Məhkəmə qərarları › İş №1(102)-950/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-950/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-950/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili Əliyev Fuad Vilayət oğlunun iştirakları ilə xx xxxxx 2003-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Təqsirləndir ilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 320.2 və 321.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili Əliyev Fuad Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.H.Nəcəfova) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 320.2 və 321.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 320.2-ci maddəsi ilə 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işi cəzası, CM-in 321.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay azadlıqdan məhrum etmə cəzası CM-in 66.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 2021-ci ilin aprel çağırışına cəlb edildiyi zaman bölgüyə əsasən Dövlət Sərhəd Xidmətində qulluq keçməli olduğu halda, bir müddət hərbi xidmətdən kənar qalarsa, məşğul olduğu “Cüdo” idman növündə Respublika və beynəlxalq səviyyədə nailiyyətlər qazanacağı qənaətində olduğundan bu mövqedən çıxış edib qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq məqsədi ilə 29 sentyabr 2020-ci il tarixdə attestat aldıqdan sonra istintaqa məlum olmayan yerdə hazırlanmış, guya xx.xx.2021-ci il tarixli əmrlə Gürcüstan Respublikasında yerləşən Milenium Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyətin “biznes inzibatçılığı” ixtisası üzrə tələbə kimi qəbul olunmasına dair məzmununda yalan məlumatları əks etdirən rəsmi sənəd olan və blankı, mətni, möhür əksi və imzası axınlı printerdə çap edilmiş saxta arayışı əldə edib 09 aprel 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə şəxsən təqdim etdikdən sonra 2021-ci ilin iyul ayında olan çağırışlara da müxtəlif bəhanələr gətirərək hərbi xidmətə getməkdən boyun qaçırmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq səhhətinin hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verməsinə baxmayaq bilə-bilə çağırışçıya möhlət hüququ verən saxta rəsmi sənəddən istifadə etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci ildə SHXÇDX-nin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək hərbi xidmətə getmək istədiyini bildirmiş, lakin bu barədə rayon prokurorluğuna məlumat verilmədiyindən cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Müdafiəçinin fikri ncə, Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınmaqla CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə o, cinayət məsuliyyətindən azad edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə F.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyə tlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü madd əsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına ma lik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası SHXÇDX-nin 19 avqust 2021-ci il tarixli, 3641 nömrəli məktubundan görünür ki, “Təqsirləndirilən şəxs çağırış yaşına çatması ilə əlaqədar 2021-ci ilin aprel çağırışında rayon çağırış komi ssiyasına cəlb olunaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq sərəncamla Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs hərbi hissəyə təyin olunduqdan sonra Xidmətin Abşeron rayon şöbəsinə Gürcüstan Respublikası Millenium Tədris Universitetinin İ kursunda əyani təhsilalma formasında təhsil alması və təhsil proqramını xx.xx.2024-cü il tarixdə bitirəcəyi barədə arayış təqdim etdiyinə görə onun müvafiq çağırışda müddətli həqiqi hərbi xidmətə göndərilməsi mümkün olmamış, bununla yanaşı, çağırışçının təhsil alıb-almaması barədə məlumatın dəqiqləşdirilməsi məqsədilə xx.xx.2021-ci il tarixli, 2041 saylı məktubla təhsil müəssisəsinə rəsmi qaydada sorğu göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına Millenium Tədris Universitetindən elektron sənəd qaydasında göndərilmiş xx.xx.2021-ci il tarixli, 01/328 nömrəli cavab məktubuna əsasən, Təqsirləndirilən şəxs adının universitetdə təhsil alan tələbələr sırasında keçməməsi müəyyən olunmuş və beləliklə, çağırışçının müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınması ilə əlaqədar hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə barəsində toplanmış sənədlər Abşeron Rayon Prokurorluğuna təqdim olunmuşdur.” Həmçinin, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, şahidlər Şahid1, Şahid2, X6, X7 və X2 ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərin texniki ekspertizasının 12 avqust 2021-ci il tarixli, 5/858 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş materialları ilə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilməsi barədə dəlilini də əsassız hesab edərək, aşağıdakıları qeyd edir: Azərbaycan Re spublikası CM-in 74-cü maddəsində qeyd edilir ki: “Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.” İş materillarından da görünür ki, Təqsirləndirilən şəxs əməlində şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını düzgün müəyyən etmiş, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPMin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğu n olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar