Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-949/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) 13 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, X-ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmış və qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 yanvar 202 0-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X9 oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 11 dekabr 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 228.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-904/2020 904/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü madd əsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, təyin edilmiş bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)904/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-904/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilm ədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum mütəmadi olaraq görüşüb ər-arvad münasibətlərində olduğu tanışı Zərərçəkmiş şəxs və sonuncunun qohumu kimi təqdim etdiyi Şahid1 ilə bir yerdə 21 yanvar 2020-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 22b ünvanında yerləşən "Nargilə” kafesində yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs qohumu Şahid1 getdikdən sonra onunla mənzilinə gedəcəyini vəd etmiş, lakin, o, Şahid1 Zərərçəkmiş şəxs qohumu olmadığını, aralarında yaxın münasibət olmasını başa düşərək sonuncunu qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bundan ötrü o, istintaqa məlum olmayan taksi maşını ilə gedib 2019-cu ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi və kirayədə yaşadığı evdə çəngəlqaşıqlara dair rəfdə saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunan qatlanmayan və kəsici-deşici xassəyə malik iti ülgücü olan tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 120 mm olan ov bıçağını götürüb şalvarının sağ arxa cibinə qoyaraq "Nargilə” kafesinə qayıtmış, sonra içki məclisini davam etdirmək üçün hər üçü birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən "Siyah Bəyaz” gecə klubuna gələrək spirtli içki qəbul etdikdən sonra 22 yanvar 2020-ci il tarixdə, saat 03:30 radələrində istintaqa məlum olmayan taksi maşını ilə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığındakı ünvan 4 gəldikdə sonuncu onunla onun evinə getməkdən imtina etdiyi üçün o, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sağ əlindəki bıçaqla müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs əzab verdiyini dərk etməklə və bunu arzu etməklə ardıcıl zərbələr vuraraq sol- burun dodaq büküşü, üst dodağın selikli qişası, sağ bazu, sağ dirsək oynağı, döş qəfəsi, sağ süd vəzisi, qarın və sol əl nahiyələrində daxilə nüfuz etməyən, ümumilikdə cəmi on üç ədəd deşilmiş-kəsilmiş xəsarətlərdən ibarət ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, posthemorragik şok və daxili üzvlərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısından daxilə sol plevra boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sağ yarısından daxilə sağ plevra boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sol yarısından daxilə qarın boşluğuna nüfuz edə n bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş- kəsilmiş yaralara aid xəsarətlər yetirmiş, həmin vaxt Şahid1 qışqıraraq ətrafdakıları köməyə çağırması və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə onun həyatının xilas olması səbəbindən o, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya şikayətində göstərilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, ya da düzgün araşdırılmayaraq ona hüquqi qiymət verilməmi şdir. Cinayət işi üzrə sübutlar tam, hərtərəfli araşdırılmamış, işin faktiki hallarına uyğun olmayan ədalətsiz qərar qəbul edilmişdir. Onun zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlər hər biri ağırlığına görə sağlamlığı qısa müddətə pozan xəsarətlərdir, cinayət törətdikdən sonra könüllü hüquq mühafizə orqanlarına təslim olmuş, cinayətin isti izlərlə açılmasına və istintaqın gedişinə köməklik göstərmişdir. Zərərçəkmiş şəxsin şikayəti yoxdur, əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, olsaydı belə bir imkana malik idi. Zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin dərəcəsini, cinayətdən əvvəl və sonrakı hərəkətlərini nəzərə alaraq onun əməlinin CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif olunması absurddur. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 126.1ci maddəsinə tövsif olunmasını, bu maddə sanksiyası çərçivisində cəza təyin edilməklə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd oluna n maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlah iyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işini n ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşd ırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsini 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Məhkum kassasiya şikayətində tələbini əsaslandırmaq üçün iki dəlilə -zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığına və hərəkətlərində xüsusi amansızlığın olmamasına istinad etmişdir. Göstərilən dəlillərin hər birinə ayrı-ayrılıqda ayrı-ayrılıqda qiymət verərək kassasiya məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yən i qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu, lakin bunu etməməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı ö z təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum qəsdinin Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmış, onun belə bir niyyəti olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilmişdir. Hadisə yerində olmuş Şahid1 qışqıraraq ətrafdakıları köməyə çağırması və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yard ım göstərildiyinə görə onun həyatının xilas olması səbəbindən Məhkum sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, məhkum edilmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığındakı ünvan 4 gəldikdə sonuncu onunla onun evinə getməkdən imtina etdiyi üçün o, qəsdən öldürmək məqsədi ilə sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq ümumilikdə cəmi on üç ədəd deşilmiş-kəsilmiş xəsarətlərdən ibarət ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, posthemorragik şok və daxili üzvlərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısından daxilə sol plevra boşluğuna nüfuz edən ik i ədəd, döş qəfəsinin sağ yarısından daxilə sağ plevra boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sol yarısından daxilə qarın boşluğuna nüfuz edən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş- kəsilmiş yaralara aid xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum hərəkətlərinin xarakteri, xüsusən zərərçəkmiş şəxsə bıçaq zərbələri vurarkən həddən artıq aqressiv olması, onun zərərçəkmiş şəxsə yetirdiyi bıçaq zərbələrinin sayı və zərbələrin yetirildiyi bədən nahiyələri, zərbələrinin həyat üçün təhlükəli olması və əksəriyyətinin ağır zərərvurmaya səbəb olması, zərbələrin ardıcıl olaraq yetirilməsi kimi zərərçəkmiş şəxsi qəsdən öldürmək istəməsini təsdiq edən mötəbər məlumatlara düzgün h üquqi qiymət verilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keç irilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasını nəzərə alaraq Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsi və bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsind ən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin qəsdən adam öldürməyə cəhd əməlində xüsusi amansızlığın əlamətlərinin mövcud olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesi ndə zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, istintaq orqanı və məhkəmələr Məhkum qəsdən adam öldürməyə cəhd əməlində xüsusi amansızlığın əlamətlərinin mövcud olması qənaətinə gələrkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, xüsusi amansızlığı xarakterizə edən əlamətlərin olub-olmaması məsələsini kifayət qədər araşdırmamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum hərəkətlərində adam öldürməyə cəhd cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu müəyyən edilmir. Xüsusi amansızlıqla adam öldürmə (CM-in 120.2.4-cü maddəsi) əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törə dərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Məhkəmələr Məhkum adam öldürməyə cəhd cinayətinin xüsusi amansızlıqla törədilməsi qənaətinə gələrkən onun tərəfindən zərərçəkmiş şəxsə yetirilən bıçaq zərbələrinin sayını nəzərə almışdır ki, məhkəmə kollegiyasının qənaətinə əsasən göstərilən hal xüsusi amansızliq kimi deyil, məhz məhkumun zərərəçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətinin olmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Məhkəmələr Məhkum zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi,rəhmsizlik və qəddarlıq göstərməsinin nədə ifadə olunmasını açıqlamamış və bu barədə qə naətlərini kifayət qədər əsaslandırmamışlar. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmamaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olmadığından, kollegiya bu məsələ ilə əlaqədar məhkumunirəli sürdüyü iddia ilə (hərəkətlərində xüsusi amansızlığın olmaması) razılaşır. Beləliklə Məhkum cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən 29, 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə ona Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun cəzasını yüngülləşdirən halların olması, həmçini n ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63.3-cü maddələrinin tələbləri, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.3-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qəti həddi müəyyən edilməlidir. Təsvir olunanlar məhkumun kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində qismən əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinərək ona 7 (yeddi) il 10 (on) ay 15 gü n müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-949/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-949/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver