Məhkəmə qərarları › İş №1(102)-949/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-949/2025

06.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-949/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-1112/2024 nömrəli hökmündən apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsin in 31 yanvar 2024-cü il tarixli, 1(011)-9/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: S.S.Hacıyeva.) xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və X ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş və ona CM-in 180.2.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməklə, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(0 07)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə sonuncunun tutulub saxlandığı 3 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və Məhkum üzərində 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı Abdullayeva Gülüst an Hümmət qızı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: Z.N.Hüseynov (sədrlik edən), Ə.Q.Əkbərov və İ.A.İbrahimli ) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(011)-9/2024 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona həmin maddə ilə cəza təyin edilməmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 özünə məxsus 4169 7416 9294 8523 nömrəli "Visa Electron” əmək haqqı kartını Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 ünvanda yerləşən "Araz" marketin qarşısında olan "xxxx" ASC-in bankomatına daxil edib pulun bankomatdan çıxmasını gözlədiyi zaman əməliyyatın gecikməsini görüb pulun çıxmaması ilə bağlı sual verdiyi zaman o, problemlə bağlı Zərərçəkmiş şəxs2 "Araz" marketin nəzarətçisinə müraciət etməyi təklif etmiş. sonuncu bankomatın qarşısından uzaqlaşıb mağazaya daxil olduqda bundan istifa də edib bankomatdan çıxan 1000 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16:13 dəqiqədə ünvan 4 ünvanın qarşısı ilə piyada hərəkət edən zaman həmin ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayanan Zərərçəkmiş şəxs1 bankomatdan pul çıxara bilməməsini görüb ona yaxınlaşaraq bankomata daxil edilmiş sonuncuya məxsus 5103 0714 3076 5350 nömrəli "xxxx" kartından pul çıxarılmasında kömək edəcəyi adı ilə aldadıb bankomatda pul olmadığını və digər bankomata yaxınlaşmasını bildirməklə 1976 manat pul vəsaitini çıxarıb kartı sonuncuya qaytarıb oradan uzaqlaşmış, onun hərəkətlərindən şübhəl ənən Zərərçəkmiş şəxs1 digər bankomatda kartını yoxladıqda kartda pul olmadığını görüb pulun onun tərəfindən götürülməsini başa düşərək arxasınca qaçaraq dayanması üçün qışqırmış, lakin o, sonuncunun qışqırmasına məhəl qoymayaraq 1976 manat pul vəsaitini açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1976 (min doqquz yetmiş altı) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın 1-ci epizodu üzrə təqsirlilik məsələsini müzakirə edərək belə qənaətə gəlmişdir ki, Məhkum 1000 manat məbləğində oğurluq cinayətinin törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Lakin Məhkum CM-nin 180.2.2-ci (soyğunçuluq epizodu üzrə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq ed əcək sübutlar yetərli olmadığından sonuncu birinci instansiya məhkəməsi tərəfindən təqsirsiz hesab edilmiş və ona CM-nin 180.2.2-ci maddə ilə bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum Zərərçəkmiş şəxs2 məxsus 1000 manat pulun gizli yolla talaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Bununla yanaşı məhkəmə birinci instansiya məhkəməsinin Məhkum CM-nin 180.2.2-ci maddə ilə bəraət verilməsi (irəli sürülmüş ittihamın 2-ci epizodu üzrə), həmçinin ibtidai istintaq orqanının isə Məhkum qeyd olunan epizod üzrə əməlinin CM-in 180.2.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı nəticələri ilə razılaşmamış, həmin hissədə hökmü ləğv edərək Məhkum əməlini Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən 177.1-ci maddəsinə tövsif etmiş, hər iki epizod ü zrə (ayrı-ayrılıqda əməlləri CM-in 177.1-ci maddəsi ilə tövsif olunduğundan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona həmin maddələr ilə cəza təyin etməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum ona isnad edilən 2-ci epizod üzrə soyğunçuluq cinayətini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi tam təsdiqini tapdığı halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum 2-ci epizod üzrə hərəkətlərini zərərçəkmiş şəxsə məxsus pulu gizli yolla talama kimi dəyərləndirib, onun əməlini CM-nin 177.1-ci mad dəsi ilə tövsif edilməsi haqqında qənaətə gəlmişdir. Protest müəllifi iddia edir ki, zərərçəkmiş şəxs pulunun oğurlandığını aşkar etmiş və təqsirləndirilən şəxsin arxasınca qaçmış, təqsirləndirilən şəxs də bunu başa düşüb əmlakı əlində saxlamağa çalışaraq qaçıb oradan uzaqlaşmışdır. Göründüyü kimi Məhkum CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutların yetərli olmasına baxmayaraq apellyasiya məhkəməsi təqsirli şəxsin həmin əmlakı əlində saxlamağa davam etməsini gizli talama kimi dəyərləndirmişdir. Məhkum əməlində soyğunçuluq cinayətinin tərkib əlamətlərinin olmasını israr edən dövlət ittihamçısı eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsinin şərh edilməsinə dair“ Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2 015-ci il tarixli qərarına istinad edərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq cinayətini törətməsinin ibtidai istintaq zamanı toplanmış və məhkəmədə baxılmış materiallarla tam sübuta yetirildiyini, buna baxmayaraq apellyasiya məhkəməsi cinayət-prosessual qanunun sübutetməyə dair qaydalarını pozaraq Məhkum əməlini əsasız olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif etdiyini göstərmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslara Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozulduğunu, bunun nəticəsində Məhkum əməlinin (2-ci epizod üzrə) hüquqi t övsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərl iyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə diqqət yetirdikdə, sonuncunun apellyasiya məhkəməsinin Məhkum isnad edilən 2-ci epizod üzrə gəlmiş olduğu qənaətini mübahisələndirdiyi müəyyən olunur. Belə ki, protest müəllifi hesab edir ki, Məhkum əməlinə şami l edilməli olan norma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi (təkrar soyğunculuq) və ya elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətməsini nəzərdə tutan CM-nin 177.2.3-1-ci maddəsidir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi hallar gerçəkdən də Məhkum mübahisələndirilən hərəkətlərinin soyğunçuluq və ya elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq kimi tövsif edilməsini istisna etməklə, həmin hərəkətlərin sadə oğurluq kimi Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə tövsif edilməsini labüd etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin nəzərdə tutduğu oğurluq cin ayətinin əsas tərkibi bu maddənin dispozisiyasında “özgənin əmlakını gizli olaraq talama” kimi təsbit edilmişdir. Soyğunçuluq isə Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özgənin əmlakının açıq talanmasıdır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanma sı hesab edilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürü lərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Hazırki işdə isə apellyasiya instansiya məhkəməsi onu (Məhkum isnad edilən 2-ci epizod üzrə) müəyyən etmişdir ki, nə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin arxasınca, nədə ki, Məhkum sonuncunu görüb qaçmamış, eyni ilə Məhkum hadisədən sonra zərərçəkmiş şəxsin çağırışlarını eşitməmişdir. Belə ki, zərərçəkmiş şəxs ibtida istintaqın ilkin mərhələsində vermiş olduğu məlumatlarda ətrafa baxan zaman Məhkum orada olmadığını, yaşadığı ev ə gəlib mobil telefonuna baxdıqda kartından pulun çıxarılması ilə bağlı mesaj gəldiyini göstərmişdir. Apellyasiya baxışı zamanı həmin xüsusatla bağlı zərərçəkmiş şəxsə suallar verilərkən o, kartından pulun çıxarıldığını başa düşəndən sonra qışqırdığını və yerə uzandığını, əvvəlcə pulunu oğurlayan şəxsin yoxa çıxdığını, daha sonra isə həmin şəxsin oradan uzaqlaşıb getdiyini və onu uzaqdan gördüyünü, lakin həmin şəxsin qaçmadığını və sakit tərzdə yeridiyini, həmin şəxsin onu çağırdığını hiss etmədiyini, öz yerişi ilə getdiyini bildirmişdir. Göründüyü kimi sübutların ədalətli qiymətləndirilməsini həyata keçirən apellyasiya instansiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs1 1976 manat pul vəsaitini talamadan ibarət cinayətkar hərəkətinin orada olmuş kənar şəxslər tərəfindən hüquqazidd olmasının dər k edilməməsindən, qeyd olunan əmlak talandıqdan sonra talanmanın qarşısının alınması üçün hər hansı tədbirin görülməməsindən çıxış edərək Məhkum əməlini haqlı olaraq əmlakı açıq talama (soyğunçuluq) kimi deyil, gizli talama (oğurluq) kimi qiymətləndirmişdir. Bundan başqa Məhkum dövlət ittihamçısı tərəfindən törədilməsi israr edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 177.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş qizli talamaya görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci madd əsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.81-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022ci il tarixli Qərarında qeyd edilir ki, başqasına məxsus kartdan istifadə etməklə vəsaitin ələ keçirilməsi halında təqsirkarın zərərçəkmişi bankomatdan pul çəkməyə yardım etməsi adı ilə aldatması ödəniş kartını ələ keçirmək, oğurluğa şərait yaratmaq məqsədi güdür. Pulu məxaric etmək üçün zəruri olan şifrənin yanlış olduğunu və ya bankomatın çalışmadığını bildirməklə zərərçəkmişin aldadılması isə özgəsinə məxsus pulu ələ keçirmənin gizliliyini təmin etmək məqsədi daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan üsullardan istifadə etməklə törədilən cinayətlərdə təqsirkar ödəniş kartını heç də həmişə aldatma yolu ilə zərərçəkmişdən almır, bəzən həmin ödəniş kartı zərərçəkmişin öz xahişi ilə, yardım etməsi üçün təqsirkara verilir. Təqsirkar isə əldə etdiyi bu imkandan istifadə etməklə pul vəsaitini zərərçəkmiş şəxsdən xəbərsiz, gizli şəkildə ələ keçirir. Qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, şəxsin ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitini ələ keçirməyə şərait yaratmaq üçün həyata keçirildiyi hallarda, əməl dələduzluq deyil, oğurluq kimi tövsif edilməlidir. Həmçinin CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) i stifadə etməklə törədilməsini nəzərdə tutur ("Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 iyun tarixli Qərar). Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, Məhkum Zərərçəkmiş şəxs1 məxsus bank kartını gizli yolla əldə edib pin kodunu daxil etməmiş, əksinə zərər çəkmiş şəxs kartın pin kodunu özü yığmış, bundan sonra kart bankomatdan çıxdıqdan sonra Məhkum bankomatın işləmədiyini bəhanə edərək kartı zərər çəkmiş şəxsə qaytarmış və digər bankomata yaxınlaşmasını məsləhət bilmiş, həmin vaxt isə bankomatdan məxaric olan zərər çəkmiş şəxsə məxsus 1976 manat pul vəsaitini zərər çəkmiş şəxsin hiss etmədiyi şəraitdə gizli olaraq ələ keçirərək oradan uzaqlaşmışdır. Belə olan vəziyyətdə, apellya siya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarındakı hüquqi mövqelərini nəzərə alaraq Məhkum həmin əməli gizli talama (oğurluq) kimi dəyərləndirşmişdir. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının məhz bu cür müəyyən edilib qiymətləndirilməsi kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPM-in 143146-cı maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanır (sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı təsvir olunub onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası işin faktiki hal larının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum (ikinci epizodla bağlı) Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə apellyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, Məhkum kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-1112/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-1112/2024 nömrəli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar