Məhkəmə qərarları › İş №1(102)-950/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-950/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-950/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Ağasəmid oğlunun Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3, 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(103)-2403/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 1(001)-161/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fərid Mübariz oğlu) Məhkum Ağasəmid oğlu - Azərbaycan Respublikası CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəz ası, Azərbaycan Respublikası CM-in 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş cəzanın əvvəlinin 5 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(103)-2403/2024 nömrəli qərarı ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), Z.N.Hüseynov və E.Z.Əliyev) apel lyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 1(001)161/2024 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum Ağasəmid oğluna Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Məhkum Ağasəmid oğluna qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Ağasəmid oğluna Azərbaycan Respublikası CM-in 177.2.3, 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə ittiham verilmiş və birinc i instansiya məhkəməsinin hökmünə əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 06 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan bir ədəd 1.889 manat dəyərində “ASUS VivoBook S15 OLED M3502QA-MA153” markalı nootbuk kompyuterini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.889 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq olaraq talama məqsədilə 2023-cü ilin oktyabr ayının 5-də gecə saat 02:45 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 evinə qanunsuz olaraq daxil olaraq stolun üstündəki 4 manat dəyərind ə Azerfon MMC-yə məxsus ***-***-**-** nar nömrəsi və 3 manat dəyərində olan telefon qabındakı 120 manat dəyərində "Samsung” markalı, SM-A115F/DSN modelli, **********37637 və **********37635 İMEİ kodlu mobil telefonu və içərisində nömrə olmayan 3 manat dəyərində olan telefon qabındakı 230 manat dəyərində olan "İphone” (7 Plus) markalı, "A1661” model mobil telefonu, ümumilikdə 360 manat dəyərində əmlakı talayıb getmək istəmiş, lakin evdə yaranmış səsdən yuxudan oyanmış ev sahibi Zərərçəkmiş şəxs2 onu görüb arxasınca qaçaraq tutub saxlanıldığından cinayət törətməyə yönəldilmiş qəsdini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum Ağasəmid oğlu cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan ge ri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum Ağasəmid oğlunun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsin i nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Ağasəmid oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar