Məhkəmə qərarları › İş №1(102)-949/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-949/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-949/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oblu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə,, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayən də, Məhkum və onun müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlunun və tərcüməçi X4 iştirakları ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Zeynal Qurban oğlu Ağayev (sədrlik edən və məruzəçi), Azad Əli oğlu Məcidov və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərin də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib ondan özü və yaxınlarına aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə ödəyəcəyinə, eləcə də həmin qızıl-zinət əşyalarının bir qismini tanışları olan vəzifəli şəxslərin ailə üzvlərinə göstərib qaytaracağına, həmin əşyaları bəyənəcəkləri təqdirdə satıb sonradan pulunu ödəyəcəyinə dair yalan vədlər verib aldadaraq ondan işlədiyi ünvan 3 ünvanda yerləşən «Caspian Shopping» ticarət mərkəzindəki qızıl-zinət əşyalarının alqısatqısı mağazasında xx xxxxxxx 2017-ci il tarixdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 30603,60 manat təşkil edən 18000 ABŞ dolları dəyərində bir cüt 750 əyarlı 36,40 qram çəkidə 16,3 karat brilyant qaşlı qızıl sırğanı, həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 25504,50 manat təşkil edən 15000 ABŞ dolları dəyərində bir cüt 750 əyarlı 34,40 qram çəkidə 14,1 karat brilyant qaşlı qızıl sırğanının 12752,25 manat dəyərində bir tayını, xx xxxx xxx 2017-ci il tarixdə 8200 manat dəyərində bir ədəd halqavari kompozisiya formalı 750 əyarlı 102,7 qram çəkidə qızıl qolbağını, xx xxxxxx 2017-ci il tarixdə xx xxxxxxx 2017ci il tarixdə götürdüyü 15000 ABŞ dolları dəyərində bir cüt 750 əyarlı 34,40 qram çəkidə 14,1 karat brilyant qaşlı qızıl sırğanın 12752,25 manat dəyərində digər tayını, xx xxxxxx 2017-ci il tarixdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 24652,90 manat təşkil edən 14500 ABŞ dolları dəyərində bir ədəd 750 əyarlı 38,90 qram çəkidə 11,26 karat brilyant qaşlı qızıl üzük-sırğa dəstini, həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 17002 manat təşkil edən 10000 ABŞ dolları dəyərində bir ədəd 750 əyarlı 28,20 qram çəkidə 11,26 karat brilyant qaşlı qızıl üzük-sırğa dəstini, həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 27203,2 manat təşkil edən 16000 ABŞ dolları dəyərində bir ədəd 750 əyarlı 29,40 qram çəkidə brilyant qaşlı qızıl qolbağını və xx xxxxxx 2017-ci il tarixdə 4600 manat dəyərində bir ədəd 750 əyarlı 28,27 qram çəkidə 1,7 karat brilyant qaşlı qızıl qolbaq və üzük dəstini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs etibarını qazanıb əlavə qızıl-zinət əşyaları ələ keçirmək üçün xx xxxxxxx 2017-ci il tarixdə aldığı qızıl qolbağının pulundan 3700 manat ödəyərək nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 134066,20 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş və CM-nin 79.1-ci maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşaqların - xx xxxxxx 2013-cü il təvəllüdlü X10 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 olmaları nəzərə alınaraq hökmün icrası həmin uşaqlar 14 yaşına çatanadək təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Məhkum barəsində CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaların apellyasiya instansiyası m əhkəməsinin həmin qərarından çıxarılması və məhkumun məhkəmə iclas zalından həbs edilməsi, bu əsaslarla da göstərilən qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər şəmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilərkən Məhkum ona vurduğu 134.066 manat (bir yüz otuz dörd min altmış altı) məbləğində ziyandan ödənilməmiş 49.000 manat hissəsi qalmış və o, da həmin ziyanın ödənilməsi üçün, eyni zamanda Məhkum ailə vəziyyətini nəzərə alaraq sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkum da həm apellyasiya şikayətinə məhkəmə baxışı iclasında, həm də sonradan ödənilməmiş ziyanı davamlı olaraq 3-6 ay ərzində ödə məyi vəd etmişdr. Lakin, həbsdən azad olunduqdan sonra 2020-ci il martın 1-dək Məhkum ödənilməmiş qalan ziyandan yalnız 14500 (on dörd min beş yüz) manat ödəmiş və bundan sonra hər hansı ödəniş etməkdən qərəzli olaraq yayınmışdır. CM-nin cəza təyini ilə bağlı normalarına istinad edən zərərçəkmiş bu halın nəzərə alınmasını və onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində cəza tədbiri seçərkən apellyasiya instansiyası məhkəməsi məhkum tərəfindən ona vurulmuş ziyanın bir qisminin ödənilməməsini nəzərə almamış və buna görə də onun barəsindəki hökmün icrasının təxirə salınması əsassız olmuşdur. Bununla da, zərərçəkmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın dəyişdirilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunda sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə görə isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarları nda olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, həm təqsirkarın təqsirliyinə, həm də cəza tədbirinin seçilməsinə əsas olan sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cin ayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əs asən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nətic ələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təq dim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb ol unub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sənədlərə əsasla naraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətinin məzmununa görə, zərərçəkmiş yalnız bir məsələni - Məhkum barəsində CM-nin 79.1-ci maddəsininin əsassız olaraq tətbiq edilməsini mübahisələndirir və bu maddənin tətbiq edilməsinə dair mü ddəaların apellyasiya instasniyası məhkəməsinin qərarında xaric edilməklə məhkumun həbsə alınması, yəni sonuncunun vəziyyətinin ağırlaşdırılmasına dair qərarın qəbul edilməsi barədə tələb irəli sürür. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş bu tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CMnin mü vafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi, ən əsası isə həbsdə olmayan şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və sair bu kimi məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətinə malik deyil və belə hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Digər tərəfdən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı vurğulayır ki, CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dör d yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağllılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Konstitusiyada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüququn mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə görə, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qeyd olunmalıdır ki, hər kəsin azadlıq hüququ əsas insan hüquqlarından biri kimi bütün dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur (“İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 3-cü maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi və s.). CM-nin 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən xx xxxxxx 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını tək başına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq i mkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və hə min şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran halla r nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini y üngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum himayəsində iki azyaşlı uşağının olması iş materiallarında olan sənədlərlə təsdiq edilir və bundan başqa, araşdırılmış sübutlarla təsdiq olunur ki, məhkum həmin uşaqları və yetkinlik yaşına çatmamış uşağını təkbaşına böyüdür, hal hazırda məhkumluğu olduğuna görə heç yerdə işləmir, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 134.066,2 manat ziyandan 85.066 manatını apellasiya instansyası məhkəməsi tərəfindən qərar qəbul edilənədək, 14.500 manatını isə bundan sonra könüllü olaraq ödəmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında et diyi çıxışlarında həm Zərərçəkmiş şəxs, həm də Məhkum hər birisi ayrı-ayrılıqda bu halları təsdiq etmiş və sonuncu əlavə olaraq qeyd etmişdir ki, o, qalan ziyanı da ödəməkdən boyun qaçırmaq niyyətində deyil, lakin maddi imkansızlığı səbəbəindən bunu bir dəfəyə edə bilmir. Cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun öz qərarlarında məhkəmələrə etdiyi tövsiyələrdən və iş materiallarından çıxış edərək və kassasiya şikayətinin dəlilləri ilə razılşmayaraq məhkəmə kollegiyası Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmin uşaqları təkbaşına böyüdərək tərbiy ə etməsini, zərərçəkmişə vurulmuş zərərin çox hissəsini könüllü olaraq ödəməsini nəzərə alıb hesab edir ki, məhkumun barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə onun barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün icrasının təxirə salınması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsasların isə olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməsi haqda isə zərər çəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar