Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-951/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.R.Mustafayeva) Məhkum (xx xxx 1976-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan3ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim C.V.Hüseyn, hakimlər R.M.Abdulov və Q.X.Babayevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Gunay Həsənova tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqd arından artıq miqdarda 0,554 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixində XXX15nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:15-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq XXX15nə gətirilmişdir. Polis İdarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 bükümdə 0,554 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin törədilməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə i rəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, o cümlədən yolverilməz sübutlara əsaslanmış, nəticədə Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Dövlət ittih amçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci ins tansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələ ndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəllənin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraa tının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hal larla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digər inə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadı qda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, on ların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, birinci instan siya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi isə onunla razılaşmışdır ki, Məhkum narkotik vasitəni, yəni 0,554 qram heroini qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilməmişdir. Məhkəmələr gəldikləri nəticələri sübutlar, xüsusilə də müdafiə tərəfinin təqdim etdiyi sübutlar, o cümlədən Məhkum özünün ifadəsi ilə əsaslandırmışlar. Məhkum isə ifadəsində göstərmişdir ki, ittihamda təsvir edilənlər, yəni onun 12 fevral 2022-ci il tarixində XXX15nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:15-də ünvan 3 ünvanın qarşısında saxlanılması və XXX15nə gətirilməsi, polis idarəsində onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 bükümdə 0,554 qram heroin narkotik vasitəsinin aşkar olunması həqiqətə uyğun deyil. Əslində, ondan heç bir narkotik vasitə aşkar olunmamışdır. Həmin gün tanıdığı bir nəfər şəxs ondan borc pul götürmüş, 12 fevral 2022-ci il tarixdə həmin şəxs ona zəng edərək onun pulundan 30-40 manat düzəltdiyini, gəlib götürməsini demişdir. O da həmin pulu götürmək üçün onun evinin qarşısında avtomobilində oturub telefonda oyun oynayaraq həmin şəxsi gözləmişdir. Bu zaman avtomobilinin qapısı bağlı olmuşdur. Bir qədər keçdikdən sonra dörd nəfər mülki geyimli şəxsin hərəsinin bir tərəfdən avtomobilinin qapılarını dartdıqlarını görmüş və qapını açmışdır. Ona heç danışmağa imkan verməyərək maşından düşürdüb üzərini axtarmağa başlamışlar. Sonra isə əllərini qandallayıb özlərinin maşınının arxa ot uracağına əyləşdirib polis idarəsinə gətirmişlər. Polis idarəsinə vəkil dəvət olunmuş, lakin idarədə üzərinə videoçəkilişlə axtarış aparılan zaman vəkil iştirak etməmişdir. Polis idarəsində üzərində yenidən axtarış aparılmış, daha sonra avtomobilində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya taplmamışdır. Bundan sonra polis əməkdaşları ona işgəncə vermiş, döymüş, gözünü göyərtmiş, ayağının altına o qədər vurmuşlar ki, iyirmi gün ayağını yerə basa bilməmişdir. Onu Bakı İstintaq Təcridxanasına gətirəndə orada üzərində xəsarətlər olmasını qeyd etmişlər. Polis əməkdaşları onu döyəndən sonra cibinə bir bükümdə narkotik vasitə qoymuş və bu narkotik vasitənin üzərində olmasını boynuna götürməsə, avtomobilinə beş kiloqram narkotik vasitə qoyacaqlarını demiş, o da məcbur olub törətmədiyi c inayəti boynuna götürmüşdür. Hadisənin ittihamda göstərilən şəkildə deyil, Məhkum təsvir etdiyi kimi baş verməsi, onun saxlanıldıqdan sonra pis rəftara, zorakılığa məruz qalmaqla narkotik vasitənin üzərində olmasını boynuna götürməsi – birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlarla və onların əsasında müəyyən olunmuş hallarla düzünə və yaxud dolayısı ilə təsdiq edilmişdir. Dövlət ittihamçısı məhkəmələrin gəldikdləri nəticə ilə razılamamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, Məhkum pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Nəsimi Rayon Prokurorluğunun CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli qərarı olmuş, bu səbəbdən məhkəmələr Məhkum ibtidai araşdırmanın gedişin də verdiyi etirafedici izahat və ifadələri, şəxsi axtarış və götürmə protokolunu yolverilməz sayıb sübutların siyahısından çıxarmaqda haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəlarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM -in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ona ittiham və müdafiə tərəflərinin təqdim etdikləri hər bir sübut lazımınca yoxlanılsın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutların üzərində qursun. Məhkəməyədək icraatda Məhkum polis tərəfindən 12 fevral 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Nəsimi Rayon Prokurorluğunda toplanmış 70C-22 nömrəli material üzrə CPM-in 39.1.2-ci maddəsində göstərilən əsasla cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart və 06 sentyabr 2022-ci il tarixli qərarların olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Odur ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qeyd olunan qərarlardan deyil, müvafiq sübutlara, o cümlədən məhkəmə-tibbi eksp ertizasının 16 mart 2022-ci il tarixli 305 saylı rəyinə və həmin rəylə uzlaşan Məhkum verdiyi məlumatlara əsasən müəyyən etdiyi faktdan - Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı günə - 12 fevral 2022-ci il tarixə uyğun gələn və yumruqla yetirilməsi istisna edilməyən sol gözaltı və sol pəncə nahiyələrində bənövşəyi rəngli qançırlar şəklində xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə Məhkum həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən (o cümlədən, Tomasi Fransaya qarşı 27 avqust 1992-ci il tarixli və digər qərarlardan) çıxış edərək Məhkum saxlanıldıqdan sonra pis rəftara məruz qa lması, məhz bunun təsiri ilə 12 fevral 2022-ci il tarixli izahatı, 13 fevral 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 14 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin subutları sübutlar siyahısından çıxarması və cinayət işində Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,554 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımasını göstərən sübutlar mövcud olmadığına görə onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi, CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə o lunmuş qənaət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Cinayət-prosessual qanunun 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi öz hökmündə yuxarıda qeyd olunan sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də narkotik vasitənin götürülməsi haqqında istintaq hərəkəti cinayət-prosessual normaların, şübhəli şəxsin müdafiə hüququna dair qa ydaların pozulması ilə həyata keçirildiyi üçün şəxsi axtarış və maddi sübutun götürülməsi barədə protokolun sübut kimi yolverilməz olduğunu nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinə tam uyğun olaraq Məhkum təqsirliliyinin sübuta yetirilməməsi və ona Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkə məsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxl anılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-951/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-951/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver