Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-949/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, vəfat etmiş təqsirləndirilən şəxsin müdafiəçisi X12, zərərçəkmiş şəxsin hüquqi varisi X 8 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarından vəfat etmiş təqsirləndirilən şəxsin hüquqi varisi X9 və zərərçəkmiş şəxslərin hüquqi varisi X5 nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Şirinov) 19 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmuş və ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin vəfat etdiyindən ona cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 24 oktyabr 2016-cı il tarixdə saat 14 radələrində “Hyundai Accent” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək ünvan 3 ünvanda yerləşən “xxxx” adlı kafenin qarşısında, dayandığı yerdən ikinci dərəcəli yoldan hərəkətə başlayarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə zamanı təhlükəsizliyi təmin etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməyərək idarə etdiyi avtomobili dayandığı yerdən hərəkətə gətirərək baş yol hesab edilən Balaxanı-Binəqədi şossesinə daxil olmuş və həmin şosse ilə Zabrat qəsəbəsi tərəfdən Binəqədi qəsəbəsi ist iqamətində hərəkət edən hərəkət üstünlüyünə malik X13 idarə etdiyi “MAN 33 364” markalı. ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra idarəetməni itirərək Zərərçəkmiş şəxs2 idarə etdiyi və dayanmış vəziyyətdə olan “VAZ-21063” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkum ehtiyatsız hərəkətləri nəticəsində onun idarə etdiyi “Hyundai Accent” markalı avtomobilində sərnişin olmuş X7 ölümünə səbəb olan, baş-beyin maddəsinin əzilməsi, sol təpə-gicgah sümüklərinin açıq sınıqları, l-ll-lll boyun fəqərələrinin qapalı sınıqları, başın alın-sol təpə-gicgah nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq, çənə və boyun nahiyələrinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin sınıqları, sol bazunun, sol əlin və sol budun qançırları ilə mü şayiət olunan həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirilmişdir. Habelə “MAN 33 364” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs1 2335 (iki min üç yüz otuz beş) manat və “VAZ- 21063" markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 485 (dörd yüz səksən beş) manat məbləğində ziyan yetirilmişdir. Yol qəzası nəticəsində həmçinin Məhkum, l-ll-lll boyun fəqərələrinin qapalı sınıqları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, sol alıngicgah və hər iki göz yuvası ətrafı nahiyənin dərialtı hematomaları, sol almacıq, sol yanaq, boyun və çənə nahiyələrinin əzilmiş yaraları, sol bazu, sol said, sol əl, sol bud, sol diz və sol baldır nahiyələrinin qançırları xəsarətləri alaraq 24 oktya br 2016-cı il tarixdə Sabunçu 3 saylı ŞKX-da ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) 22 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, vəfat etmiş təqsirləndirilən şəxs Məhkum hüquqi varisi X9 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan vəfat etmiş təqsirləndirilən şəxs Məhkum hüquqi varisi X4 nümayəndəsi X14 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarı ləğv olunsun və təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmü çıxarılsın. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətlərinin dəlillərini vəfat etmiş təqsirləndirilən şəxsin hüquqi varisi X4 nümayəndəsi X14 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 onunla əsaslandırırlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, hadisədə həqiqi günahı olan şəxs «MAN 33 364» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 barəsində qanunauyğun ölçü götürülməsini tələb olunmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi özünün 22 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmünü dəyişdirmədən saxlamışd ır. Məhkəmə zamanı ekspert qarşısında bir neçə sualların qoyulub cavablandırılması tələb olunsa da, ekspert əvvəlki cavabından kənara çıxa bilməmiş və səthi cavablar ilə kifayətlənmişdir. Ekspert sualları cavablandırarkən günahın ** CJ *** dövlət qeydiyyatı nişanlı "Hyundai Accent" markalı avtomobilin sürücüsü Məhkum başqa heç kimdə olmaması fikrindən kənara çıxa bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli və cinayət işi üzrə yenidən təkrar məhkəmə kompleks ekspertizası keçirilərək ədalətli və obyektiv araşdırılmanın keçirilməsi təmin edilməlidir. Bakı şəhər Sabunçu Rayon İstintaq şöbəsinin və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun əməkdaşlarının yarıtmaz və səriştəsiz fəaliyyətinə düzgün qiymət verilərək günahkar əməkdaşlar barəsində x üsusi qərar çıxarılmalı, eləcə də hadisənin birbaşa iştirakçısı olan "MAN 33 364" markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 cinayət məsuliyyətinə cəlb olunmalı, təqsirləndirilən şəxs hesab edilmiş Məhkum bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Vəfat etmiş təqsirləndirilən şəxsin hüquqi varisi X4 nümayəndəsi X10 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 verdikləri kassasiya şikayətlərinin başlıca dəlili vəfat etmiş Məhkum əməlində cinayət tərkibinin olmaması və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndir ilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, vəfat etmiş təqsirləndirilən şəxs Məhkum qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, ekspertizaların rəyləri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan əlavə məhkəmə-avtotexniki ekspertizasının 28668 saylı, 26 dekabr 2016-cı il tarixli rəyindən görünür ki, “Hyundai Accent” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olm uş mərhum Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “MAN-33364” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş üzrə təyin edilmiş və keçirilmiş komissiyon məhkəmə-avtotexniki ekspertizasının 450 saylı, 16 yanvar 2017-ci il tarixli rəyindən görünür ki, “Hyundai Accent” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş mərhum Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “MAN-33364” markalı, **-CS*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmçinin Məhkəmə iclası zamanı təyin edilmiş təkrar komissyon məhkəməavtotexniki ekspertizasının 24101 saylı, 17 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, 1.2.8.10.-cu suallar üzrə- Sağ tərəfdən baş yola çıxan Hyundai Accent markalı avtomobili MAN 33364 markalı avtomobilin sürücüsü X5in hansı məsafədən görməsi istintaq və ya məhkəmə tərəfindən müəyyən edi lməlidir. İstintaq tərəfindən isə müəyyən edilmişdir ki, sürücü X5in hərəkəti üçün təhlükə yaranan andan, yəni Hyundai Accent markalı avtomobil dayandığı yerdən hərəkətə başladığı andan toqquşmaya kimi qət etdiyi məsafəyə 1,2 saniyə vaxt sərf olunmuşdur. Həmçinin istintaq tərəfindən müəyyən edilmişdir ki, təhlükə yaranan anda MAN 33364 markalı avtomobil toqquşma yerindən 15-20metr aralı məsafədə olmuşdur. Təhlükə yaranan andan toqquşmaya kimi 1,2 saniyə vaxtın keçməsi, həmin anda MAN 33364 markalı avtomobilin toqquşma yerindən 15-20 metr məsafədə olması və MAN 33364 markalı avtomobilin 50km/saat sürətlə hərəkətdə olması şəraitində MAN 33364 markalı, **CS*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkə ti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi vəfat etmiş təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutl ara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ət raflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının vəfat etmiş təqsirləndirilən şəxs Məhkum barəsindəki 22 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum bərəsindəki 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şi
Məhkəmə qərarları › İş №1(102)-949/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-949/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver