyat müvəkkili Şahid2 arasında keçirilmiş üzləşmədə şahidin ifadəsinə ümumiyyətlə qiymət veri lmədiyi halda, itiham aktında şahidin sərbəst ifadəsi qiymətləndirilərkən həmin hissəyə şahidlə əməliyyat müvəkkili Şahid2 arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolunda yer almış "Məhkum döyülərək işgəncələrə məruz qalmasından xəbərsiz olduğu” ifadəsi daxil edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, təqsirləndirilən şəxs Məhkum sifarişi üzrə onları sifariş olunan ünvana aparan taksi avtomaşınının sürücüsü Şahid5 ifadəsində 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində «Ekologiya postu» adlanan yerdə naməlum DYP əməkdaşı tərəfindən idarə etdiyi avtomaşının saxlanıldığını, saxlanıldıqdan dərhal sonra 4 nəfər mülki geyimli şəxslərin avtomaşının ön və arxa qapılarını açaraq tez-tez "banditizm” sözlərini tə krarlamaqla onun hər iki müştərisini maşından çıxarıb özlərinə məxsus "KİA SPORTAGE” markalı maşınlarına mindirmələrini və naməlum istiqamətdə aparmalarını, həmçinin müştərilərin dəst açarlarının və içərisində geyim əşyaları olan bir ədəd sellofan torbasının maşında qaldığını təsdiq etmiş, bir müddət sonra avtomaşınında qalmış əşyaları aktla təqsirləndirilən şəxs Məhkum qardaşına qaytardığını göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan, X6 və qeyrisinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə "Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2020-ci il tarixli qərarla (BMCMİ- nin müstəntiqi Orxan Quliyev) təsdiq edilmişdir ki, həmin iş üzrə təqsirlə ndirilən şəxs Natiq Qasımov 13 iyul 2020-ci il tarixdə, yəni Məhkum saxlanılmasından bir gün əvvəl külli miqdarda heroin narkotik vasitəsi əldə edib saxlamağa görə BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra ərizə ilə müraciət edərək Məhkum və qeyrilərinin ondan hədə-qorxu ilə 10.000 manat pul tələb etdiklərini bildirmişdir. 14 iyul 2020-ci il tarixdə, yəni Məhkum BMCMİ-nin əməkdaşları tərəfindən saxlanıldığı gün X6 və qeyrisinin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmıdır. Həmin cinayət işinin istintaqı zamanı bu xüsusat üzrə müvafiq araşdırma aparılmış, baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum da dindirilmişdir. Qeyd olunan cinayət işinin istintaqı mərhələsində təqsirləndirilən şəxs Məhkum və qeyrilərinin ərizə çiyə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmələri kifayət qədər təsdiqini tapmadığından fakta görə ayrıca icraata cinayət işi ayrılmışdır Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmşdir ki, 23 aprel 2021-ci il tarixdə, saat 19:00- da baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid4 Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində saxlanılmış və ondan 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 2,710 qram və 2,813 qram - ümumi çəkisi 5,523 qram olmaqla külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür.İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə istintaqı zamanı iş üzrə şahid qismi ndə dindirilmiş əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 ifadələri ilə məhkəmə baxışı zamanı işin müəyyən olunan halları arasında kəskin ziddiyyətlər mövcuddur, əməliyyat müvəkkillərinin hər iki mərhələdə vermiş olduqları ifadələri reallığı əks etdirmir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı nümayiş olunan müdafiə tərəfinin "Nəqliyyat Servis ST” MMC-dən əldə etməklə təqdim etdiyi bir ədəd videodiskə yerləşdirilmiş videogörüntülərin nümayişi ilə müəyyən edildi ki, 14 iyul 2020-ci il tarixdə, yəni Məhkum BMCMİ-nin əməkdaşları tərəfindən saxlanıldığı gün, saat 14:32-də BakıSumqayıt yolunun üzərində yerləşən DYP postunda DYP əməkdaşı tərəfindən saxlanılan qara rəngli avtomaşının sağ yan tərəfində daha bir ədəd ağ rəngli avtomaşın dayanmaqla görüntüləri məhdudlaşdırır, kə nardan 3 nəfər kişi qaçaraq qara rəngli avtomaşınına çatıb qapıları açır, sonra iki nəfər bir nəfər qara geyimli, iki nəfər isə bir nəfər ağ geyimli şəxsin qollarına girərək ağacların arxasına keçir. Qeyd olunan videogörüntülər avtomaşından düşürülən iki nəfərin dörd nəfər tərəfindən aparıldığını bir daha təsdiq edir Bundan başqa birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Məhkum saxlanılmasından sonra onun Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsində nəzərdə tutulan şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, həmin Məcəllənin 9o.7.7-ci və 91.5.7-ci maddələrində nəzərdə tutulan müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, həmin Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsə qanunla q adağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə maneçiliklər törədilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, saxlanıldıqdan sonra valideynləri ilə əlaqə saxlamaq və özünə vəkil tutmaq istəyini bildirsə də, ona bununçün şərait yaradılmamış, bunun yalnız videoçəkilişdən sonra mümkün ola biləcəyi bildirilmişdir. Saxlanılması, şübhəli şəxs qismində tutulması ilə əlaqədar məzmununu bilmədiyi bütün sənədlərə, o cümlədən ibtidai istintaqın ilkin mərhələlərində müstəntiq tərəfindən yazılan 15 və 16 iyul 2020-ci il tarixli ifadələrinə məcburiyyət qarşısında imza etsə də, həmin ifadələri oxumamış, məzmunundan xəbərsiz olmuşdur. Dövlət hesabına ona ayrılmış vəkili ilk dəfə vi deoçəkiliş zamanı görmüş, adının Nizami Caniyev olduğunu bilmiş, o, sonuncunu yalnız 14 iyul 2020-ci il tarixdə video çəkiliş "səhnəciyində” və 16 iyul 2020- ci il tarixdlə məhkəmə qarşısına çıxparılarkən görmüşdür. 1 4 - 1 6 iyul 2020-ci il tarixlərdə aparılmış digər istintaq hərəkətlərinin heç birində vəkil iştirak etməmiş, onun hüquqlarını ümumiyyətlə qorumamış, lakin müdafiəçi bütün mühüm sədələrə imza etmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şüb həli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Lakin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinməsi ilə əlaqədar hüquq və vəzifələrinin, müdafiəçi ilə təmin olunmaq hüquqnun izah edilməsi, onun hüquqi yardıma ehtiy acının olması və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə kompyüter vasitəsi ilə tərtib olunmuş ərizə, Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokol, müdafiəçi dəvət olunması barədə qərar, Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkili X5 14 iyul 2020-ci il tarixli orderi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokol mövcud olsa da, qeyd olunan istintaq hərəkəti protokolları və müvafiq qərar reallığı əks etdirməmiş, edilməli olan istintaq hərəkətlərinin prosessual məcburiliyinin və ardıcıllığının qorunması məqsədilə formal olaraq tərtib edilib iş materiallarına əlavə edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan olan şübhəli şəxsə vəkillərin siyahısının təqd im edilməsi barədə 14 iyul 2020-ci il tarixli protokoldan (cild İ, səh.17) görünür ki, şübhəli şəxs kimi saxlanılan Məhkum "Mərkəz” Vəkil Bürosunun vəkilərinin siyahısı təqdim edilmiş, sonuncu siyahı ilə tanış olduqdan sonra onun hüquqlarının "Mərkəz” Vəkil Bürosunun növbətçilik üzrə hər hansı bir vəkili tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli adı ilə iş materiallarına əlavə edilmiş və həqiqiliyi təsdiq edilmiş kserosurət siyahının növbətçilik və ya qeyri məqsədlə tərtib olunduğu, növbətçilik məqsədilə tərtib olunmuş cədvəl olduğu təqdirdə həmin cədvəlin hansı ilə aid olması, siyahıda adları göstərilən vəkillərin hansı ayda və ya hansı gündə növbətçi olmaları öz əksini tapmamışdır. Həmin cədvəllə tanış olma qrafasında şübhəli şəxs kimi saxlanılan Məhkum deyil, Hüseynov Əlihüseyn adsoyadlı qeyrisi və sonuncuya aid imza mövcuddur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumatlardan görünür ki, Məhkum saxlanıldığı 14 iyul 2020-ci il tarixdə Bakı şəhəri üzrə "Mərkəz” Vəkil Bürosunun vəkiləri, o cümlədən X8 ümumiyyətlə növbətçi kimi qeyd olunmamış, həmin məlumatlarda vəkil Nizami Canıyevin 15 iyul 2020-ci il tarixdə növbətçi vəkil olduğu qeyd olunmuşdur. Müdafiəçi dəvət olunması haqqında 14 iyul 2020-ci il tarixli qərarın məzmunundan görünür ki, Məhkum hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması məqsədilə müdafiəçiyə ehtiyacının olmasının əsası kimi maddi imkanının olmamasını göstərmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdi r ki, Məhkum mənsub olması göstərilən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə 14 iyul 2020-ci il tarixli ərizədə sonuncunun maddi imkanının olub-olmaması barədə hər hansı qeyd mövcud deyildir. Hansı ki, məhkəməyədək icraat mərhələsində 16 iyul 2020-ci il tarixdən başlayaraq Məhkum hüquqları müqavilə əsasında iki nəfər vəkil tərəfindən müdavilə əsasında müdafiə olunmuş və hətta həmin vəkillərdən biri müqavilə əsasında məhkəmə baxışı mərhələsində öz vəzifəsini icra etməkdə davam etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokolda videogörüntülərə münasibətdə yol verilmiş saxtalaşdırmaların təqsirləndirilən şəxsin 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində yer alması, həqiqətən də videoçəkiliş prosesində iştirak etmiş müdafiəç i Nizami Caniyevin 15 və 16 iyul 2020-ci il tarixlərdə Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı faktiki iştirak etmədiyini və tərtib olunan dindirmə protokolunun hər hansı formada oxunmadığını və ya elan edilmədiyini təsdiq edir. Belə ki, qeyd olunan istintaq hərəkətlərində real iştirak etmiş bir müdafiəçinin dindirmə protokolunun oxunmasından və ya elan edilməsindən sonra yol verilmiş bu cür qanun pozuntusunu görməməsi mümkünsüzdür. Azərbaycan Respublikası CPM-nin 90.7.9-ci maddəsinə əsasən şübhəli şəxs müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək; həmin Məcəllənin 90.7.15-ci maddəsinə əsasən öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək kimi hüquqlara malikdir. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılması və s.) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs qismində tutularkən həmin əməlin törədilməsində şübhələnməyə əsas verən məlumatlar müəyyən olunmadan, sonuncu əsassız və qanunsuz olaraq tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinin tələblərinə görə şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. Əməliyyat axtarış fəliyyəti ilə bağlı tərtib olunmuş və işdə olan sənədlər in qanuniliyinə inanılsa belə, ilk mənbə olaraq əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunan raportda (cild İ, səh.4) «Mahur» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması göstərilmiş və məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə istənilmişdir. Mhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum yoxlanılmamış məlumat əsasında, hələ üzərinə baxış keçirilməsinə və üzərindən külli miqdarda psixotrop maddə aşkar edilib götürülməsinədək əsassız və qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılmasına və daşınmasına görə tutulmu ş və onun azadlıq hüquqları məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Məhkum saxlanılmasından sonra onun döyülməsi, işgəncələrə məruz qalması barədə təqsirləndirilən şəxsin və onun müdafiəçisi Müdafiəçi iddialarına gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində qeyd olunan fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 01 aprel 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 18 iyul 2020-ci il tarixli, 146 MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə eksper tizası zamanı Məhkum bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsində qeyd olunan bu fakla bağlı göstərmişdir ki, ona qarşı edilmiş işgəngə faktlarına görə onun bədənində xəsarət izləri qalmaması üçün o, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra qanunsuz olaraq bir neçə gün BMCMİ-də saxlanılmış, yalnız 20 iyul 2020-ci il tarixdə istintaq Təcridxanasına köçürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Məhkum barəsində baxılan cinayət işi üzrə bir sıra hüquq və qanun pozuntuları ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılmış və həmin qərara əsasən Məhkum barəsində 16 iyul 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsindən sonra 20 iyul 2020- ci il tarixədək 4 gün istintaq təcridxanasına keçirilmədən müvəqqəti saxlama yerində saxlanılması qanunsuz hesab edilmiş və qeyd olunan qanunsuzluqlara yol vermiş BMCMİ-nin vəzifəli şəxsləri barədə xüsusi qərar çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Müdafiəçi ünvanlanmış 16 mart 2021-ci il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar təqdimata baxılarkən Məhkum BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri- insani davranışa məruz qalmasını bildirməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə ayrıca qərar qəbul edilmiş və həmin məlumat 16 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində cinayət işi üzrə obyektiv həqiqətin ortaya çıxarılması məqsədilə müdafiə tərfindən çoxsaylı vəsatətlər qaldırılmış, lakin qeyd olunan vəsatətlər əsasən təmin edilməmişdir. Vəsatətlərin təmin edilməməsi əsası ilə müvafiq məhkəmələrə şikayətlər verilmiş və həmin şikayətlərə məhkəmə qaydasında baxılaraq müvafiq qərarlar qəbul edilmiş, xüsusi qərarlar çıxarılmışdır (cinayət işinin materialları: Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il və 11 fevral 2021-ci il tarixli qərarları, Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı). Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunan 14 iyul 2020-ci il tarixli rapor t, eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və BMCMİ-nin rəisi tərəfindən təsdiq edilmiş "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 14 iyul 2020-ci il tarixli qərar, BMCMİ-nin rəisi tərəfindən imzalanmış "Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə96-007-20 saylı əmr, təqsirləndirilən şəxs Məhkum üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 iyul 2020-ci il tarixli protkol, şəxsi axtarış və götürmə aparılması prosesinin bir ədəd DVD-R diskinə yüklənmiş videogörüntüləri təqsirləndirilən şəxs Məhkum narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsinin yeganə mənbəyi kimi təqdim edilmişdir ki, qeyd olunan həmin sənədlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin Məhkum müdafiə hüququnun pozulması yolu ilə ondan alınmış 14 və 16 iyul 2020-ci il tarixli ifadələr, şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 işin hallarına uyğun gəlməyən sərbəst və üzləşmədəki ifadələri, təqsirləndirilən şəxs Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Həmçinin, göstərilən məhkəmə düzgün olaraq hesab etmişdir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinməsi ilə əlaqədar hüquq və vəzifələrinin, müdafiəçi ilə təmin olu nmaq hüquqnun izah edilməsi, onun hüquqi yardıma ehtiyacının olması və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə kompyüter vasitəsi ilə tərtib olunmuş ərizə, Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokol, müdafiəçi dəvət olunması barədə qərar, Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkili X5 14 iyul 2020-ci il tarixli orderi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokol qanuni qəbul edilə bilməz və təqsirləndirilən şəxs Məhkum müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Bütün qeyd olunanlarla yanaşı sözügedən məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəməyədək icraat mərhələsində qəbul edilmiş və ibtidai istintaq orqanı tərəfindən ittiham aktına sübut növü kimi əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarları işə mahiyyəti üzrə baxılmadan, mahiyyəti üzrə araşdırma aparılmadan və yalnız istintaq orqanının təqdim etdiyi sənədlər əsasında çıxarıldığından, həmçinin işə mahiyyəti üzrə Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu aşkar edildiyindən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 14 iyul 2020-ci il tarixli qərarı əsasında Məhkum ətrafında əməliyyat tədbirləri keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2020- ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarları hüquqi qüvvəli sənəd olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlardan belə qənaətə gəlmişdir ki, Məhkum təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının v ə X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərin ə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunması nəzərə alınaraq istintaq orqanının Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etməsi və bununla da qeyd oluna n konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır Apellyasiya məhkəməsi haqlı olaraq hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini aradan qaldıraraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də tədqiq edilmiş şübhəli və ehtimal xarakterli digər sübutları Məhkum qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələr ini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edi lməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edil məlidir. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əla mətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcə llənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1 -ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alı nmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. "Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüqu qi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. İnsan Hüquqlarının və X10 X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "...şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür...”. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi il ə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələbləri nə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtləri nə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum üzə rindən psixotrop maddə aşkar edilməsi halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xe yrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyr inə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbə rliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hü quqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanu nun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddəl ərinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiril ir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzr ə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-948/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-948/2023
14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver