Məhkəmə qərarları › İş №1(102)-950/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-950/2018

28.06.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-950/2018 28.06.2018 ALİ MƏHKƏMƏ 1(102)-950/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “28” iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X4 ibarət ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs X17 qızının iştirakı ilə, zərərçəkmiş şəxs X17 qızının Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarix li qərarından verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.N.Məmmədov) Məhkum2 (xx xxxxxx 1989-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasınin vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, unvan1 qeydiyyatda olan, Bakı şəhəri, ünvan2 yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddəə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkum1 (xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, ünvan1 qeydiyyatda olan, Bakı şəhəri, ünvan2 yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.A.Şamayev, hakimlər S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X17 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qər arından zərərçəkmiş şəxs X17 qızı kassasiya şikayəti vermişdir. İşin halları: İttiham aktına əsasən, Məhkum1 və Məhkum2 birlikdə, bir qrup şəxs halında, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx xx 2017-ci il tarixdə saat 23 radələrində məskunlaşdıqları Bakı şəhəri, ünvan1 yerləşən X8 Stansiyasının yarım tikili yaşayış binasının 6-cı mərtəbəsinin dəhlizində, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını aşkar surətdə pozaraq, təxminən yarım saat ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərkətlər edərək qonşuluqda yaşayan X17 qızının qarşısını kəsərək onu nəlayiq sözlərlə təhqir etmiş, onu təqib etmiş, daha sonra onu təqib edərək həmin binanın 6- cı və 7-ci mərtəbəsinin dəhlizində Məhkum1 sillə ilə sifətindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr endirmiş, Məhkum2 isə saçından tutub sürütləmiş, onun əl çantasını içində olan əşyalarla birlikdə dəhlizdə yerə atmış, sonra yumruq, sillə ilə sifət, təpiklə ayaq nahiyyələrinə qəsdən zərbələr endirmiş, nəticədə Q.İsayevaya sağ gözün ağlı qışasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyyənin qançırı, burun belinin, sol gözün bayır bucağının qançırları, sağ bazunun dərialtı hemotoması və sol bazunun sıyrığı ilə nəticələnən və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqs irləndirilən şəxslər zərərçəkmiş şəxsə qarşı əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində yuxarıd təsvir edilən zorakılıq hərəkətlərini edərək onun sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurmuşlar. Bu səbəbdən məhkəmə Məhkum1 və Məhkum2 əməllərinin hüquqi tövsifini Azərnaycan Respublikası Cinayət Məcəlləsinin qrup halında xuliqanlıq cinayətini nəzərdə tutan 221.2.1-ci maddəsindən qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini təsbit edən 128-ci maddəsinə tövsif etmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X17 qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum2 və Məhkum1 törətdikləri əməllərə görə düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə - q rup halında xuliqanlıq cinayətini törətməkdə təqsirli bilinsələr də, birinci instansiya məhkəməsi sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozub əsassız olaraq Məhkum2 və Məhkum1 əməllərini qəsdən zərərçəkmiş X17 qızının sağlamlığa yüngül zərər vurma kimi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif etmiş və onlara törətdikləri əmələ, şəxsiyyətlərinə müvafiq olmayan həddindən artıq yüngül – islah işləri növündə cəzalar təyin etmiş, apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla eyni qanun pozuntularına yol verimişdir. Kassasiya şikayətində həmçinin iddia olunur ki, Məhkum2 və Məhkum1, yaxın qohumları Z və S ilə birlikdə xuliqanlıqla yanaşı onun əmlakını talamaqla oğurluq cinayətini törətsələr onlar əsassız ol araraq həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməmişlər. Zərərçəkmiş şəxs şikayətdə göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.015-ci madələrində nəzərdə tutulmuş halları yardan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlər ini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs X17 qızı kassasiya şi kayətində ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, bu səbəbdən Məhkum1 və Məhkum2 xuliqanlıqla yanaşı, ona qarşı oğurluq cinayətini törətdikləri, və bu cinayətlərin törədilməsində onlarla birlikdə Məhkum1 arvadı Zərnigar Həsənova və Məhkum2 arvadı S iştirak etdikləri halda, yalnız Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqlarını və onlara həddindən artıq yüngül – islah işləri növündə cəzaların təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.15-ci maddələrində və kassasiya şikayətinin məzmununa görə 416.0.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxsin kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü – Məhkum2 və Məhkum1 xuliqanlıqla yanaşı oğurluq cinayətini törətmələri, bu cinayətlərin törədilməsində onlarla birlikdə Z və Snın iştir ak etmələri barədə iddia məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır və prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən cinayət-prosessual qanunun 65.1-ci maddəsinin tələbləri, bu normanın təfsiri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci ma ddəsində isə təsbit olunmuşdur ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xx 2012-ci il tarixli qərarında məhkəmənin konkret şəxs barəsində cinayət işinə birinci instansiya qaydasında baxarkən məhkəməyə verilməyən və barəsində məhkəməyədək icraatda cinayət tə qibini istisna edən qərar çıxarıldığı şəxsin cinayət törətməsindən çıxış etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə məsələni həll etməsini, məhkəmə hakimiyətinə xas olmayan (cinayət-prosessual qanunla ittiham tərəfinə aid edilmiş) ittiham funksiyasını üzərinə götürməsi kimi qiymətləndirmiş və bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən CPM-in 318.1 və 65.1ci maddələrinin tələbləri nöqteyi-nəzərindən yolverilməz hesab etmişdi. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlinə, və yaxud baxılan işdə təqsirləndirilən şəx s qismində cəlb edilməyən şəxsin təqsirlilik məsələsinə baxmaq, xüsusilə də həmin əməl və yaxud şəxs barəsində cinayət təqibinə xitam verilməsinə dair ibtidai istintaq orqanının ləğv edilməmiş qərarı olduğu halda, həmin əmələ və yaxud şəxsə münasibətdə araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlini törətməsi, məhkəməyə verilməyən şəxsin cinayətin iştirakçısı olması barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə bilməzlər (enilə kassasiya məhkəməsi belə dəlilləri onun kassasiya müraciətinə münasibətini formalaşdıran dəlillər kimi nəzərdən keçirməyə haqlı deyil). Hazırki cinayət işinin materiallarından isə görünür ki, ibtidai istintaqın gediş ində müstəntiqin xx xx 2017-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarı ilə xx xx və Sya qarşı onların B və Məhkum2 qardaşlarının əməllərində iştirak etmələri müəyyən olunmadığı üçün ittiham irəli sürülməmiş, Məhkum1 və Məhkum2 əməllərində xuliqanlıqdan savayı başqa, o cümlədən Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin tərkibi olmadığından, bu əməllər və maddələr üzrə cinayət təqibinə xitam verilmiş və cinayət təqibini istisna edən həmin qərar nə prokuror, nə də ki, məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmə tərəfindən ləğv edilməmişdir. Baxılan işdə cinayət təqibi orqanı tərəfindən yalnız Məhkum2 və Məhkum1 qarşı, həm də müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Odur ki, məhkəmə kollegiyası X1 baxılan cinayətin Məhkum2la və Məhkum1la birlikdə Z və Snın törətməsi, Məhkum2 və Məhkum1 həmin cinayətlə yanaşı oğurluq etmələri barədə dəlillərini mübahisələndirilən məhkəmə qərarının ləğvini və yaxud dəyişdirilməsini tələb edən dəlillər kimi qəbul etmir. X1 birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair cinayətprosessual normaların, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozub, əsassız və qanunsuz olaraq Məhkum2 və Məhkum1 əməllərinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə dəyişdirməsi və apellyasiya məhkəməsinin hökmlə razılaşmaqla eyni pozuntulara yol verməsi barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 3-cü maddəsi cinayət məsuliyyətinin əsası kimi bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli (hərərkət və ya hərəkətsizliyi) göstərməklə icraatı aparan orqanları həmin əməlin cinayət qanunu ilə cinayət tərkibinin zəruri elementləri kimi nəzərdə tutulmuş əlamətlərinin, bu əlamətləri yaradan faktik halların düzgün müəyyən edilməsinə istiqamətləndirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.1 və 139.0.3-cü maddələri cinayət hadisəsinin baş vermə faktı və hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar sırasında göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi isə tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Təsvir edilən normalardan göründüyü kimi, məhkəmə baxışında törədilmiş cinayət əməlinin, onun xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının düzgün müəyyən edilməsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, o cümlədən cəzalandırılması məsələlərinin həllində müstəsna əhəmiyyət kəsb edir. Məhkəmənin həmin hallara (onların sübut edilmiş sayılmasına və yaxud sübut edilməməsinə) dair qənaətini isə müvafiq qərarlarda, o cümlədən məhkəmənin hökmündə, apellyasiya məhkəməsinin yekun qərarında faktların təsvirindən və gətirilmiş əsaslandırmadan (sübutların təhlilindən, müqayisəsindən) hasil etmək olar. Məhz buna görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi məhkəmədən sübutları bir-biri ilə müqayisə etməklə təhlil etməyi, 145-ci maddəsi hər bir sübut u mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməyi, ittihamı nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu əsasında həll etməyi, 349.3-cü maddəsi məhkəmə qərarının qanuni və əsaslı olmasını, 353.2.2-ci maddəsi isə məhkəmənin nəticəyə gələrkən əsaslandığı sübutları və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini qərarda göstərməyi tələb edir. Məhkəmə qərarında törədilmiş cinayətin mühüm hallarına (xüsusilə cinayət tərkibinin əlamətlərinə) aid faktların tam olaraq göstərilməməsi, qeyri-dəqiq, ziddiyyətli şəkildə təsvir olunması, sübutların müqayisə və təhlil edilmədən sadəcə təsvir edilməsi məhkəmənin törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi, cinayətin hüquqi tövsifi, cəzanın, digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi üzrə mövqeyini ci ddi şəkildə şübhə altına alır. Hazırki iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmündən isə görünür ki, məhkəmə baxılmış sübutları və xuliqanlıq cinayətinin əlamətlərini təsvir etdikdən sonra baxılan işdə bu əlamətlərinin müəyyən edilmədiyini qeyd edib Məhkum1 və Məhkum2 əməllərinin hüquqi tövsifinin ittihamda göstərilən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə dəyişdirilməli olduğunu vurğulamışdır. Lakin, məhkəmə xuliqanlıq cinayətini xarakterizə edən məhz hansı əlamətləri müəyyən etmədiyinə görə və nə kimi faktlara, sübutlara əsasən təqsirkarların hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəldiyini hökmdə əsaslandırmamışdır. Halbuki, məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 birlikdə qəsdən X1 sağlamlığına yüngül zərər vuran xəsarətləri yetirmələrini işin həqiqi halı kimi qəbul etmiş və bu səbəbdən onların əməllərinə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 128-ci maddəsini şamil etmişdir. Xuliqanlıq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən ictimai qaydanı kobud şəkildə pozan qərəzəli hərəkətlərin şəxsin üzərində zor tətbiq edilməsi (o cümlədən, sağlamlığına zərərin vurulması) ilə müşayiət olunması isə xuliqanlıq cinayətini xarakterizə edən əlamətlərdən birdir. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəs i ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərdir. Məhkum1 və Məhkum2 X1 sağlamlığına qəsdən yüngül zərər vurmalarını həqiqət kimi qəbul etdiyi halda məhkəmənin H hərəkətlərində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən zəruri əlamətlərin olmaması haqqında nəticəyə gəlməsi, onun öz mülahizələrində ardıcıl olmadığını göstərir. Belə ki, məhkəmənin inkar etmədiyi işin faktik hallarına görə, Məhkum1 və Məhkum2, yəni alkoqol sərxoşluğu vəziyyətində olan iki nəfər kişi bir nəfər qadını, yəni özlərindən müqayisəyə gəlməyəcək dərəcədə zəif, milli şüurumuzda qayğı, diqqət, hörmət göstərilməli olan insan olaraq görülən fərdi ictimai yer sayılan çoxmərtəbəli yaşayış binasının dəhlizində, kiminsə artıq yatdığ, kiminsə başqa şəkildə istirahət etdiyi saat 23 rədələrində söymüş, əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sifətinə, ayaqlarına vurmaqla, zərərçəkmiş qaçmaq istədikdə onu təqib edib saçından tutaraq dəhlizdə sürüməklə təxminən yarım saat ərzində döymüş və ona çoxsaylı – ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər zərər vurmaya aid xəsarətlər yetirmişlər. Sağlamlığa zərər vurmanı müşayiət edən həmin (xulqanlıq ittihamında cinayətin törədilmə yerinə, vaxtına, şəraitinə, davamiyyətinə, qüvvələr nisbətinə, təqsirkarların sərxoşluğuna, zorakı hərəkətlərinin məzmununa dair) faktik halları həqiqət kimi qəbul edən birinci instansiya məhkəməsinin nəyə görə Məhkum1 və Məhkum2 hərəkətlərində xuliqanlıq cinayətinin əlamətlərinin olmaması haqqında nəticəyə gəlmişdir – bu kassasiya şik ayətinin müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın olmayan (cavabı hökmdən görünməyən) sualdır. Birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında qənaətini, baxılan işdə xuliqanlığı xarakterizə edən konkret əlamətlərin müəyyən olunmaması, o cümlədən Məhkum1 və Məhkum2 xuliqanlıq motivi ilə hərəkət etməmələri (hadisənin əvvəlcədən mövcud olan münaqişəli şəxsi münasibətlər zəminində baş verməsi) və təqsirkarların zorakı hərəkətlərinin ictimai qaydanın pozulmasına səbəb olmaması ilə əsaslandırsa da, yuxarıda təsvir edilən, apellyasiya məhkəməsinin də qəbul etdiyi faktik halların fonunda bu nəticə (yəni, iki sərxoş kişinin bir qadını ictimai yerdə əllə, ay aqla döyməsində hamılıqla qəbul edilmiş davranış qaydalarına açıq-aşkar hörmətsizliyin – xuliqanlıq motivinin elementlərinin ifadə olunmaması; çoxmənzilli yaşayış binasının dəhlizində, bir qayda olaraq sakinlərin evdə olduqları və istirahət etdikləri vaxtda, yarım saat ərzində qadının döyülməsi ilə cəmiyyətə hörmətsizliyin edilməməsi və ictimai qaydanın kobud şəkildə pozulmaması haqqında qənaət) inandırıcı (işin faktik halları ilə uzlaşan mülahizə kimi) görsənmir. Apellyasiya məhkəməsinin hadisə zamanı çoxmənzilli binada yaşayan sakinlər heç bir səs eşitmədikləri üçün, onların dincliyinin, yəni ictimai qaydanın pozulmaması haqqında qənaəti cinayət işinin ibtidai istintaqı zamanı dindirilmiş bir sıra şahidlərin, eləcə də zərərçəkmiş şəxsin ifadələrini nəzərə almadığından, sübutların tam, hə rtərəfli və obyektiv araşdırılmasına, bu şəkildə tədqiq edilmiş bütün sübutların məcmusuna əsaslanmır. Belə ki, ibtidai istintaqda şahid qismində dindirlilmiş yaşayış binasının sakinləri X5, X16, X6, hətta ümumən təqsirkarların xeyrinə ifadə vermiş Məhkum2 arvadı X9 belə xx xx 2017-ci ildə saat 23 radələrində binanın dəhlizində Məhkum2, Məhkum1, Qızqayıt İsayevanın iştirak etdikləri səs-küylü hadisənin baş verdiyini, həmin vaxt mənzillərində qalsalar da, bu səs-küyü eşitdiklərini təsdiq etmişlər. Yalnız ibtidai istintaqda dindirilmiş şahidlərdən (binanın sakinlərindən) X10, onun bacısı X2 və arvadı X11 qeyd olunan vaxt hər hansı səs-küyün eşidilməsini inkar etmiş, ümumiyyətlə hadisədən bixəbər olduqlarını göstərmişlər. Zərərçəkmiş şəxs Qızqayıt İsayevanın isə məhkəmələrə araşdırılmasını təklif etdiyi, dediyinə (kassasiya şikayətində iddia etdiyinə) görə K ilə telefon danışığının audioyazısını əks etdirən materialdan Z, Knın nəinki hadisədən xəbərdar olduqları, hətta zərərçəkmiş qaçıb onların mənzilinə girdikdə, onu Məhkum1 və Məhkum2 qurtarmağa çalışdıqları, bununla belə kiminləsə münasibətləri korlamamaq üçün zərərçəkmişin xeyrinə ifadə vermək istəmədikləri görünür. Lakin, ittihamın obyektiv həlli üçün dindirilmələrinə açıq-aşkar zərurətin olmasına baxmayaraq, K, Z, eləcə də A, E, S nə birinci instansiya məhkəməsinin, nə də ki, apellyasiya instansiyası məhkəməsinin iclaslarına çağırılıb-dindirilməmiş, zərərçəkmiş Qızqayıt İsayevadan telefon danışığının audioyazısı götürülüb-tədqiq edilməmişdir. Həmçinin, apellyasiya məhkəməsi tərəflər arasında əvvəlcədən münaqişəli vəziy yətin olmasına istinad edib, xuliqanlıq motivini və təqsirkarların hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edərkən, onu nəzərindən qaçırmışdır ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xx 2004-cü il tarixli qərarının 3-cü bəndində verilmiş izaha görə hətta şəxsi münasibətlər zəminində başlamış döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma kimi hərəkətlər sonradan ictimai qaydanın kobud pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilirsə, şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilməlidir. Belə vəziyyətdə, nə qədər ki, məhkumların törətmiş olduqları cinayət əməli ziddiyyətli şəkildə (o cümlədən, tam, hərtərəfli və obyektiv araşdırılmayan materiallar, düzgün təf sir olunmayan faktlar əsasında) müəyyən edilmişdir, bu əməlin xarakterinin, ictimai-təhlükəlilik dərəcəsinin də düzgün müəyyən olunması, əmələ müvafiq olan cinayəthüquqi normanın və cəzaların seçilməsi haqqında nəticəyə də gəlmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir edilən nöqsanları CPM-in 416.0.1, 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində göstərilən, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən – hazırki qərarın müddəaları nəzərə alınmaqla keçirilməsini tələb edən pozuntular kimi qiymətləndirərək kassasiya şikayətinin sözügedən dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hes ab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum2 və Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X17 qızının kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 və Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-cı il tarixli qərarı ləğv olunsun, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Sədrlik edən: Hakimlər: Düzdür. Əziz Seyidov Əli Seyfəliyev Hafiz Nəsibov Ali Məhkəmənin hakimi: Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar