Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-95/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Məhkum müdafiəçisi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1991-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fakt iki hallarına görə, X1 Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr olan heroinin və tiryəkin, külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama, daşıma və göndərmə barədə başqa şəxslərlə o, cümlədən də Məhkum ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Novruzəli Novruzov və Məhkum Ba kı şəhərində 2021-ci ilin avqust ayının təxminən əvvəllərində başqa mənbədən kustar üsulla hazırlanmış külli miqdarda, yəni ümumilikdə 3981,03 qram təmiz çəkidə narkotik vasitə heroini, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 1105 qram təmiz çəkidə narkotik vasitə tiryəki, kustar üsulla hazırlanmış külli miqdarda 1695 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə birgə əldə edib həmin maddələrdən narkotik vasitə heroinin 48,053 qram təmiz çəkidə olan hissəsini özü, heroinin 47,977 qram hissəsini isə Məhkum başqa şəxsin göstərişinə əsasən alıcılara çatdırılması üçün onun deyəcəyi ünvanlara yerləşdirməklə satışını həyata keçirmək məqsədi ilə üzərilərində qanunsuz saxlamaqla daşımış, qalan narkotik vasitələri və psixotrop maddəni isə Məhkum ilə birlik də eyni məqsədlə özünün kirayədə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada gizlətməklə birgə saxlamışdır. Novruzəli Novruzovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Novruzəli Novruzov və tanışı Məhkum 18 avqust 2021-ci il tarixdə saat 21:30-da Bakı-Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən 61ci kilometrliyində “Hacıoğlu” restoranının yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada 19 avqust 2021-ci il tarixdə saat 00:30-dan etibarən Novruzəli Novruzovun və Məhkum üzərilərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 48,053 qram təmiz çəkidə olan hissəsi Novruzəli Novruzovun əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə, narkotik vasitə heroinin 47,977 qram təmiz çəkidə olan hissəsi Məhkum əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra Novruzəli Novruzovun kirayədə yaşadığı ünvan 2 ünvanına 19 avqust 2021-ci il tarixdə saat 02:15-dən etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin qalan hissəsi, yəni ümumilikdə 3885 qram təmiz çəkidə narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 1410 qram, 1215 qram, 1025 qram və 235 qram olmaqla 04 ədəd sellofan bükümlərdə, ümumilikdə 1105 qram təmiz çəkidə narkotik vasitə tiryək ayrıayrılıqda təmiz çəkiləri 585 qram və 520 qram olmaqla 02 ədəd s ellofan bükümlərdə, ümumilikdə 1695 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 485 qram, 495 qram və 715 qram olmaqla 03 ədəd sellofan bükümlərdə üzərində heroinin və metamfetaminin izləri olan, arxasında “500g x 0,01g” yazılı bir ədəd qara rəngli elektron tərəzi ilə birgə mənzildə girişdən sol tərəfdəki anbar kimi istifadə edilən otaqda olan karton qutunun içərisində gizlədilmiş və Novruzəli Novruzovun çıxarıb təqdim etdiyi 02 ədəd sellofan torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7, X9 ibarət məhkəmə tərkibində) 20 aprel 2022-ci il tarixli, 1(101)-380/2022 nömrəli hökmü ilə Məhkum Mirümüd oğlunun Azərbaycan Respublikası CM-in 234.4.1 v ə 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin xaric edilməsi, təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 18 avqust 2021-ci il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarı ilə Məhkum Mirümüd oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünün Məhkum Mirümüd oğluna münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlilləri qismində çoxsaylı qanunvericilik normalarına və cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həy ata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
8. Belə ki, təqsirləndirilən şəxs qismində həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində ifadə verən Məhkum Mirümüd oğlu ona elan olunan ittiham üzrə özünü təqsirli bilməmiş, apellyasiya icraatı zamanı izahat və çıxışlarında isə birmənalı olaraq istinad edilən cinayət əməlinin ona heç bir aidiyyətinin olmadığını, o tutulana qədər nə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, nə də dövriyyəsi ilə məşğul olmamışdır. Kasıb adamdır, tutulana kimi atasına məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı ona zor göstərib iş gəncə vermişlər, ona görə də o, məcburiyyət qarşısında yalandan ifadə vermişdir. Halbuki, onun idarə etdiyi avtomobildə hər-hansı narkotik vasitənin olmasından onun xəbəri olmamış o, sadəcə olaraq taksi sürücü kimi sərnişin Novruzəli Novruzovu Bakı şəhərinə gətirərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin ifadələrini təsdiq etməmiş, tutularkən onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Ümumiyyətlə o, heç vaxt narkotik və psixotrop maddələrin qaçaqmalçılığı və alğı-satqısı ilə məşğul olmadığını bildirmişdir.
9. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan faktların araşdırılıb, onlara hüquqi qiymət verilməsindən ötrü verilmiş apellyasiya şikayətində bunu xahiş etsələr də apellyasiya məhkəməsi həmin faktların araşdırılması və onlara hüquqi qiymət vermədən yan k eçərək hər iki təqsirləndirilən şəxsin ibtidai istintaq orqanında verdikləri ifadələrini əsas götürərək Məhkum Mirümüd oğlunun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair özündən əvvəlki məhkəmə aktını bir daha təsdiq etmişdir. Bütün bunlar ona dəlalət edir ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs Məhkum Mirümüd oğlunun məhkum olunmasına dair 4 avqust 2022-ci il tarixli 1(103)-1248/2022 saylı qərarı qəbul etməklə Azərbaycan Respublikası CPM-in 28.5 və 351.2-ci maddələrinə zidd olaraq həmin qərarı ehtimallara əsaslanmaqla çıxarmışdır. Təəssüflər olsun ki, hüquqlarını müdafiə etdiyim Məhkum Mirümüd oğlunun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində i stər ibtidai araşdırma orqanı, istərsə də işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi və istərsə də Apellyasiya instansiya məhkəməsi heç bir mötəbər sübut növü əldə edib, ittihama əlavə etməmiş, hər iki məhkəmənin gəldiyi son nəticə ibtidai istintaq orqanının əldə etmiş olduğu əsassız, mötəbərliyi və mənşəyi bəlli olmayan sübutlara əsaslanmış, etmədiyi əmələ görə Məhkum əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib ağır cəzaya məhkum etmişlər.
10. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarının Məhkum münasibətdə ləğv edilməsini və ona bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz veril məmişdir.
12. Qərardan kassasiya protesti və digər məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının p redmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum müdafiəçisi, onun təqsirli bilindiyi AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində tə sbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və t əqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
23. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliy in) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respubl ikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
29. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində g östərdiyi “Məhkum Mirümüd oğlunun ona elan olunan ittiham üzrə özünü təqsirli bilməməsi, buna baxmayaraq məhkəmələr tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin əsas götürülməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə hüquqi qiymət verilməməsi...” dəlilləri ilə əlaqədar olaraq bildirir ki, cinayət işi materiallarından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, müdafiəçinin şikayətinin dəlilləri qismində qeyd etdiyinin əksinə olaraq, məhkəmə istintaqı zamanı Məhkum Mirümüd oğlunun xx.xx.2021-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsi, 20.8.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi, xx.xx.2021-ci il tarixdə yenidən elan edilmiş ittiham üzrə verdiyi ifadəsi, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələri cinayət işi m ateriallarında olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırılaraq tədqiq edilmiş və Məhkum Mirümüd oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olmayan, özünü müdafiəyə yönələn ifadəsi kimi qiymətləndirilmişdir.
30. Həmçinin, kollegiya Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi “hər iki məhkəmənin gəldiyi son nəticə ibtidai istintaq orqanının əldə etmiş olduğu əsassız, mötəbərliyi və mənşəyi bəlli olmayan sübutlara əsaslanmışdır...” kimi dəlillərinə münasibtdə qeyd edir ki, cinayət işi materiallarında ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş, biri digəri ilə əlaqəli şəkildə tədqiq edilərək yoxlanılmış və Məhkum Mirümüd oğluna ittihamın irəli sürülməsi üçün kifayət h esab edilən çoxsaylı sübutlar vardır. Birinci instansiya məhkəməsi də məhkumun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, telefon məlumatlarını, baxış protokollarını və digər sübutları ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirib Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin qeyd edilən qənaəti ilə razılaşmışdır.
31. Məhkum Mirümüd oğlunun müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıx arılmasını qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məh kum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 avqust 2022-ci il tarixli, 1(103)-1248/2022 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.