Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-952/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçi - məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə açəq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-417/2021 saylı, 02 mart 2021-ci il tarixli hökmü (hakimlər E.Mikayılov (sədrlik edən), Ə.Abasov və M.Ağalarov) ilə xx xxxx 1992-ci ildə Balakən rayonu, Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Şərif kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şə həri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi 23 saylı küçə ev 14 mənzil 53-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 240.3.2ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, T əqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyul 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübutlar,- DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və cinayət işi üzrə müvafiq ekspertiza tədqiqatarından sonra qalıq qalan 753,95 qram çəkidə psixotrop maddə metafetamin, 134,95 qram çəkidə tramadol həbi, 1,5 ədəd metadon həbi, 984,95 qram çəkidə narkotik vasitə heroin, 80,495 qram çəkidə narkotik vasitə heroin, 10,427 qram çəkidə psixotrop maddə metafetamin, bir ədəd üzərində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi, bir ədəd üzərində narkotik vasitə heroinə məxs us izlər olan gümüşü rəngli qaşıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Samsung» markalı, «A10S» modelli mobil telefonun hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə DİN BMCMİ-də istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirməsinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılması təmin edilsin, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 iyul 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi və götürmə haqqında” 31 iyul 2020-ci il tarixli pro tokolun qeydə alındığı 02 ədəd DVD disk və "xxxx" MMC-dən təqdim olunmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manatın Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulması, Təqsirləndirilən şəxs övladı xx.xx.2010-cu il tarixdə doğulmuş Ruslan Qıstarovun nənəsi X1 yanında qalmasının nəzərə alınması və sonuncunun gələcəkdə himayəyə verilmə məsələsinın Balakən rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməsi hökm edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilərək hökmün dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən övladı Ruslan Qıstarovun on dörd yaşına ça tanadək ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 1(105)-421/2021 saylı qərarı (hakimlər R.O.Əsgərova (sədrlik edən və məruzəçi), C.V.Cəfərov və F.Ə.Məmmədovdan ibarət tərkibdə) ilə apelyasiya şikayəti təmin edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-417/2021 saylı, 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan tanışı İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsdən sonuncunun istintaqla müəyyən edilməmiş şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda-ümumi təmiz çəkisi 1200,545 (bir kiloqram iki yüz tam mində beş yüz qırx beş) qram narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 770,477 (yeddi yüz yetmiş tam mind ə dörd yüz yetmiş yeddi) qram psixotrop maddə metafetamin, tərkibindəki güclü təsir edən maddə hesab edilən tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirmi) qram çəkidə üzərilərində “TDOL-200 07 2022” göstəriciləri olan ümumilikdə 100 ədəd qırmızı rəngli dairəvi formalı dərman həbləri və tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən açıq qəhvəyi rəngli “F/M40” göstəricili 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə dərman həblərini istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib həmin narkotik vasitə heroinin 80,545 (səksən tam mində beş yüz qırx beş) qramını və psixotrop maddə metafetaminin 10,477 (on tam mində dörd yüz yetmiş yeddi) qramını ü stündə saxlamaqla, qalan 1120 (bir kiloqram yüz iyirmi) qram çəkidə narkotik vasitə heroini iki ədəd sellofan torbada, 760 (yeddi yüz altmış) qram çəkidə psixotrop maddə metafetamini bir ədəd plastik qabda, hər konvolyutda 10 (on) ədəd üzərilərində “T-DOL-200 07 2022” göstəricili həb olmaqla 10 (on) ədəd dərman konvolyutunda tərkibində güclü təsir edən maddə tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirimi) qram çəkidə ümumilikdə 100 (yüz) ədəd dərman həbləri və üzərində "F/M40” göstəricili tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə dərman həblərini bir ədəd sellofan torbada, səthində psixotrop maddə metafetamini n izləri olan 1 (bir) ədəd elektron tərəzi və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd gümüşü rəngli qaşığı 1 (bir) ədəd sellofan torbada qablaşdırıb faktiki olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi, küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53-cü mənzilinə daşıyıb qanunsuz saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə 23:30 radələr ində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 80,545 (səksən tam mində beş yüz qırx beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 10,477 (on tam mində dörd yüz yetmiş yeddi) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüş, xx.xx.2020-ci il tarixdə, saat 02:45-də yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53- cü mənzilinə baxış keçirilərkən yataq otağındakı kiçik ölçülü divanın altındakı saxlanc yerindən bir ədəd plastik qabda külli miqdrada 760 (yeddi yüz altmış) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 01 (bir) ədəd sellofan torbada külli miqdarda 135 (yüz otuz beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan torbada külli miqdarda 985 (doqquz yüz səksən beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan torbada hər konvolyutda 10 (on) ədəd üzərilərində “T-DOL-200 07 2022” göstəricili qırmızı rəngli dairəvi formalı həb olmaqla 10 (on) ədəd dərman konvolyutunda tərkibində güclü təsir edən maddə tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirmi) qram çəkidə ümumilikdə 100 (yüz) ədəd dərman həbi və üzərində “F/M40” göstəricili tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə açıq qəhvəyi rəngli dərman həbləri, 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində səthində psixotrop maddə metafetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd gümüşü rəngli qaşıq aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kas sasiya şikayəti vermişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 1(105)-421/2021 saylı qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası əsasasız olaraq apelyasiya şikayətini təmin etməyərək hökmü qüvvəsində saxlamışdır. Məhkuma himayəsində azyaşlı övladının olmasını, övladını atası olmadığını, onun böyüdülməsi üçün cəzasının təxirə salınması barədə onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməli olduğu halda məhkəmələr bunu nəzərə olmamış, işə əlavə edilmiş sənədlərə əsasən onun şəxsiyyətini və ailə və ziyyətini nəzərə alaraq CM-in 79.1-ci maddəsi tətbiq edilməli olduğu halda məhkəmələr bunu etməmişdir. Yuxarıda qeyd olunanları nəzarə alaraq məhkumun cəzasının övladının 14 yaşına catanadək təxirə salınmasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən t əmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab ed ə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Təqsirləndirilən şəxsRamiz qızının CM-n in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunması deyil məhz onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsu liyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-ni n 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan m əsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqi q edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri X6 qızının CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə bax ışı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cina yət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü h issəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipin dən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fər diləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı y üngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, Cinayət Məcəlləsinin 79-cu maddəsi hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını tə kbaşına böyüdən kişilər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı münasibətləri tənzim edir. Həmin Məcəllənin 79.1-ci maddəsinin tələbinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriy a şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunlu ğunun yoxlanılmasına dair” 02 mart 2010-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, İ və İİ qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs himayəsində 30 oktyabr 2010-cu il təvəllüdlü Ruslan Qıstarov adlı uşağı vardır. Qanunvericilik cəzanın cəkilmədən təxirə salınmasını vəzifə olaraq deyil, hüquq kimi müəyyən etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində 14 yaşına çatmamış uşağının olmasını, törətdiyi cinayət ə məlinin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət olmadığını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün sayır və himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Kon stitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsaslı sayaraq yuxarıda qeyd edilən səbəblərdən məhkum Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gəlir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşağı - 30 oktyabr 2010-cu il təvəllüdlü Ruslan Qıstarov 14 yaşına çatana qədər təxirə salınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı - 30 oktyabr 2010-cu il təvəllüdlü Ruslan Qıstarov 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin.
Məhkəmə qərarları › İş №1(102)-952/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-952/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver