Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-951/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi il ə barəsində bəraət hökmü çıxarılmış Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Qurbanov) 1(005)-144/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada qeydiyyatda olan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət ə məlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,425 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 19:00-da ünvan 1 ünvanının qarşısında olduğu zaman Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, həmin polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən sellofan torbaya bükülmüş bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,425 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı X6 tərəfindən verilən apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 4 (dörd) ay 21 (iyirmi bir) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində çıxardığı hökm qərəzli və qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı Məhkum verilmiş ittihamda özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, cinayət işi üzrə hal şahidləri X9 və X3 əvvəllər tanımış və onlarla əvvəllər yaxşı münasibətləri olmuşdur. İfadəsinin sonunda q eyd etmişdir ki, narkotik maddənin istifadəçisi olsa da, həmin gün üzərində heç bir narkotik vasitə olmamışdır. Hadisə günü guya ki, onun üzərindən çıxan narkotik vasitə onun deyil. O, üzərindən narkotik maddə çıxması barədə protokolu və bu barədə ifadələri fiziki təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Məhkum əvvəllər tanımamış, polis əməkdaşlarının dəvəti ilə sonuncunun üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Samirə Şestakovanı tanımış və əvvəllər həmin qadınla münasibəti olmuş, lakin çoxdan ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt hal şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmiş dir ki, Məhkum bir il idi ki tanımış, həmçinin Qismət Xəlilovu da tanımışdır. Həmçinin o, ifadəsində bildirmişdir ki, polis əməkdaşları ona Məhkum telefon oğurluğuna görə bölməyə gətirildiyini bildirmişlər, lakin sonradan "narkotik“ söhbəti çıxmışdır. Həmçinin kassator qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum ilə hal şahidi X8 arasında hadisə günü və hadisədən öncələr də zəngləşmələr olmuşdur. Bu onu təsdiq edir ki, Məhkumlə Qismət Xəlilov əvvəldən bir-birlərini tanımışlar və bu fakt onu göstərir ki, X23 Əliyevi əvvəllər tanımadığı barədə yalan ifadə vermişdir. Həmçinin hal şahidi X8 istifadəsində olan mobil nömrənin hadisə gününə olan anten dairə məlumatlarından görünür ki, həmin nömrənin anten dairəsi xx xxxxxx 2019-cu il tarixində saat 18:09:32-ci saniyədə Bakı şəhəri Nəsimi rayonu. B akı Dəmir yolu vağzalı, 18:46:08 saniyədən başlayaraq 21:57:17-yə qədər Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, F.Yusifov küçəsi və Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişdiyi ünvan olmuşdur. 18-ci Polis Şöbəsinin yerləşdiyi ünvan 2 3 ünvanı antenn dairə məlumatlarında ümumiyyətlə qeyd edilməmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrənin hadisə gününə olan antenn dairə məlumatlarında qeyd edilən ünvan, yəni ünvan 2 3 göstərilmişdir. Bu fakt X8 xx xxxxxx 2019-cu il tarixdə saat 20:20-də başlayaraq 20:40-da başa çatmış Məhkum üzərində şəxsi axtarış əməliyyat tədbirində iştirakını ümumiyyətlə şübhə altına alır. Kassator həmçinin qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)75/2019 nömrəli xx xxxxx 2019-cu il tar ixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)207/2019 nömrəli X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə ittiham aktının surətindən görünür ki, X4 hal şahidi qismində dindirilərək ifadə vermişdir. Cinayət işi materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması protokolundan" müəyyən olur ki, xx xxxxxx 2019-cu il tarixində saat 19 radələrində saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə gətirilmiş və saat elə həmin gün də 20:00-dən 20:20-dək müddətə müdafiəçinin iştirakı ilə Məhkum barəsində tutma protokolu tərtib olunmuşdur. T utma protokolunda Məhkum tutulma ilə bağlı izahat verdiyi qeyd olunmuşdur. Həmin izahatda Məhkum əlyazma olaraq bildirir ki, “üzərimdən aşkar olunmuş narkotik vasitəni “Elxan’’ adlı şəxsdən istifadə etmək üçün almışdır". Cinayət işinin materiallarında olan "Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında" protokoldan isə müəyyən olur ki, xx xxxxxx 2019-cu il tarixində saat 20:20-dən 20:40-dək müddətə polis əməkdaşlarının, müdafiəçinin, iki hal şahidinin iştirakları ilə video çəkiliş və şəxsi axtarış aparılmış Məhkum üzərindən bir ədəd sellofan torbaya bükülmüş spesifik qoxusu olan kütlə aşkar edilmişdir. Bu isə yuxarıda qeyd etdiyim tutma protokolu, protokolda tutulması ilə bağlı Məhkum yazdığı izahatı ziddiyyət təşkil edir. İbtidai istintaq burda da pozuntuya, saxtakarlığa yol v ermiş, məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan keçirilmişdir. Belə ki. müdafiəçisi olduğum Məhkum şübhəli şəxs qismində tutulması protokolunda tutulma ilə bağlı qeyd olunan izahatı onu göstərir ki, sonuncunun barəsində şəxsi axtarış və götürmə daha əvvəl yəni, saat 20;00-dan qabaq, cinayət işi başlanmamışdan, sonuncunun şübhəli şəxs qismində tutulmasından qabaq aparılmışdır. Müdafiə etdiyim şəxsin üzərinə şəxsi axtarış aparılarkən aşağıda qeyd olunan digər prosessual pozuntulara da yol verilmişdir: Belə ki, Məhkum faktiki olaraq saxlandıqdan bir saat iyirmi dəqiqə sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Hazırkı cinayət işinin materiallarından da görünür ki, Məhkum üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti onun faktiki olaraq, azadlığının məhdudlaşdırıldığında n və polisin tam nəzarəti altına keçdiyindən bir saat iyirmi dəqiqədən sonra keçirilmişdir. Məhkum barəsində “Şəxsi axtarış və götürmə” istintaq hərəkətində iştirak edən hal şahidləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş 2018-2020-ci illərə aid məlumatlardan, habelə cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktı və məhkəmə hökmündən müəyyən olur ki, ancaq 2018-2020-ci illər ərzində X17 və X4 dəfələrlə hal şahidi olmuşlar. (Çıxarış əlavə olunur) X17 - 1(005)-115/2018; 1(008)-145/2019; 1(007)-216 2019; 1(008)-255/2019; 1(101)759/2019; 1(101 )-767/2019: 1(101)-153/2020; 1(007)-45/2020. X4 - 1(005)-75/2019; 1(005)-207/2019. Qeyd olunan faktlar hal şahidlərinin mütəmadi olaraq polis işçiləri ilə əməkdaşlıq etdiyi, '‘növbə tçi" əlaqələrə malik olduqları aydın görünür. Yəni həmin şəxslərin obyektiv həqiqətlərin üzə çıxarılmasında şahid qismində qərəzsiz olmaları ciddi şübhələr yaradır. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin "Alikaj və digərləri İtaliyaya qarşı" iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, "... aparılan istintaqın səmərəli olması üçün istintaq aparan şəxslər işdə iştirak edən şəxslərdən asılı olmamalıdır... Nəticədə istintaqın yetərincə müstəqil olmayan xarakterini qeyd etmək lazımdır. Bunlardan başqa, Məhkum barəsində “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin protokollaşdırılmasında da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına yol verilmişdir. Hazırkı cinayət işi üzrə aşkar olunan narkotik vasitənin çəkisi birbaşa olaraq cinayət məsuliyyəti yaradan ha l olduğundan, müvafiq protokolda aşkar olunan narkotik vasitənin çəkisi mütləq şəkildə qeyd olunmalı idi. Apellyasiya instansiya məhkəməsi də bu faktları araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və qanunsuz bir hökm qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsində deyil ki. şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bütün bunları nəzərə alaraq müdafiə tərəfi olaraq hesab edirəm ki. apellyasiya instansiyası məhkəmənin gəldiyi nəticə mötəbər sübutlara yox m ülahizələrə əsaslanır. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum ba rəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib -edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini bir sıra dəlillərlə əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək yeni, ittiham hökmü qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasi ya instansiya məhkəməsi ittiham hökmü çıxararkən sübutları əhəmiyyətli dərəcədə araşdırmamışdır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırki cinayət işi üzrə hal şahidi X9 çoxdan tanıyır, münasibətləri var. Qismətin sevgilisi olmuş Şestakova Samirə adlı qadın Qismətdən ayrıldıqdan sonra onunla sevgili olmuşdur. Hazırda onun dostu olan Nigar da əvvəllər Qisməti tanımışdır. Bu əsasda Qismətlə münasibətləri pisləşmişdir. Digər hal şahidi X3 da əvvəlcədən tanımış və onunla da dost kimi münasibətləri olmuşdur. Hadisə günündən bir gün əvvəl Qismət onunla zəngləşib görüş təyin etmişdir. Qismətin onunla görüşməkdə məqsədi avtomobil qəzası nəticəsində xəstəxanada yatan Samirəyə bir yerdə gedib baş çəkmək idi. xx xxxxxx 2019-cu il tarixdə təxminən axşam saat 5-6 radələrində Nigarla birikdə 28 May metrostansiyasının yaxınlığında, Azadlıq prospektində yerləşən «Old Street» kafesində olmuşdur. Onlarla birlikdə Qara adlı dostu və Qaranın tanışı olan bir qız da olmuşdur. Qismət ona whatsappla səs göndərmiş və o da cavabında olduğu yeri Qismətə demiş, onu kafeyə çağırmışdır. Dostu ilə oturduğu üçün Nigarı Qismətin dalınca 28 May metrostansiyasının yanına göndərmişdir. Nigarla Qismət kafeyə daxil olan kimi arxasınca əvvəllər tanıdığı Nərimanov RPİ-nin 18-ci PŞ-nin iki əməliyyat müvəkkilləri - Ruslan, Rüfət və bir nəfər də tanımadığı mülki geyimdə olan şəxs daxil oldular. Onunla salamlaşıb b ölməyə getməsini bildirmişlər. Səbəbini soruşduqda Ruslan adlı əməliyyatçı Nigara bildirdi ki, Elçin parkda 17 yaşlı bir oğlanın əlindən telefon almışdır. Onu əvvəlcə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmışlar. Sonra əməliyyatçı Rüfətin avtomobilində onu Nərimanov RPİ-nin 18- ci Polis Şöbəsinə aparmışlar. Nigar da onlarla getmişdir. 18-ci Polis Şöbəsində üstünə baxış keçirilmədi və ona bir nəfər oğlanın əlindən telefon almasını bildirmişlər. Həmin şəxs də gəlib ondan zorla telefonu alan şəxsin o olmadığını bildirmişdir. Fiziki təzyiq altında onu üzərindən narkotik maddə çıxması barədə protokolu imza etməyə məcbur etmişlər. Narkotik maddənin istifadəçisi olsa da, həmin gün üzərindən heç bir narkotik vasitə çıxmayıb, yəni guya onun üzərindən çıxan narkotik vasitə onun deyil. Üzərindən na rkotik maddə çıxması barədə protokolu və bu barədə ifadələri fiziki təzyiq altında imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində (iş üzrə hal şahidi) dindirilmiş X17 ifadəsində Məhkum tanımadığını, polis əməkdaşlarının dəvəti ilə onun üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini, əvvəllər də hal şahidi olduğunu, polis əməkdaşlarının verdiyi müəyyən pul məbləği qarşılığında hal şahidi kimi iştirak etdiyi bildirmiş və xx xxxxxx 2019-cu il tarixdə Məhkum üstünə keçirilən baxış zamanı sonuncunun əynindəki gödəkcə kimi olan jiletinin sol döş cibindən siqaret kağızına bükülü narkotik maddə çıxdığını təsdiq etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şestakova Samirəni tanıyır, əvvəllər həmin qadınla münasibəti olmuş, lakin çoxdan ayrılmışlar. Bundan başqa b irinci instansiya məhkəmə iclasında şahid qismində (iş üzrə hal şahidi) dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşamüstü Ruslan adlı əməliyyatçı ona zəng edərək bir nəfər şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli bilinərək tərəflərindən saxlanılıb 18-ci Polis Şöbəsinə gətirilməsini bildirmiş və həmin şəxsin üzərində şəxsi axtarış keçirilməsi prosesində hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. O etiraz etməmiş və həmin polis əməkdaşının təklifi ilə razılaşaraq 18-ci polis şöbəsinə gəlmişdir. Həmin otağa ondan sonra daha bir şəxs hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunduqdan və onların iştirakı ilə adı polis şöbəsində ona məlum olan Məhkum üzərində polis əm əkdaşları tərəfindən axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt əvvəlcədən elan edilməklə video çəkilişdən istifadə edilmişdir. Axtarış keçirilməzdən əvvəl polis əməkdaşları Məhkum, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə vardırsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bu vaxt Elçin əynində olan qara rəngli gödəkçənin sol iç cibində gizlətdiyi sellofan paketə bükülmüş bir ədəd bükümü çıxardıb təqdim etmiş və bildirmiş ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroindir. Məhkum təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış və onun içərisində narkotik vasitəyə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Məhkum bildirmişdir ki, həmin heroini həmin günü özü istifadə etmək məqsədi ilə günorta saatlarında Bakı şəhərində “Fəhlə” prospektindən, üzdə n tanıdığı Elxan adlı şəxsdən 30 manata alaraq üzərində saxlamışdır. Daha sonra Məhkum üzərindən aşkar olunaraq götürülmüş büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Məhkum üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Elçini bir ildir ki, tanıyır. Qisməti də tanıyır, Qismətlə Elçin arasında Samirə adlı qadına görə mübahisə olmuşdur. Hadisədən bir gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə Qismət Elçinlə telefon vasitəsilə əlaqə saxlayaraq xəstəxanada müalicə alan Samirəyə baş çəkməyi təklif etmiş dir. Lakin onların həmin gün görüşü alınmamışdır. Elçin xx xxxxxx 2019-cu il tarixdə dostu ilə 28 May metrostansiyanın yaxınlığında yerləşən «Old Street» kafesində görüşmüşdür. Həmin vaxt Elçinin tanışının yanında qız var idi və o da onlarla əyləşmişdir. Elçin dostu Qaranın yanında əyləşdiyi üçün o, Qismətin dalınca 28 May metrostansiyasının yanına getmişdir ki, onu kafeyə gətirsin. Qisməti kafeyə gətirəndən heç bir dəqiqə keçməmiş 18-ci PŞ-nin əməliyyatçıları kafeyə daxil oldular. Belə başa düşüldü ki, əməliyyatçılar elə Qismətlə bir yerdə gəlmişlər. Əməliyyatçılar Elçinə şöbəyə getməyi təklif etdilər. Elçini Nəsimi RPİ-nin 22-ci PŞ-nə apardılar və o da onlarla getmişdir. Elçinin tanışı Fərahim adlı şəxs də ora gəlmişdir. Fərahim kafeyə gəlməli idi, öyrənmişdir ki, Elçini 22-ci PŞ-nə apar mışlar. Əməliyyatçı Rüfətə məxsus avtomobildə Elçini oradan 18-ci PŞ-nə gətirmişlər. Orada polis əməkdaşları ona guya telefon oğurluğuna görə gətirilməsini bildirmiş, sonra narkotik maddə söhbəti çıxmışdır. Elçin fiziki təzyiq qarşısında guya üzərindən narkotik maddə çıxmasını etiraf etdi. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum şahid Qismət Xəlilovu tanıması, şahid Nigar İbrahimlinin də Elçin və Qismətin biri-birilərini tanımasına heç bir münasibət bildirib hökmdə əsaslandırmamışdır. Belə ki, iş materiallarında olan xx xxx 2019-cu il tarixli AZF/LGL-9438/19 nömrəli məktubdan görünür ki, Məhkum və hal şahidi X8 arasında hadisə günü, yəni xx.xx.2019cu il tarixdə zəngləşmə olmuş, belə ki, X24 Əliyevə saat 15:06-da zəng etmiş, elə həmin vaxt inter valında da Məhkum Qismət Xəlilovun mobil nömrəsinə zəng gəlmişdir. Həmçinin göstərilən şəxslər arasında əvvəllər də, yəni xx xxxxxx 2019-cu il tarixdə telefon zəngləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 21:44 və 21:45-də iki dəfə X23 Əliyevə zəng etmiş, ona zəng etdiyi nömrədən, yəni Məhkum iki dəfə, saat 21:44 və 21:45-də Qismət Xəlilova zəng gəlmişdir. Bu onu sübut edir ki, Məhkum və Qismət Xəlilov arasında həm hadisə günü, həm də ondan əvvəl zəngləşmələr olmuş onlar əvvəldən bir-birini tanımışlar və bu barədə məhkəmə istintaqı zamanı Məhkum ifadələrində bildirmişdir. Həmçinin, iş üzrə digər hal şahidi kimi iştirak etmiş X2 digər işlər üzrə də hal şahidi kimi çıxış etməsi, yəni mütəmadi xarakter daşıması qanuna ziddir. Belə ki, iş materiallarında olan və müdafiə tərəfinin təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-75/2019 saylı xx xxxxx 2019-cu il tarixli hökmündə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-207/2019 saylı cinayət işi üzrə R.E.Niftəliyev hal şahidi kimi çıxış etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 94.2.1. cinayət təqibi orq anının çağırışı ilə gəlmək; 94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək; 94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq; 94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək; 94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək; 94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan h allar barədə məlumatları yaymamaq; 94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik (Azərbaycan Respublikası CPM-nin 115.2ci maddəsi) eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası CPM-nin 115.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Göründüyü kimi hər iki hal şahidlərini axtarış və götürmə istintaq hərəkətində iştirakları Azərbaycan Respublikası CPM-in müvafiq maddələrinin pozulması deməkdir və bu barədə apellyasiya instansiya məhkəməsi qeyd olunan pozuntuları hesab etməyib yeni ittihamedici hökm çıxarması bu pozuntuları əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları məhkuma isnad edilən CM-in 234.1-ci maddəsinə dair hissədə Azərbaycan Resp ublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İ hissəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyataxtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə di gər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olm adan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Məhkəmə kollegiyası vurğulayır ki, göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun da şəxsin üzərinə baxış keçi rilməsi kimi bir anlayışı nəzərdə tutmur. Qanun yalnız əsas olduqda binalara, tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 445.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: “Telefon danışıqlarına qulaq asma (445.1.1); poçt, teleqraf və digər göndərişlərin yoxlanılması (445.1.2); texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması (445.1.3); binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi (445.1.4); texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə ya şayış yerinin müşahidə edilməsi (445.1.5); insanların güdülməsi (445.1.6)” Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə əsasən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata ke çirən prokurora təqdim etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 445.2-ci maddəsinin tələbindən də göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin dördüncü hissəsinin ikinci bəndinə əsasən, cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (243.3.1); şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (243.3.2); yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (243.3.3); yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (243.3.4). Məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, cinay ət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu madd əsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qeyd edir ki, sübutlar elə əldə edilməlidir ki, Konstitusiyada və ya X1 təsbit edilmiş insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarını məhdudlaşdırmasına və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, eyni zamanda cinayət törətmiş hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasına və təqsiri olmay an şəxsin bəraət almasına xidmət etmiş olsun. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. M əhkəmə qeyd edir ki, İnsan Hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının gəldiyi nəticəyə hər bir halda məhkəmələr qiymət verir. Hakimlər isə cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələr ilə bağlı deyillər. (CPM 25.2) Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. (CPM 33.2) Yuxarıda qeyd edildiyi kimi işə baxan apelyasiya instansiyası məhkəməs i tərəfindən isə CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X14rşı» 09 dekabr 1994-cü il və “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" xx xxxxxx 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" xx xxxxxxxx 2001-ci il, "X15rşı" x xxxxxx 1994-cü il və "Hacianastassi on Yunanıstana qarşı" xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin hə yata keçirildiyini göstərən yeganə vasitədir. Eyni zamanda X20 Məhkəməsinin "X16rşı" iş üzrə x xxxxxx 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Beləliklə, kassasiya kollegiyası məhkumun müdafiəçiləri tərəfindən birgə verilən kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsvir-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək bu dəlilləri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə apellyasiya hökmü ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c maddəsi ilə təqsirli bilinməsinə dair hissədə bütün sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 125-ci maddəsinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməli, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin sübuta yetirilib-yetirilməməsini təkzibedilməz dəlillərlə əsaslandırmalı və iş üzrə qanuni və əsaslı qərar etməlidir. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin təl əblərini nəzərə alaraq Məhkum müdafiəçilərinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-951/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-951/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver