Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-950/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(106)-692/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2019-cu il tarixli 1(099)-115/2019 nömrəli hökmü ilə (sədrlik edən hakim O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və N.F.Quliyevdən ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2018-ci ildən hesablanmışdır. Həmin hökmlə həmçinin X7 CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakim N.H.Məmmədov) Məhkum 11 mart 2019-cu il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2019-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edi lməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da, o üzürlü səbəblərə görə, yəni cəzaçəkmə psixoloji sarsıntı keçirdiyi və xəstə olduğu üçün barəsində olan hökmdən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək imkanından məhrum olunmuşdur. Odur ki, Məhkum qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraat ı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Məhkum prosessual müddətin üzrlü səbəbdən buraxdığını göstərən hallar kimi psixoloji sarsıntı keçirməsi və xəstə olması ilə əlaqələndirmişdir. Cinayət işinin materialları məhkumun sozügedən dəlillərinin əsassız olduğunu göstərir. Belə ki, cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildimişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsin dən sonra və ona təqdim edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2019-cu il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçinin – Lənkəran rayon Vəkil Bürosunun vəkili X4 hüquqi yardımı ilə təmin olunmuşdur. Öyrənilmiş iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2019-cü il tarixli hökmü xx.xx.2019-cu il tarixdə qəbzə imza etdirməklə Məhkum təqdim edilmişdir. Məhkum yalnız 23 iyun 2023-cü il tarixdə, yəni hökmün surəti məhkum olunmuş şəxsə verildiyi gündən 4 il 3 ay 12 gündən sonra 11 mart 2019-cu il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldır mış və həmin vəsatətini apellyasiya şikayəti ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasın da mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 25 iyul 2023-cü il və 05 oktyabr 2023-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayət inin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2023-cü il tarixli, 1(106)-692/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2023-cü il tarixli, 1(106)-692/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-950/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-950/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver