Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-95/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəxri Məmmədov (sədrliyi və məruzəsi), Anar Sadıqov və Mahirə Kərimova) 16 yanvar 2024-cü il tarixli, 1(101)567/2024 nömrəli hökmü ilə xx xxxx 1973-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi işlə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 05 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri “Papanin" kimi tanınan ərazidə, naməlum şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 20 manat müqabilində bir ədəd sellofana bükülmüş təmiz çəkisi 5,777 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Yeni yol küçəsi “Xocasən” kafesinin yaxınlığında piyada olan zaman Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə aparılmış və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 5,777 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı nəticəyə gəlmişdir ki, Məhkum tərəf indən onda aşkar edilmiş 5,777 qram miqdarında psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edilməsi öz təsdiqini tapmamışdır. Bununla da birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 19 mart 2024-cü il tarixli 1(103)-684/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(101)-567/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək ona elan edilmiş ittihamın tam əsassız olduğundan işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı olmadığına görə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. O, barəsində məhkəmələr tərəfindən çıxarılmış qərarlardan narazıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yen i apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, məhkəmələr tərəfindən cinayət işi üzrə araşdırma düzgün və obyektiv aparılmamış və onun elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş və onun həmin ittihamda təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadəni, şəxsi axtarış və götürmə aparılması barədə 05 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşlarının ifadələrini, məhkəmə kimyəvi, məhkəmə narkoloji, məhkəmə psixiatrik ekspertizalarının rəylərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum tərəfindən 5,777 qram, yəni külli miqdarında psixotrop maddə metamfetaminin əldə edilməsi və saxlanması təsdiq olunsa da, onun bu əməli satış məqsədi ilə törətməsi müəyyən olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi onun barəsində CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçilərinin apellyasiya şikayəti üzrə işə baxıb birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyinin sübut olunması və əməlin tövsifi barədə mövqeyi ilə razılaşaraq, apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsi hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli dir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. 05 aprel 2023-cü il tarixdə saat 16:30-da uşağını bağçadan götürmək üçün evdən çıxandan sonra üç nəfər polis əməkdaşı ona yaxınlaşmış və polis bölməyə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarının razılığı ilə o, polis bölməsinə öz avtomaşını ilə getmiş, həmin vaxt onun üzərində psixotrop maddə olmamışdır. Polis bölməsinə onun narkotik vasitəni boynuna götür ərək içəri getməli olduğunu bildirmişlər. Ailəsi ilə təhdid edildiyi üçün qorxmuş və polislərin dediklərini icra etmişdir. Tutulduğu gün saat 12-13 radələrində öz işçisi Səbuhi ilə birlikdə sonuncunun şikayəti ilə əlaqədar Binəqədi RPİ-nin 40-cı PB-nə olmuşlar. Bölmədə Səbuhinin yazdığı ərizə üzrə tədbir görülməməsi ilə əlaqədar onun polis əməkdaşları ilə münaqişəsi olmuşdur. Polis bölməsindən çıxanda bununla əlaqədar məhkəməyə müraciət edəcəyini bildirmişdir. Düşünür ki, məhz bu səbəbə görə polislər ona qarşı qərəzli olmuşlar. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış və götürmə nə ticəsində psixotrop maddənin tapılmasına əsaslanır. Bu fakt cinayət işinə əlavə edilmiş məhkumun üzərində axtarış və götürmə haqqında 05 aprel 2023-cü il tarixli protokolla təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İş materiallarından görünür ki, tutulub polis bölməsinə gətirildikdən sonra M.V.Əliyev 05 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-in 40-cı PB-nin rəisinə ərizə yazaraq ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Ərizə təmin edilmiş və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 şübhəli şəxs M.V.Əliyevin hüquqlarını qorumaq üçün müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsi nə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. İş materiallarından görünür ki, şübhəli şəxs M.V.Əliyevin xahişinə əsasən təyin edilmiş müdafiəçi E.M.Aslanov ona təqdim edilmiş və M.V.Əliyev onun hüquqları vəkil E.M.Aslanov tərəfindən müdafiə olunmasını istəmişdir. Bundan sonra təhqiqatçı polis mayoru İ.Z.Əsgərov tərəfindən müdafiəçinin iştirakı ilə M.V.Əliyevi şübhəli şəxs qismində tutulmuş, ona hüquqlar izah edilmiş və onun barəsində axtarış və götürmə haqqında qərar qəbul etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 242.3-cü maddəsinə əsasən toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Göründüyü kimi, götürmənin aparılması barədə qərar yalnız sübut əhəmiyyətinə malik ola biləcək əşyaların kimdə və harada olduğu məlum olduqdan sonra qəbul edilir. Təhqiqatçının narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı şübhələndiyi üçün əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş şəxsin üzərində qanunla qadağan olunmuş əşyanın olması barədə qabaqcadan məlumatı olması və bu əşyanın götürülməsi barədə qərar verməsi özlüyündə həmin şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirinin və onun üzərində şəxsi axtar ışın mötəbərliyinə şübhə doğuran bir haldır. Bundan sonra təhqiqatçı şübhəli şəxs Məhkum “Mən müdafiəçinin iştirakı olmadan üzərimə baxış keçirilməsinə heç bir etirazım yoxdur.” məzmunlu kompüter vasitəsi ilə çap edilmiş ərizə imza etdirərək 05 aprel 2023-cü il tarixdə, yəni şübhəli şəxsin xahişi ilə ona müdafiəçinin təqdim edilməsindən dərhal sonra M.Y.Əiyevin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun ittihamının əsasını təşkil edən psixotrop maddə olan metafetamin aşkar edilmiş və götürülmüşdür. Şəxsi axtarış və götürmə apardıqdan sonra yenidən müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə digər prosessual və istintaq hərəkətləri keçirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin halları nı və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq bildirir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual və istintaq hərəkətlərində müdafiəçinin iştirakı təmin edilsə də, iştirakı zəruri olduğu halda, şübhəli şəxsin üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin pozulması, həm də anlaşılmaz və şübhə doğuran haldır. Göründüyü kimi Məhkum üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Lakin məhkəmələr təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlanılmasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2023-cü il tarixli protokolu sübut ki mi qəbul edərək, barəsində protokol tərtib edilmiş istintaq hərəkətinin qanun pozuntusu ilə keçirilməsinə münasibət bildirməmiş, həmin istintaq hərəkəti protokolunun və nəticəsində əldə edilmiş maddi sübutun mötəbər olması barədə öz mövqeyini əsaslandırmamışdır. Məhkumun təqsirini təsdiq edən digər sübutlar polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə gəldikdə qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı 05 sentyabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Ağır əməliyyat keçirmiş və narkozun təsirindən yaddaş pozuntusu vardır. Ona görə də hadisə ilə bağlı olanları xatırlamır. Məhkəmədə verilən əlavə suallara ca vab olaraq Şahid1 bildirdi ki, 2 dəfə əməliyyat olunmuş, sonuncu dəfə 1 ay yarım bundan qabaq əməliyyat keçirmişdir. Fəaliyyət qabiliyyəti vardır, lakin müvəqqəti olaraq yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir, yaxın zamanda baş verən hadisələri qismən xatırlayır. Təqsirləndirilən şəxs Məhkum hansı şəraitdə, harada, necə saxlanıldığı və aşkar olunmuş narkotik maddənin miqdarını xatırlamır. Lakin cinayət işinə əlavə edilmiş Binəqədi rayon prokurorluğunun müstəntiqi Ə.Q.Vəlizadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Şahid1 onun məhkəmədə dindirməsi ərəfədə Məhkum qanunsuz təsir edilməsi məlumatla bağlı araşdırma ilə əlaqədar izahat verərək Məhkum üzərində psixotrop maddənin aşkar edilməsi halları barədə ətraflı və dol ğun məlumatlar vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində əməliyyat-axtarış tədbirləri zamanı Məhkum Xocasan qəsəbəsində saxlaması, polis bölməsinə gətirməsi və üzərində axtarış aparılması zamanı onun narkotik vasitənin təqdim edilməsi göstərsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Xocasən qəsəbəsini yaxşı tanımadığı üçün onu konkret olaraq harada saxlanıldığını xatırlamır, axtarış zamanı Məhkum təhqiqatçıya narkotik vasitə heroin təqdim etmişdir. Məhkəmələr Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə zidd olaraq şahidlərin ifadələrində olan həmin ziddiyyətli məqamların araşdırılması üçün heç bir tədbir görmədən, heç bir əsaslanma aparmadan hökm çıxarılarkən həmin şahidl ərin ibtidai istintaq zamanı verdiyi ifadələr əsas götürmüşlər. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Məhkum ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verərək polis əməkdaşlarının Məhkum qarşı hər hansı bir qanunsuz təsir göstərməsi xüsusatlarla bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun 06 oktyabr 2023-cü il tarixli qərarına istinad etmişdir. Həmin qərardan görünür ki, araşdırmanın nəticələri polis əməkdaşı Şahid1 izahatına əsaslanır. Yuxarıda qeyd etdiyi kimi izahat verildiyi ərəfədə Şahid1 məhkəmə iclasında şahid qismində dindirilərkən göstərmişdir ki, 1-2 ay əvvəl üzərində keçirilmiş əməliyyatlar zamanı ona verilmiş narkozun təsirindən onun yaddaşı pozulmuş və hadisə haqqında heç nə xatır lamır. Bundan əlavə, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, 03 oktyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında məhkumun müdafiəçisi Müdafiəçi2 məhkumun polis əməkdaşlarının ona qarşı qərəzli mövqedə olduğunu iddia edən hallar və onun barəsində aparılan əməliyyat-axtarış tədbirlərinin formal xarakter daşıdığını müəyyən etmək məqsədi ilə, hadisə günü, yəni 05 aprel 2023cü il tarixində, saat 12-13 radələrində məhkumun Səbuhi Qurbanovla birlikdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində olması faktını təsdiq etmək üçün məhkumun və Səbuhi Qurbanovun istifadə etdikləri mobil telefonların həmin vaxtdakı dislokasiyasının müvafiq mobil operatorlardan sorğulanması və Səbuhi Qurbanovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırmışdır. Məh kəmə iclas protokolunda qeyd olunur ki, məhkəmə vəsatətin müzakirəsi üçün müşavirə otağına gedib qərar qəbul etdikdən sonra qərarı elan etmişdir. Lakin vəsatətə dair qəbul edilmiş məhkəmə qərarı cinayət işinin materiallarına əlavə olunmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən müdafiəçinin vəsatətinin təmin edilib-edilməməsi barədə protokolda heç bir qeyd yoxdur. Cinayət işinin materiallarından aydın olur ki, müdafiəçinin vəsatətində qeyd edilən sorğular verilməmiş, əlavə sübutlar məhkəmə iclasında araşdırılmamış və məhkəmə bu mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il № 15 qərarının 13-cü bəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların tədqiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayətprosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbu l edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir. Qərarın 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin 6 dəlillərinə verilmiş qiymətin əks etdi rilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparılmadan müdafiə tərəfinin sübutlarının tədqiqindən imtina etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ifadəsində göstərmişdir ki, o heç bir cinayət törətməmiş, psixotrop maddə onun üzərinə polis əməkdaşları qoymuşlar. Polis əməkdaşlarının ona qarşı qərəzli mövqeyi onun işçisi Səıbuhi Qurbanovun ərizəsi üzrə heç bir tədbir görülməməsi ilə əlaqədar həmin gün polis bölməsində onunla polis əməkdaşları arasında baş vermiş münaqişə ilə izah edir. Bundan başqa, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum tərəfindən cinayət törədilməsi barədə əməliyyat məlumatı Binəqədi RPİ-in 40-cı Polis Bölməsinə 04 aprel 2023 -cü il tarixdə daxil olmuşdur. Həmin sənədlərdən həmçinin aydın olunur ki, 04 aprel 2023-cü il tarixdə Məhkum şəxsiyyəti barədə tam məlumatlar polis əməkdaşlarına məlum olmuş, əməliyyat-axtarış qrupu yaradılmış və həmin gündən onun yerin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirlər keçirilmişdir. Məhkum isə öz ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə, yəni tutulduqdan bir neçə saat əvvəl özü polis bölməsində olmuş və polis əməkdaşları ilə mübahisə etmişdir. Məhkumun təqsirsizliyini sübut etmək üçün müdafiəçi məhkəməyə həmin faktların mövcudluğunu müəyyən etməkdən ötrü sübutların tədqiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən qaldırılmış vəsatət cinayət işinin bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması na yönəldilmişdir. Məhkəmə heç bir əsas göstərmədən vəsatət təmin etməyərək məhkuma qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsasız imtina etmişdir. Bununla da məhkumun ədalətli məhkəmə araşdırması hüququ, habelə qanunçuluq, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri və vəsatətlərə baxmaq vəzifəsini müəyyən edən Azərbaycan Respublikası CPM-in 10.1, 32 və 121-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizl iyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətl əndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin bu barədə dəlilləri araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digə rinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci ma ddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv e dilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-95/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-95/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver