Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-948/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun, onun müdafiəçisi Ələkbərov Ələsgər İlham oğlunun və tərcüməçi Məmmədov Elnur Allahverdi oğlunun iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Pakistan Respublikası, Rawalpindi şəhərində anadan olmuş, Pakistan Respublikasının vətəndaşı, pakistanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Pakistan Respublikası, Rawalpindi şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, ha-hazırda cəza çəkən Məhkum-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il 1(103)1941/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov, S.S.Hüseynov) 24 iyul 2023-cü il tarixli 1(101)-1467/2023 nömrəli hökmü ilə Məhkum-nin Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsin ə əsasən Məhkum tutulduğu və həbsdə saxlandığı 4 gün ona təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(103)- 1941/2023 nömrəli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), İ.M.Murquzov və Q.X.Babayevdən ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum-nin Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 1(101)-1467/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İşin halları: Məhkəmənin hökmünə əsasən Pakistan Respublikasının vətəndaşı Məhkum özgənin əmlakını ələ keçirmə məqsədilə 09 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində tanışı Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvana qonaq qismində dəvət edib sonuncu ilə evdə olduğu zaman əvvəlcədən mətbəxdən götürdüyü istiotu hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzünə ataraq sonuncunun sağlamlığı üçün təhlükəli zorakılıqla və mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını nümayiş etdirib həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs üzərində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi 250 manat dəyərində "Pocco” markalı "M2007J20CG” modelli mobil telefon aparatını, həmin günün məzənnəsi ilə 1530 manat təşkil edən 900 ABŞ dolları və 220 manat pulu ələ keçirməklə hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 2005 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 181.2.5-cü maddəsi ilə təqsirli bilərək, barəsində 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasını təyin etməklə qeyri-humanist və ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi də işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. İşə kassasiya icraatı qaydasında baxılarkən məhkum məhkəmə iclasında şikayətinin dəlilərini ilə bağlı çıxışında təqsirsizliyi ilə bağlı iddialar o cümlədən, Zərərçəkmiş şəxsyə qarşı heç bir cinayət əməlini törətmədiyini bildirmişdir. Faktiki olaraq Məhkum kassasiya şikayətində göstərilənlərə, həmçinin məhkəmə iclasında səsləndirdiyi fikirlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(103)-1941/2023 nömrəli qərarı ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını, olmadığı halda ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəti cəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulduğunu, nəticədə cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını və bu zaman yüngülləşdirici halların da nəzərə alınmadığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum-nin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(103)-1941/2023 nömrəli qərarının qanuniliyin i və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum-nin ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə quldurluq cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin əs assız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prose ssual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdı rılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum-nin təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə yalnız təqsirləndirilən şəxsin ibtidai istintaqda müdafiəçisinin (tərcüməçinin) iştirakı ilə verdiyi qismən etirafedici ifadələrilə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, 27 fevral 2023-cü il tarixli, 3/374 nömrəli məhkəmə-ballistik və 30 yanvar 2023-cü il tarixli, 9/9472 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyləri, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Pocco” markalı “M2007J20CG” modelli mobil telefon Xın könüllü olaraq təqdim etməsinə dair 10 dekabr 2022-ci il tarixli protokol və digər istintaq materialları ilə, onların həqiqi məz mununa uyğun olaraq əsaslandırılmışdır. Həmin və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü ilə Məhkumya təyin olunmuş cəzanın qanuniliyi, əsaslılığı və ədalətliliyi də ətraflı yoxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş Məhkum cəzasını yüngülləşdirən hallarla razılaşmış, ona cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsini n müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə və ədalət prinsipinə (CM, maddə 8) əməl edilməsi, sonuncuya münasibətdə Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Məhkumya daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar görmədiyindən, kassasiya şikayətinin bu məsələyə həsr olunmuş dəlilləri ilə də razılaşmır. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları məhkumun kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan - məhkəmələrin ona münasibətdə cinayət-prosessual qanunun 416.1.1 - 416.1.3, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddiasını təkzib edir və kassasiya şikayətinin təmin edi lməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum, onun müdafiəçisi Ələkbərov Ələsgər İlham oğlunun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1 (103)-1941/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1 (103)-1941/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-948/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-948/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver