Məhkəmə qərarları › İş №1(102)-949/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-949/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-949/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Novruz Kərimov) 1(101)-1133/2020 nömrəli 27 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 2000-ci ildə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 2-ci korpusda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.5-ci maddəsi ilə təqsirli bilinməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəz asına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hökmlə təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 03 avqust 2018-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesinin yaxınlığında yerləşən “Pəhlivanlar” adlı kafedə əyləşib tanışları Şahid1 və Şahid4 ilə sp irtli içki qəbul edərək əylənərkən təsadüfən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs görüb salamlaşaraq öz masalarına dəvət etmiş və birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra kafedəki qızların biri ilə pul müqabilində intim əlaqəyə girmək üçün Zərərçəkmiş şəxs pul istədikdə sonuncu ona guya pulunun olmamasını deyəndə bundan qəzəblənib kafedən bayıra çıxmağı tələb etmiş və gecə saatlarında, yəni 04 avqust 2018-ci il tarixdə saat 04 radələrində oturduqları “Pəhlivanlar” adlı kafedən çölə çıxaraq kafenin yaxınlığında sərxoş vəziyyətdə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs kənara çəkərək ondan üzərində olan pulları verməsini tələb edəndə, sonuncu üzərində olan pulların ona məxsus olmadığını bildirdikdə aralarında mübahisə yaranmış və o, əlindəki ist intaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah kimi istifadə edib hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs sol bud nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirməklə cibində olan 176 manat pulunu zorla ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 1(105)246/2021 nömrəli 09 mart 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanı lmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarı ləğv edilməsi və onun əməlinin CM-in 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq hökm və qərar çıxararkən, məhkum barəsində cəzanı yüngülləşdirən halları nəzərə almamış, mötəbər dəlil və sübutlara əsaslanmayaraq onu n barəsində qərəzli mövqe sərgiləmiş, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmaması, o cümlədən, dəymiş zərərin ödənilməsi, atasının 1-ci Qarabağ müharibəsində şəhid olması, anasının ağır xəstə olması kimi hallar nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyy ən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməməsidir. Kassator hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilməlidir. O, quldurluq cinayəti törətməmiş, ona görə də onun əməlinin Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməsi üçün özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zor akılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz tamahkarlıq niyyəti ilə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın etmişdir. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2020-ci il tarixli, 127 saylı, kompleks məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizasının 12 mart 2020-ci il tarixli, 3/46 saylı rəyləri, habelə digər sübutlarla tam təsdiq olunmuş və bununla da Təqsirləndirilən şəxs quldurluq cinayət əməlini törətməsi müəyyən edilmişdir. Odur ki, birinci instansiya və apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun əməli düzgün olaraq CM-in 181.2.5-ci maddəsi ilə tövsif olunmuşdur və əməlin CM-in 180.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya ins tansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kas sasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsində 09 mart 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar