Məhkəmə qərarları › İş №1(102)-95/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-95/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-95/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Məhkum oğlunun məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxx 2017-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum oğlu Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli h ökmü ilə Məhkum oğluna təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: N.E.Məmmədov (sədrlik e dən), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və Q.X.Babayevdən ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə məhkumun kassasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı vəsatəti təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum oğlu kassasiya şikayətində səhhətində yaranmış problemlə əlaqədar olaraq apelyasiya şikayəti vermə müddətini itirdiyini bildirərək,cəza müddətini dəyişdir ərək barəsində obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və y a kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiy a şikayətində müddətin bərpası üçün hər hansı üzürlü səbəbə istinad etməmiş, sadəcə səhhətində problem olduğu üçün apelyasiya şikayəti vermə müddətini itirdiyini, barəsində obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü elan edilərkən Məhkum oğlu müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah edilmişdir. Məhkum oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün surətini xx xxxx 2017-ci il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. İş materaillarından görünür ki, Məhkum oğlu tərəfindən apelyasiya şikayəti və müddətin bərpası barədə vəsatəti həmin hökmdən 01 il 07 aydan çox müddət buraxıldıqdan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə verilmişdir. Vəsatətə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında müddətin bərpası ilə əlaqədar məhkumun yol verdiyi digər anlaşılmazlıqlara da hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar