Məhkəmə qərarları › İş №1(102)-951/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-951/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-951/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X6 və onun nümayəndəsi (vəkili) Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) 20 dekabr 2022-ci il tarixli, 1(003)-659/2022 nömrəli məhkəmə hazırlıq iclasının qərarı ilə Məhkum Azərbaycan Respublikasını CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi (Təhqir) ilə cinayət işinin başlanması, məhkəmə hazırlıq iclasında Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi (Təhqir) ilə başlanılmış cinayət işinin icraata qəbul edilməsi, onun cinayət işi üzrə mülki iddiaçı kimi tanınması, Məhkum cinayət işi üzrə mülki cavabdeh kimi tanınması, Məhkum Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, ona dəymiş mənəvi zərərə görə Məhkum 100.000 manat həcmində kompensasiya tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət J məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(003)-659/2022 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınin (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 8 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ləğv ed ilmiş və həmin məhkəmədə yeni ilkin apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə X6 xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(003)-659/2022 nömrəli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün material Bakı şəhər i Xəzər Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar çıxararkən düzgün nəticəyə gəlməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin mövqeyi qərəzli və qeyri- obyektivdir. Xüsusi ittiham qaydasında şikayət Cinayət prosessual Məcəlləsinin 293.3-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsinin, şikayətdə qeyd olunan “Facebook” sosial şəbəkəsində açılmış səhifələrin Məhkum məxsus olmasının, cinayət əməlinin məhz Məhkum tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməmişdir. Bundan başqa Məhkum barəsində Bakı şəhər BPİ-də aparılan cinayət işinin isti ntaqı ilə bağlı axtarış elan olunmuş və o, İnterpol vasitəsi ilə axtarışa verilmişdir. Lakin Moskva şəhəri Naqatino rayonlararası prokurorun 28 febral 2019-cu il tarixli qərarına əasən Məhkum Rusiya Federasiyasının vətəndaşı olduğundan onun saxlanılmaması və Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına verilməməsi qərara alınmışdır. Bundan başqa Rusiya Federasiyası tərəfindən Ukraynada aparılan müharibə ilə bağlı “Facebook” və digər sosial şəbəkələrin istifadəsi məhdudlaşdırılmışdır. Göründüyü kimi yuxanda qeyd etdiyi xüsusatların heç biri məhkəmə tərəfindən araşdırılmamış və əsassız olaraq qərar çıxarılmışdır. Bunun üçün mütəxəssiz belə cəlb olunmamış və hər hansı əsas olmadan işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar verilmişdir. Məhkum xüsusi ittiham çı X10 təhqir etməsi, yəni internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və məhkəməyə təqdim edilməmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, şikayətdə qeyd olunan “Facebook” sosial şəbəkəsində açılmış səhifələrin Məhkum məxsus olması, cinayət əməlinin məhz Məhkum tərəfindən törədilməsi heç bir sənəd ilə təsdiq edilməmişdir. Şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə də uyğun deyildir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cin ayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şik ayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul e dilməsindən imtina etməkdə haqlı olmaması nəticəsinə gəlmiş və bu qənaətini aşağıdakı hallarla əsaslandırmışdır: - Təhqir xarakterli məzmuna malik olması istisna edilməyən "Facebook” sosial şəbəkəsində əks olunan yazıların surəti ilkin sübut kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. - Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə "Facebook” sosial şəbəkəsində açılmış "SaidMuadzin-Araz Dadashev” aid səhifədə belə yazıların verilməsi iddia edilirsə, hadisənin baş vermə vaxtının təqdim edilməməsi arqumenti ilə də razılaşmaq mümkün deyil. -Facebook” sosial şəbəkəsində açılmış "SaidMuadzin-Araz Dadashev” aid səhifənin Məhkum məxsus olması müvafiq mütəxəssislərin cəlb edilməsi ilə həmin səhifədə verilən digər yazılar, istifadəçinin profilinə məxsus şəkillər, videolar və sairə məlumatlarla həmin səhifənin məhz Məhkum məxsus olub-olmamasını müəyyənləşdirmək mümkündür. - Bir çox hallarda vətəndaşların sosial və informasiya şəbəkələrindən məhkəmə qərarı olmadan öz təşəbbüsləri ilə sübutları əldə etmələri qeyri-mümkün olur. Bu kimi hallar vətəndaşın təhqir olunması ilə bağlı məhkəmələrə müraciətlərinə mane olmamalıdır. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində qeyd olunan məlumatlar kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılmışdır. Həmin internet informasiya ehtiyatlarında olan çıxarışları xüsusi ittihamçı öz şikayətinə əlavə etmiş və məhkəməyə də təqdim etmişdir. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə ve rilən təhqir və böhtan xarakterli məlumatlar üzrə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi məsələsi həll edilərkən ilkin sübutların təqdim edilməsi məsələsini araşdıraraq birinci instansiya məhkəməsinin şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında formal əsaslara istinad olunmaqla gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət hesab edilə bilməz. Belə ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, böhtan xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kin oxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Qərarın 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı bax ımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X4rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Sözügedən Qərarın 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olma masına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üç ün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Şərh olunanlara əsasən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün qiymətləndirməməsi, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, xüsusi ittiham qaydasında şikayət ərizəsi və toplanmış materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi qənaətinə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kolleg iyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar