Məhkəmə qərarları › İş №1(102)-95/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-95/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-95/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum7, Məhkum8 müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X26, Məhkum2, Məhkum6 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Məhkum5 müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum1 və onun müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum4 və onun müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum X31 və onun müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Məhkum9 müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda həbsdə olan Məhkum7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 220.1 və 315.1-ci maddələri ilə, xx xxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qe ydiyyatda olmaqla yaşamış və hazırda həbsdə olan Məhkum8 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqlayaşamış və hazırda həbsdə olan Məhkum10 CM-nin220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda həbsdə olan Məhkum2 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan yaşayan və hazırda həbsdə olan Məhkum6 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvanyaşayan və hazırda həbsdə olan Məhkum5 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxx 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan və hazırda həbsdə olan Məhkum1 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxx 1993-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan qeydiyyatda ola n və ünvan 8 ünvanında yaşayan və hazırda həbsdə olan Məhkum4 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində çəkilməmiş 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 11 ay 24 gün azadlıqdan məhrum etmə cəzası qalmış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan və hazırda həbsdə olan X15 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan və hazırda həbsdə olan Məhkum3 CM-nin 220.1 və 315.1-ci maddələri ilə, xx xxx 1999-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli,subay, işləməyən, məhkum olunmamış, ünvan qeydiyyatda olmaqla yaşayan və hazırda həbsdə olan Məhkum9 CM-nin 220.1 və 315.1-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2, Məhkum3 müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum5 müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, M əhkum4 müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum6 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Məhkum7 və onun müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum9 müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Məhkum10 müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum8 və məhkum X15 müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-51/2019 saylı hökmü ilə (sədrlik edən N.M.Əliyev, hakimlər F.N.Mahmudov (məruzəçi hakim) və X.H.Səmədov) Məhkum7 CM-nin 220.1 və 315.2-ci mad dələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum10 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum8 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına,CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məh rumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi vəçəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi vəçəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum6 CM-nin 220.1 və 3 15.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum5 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 07 ( yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən h esablanması hökm edilmişdir. Məhkum3 CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. X31 CM-nin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 11 ay 24 gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən yeni hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə əlavə cəza tam, azadlıqdan məhrum etmə cəzası isə qismən birləşdirilməklə qəti olaraq ona 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edil məklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum9 CM-nin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məh kəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və F.Ə.Mehtiyev) apellyasiya şikayətləri təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. 1.Məhkum7 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 4 (dörd) il 6 (altı) aya endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən topl anmaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. Məhkum10 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Məhkum8 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum8 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

4. Məhkum2 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

5. Məhkum6 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyinedilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum6 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

6. Məhkum5 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzas ı təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum5 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

7. Məhkum1 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

8. Məhkum4 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə iləona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza sı təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

9. X15 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə iləona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X19 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən bu qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə əlavə cəza tam, azadlıqdan məhrum etmə cəzası isə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum Xin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xə talar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır.

10. Məhkum3 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə iləona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

11. Məhkum9 CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin madd ə iləona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə: Məhkum7, Məhkum10, Məhkum8, Məhkum2, Məhkum6, Məhkum5, Məhkum3, Məhkum1, Məhkum4, X31 və Məhkum9 qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub qrup təşkil edib hakimiyyət nümayəndələrinə silah qismində əşyalar tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayət olunan kütləvi iğtişaşları təşkil edərək, həmin iğtişaşda iştirak etməklə, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrinin yerinə yetirərkən müqavimət göstərərək həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmişlər. Belə ki, xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X32 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldıqları məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən Gənc ə şəhəri və ətraf rayonlarda özləri ilə eynicinayətkar əqidəni və radikal dini baxışları bölüşən Məhkum7, Məhkum10, Məhkum8, Məhkum2, Məhkum6, Məhkum5, Məhkum3, Məhkum1, Məhkum4, X31 və Məhkum9 qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə, o cümlədən Məhkum7, Məhkum6 istifadələrində olan “Samsung” markalı mobil telefonu üzərindən, X31 istifadəsində olan “Alcatel” markalı mobil telefonu üzərindən “WhatsApp” sosial şəbəkəsində X tərəfindən törədilmiş terror aktının görüntülərini paylaşmaqla, şəxsi görüş və söhbətlərində z orakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaqla xx.xx.2018-ci il tarixdə saat 20 radələrində qeyd olunan əraziyə gələrək ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədib yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirməklə, təhrik olunmuş şəxslərin hərəkətlərini ictimai asayişin davamlı pozulmasına, Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olmağa istiqamətləndirib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblə rinə tabe olmamaqla, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla, onlara yumruq və təpik vurulmaqla, Məhkum7, tərəfindən Gəncə şəhər Baş polis idarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X14 bud nahiyəsinin əziyində ifadə olunan və dərəcəsi təyin edilməyən bədən xəsarəti, Məhk um10 tərəfindən Gəncə şəhəri, Nizami rayon polis idarəsinin post-patrul xidmətı taqımının polis nəfəri, polis serjantı X4 qolunun bilək nahiyəsinin fiziki ağrısı, Məhkum8 tərəfindən Gəncə şəhəri, Nizami rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X3 burun nahiyəsinin əziyi və sol dirsək nahiyəsinin gərilməsi xəsarəti, Məhkum2 tərəfindən Gəncə şəhər Baş polis idarəsinin xüsusi təyinatlı bölüyünün polis nəfəri, polis baş serjantı X33 dodağın selikli qişasının səthi yarası və hər iki ayağına fiziki ağrısı, Məhkum6 tərəfindən Gəncə şəhər Baş polis idarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis baş serjantı X2 ayaq pəncəsinin gərilməsi xəsarəti, Məhkum5 tərəfindən Gəncə şəhər Baş polis idarəsinin post-patrul xidməti taborunun polis nə fəri, polis baş serjantı X17 ayağın baldır nahiyyəsinə fiziki ağrısı, Məhkum4 tərəfindən Gəncə şəhər Baş polis idarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis kiçik serjantı X11 diz oynağının fiziki ağrısı, qrupun digər üzvləri tərəfindən isə Gəncə şəhəri, Kəpəz rayon polis idarəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis baş leytenantı X41 3-cü sağ əl barmağının kəsilmiş yarası, sağ iç topuq oynağı nahiyəsinin əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, polis kiçik serjantı X35 döş qəfəsi nahiyəsinin fiziki ağrısı, polis kiçik serjantı X10 nahiyəsinin fiziki ağrısı, Gəncə şəhər Baş polis idarəsinin xüsusi təyinatlı bölüyünün polis nəfərləri, polis serjantı X12 bilək və döş qəfəsinin əzniyi, Gəncə şəhəri, Nizami rayon polis idarəsin in cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5 əl pəncəsinin əziyi, post-patrul xidmətı taqımının taqım komandiri, polis leytenantı X43 qarın boşluğu nahiyəsinin fiziki ağrısı, Gəncə şəhər Baş Polis idarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X13 qarın nahiyəsinə fiziki ağrısı, Gəncə şəhər Baş Polis idarəsinin post-patrul xidməti taborunun komandir müavini polis baş leytenantı X6 bud nahiyəsinin yarası, sol dirsək nahiyəsinin sıyrığı, polis baş serjantı X7 ayağın əziyi kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilib onların sağlamlıqlarına zərər vurulması ilə zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq olunmaqla silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan küt ləvi iğtişaşlar təşkil edərək həmin iğtişaşlarda fəal iştirak etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində bəraət hökmü çıxarılması xahiş olunur. Kassasiya şikayətlərində qeyd olunur ki,Məhkum1 şahidlərin verdikləri ifadələrdə mövcud olmayan video müşahidə görüntüsü əsasında məhkum edilmişdir.Halbuki,Məhkum1 haqqında ifadə vermiş şahid X27 məhkəmə istintaqı zamanı Məhkum1 tanımamışdır.X özü isə ifadələrində hadisə baş verən zaman,yəni xx.xx.2018-ci ildə saat 20:05-dən saat 20:31-dək olan dövrdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olan çayxanada dostları ilə bərabər olmuşd ur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki,heç bir cinayət törətməmişdir.Məhkəmə onun cinayət törətməyini sübut etmədən barəsində cəza təyin etmişdir. Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, məhkəmənin qərarını qeyri obyektiv və qərəzli hesab edir.Belə ki,Məhkum3 istintaqın ilkin mərhələsində özünü təqsirli bilsə də,sonrakı mərhələdə və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək Xla heç bir əlaqə sinin olmadığını,onu tanımadığını,xx.xx.2018-ci il tarixdə mobil telefonuna tanımadığı şəxsdən xx.xx.2018-ci ildə saat 20-də Gəncə şəhər İcra hakimiyyətinin qarşısında X1in ailəsinin şəhərdən çıxarılması tələbi ilə aksiya keçiriləcəyi barədə məlumat daxil olduğunu və maraq xatirinə həmin vaxt meydana gəldiyini bildirmişdir. Polis əməkdaşlarının ərazini tərk etmək barədə tələblərinə tabe olmasa da,onlara hər hansı zərbə vurmamış,bir müddət sonra ərazini tərk etmişdir. Məhkum4 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum4 barəsində CM-nin 220.1 və 315.1-ci maddələrlə olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki,Məhkum4 dəfələrlə bildirmiş dir ki,onun adından ibtidai istintaq zamanı yazılan ifadələr ona məxsus deyildir.Həmin ifadələri o,vəkili Xə inanaraq oxumadan imza etmişdir.Əslində isə Məhkum4 xx.xx.2018-ci ildə işlədiyi “FLO” mağazasından saat 18 radələrində çıxıb dostları ilə görüşmüş və “Playstation Club”a gəlmişlər.Hadisələr başlayanda isə hadisələri qısa vaxt ərzində izləmiş və iş yerinə qayıtmışdır. Məhkum5 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum5 CM-nin 220.1 və 315.1-ci maddələri ilə bəraət verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən halların tədqiqindən əsassız imtina etmiş,əməlində cinayət tərkibi olmayan şəxsə bəraət v ermək əvəzinə cəza təyin etmişdir.Belə ki,Məhkum5 həm ibtidai istintaqda,həm də məhkəmədə özünü təqsirli bilməmiş,xx.xx.2018-ci ildə saat 19:40-da şəxsi geyim mağazasını anası bağladıqdan sonra Şah Abbas məscidi istiqamətində gəlmiş,oraya çatdıqda şəhər İcra hakimiyyətinin qarşısında çoxlu sayda vətəndaşların toplaşdığını,insanların müxtəlif istiqamətlərdə qaçdıqlarını, polislərə daş atdıqlarını görmüşdür.Bu zaman Sevil adlı qonşusunun polislə mübahisə etdiyini görüb və Sevilə kömək etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanmışdır. Məhkum6 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum6 bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum6 G əncə hadisələri ilə heç bir bağlılığı yoxdur.İttiham tərəfinin Məhkum6la bağlı heç bir mötəbər sübutu yoxdur. Belə ki,xx.xx.2018-ci il tarixdə saat 20 radələrində Məhkum6 işdən çıxıb evinə gedərkən “Cavad xan məqbərəsi”ndən bir qədər aralıda tək dayanmışdır.Bir qədər keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq heç bir səbəb olmadan onu polis şöbəsinə aparmışlar.Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Məhkum7 və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum7 barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki,apellyasiya məhkəməsinin qərarı qeyri-obyektiv və qərəzlidir.Be lə ki, Məhkum7 özünü təqsirli bilməyərək göstərmişdir ki,heç bir cinayət əməli törətməmişdir,heç bir qruplaşma üzvü olmamışdır,heç bir hakimiyyət nümayəndəsinə müqavimət göstərməmişdir.xx.xx.2018-ci il tarixdəGəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyasının baş verəcəyindən sosial şəbəkə vasitəsi ilə məlumatı olmuş və iğtişaşın baş verməsini görüb telefonuna videoqeydə almaq istəyərkən polis işçiləri tərəfindən tutulmuşdur. Məhkum9 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum9 bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki,Məhkum9 xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında ümumiyyətlə olmamış,kütləvi iğtişaşlarda işt irak etməmişdir və polisə müqavimət göstərməmişdir. Şikayət müəllifi hesab edir ki,şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadığından,ittiham əsassız mülahizələr üstündə qurulduğundan Məhkum9 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkum10 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum10 barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qeyri-obyektiv və qərəzlidir. Belə ki, Məhkum10 göstərmişdir ki,xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasına azana qoyulan qadağaya görə qoşulmuşdur.Aksiya za manı orada olmuş və qışqırıb etirazını bildirmişdir.Polislər orada iştirak edənlərdən dağılışmağı tələb etmiş və bu zaman onu tutmuşlar.Onu tutan polis işçilərinə müqavimət göstərməmişdir. Məhkum8 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılması xahiş olunur. Məhkum qeyd edir ki,o,heç bir cinayət əməli törətməmişdir və barəsində olan məhkəmə qərarlarıqanunsuz və əsassızdır. Məhkum X15 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və O.Yağnəliyev barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki,ap ellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi mötəbər sübutlara qiymət verməmişdir.Belə ki,X eyni əmələ görə Nizami Rayon Məhkəməsi tərəfindən inzibati qaydada cəzalandırılmasına məhkəmə hüquqi qiymət verməmiş,nəticədə şəxs eyni əmələ görə iki dəfə cəzalandırılmışdır. Müdafiəçi həmçinin qeyd edir ki,məhkəmələr tərəfindən Xin hadisə yerinin yaxınlığında olması barədə verdiyi ifadəsi də əsassız olaraq nəzərə alınmamışdır.Belə ki, X göstərmişdir ki, hadisə günü yas yerində olmuş və dayısı oğlu ilə birlikdə geri qayıdarkən Nizami Rayon Məhkəməsinin yanında polis tərəfindən tutulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhk um7, Məhkum2, Məhkum6, Məhkum1, Məhkum4, X və müdafiəçilər X22, Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi7 və Müdafiəçi6, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum3 müdafiəçisi Müdafiəçi2, Məhkum4 müdafiəçisi Müdafiəçi3, Məhkum6 müdafiəçisi Müdafiəçi5, Məhkum7 və onun müdafiəçisi Müdafiəçi2, Məhkum8, məhkum Xin müdafiəçisi Müdafiəçi7 və Məhkum10 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum2, Məhkum5 müdafiəçisi Müdafiəçi4 və Məhkum9 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətləri isə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı məhkumlar Məhkum1, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum7, Məhku m8, X və Məhkum10 aid hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instan siyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətlərində məhkumların əsassız olaraq Azərbaycan Respublikası CM-in 220.1 və 315.1-ci maddələri ilə məhkum edilmələri qeyd edilir və hər birinin barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum7, Məhkum8, Məhkum10, Məhkum2, Məhkum6, Məhkum5, Məhkum1, Məhkum4, X31, Məhkum3 və Məhkum9 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə əməliyyat-axtarış orqanları tərəfindən tərtib olunmuş ibtidai araşdırma orqanı tərəfindən və məhkəmələrdə tədqiq olunmuş sənədlərə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhl ükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhk əməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar və onların müdafiəçilərinin kassasiya şikayətlərində irəli sürdükləri dəlillər onla rın apellyasiya şikayətlərində sadaladıqları dəlillərdən fərqlənmir və işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlilləri ətraflı araşdırmaqla məhkumlar Məhkum7, Məhkum8, Məhkum10, Məhkum2, Məhkum6, Məhkum5, Məhkum1, Məhkum4, X31, Məhkum3 və Məhkum9 Azərbaycan Respublikası CM-nin 220.1 və 315.1-ci maddələri ilə ittiham olunduqları cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkumlar özlərini onlara elan edilmiş ittihamlarda təqsirli bilməsəl ər də, iş materiallarına əlavə edilmiş ibtidai araşdırma zamanı verdiklləri etiraf edici ifadələr ilə, habelə şahidlər X44, X50, X24, X9, X45, X58, X51, X52, X47, X37, X28, X38 və X39 ifadələri, «Diskə baxış keçirilməsi haqqında» protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillər, üzləşdirmədə dindirilmələri, telefon və anten dairələri barədə məlumatları, habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, məhkumlar Məhkum7, Məhkum8, Məhkum10, Məhkum2, Məhkum6, Məhkum5, Məhkum1, Məhkum4, X31, Məhkum3 və Məhkum9 kütləvi iğtişaşda iştirak etmələri və polis əməkdaşlarına müqavimət göstərmələri toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutlar ı araşdırarkən məhkumların qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, məhkumlara Azərbaycan Respublikası CM-in 220.1 və 315.1-ci maddələri ilə bəraət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə dair məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1, Məhkum3, Məhku m4, Məhkum6, Məhkum7, Məhkum8, O.Yağnəliyev və Məhkum10 cəza təyin edilməsi ilə bağlı məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verm əməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar Məhkum3, Məhkum1, Məhkum4, Məhkum6, Məhkum7, Məhkum8, X və Məhkum10 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkumlara törətdikləri əməllərə görə ağır cəza təyin etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi yüngülləşdirci halları nəzə rə alaraq məhkumlar Məhkum3, Məhkum4, Məhkum6, Məhkum8, X və Məhkum10, təqsirli bilindikləri CM-nin 220.1-ci maddəsi ilə cəza təyin edərkən həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin etdiyi halda, həmin şəxslərin təqsirləndirildikləri CM-nin 315.1-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 220.1-ci maddəyə münasibətdə nəzərə aldığı yüngülləşdirici halları nəzərə almayaraq CM-nin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddinə yaxın olan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum7 cəza təyini zamanı cəzasını yüngülləşdirici halları kifayət qədər nəzərə almayaraq CM-nin 220.1-ci maddəsi ilə sərt cəza təyin edilmişdir. İş materiallarından gör ünür ki, məhkum X yaşayış yeri üzrə müsbət xarakterizə olunur, məhkumlar Məhkum7, Məhkum10, Məhkum8, Məhkum4, Məhkum3və Məhkum6 isə əvvəllər məhkum olunmamışlar və yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Həmçinin iş materiallarından görünür ki, Məhkum6 himayəsində iki azyaşlı uşağı vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməl i, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən 58-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə u yğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum1 barəsində cəza təyin olunarkən CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində qeyd edilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin i ştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq v ə azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halınd a törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükə li olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-i n 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma ağır cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 əvvəllər məhkum olunmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, həmçinin iştirakçılıqla törədilən cinayətdə rolu fəal olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu xüsusatlar Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə əsas verir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alm adan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum3 müdafiəçisi Müdafiəçi2, Məhkum4 müdafiəçisi Müdafiəçi3, Məhkum6 müdafiəçisi Müdafiəçi5, Məhkum7 və onun müdafiəçisi Müdafiəçi2, Məhkum8, məhkum X15 müdafiəçisi Müdafiəçi7 və Məhkum10 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum2, Məhkum5 müdafiəçisi Müdafiəçi4 və Məhkum9 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum7, Məhkum8, X31 və Məhkum10 a id hissələrdə dəyişdirilsin. 1) Məhkum3 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum3 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, Məhkum3 qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 2) Məhkum4 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum4 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi i lə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 3) Məhkum6 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum6 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Məhkum6 qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum6 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xə talar Məcəlləsinin 513.2-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablansın. 4) Məhkum7 Azərbaycan Respublikası CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aydan 4 (dörd) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum7 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Məhkum7 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 5) Məhkum8 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) il ə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum8 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Məhkum8 qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum8 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablansın. 6) X19 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası C M-nin 66.3-cü maddəsinə əsasən X19 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və X19 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən bu qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə əlavə cəza tam, azadlıqdan məhrum etmə cəzası isə qismən birləşdirilm əklə X19 qəti olaraq 1 (bir) il 6 (altı) ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum Xin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablansın. 7) Məhkum10 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aydan 1 (bir) ilə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum10 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Məhkum10 qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 8) Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 1 (bir) il 9 (doqquz) aya endirilsin. Bu cəza Məhkum1 CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CMin 315.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar