Məhkəmə qərarları › İş №1(102)-950/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-950/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-950/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunu n Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Şahid5 küçəsi, dalan 10, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 27 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 mart 2021-ci il tarixdə Bakı Ağı r Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2020-ci ilin iyul ayının əvvəllərində naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda beş ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,660 qram, 4,791 qram, 4,724 qram, 4,704 qram və 4,776 qram, ümumi təmiz çəkisi isə 23,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanın yaxınlığına qədər daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyul 2020-ci il tarixdə, saat 20:50-də həmin ünvanda saxlanılaraq ünvan 3can Respublikası DİN-nin BNMİ-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol arxa cibindən həmin 4 ədəd ayrı-ayrı bükümlərdə olan, ümumi təmiz çəkisi 23,655 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək ondan götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 16 iyul 2020-ci il tarixdən 18 iyul 2020-ci il tarixədək şübhəl i şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) günün təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 16 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirlədirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün ləğv edilməsi və əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər.

7. Həmçinin birinci instansiya məhkəməsin in həmin hökmündən təqsirlədirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verib hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və əlavələr qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə endirilmiş, 16 iyul 2020-ci il tarixdən 18 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) günün təyin olunan cəzadan çıxılmaqla üz ərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum cəza təyin edən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almamış və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirib, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

11. Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinə əlavədə irəli sürdüyü dəlilərlə eynidir, müdafiəçi onları təkrarlamaqla hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını və sonuncunun təqsirinin sübuta yetirilmədiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin qanunsuz və əsassız olduğuna görə təmin edilməməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırıl mır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlaman ın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibin in olmadığını, sonuncunun təqsirinin sübuta yetirilmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.

20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Məhkəmə kollegiyası əvvəl Məhkum əməlində Azərbaycan Respub likası CM-nin 234.4.3-cü maddələri ilə müəyyən edilən cinayətin tərkibinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşki l edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsi n məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məh kəmə kollegiyası müdafiəçinin Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

26. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq dövrün də və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin madd ələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirilməsinə dair qənaəti şübhə altına almaq üçün əsas görmür.

29. Aşağı instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinə və törətdiyi əməlin tövsifinə dair gəldiyi nəticəyə əlavə olaraq məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyinə istinad etməyi zəruri hesab edir.

30. Belə ki, Avropa Məhkəməsinin yanaşmasına görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olubolmadığı, ayrı-ayrılıqda götürülməklə hər hansı hal və yaxud hadisəyə yox, məhkəmə araşdırmasının ümumi nəzərdən keçirilməsinə əsaslanmaqla müəyyən edilir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad ed ilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığın dan, onun cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).

31. Hazırki cinayət işinin materialları nəzərdən keçirildikdə müəyyən olunur ki, aşağı instansiya məhkəmələri Məhkum edilməsini təkcə maddi sübut – üzərində narkotik vasitənin aşkar edilməsi ilə əsaslandırmamış, ittiham hökmünü və həmin hökmü təsdiq edən qərarı qəbul edərkən, məhkumun müxtəlif şəxslərlə apardığı yazışmalara istinad etmişlər.

32. Belə ki, cinayət işində olan, "xxxx" Birgə Müəssisəsindən daxil olmuş, Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəyə 01 may 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixə dək olan müddət ərzində daxil olan və çıxan ismarışları əks edən bir ədəd DVD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin nömrədə narkotik vasitələrin və psixotrop maddələrin alış-verişi də daxil olmaqla qanunsuz dövriyyəsinin həyata keçirilməsinə dair çoxsaylı yazışmalar aşkar edilmişdir. Məsələn, 01 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «ata lirika var?», 02 may 2020-ci il tarixdə ******-**-** saylı mobil nömrəyə «ata qutudan iki dənə böyük olmasın, normal düzəlt, verim uşuğa», 02 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «daş çubuk deyil, Güllüdür, ver onları o cürnə», 02 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən «hörmətsizlik eləyirsən e qaqaş, bilərəkdən diyanmışam, 3 dənə şüşə, 2 yarım birdə dördə bir», 03 may 2020- ci il tarixdə 055-783-26- 27 saylı mobil nömrədən «hər ikisindən yarı lazımdır, ha vaxt gəlim götürüm bu gün?», 24 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən «qaqa dünən yalvardım ki, qonağım var, mənə tema ver pulu ilə, gah dedin yoxdu, gah 5 manatın söhbətini elədin.», 24 may 2020-ci il tarixdə ***-***-**-**saylı mobil nömrədən «qaqa nə olar bir dəfə qaqaşına əl tut Rauf, dünəndən qonaqlarım var, sən öl sabah axşama kimi verirəm, mənə pulunnan 0304 patı ver də qaqa, podvadit eləmərəm arxayan ol.», 04 iyul 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «Elgündü, 2 dənə kola var.» və sair bu kimi ismarışlar daxil olmuş və göndərilmişdir. Tədqiq olunan protokoldan görünür ki, həmin ismarıcların mətni 04 vərəqədə olmaqla diskdən printer vasitəsilə çap edilərək cinayət iş inə əlavə edilmişdir (cild 1, səh. 199-204).

33. Qeyd edilən yazışmaların məzmunundan müəyyən edilir ki, Məhkum uzun müddət ərzində müxtəlif növdən olan narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, çoxsaylı üçüncü şəxslərin dairəsində yayılmasını həyata keçirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətmədiyinə dair dəlilləri əsassızdır, onun bu əməli törətməkdə təqsiri iş üzrə toplanmış sübutların məcmusu ilə yetərli dərəcədə təsdiqini tapmışdır.

34. Kassasiya protestinin Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngül olduğu haqda iddiasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunveric iliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vas itələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

35. Avropa Məhkəməs inin presedent hüququna görə, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cina yət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

37. Kassasiya protestinin dəlilləri qeyd olunan cinayət-hüquqi normalara əsaslanmaqla və baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan, sadəcə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ağır ailə vəziyyəti, ailəsinin yeganə qazanc gətirən üzvü olması, yaşayış ye ri üzrə müsbət xarakterizə olunması, maddi və sosial vəziyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, eləcə də dəqiqliklə göstərilməyən şəxsiyyətini səciyyələndirən digər halların tam nəzərə alınmadığını qeyd edərək hesab etmişdir ki, Məhkum Raftq oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azaldılmalıdır və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını 5 (beş) il müddətinə endirmişdir.

38. Halbuki, Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.11, 353.2 və 353.2.7, eləcə də 398.2-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu məhkəm ə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində həmin məsələnin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndiri lən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

40. Qeyd olunanlar kassasiya protestinin əsaslı olduğuna, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin yuxarıda göstərilən maddələrinin tələblərinin və mövcud məhkəmə təcrübəsinin pozulmasına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verildiyinə dəlalət edir.

41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1472/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar