Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-952/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü ilə (hakimlər: X13 (sədrlik edən), X17 və X6 ibarət tərkibdə) Məhkum-05.09.1990-ci ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, işləməyən, Biləsuvar rayonu, ************************************************** qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli 22 fevral 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2016-cı ilin noyabr ayında və 2017-ci ilin yanvar ayının 29-da saat 17 radələrində 29 may 2003-cü il təvəllüdlü aşkar surətdə on dörd yaşına çatmayan X10 göyərçin verəcəyini vəd verib aldadaraq onu yaşadığı Biləsuvar rayonu ********* kəndində yerləşən evlərinə gətirib zor tətbiq etməklə onun köməksiz vəziyyətdə olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətlərindən ibarət cinayət əməlini törədərək uşaqbazlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.S.Bəşi rov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və K.H.Əkbərovdan ibarət tərkibdə) 25 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək məhkumuin cinayət əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3.-cü maddəsindən həmin Məcəllənin 152.1-ci maddəsinə tövsif edib həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, uşaqbazlıq edərkən Məhkum A6 zor tətbiq etməsi barədə nə onun özü nə də valideynləri ifadələrində göstərməmişlər. X23 2016-cı i lin noyabr ayında Məhkum onunla uşaqbazlıq etməsi barədə heç kimə bildirməmiş, yalnız istintaqın gedişində bu barədə bildirmişdir. Məhkum ona qarşı zor tətbiq etməsi barədə şikayət etməmişdir. Zərərçəkmiş şəxsin ilkin ərizəsində və onun valideynlərinin ilkin ifadələrində zor tətbiq edilməsi barədə göstərilməmişdir. Cinayət işi üzrə məhkəmə-tibb ekspertizasının 03.02.2017-ci il tarixli rəyində X7 bədəni üzərində zor tətbiq edilməsinə xarakterik xəsarətlər aşkar edilməmişdir. Komission məhkəmə-tibb ekspertizasının 06.02.2017-ci il tarixli rəyində göstərilmişdir ki, X8 onunla qeyri-tğbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilsə də, qeyri-təbii yolla cinsi əlaqə zamanı düz bağırsağında xəsarət qalmadığına görə müddəti müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyinə məhkəmə tə rəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə-tibb ekspertizasının 03.04.2017-ci il tarixli 151 saylı rəyindən müəyyən edilir ki, X7 ekspertə təqdim edilmiş bir ədəd alt şalvarı üzərində spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmə-lif ekspertizasının 07.04.2017-ci il tarixli 6271 saylı rəyindən müəyyən edilmişdir ki, X10 məxsus bir ədəd poliverin səthi üzərində taspılmış kənar lif mikrohissəcikləri arasında Məhkum məxsus poliverin tərkib əlamətlərindən yoxdur. Tədqiqata təqdim edilmiş Məhkum məxsus poliverin səthi üzərndə tapılmış kənar lif mikrohissəcikləri arasında X10 məxsus bir ədəd poliverin tərkibi liflərindən yoxdur. Sadlanan sübutların məcmusundan müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ni törətməmişdir. onun əməlində həmin cinayətin tərkibi yoxdur. Məhkum X10 qarşı zor tətbiq etmədən seksual xarakterli hərkətlərə yol verərək özünün cinsi ehtirazını söndürmüşdür. Bu cinayəti törədərkən X7 fiziki qüsuru və yaşı barədə ona heç nə məlum olmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və onun valideynləri ilə barışıq əldə etmişdir və onun cəzasının yüngülləşdirilməsinə etiraz etməmişlər. Göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən 152.1-ci maddəsin ə tövsif edilməsi daha yüngül cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 152.1-ci maddəsində isə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iclasında qanuni nümayəndəsi Rafil Hüseynovun iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X15 ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğu vaxt Q6 onu çağıraraq həyətlərində olan “şəlpə” göyərçini tutmaqda ona köməklik etməsini demiş, o da şəlpə göyərçinlərdən xoşu gəldiyindən, Q6 həyətinə gedərək, ondan göyərçinin harda olmasını soruşmuş, Q6 ona göyərçinin evdə olduğunu, deyib onu evə çağırmışdır. O evə girən vaxtı Q6in xəstə bacısı L8nin də evdə olduğunu görmüşdür. L8 xəstə olduğundan Q6i görən kimi ondan saqqız istəmiş, Q6 də ona saqqız verib həyətə çıxmasını demiş və L8 həyətə çıxan kimi Q6 qapını bağlayıb onu pilləkənlə yuxarı qaldırıb sol tərəfdə yerləşən otağa salıb otağın qapısını bağlamış və üstünə cumub, əvvəlcə öz əynində olan şalvarını və sonra da onun şalvarını aşağı salmış, əlinə tüpürərək qacımış vəziyyətdə olan cinsi orqanına sürtüb onun arxa dəliyinə b ir dəfə salmışdır. Həmin vaxtı arxa dəliyi bərk ağrımışdır. Bundan başqa 29 yanvar 2017-ci il tarixdə saat təxminən 17 radələrində o S6 oynamaq üçün onların həyətinə gedib onu çağırarkən Q6 evdən çıxaraq S6 evdə olmadığını demiş, həmin vaxt onun kiçik qardaşı E6 da oraya gəlmişdir. Q6 E6 çıxıb getməsini və A6 bir göyərçin verib göndərəcəyini demiş, E6 da çıxıb getmişdir. E6 getdikdən sonra Q6 ona həyətdə olan göyərçinlərdən birini anası evə gəldikdən sonra ona verəcəyini deyib, anası gələnə kimi onu televizora baxmaq üçün evə aparmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Q6 onu evə saldıqdan sonra evin qapısını bağlayıb onu arxadan qucaqlayıb əynində olan qara rəngli şalvarını aşağı salaraq, öz cinsiyyət orqanını onun arxa dəliyinə soxmuş, arxa dəliyi bərk ağrıdığından o qışqırmışdır. Q6 onun qışqırdığını görüb əlləri ilə ağzını tutmuş, onun yenə də qışqırdığını görüb, onu buraxmışdır. Q6 cinsiyyət orqanını onun arxasına cəmi bir dəfə salmış, sonra da sol əli ilə cinsiyyət orqanını tez-tez oynatmış və onun şeyindən nəsə tökülmüş, həmin vaxt Q6 stolun üstündə olan dəsmalla cinsiyyət orqanını silmişdir. Zərərçəkmiş şəxsin ifadəsinin həqiqiliyi onun ifadəsinin yerində yoxlanması və təqsirləndirilən şəxslə üzləşdirilməsi istintaq hərkətləri ilə ibtidai istintaq müddətində yoxlanılmış və ifadələrin həqiqiliyi sübut edilmişdir. Birinci instansiya məhkəməsi istintaqında tədqiq edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, X23 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qal madıqda müddət təyin etmək mümkün deyil. X7 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkum məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının 15-də evdə olarkən evlərinin üstündə göyərçin uçduğunu görüb, həmin göyərçini tutmaq üçün özünün bir-iki göyərçinini havaya uçurtmuş, həmin göyərçin onun göyərçinlərinə qoşularaq onların həyətinə düşmüş, o, da həmin göyərçini tutmuşdur. Təxminən bir saat sonra, qonşusu R6 onlara gələrək, həyətdə göyərçinləri saxladığı yerin qarşısında göyərçinə baxıb həmin göyərçinin onun olduğunu və onu qaytarmasının tələb etmiş o isə göyərçini ona verməyəcəyini R6 bildirmişdir. Səhəri gün, yəni 2017-ci ilin yanvar ayın 16da yenidən R6 onlara gəlmiş və göyərçini ondan istəmiş, o göyərçini ona verməmişdir. Sonra da R6 oğlanları A6 və E6 onlara gələrək göyərçinləri istəmişlər. O, da A6 və onun qardaşı E6 həyətdən qovmuşdur. Ona görə də həmin vaxtdan aralarında münasibətləri soyumuşdur. 28 yanvar 2017-ci il tarixdə səhər saat 10 radələrində o əmisi M6 birlikdə Bakı şəhərinə toy şənliyinə getmişlər. Toy şənliyində iştirak etdikdən sonra 29 yanvar 2017-ci il tarixdə saat 18 radələrində evlərinə gəlmişdir. Evə gələn vaxtı anası R8 ağlayaraq ona demişdir ki, R6 küçədə dayanıb qışqırır ki, Q6 onun azyaşlı oğlu A6 zorlayıb. O, isə anasına belə bir şey olmadığını demişdir. Sonra ona Bakıdan əmisi A10 zəng vurub, onunla evlənmək məqsədi ilə tapdıqları qızla tanış olması üçün Bakı şəhərinə getməsini dediyindən o, 31 yanvar 2017-ci il tarixdə səhər saat 10 radələrində əmisi M6 birlikdə Bakı şəhərində yaşayan əmisi A10gilə g etmişlər. Gecəni əmisi A10 ***************** ünvanında olan evində qalmışlar. 01 fevral 2017-ci il tarixdə əmisi M6 birlikdə yenidən Biləsuvar rayonuna gəlmişdir. Səhəri günü R6 onun barəsində polisə onun oğlu A6 arxadan cinsi əlaqədə olduğu barədə şikayət etmişdir. Lakin o A6 zorla arxadan cinsi əlaqədə olmamışdır. R6 göyərçinə görə ondan qərəzlidir. O 28 yanvar 2017-ci il tarixdə əmisi Muradla birlikdə Bakı şəhərində “Dalğa” şadlıq sarayında toy şənliyində olmuş, 29 yanvar 2017-ci il tarixdə isə saat 18 radələrində əmisi M6 birlikdə əmisinin dostu taksi sürücüsü Orxanın idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gəlmişlər. Onun bu ifadəsində göstərdiyi hallar cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlarla təkzib edilir. Birinci instansiya məhkəməsində qanuni nümayəndəsi R6 iştirakı ilə yetkinlik yaşına çatmayan şahid X14 ifadəsində göstərmişdir ki, 29 yanvar 2017-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı A6 evdə olmadığını görüb onu axtarmış, heç yerdə tapa bilməyib onun S6 getdiyini düşünüb, S6 getmişdir. Orada S6in böyük qardaşı Q6in A6 həyətdə söhbət etdiklərini görmüşdür. Q6 onu görüb onun evlərinə getməsini bildirib, A6ə də bir ədəd göyərçin verib evə göndərəcəyini dediyindən o çıxıb evlərinə getmişdir. 10-15 dəqiqə sonra qardaşı A6in gəlmədiyini görüb, yenidən Q6gilə getmiş, küçədə A6i görmüş, həmin vaxtı A6in gözləri dolmuşdur. Ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, A6 isə Q6in onunla arxadan zorla cinsi əlaqədə olduğunu və bu barədə heç kimə deməməsini tapşırmışdır. 02 fevral 2017-ci il tarixdə evdə A6 ç aydanı aşırmış və anasına guya çaydanı onun aşırdığını dediyindən o da anaya keçən dəfə Q6gilə getməsini bildirəcəyini demiş, bunu anası eşidib, A6dən nə baş verdiyini soruşduqda A6 anasına 29 yanvar 2017-ci il tarixdə Q6in ona göyərçin verəcəyini deyib aldadaraq evinə apararaq onu zorladığını danışmışdır. Azyaşlı şahidin zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verməsi də cinayət işi üzrə gəlinmiş nəticələrin işin faktiki hallarına uyğunluğuna dəlalət edir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 istifadəsində olmuş 050 724 92 17 saylı mobil nömrə 29.01.2017-ci il tarixdə saat 11:47-də Bakı şəhəri **************** küçəsində, 29.01.2017-ci il tarixdə saat 14:58-də Biləsuvar rayonu ********* kəndində olmuşdur. Məhkum istifadəsində olan 051 684 15 06 saylı mobil nömrə 29.01.2017-ci il tarixdə işlək vəziyyətdə Biləsuvar rayonunda olmuş, X9 istifadəsində olan 050 338 04 54 mobil nömrəsi qeyd olunan tarixdə işləməmişdir. Beləliklə Məhkum 29.01.2017-ci il tarixdə Bakı şəhərində olması və həmin gün saat 18 radələrində Biləsuvar rayonuna gəlməsi barədə ifadəsində göstərdikləri hallar yuxarıda göstərilən anten məlumatları ilə təkzib olunur. Birinci instansiya məhkəməsi istintaqında tədqiq edilmiş Kompleks Ambulator Məhkəmə-Psixatirik və Məhkəmə-Psixoloji Ekspertizasının 09.03.2017-ci il tarixli 381 saylı rəyində göstərilmişdir ki, X8 üzvi mənşəli yüngül ifadə olunmuş ağıl zəifliyi aşkar edilir. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə anadan olması, kiçik yaşlarında başlayaraq qıcolma tut maları müşahidə edilməsi, bir qədər gec yeriməyə və danışmağa başlaması, nitqində qeyri-aydınlıq müşahidə edilməsi, bununla əlaqədar yaşayış yeri üzrə nevropatoloqun müşahidəsində olmaqla ambulator qaydada müalicələr qəbul etməsi, həmçinin Bakı şəhər X4 bir neşə dəfə stasionar müalicə qəbul etməsi, hal-hazırda da qıcolmaların müşahidə edilməsi ilə əlaqədar finlepsin adlı dərman preparatı qəbul etməsi və hal-hazırki psixatirik müayinənin nəticələri (nitqdə qeyri-aydınlığın biruzə verməsi, intellektual imkanların zəifliyi, təfəkkürün konkretliyi, maraq dairəsinin nisbətən aşağı olması və s.) təsdiq edir. X23 təqsirləndirilən şəxsin ona qarşı qanunazidd, zorakı hərəkətlərin mənasını dərk etmək iqtidarında olmamışdır. Hazırkı müayinənin gedişatında A.R.Hüseynovda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. 1-ci və 2-ci suallara cavab X23 üz ünsiyyətçilik, səthilik, sadəlövhlük, plastik olmamaq, tez özündən çıxmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X23 əqli inkişafında müəyyən edilən ağıl zəifliyi ilə əlaqədar o, onunla edilən hərəkətlərin xarakterini və mənasını, həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik deyildir. X23 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində hər hansı bir dəyişiklik yaranmamışdır. Ona qarşı zorlama hərəkəti edilərkən psixi-emosional durumunda gərginlik, qorxu hissi yaranmamışdır. X23 oğlunda ağılı zəifliyi müəyyən edildiyindən, həmçinin azyaşlı olması ilə əlaqədar müqavimət göstərməyə bilərdi. X23 əqli inkişafında gerilik əlamətləri müəyyən olunur. Zərərçəkmiş A6 başqalarının təsiri altında uydurmağa meyillilik əlamətlərinin müəyyən edilməməsi onun ifadələrinin həqiqiliyini və valideynlərinin təsiri altında təqsirləndirilən şəxslə aralarında olan narazılığa görə hadisəni uydurması ehtimalını təkzib edir. Bundan başqa Ambulator Məhkəmə-Psixatirik və Məhkəmə-Psixoloji Ekspertizasının rəyində göstərildiyi kimi X23 əqli inkişafında müəyyən edilən ağıl zəifliyi ilə əlaqədar onunla edilən hərəkətlərin xarakterini və mənasını, həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmamış və ağılı zəifliyi müəyyən edildiyindən, həmçinin azyaşlı olması ilə əlaqədar müqavimət göstərməməsinin mümmkünlüyü də onun bədənində hər hansı xəsarətin olmamasını izah edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirsizliyi barədə müda fiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərdiyi dəlillər cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib edilmişdir. Ona görə də cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarı ilə düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətində göstərilənlər cinayət işinin materialları ilə təkzib edildiyindən və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün arş. CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-952/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-952/2019
16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver