Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-953/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib: İsazadə Elnur Nizami oğlu. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi X4 və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhər Səbail rayon məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Səbail rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.V.Tanrıverdiyev) Məhkum- 01 aprel 1981-ci ildə Tailand Respublikasının ************ şəhərində doğulmuş, Kanada Respublikası vətəndaşı, ailəli iki uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kanada Respublikasının *************** şəhərində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən Məhkum 04 yanvar 2017-ci il tarix dən 15 may 2018-ci il tarixədək həbsdə yatdığı nəzərə alınaraq, üzərində qəti oaraq 1000 manat cərimə cəzası saxlanmışdır. Hökmdə göstərilmişdir ki, iş üzrə mülki iddia yoxdur. Bununla da mülki iddiaya baxılmamışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o etibardab sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxsMahmud oğluna X3 Texas ştatından KanaDA Respublikasına keçməklə sərfəli qiymətə və əlverişli şərtlərlə “Leksus GX 460” markalı minik avtomobilinin gətirilməsi barədə yalan vəd verərib 2014-cü ilin iyun ayında Azərbaycan milli valyutası ilə 9805 manat təşkil edən 12500 ABŞ dolları məbləğində pulu kirayədə yaşadığı Bakı şəhəri **************** ünvanında ondan sonra yenə hə min məqsədlə Azərbaycan milli valyutası ilə 10197,2 manat təşkil edən 13000 ABŞ dolları məbləğində pulu 2014-cü ilin avqust ayının ortalarında yenə həmin ünvannda, ondn sonra yenə həmin məqsədlə Azərbaycan milli valyutası ilə 4044 manat təşkil edən 5100 ABŞ dolları məbləğində pulu 2014-cü ilin sentyabr ayının axırlarında ünvan 2 ünvanında alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Azərbaycan milli valyutası ilə 24046,2 manat təşkil edən 30.600 ABŞ dolları məbləğində pulu ələ keçirməklə zərərçəkmiş şəxs C6 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovd an ibarət tərkibdə) 15 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, məhkuma daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə əsassız olaraq göstərilmişdir ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Mülki iddia ərizəsini məhkəmənin ilkin baxış iclasından əvvəl, 02.04.2018-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdikdən sonra məhkəmə iclasında da bunu bildirərək, surətini də tərəflərə təqdim edilməsi üçün sədrlik edənə məhkəmə iclasında təqdim etmişəm. Lakin həmin iclasda təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmədiyinə görə məhkəmə iclası 09 aprel 2018-ci il tarixə təxirə salınmışdır. 09 aprel 2018-ci il tarixdə kassasiya şikayətinə əlavəni məhkəmənin dəftərxanasına təqdim etməklə, məhkəmə iclasında da bu barədə bildirməklə, surətlərini də tərəflərə berilməsi üçün sədrlik edənətəqdim etmişəm, lakin nədənsə hökmdə “mülki iddia yoxdur göstərilmişdir” göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi də qeyd ediən hala qiymət verməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 181-ci, 183-cü və 187-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, mülki iddiaya cinayət işi ilə birlikdə baxılmlı olduğu halda baxılmamışdır. Kassasiya şikayətində həm də “Dələduzluq cinayətlərinnə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 38-ci bəndində izah edilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azə rbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır. Kassasiya şikayətində həm də məhkuma həddindən artıq yüngül cəza təyin edildiyi vurğulanaraq, bu əsasla da kassasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarının mülki iddiaya aid hissəsi ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin ed ilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli və mülki iddiaya aid hissədə qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngüllüyü və məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin mülki iddia ərizəsinə baxılmaması barədədir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinə əlavə etdiyi mülki iddia ərizəsinin və mülki iddia ərizəsinə əlavənin surətlərinin üzərindəki Səbail rayon məhkəməsinin şt ampından və qeydlərindən müəyyən edilir ki, həqiqətən zərərçəkmiş şəxsin mülki iddiası məhkəmə istintaqı başlanana qədər məhkəməyə təqdim edilmiş və rəsmi olaraq mülki iddia əricəsi 02.04.2018-ci il tarixdə və mülki iddia əricəsinə əlavə isə 09.04.2018-ci il tarixdə qəbul edilmişdir. Mülki iddia ərizəsinin üzərinə əlyazma ilə “hakim Anar Tanrıverdiyev yazılmışdır. Yəni bu ərizə hakimin Məhkəmə-Hüquq Şurasından daxil olmuş zərərçəkmiş şəxsin şikayətinə yazdığı 30 may 2018-ci il tarixli cavabda (2-ci cild i.v-95) göstərdiyi kimi başqa hakimə verilə bilməzdi. Cinayət işinin materiallarından görünür ki, Səbail rayon məhkəməsində (sədrlik edən hakim Anar Tarverdiyev) işə baxılmasına 16 aprel 2018-ci il tarixdə başlanmışdır. 02.04.2018-ci il tarixli protokolda zərərçəkmiş şəxsin məhkəmə iclasınd a iştirakı göstərilsə də, onun mülki iddia ərizəsi və ərizənin surətlərini cədrlik edənə təqdim etməsi barədə göstərilməmişdir. Protokolda məhkəmə iclasının 16.04.2018-ci il tarixə təxirə salındığı göstərilmişdir. 09.04.2018-ci il tarixdə məhkəmə iclasının keçirilməsi barədə protokol cinayət işinin materiallarında müəyyən edilməmişdir. Cinayət işinin bu qədər uzun müddətə təxirə salınması Azərbaycan Respublikası CPM-nin 298.2.1-ci madəsində nəzərdə tutulmuş müddətləri pozmuşdur. Cinayət işi məhkəməyə 09 mart 2018-ci il tarixdə daxil olmuşdur. 16 aprel 2018-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, iclasda zərərçəkmiş şəxs iştiraak etməmiş, məhkəmə iclasında iştiran edən onun nümayəndəsi mülki iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ərizəsinə əlavə ni məhkəmə iclasında elan etsə də mülki iddia ərizəsini elan etməmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsinin mülki iddia ərizəsi ilə əlaqədar mövqeyi protokolda göstərilməmiş, bu barədə ona sual belə verilməmişdir. Məhkəmə tərəflərin mövqeyini dinləyib protokolda belə bir qərar göstərilmişdir: “iddia ərizəsinə əlavə təmin edilməsin”.Qanunun tələbinə görə məhkəmə iddia ərizəsinin icraata qəbul edilib edilməməsi və ya baxılmamış saxlanması barədə qərar qəbul etməli idi. Lakin məhkəmə iclas protokolunda göstərilən məhkəmənin qərarı qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasınd a ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtınd a və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. CPM-nin 187-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddia ərizəsinin qəbul etməkdən imtina barədə qərar qəbul edilməmiş, o, mülki iddiaçı qismində tanınmamış, ümumiyyətlə zərərçəkmiş şəxsin mülki iddia ərizəsi üzrə qanunda nəzərd ə tutulmuş hər hansı qərar qəbul edilməmiş, zərərçəkmiş şəxsin mülki iddia ərizəsi məhkəməyə daxil olsa da, məhkəmə iclasına çıxarılmamışdır. X5 zərərçəkmiş şəxsə ünvanladığı Məhkəmə-Hüquq Şurasından daxil olmuş zərərçəkmiş şəxsin şikayətinə yazdığı 30 may 2018-ci il tarixli cavabda göstərir ki, 02.04.2018-ci il tarixdə daxil olmuş mülki iddia ərizəsi başqa hakim tərəfindən 04.04.2018-ci il tarixli 1721/18 saylı qırardadla geri qaytarılmşrdır. Belə bir qərardad cinayət işinin materiallarına əlavə edilməmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya şikayətində də göstərildiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən də bu hallar araşdırılmamış, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, bu dəlillərin nəyə görə təmin edilməməsi əsaslandırılmamışdır. Məhkəmənin qərarında göstərilmişdir ki, “zərərçəkmiş şəxsə ona vurulmuş ziyanla əlaqədar olaraq birinci instansiya məhkəməsinə mülki iddia qaldırmaq hüququnun olduğunu qeyd edir”. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinə, məhkəmə istintaqı keçirilmədən baxmış və apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin mülki iddia tələblərini diqqətdən kənarda qoymasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 394-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını məhkəmə istintaqını aparmaqla keçirdikdə bu Məcəllənin 394.2-ci maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra: 394.4.1. məhkəmə istintaqı və məhkəmə çıxışları bu Məcəllənin 324—341-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aparılır. Qanunun mənasına görə belə halda apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi qaydalarına uyğun olaraq bütün sübutları, o cümlədən mülki iddaya aid bütün halları apaşdırıb, mülki iddia haqqında birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ləğv edərək yeni qərar qəbul etmək səlahiyyətinə malikdir (CPM-nin 398.1.2). Lakin qanunun bu tələbinə əməl edilməmiş və cinayət işi üzrə mülki iddiaya aid olan halllar və sübutlar CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsini Səbail rayon məh kəməsinin hakimi X5 adına yazıb ünvanladığı halda və ərizə vaxtında məhkəməyə daxil olduğu halda hakimin hökmdə “mülki iddia yoxdur” göstərməsinin əsaslılğı yoxlanmamışdır. Ərizənin başqa hakim tərəfindən qaytarılması barədə hakim A10 göstərdiyi sübut edilmədiyi halda zərərçəkmiş şəxsin vaxtında mıhkəməyə verdiyi mülki iddia ərizəsinə belə münasibət kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.1 və 416.0.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarının mülki iddiaya aid hissəsi ləğv edilərk cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın yüngüllüyünüə aid hissəsi əsassızdır, ona görə ki, cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusu və dövlət ittihamçısının mövqeyi nəzərə alınaraq düzgün qərar qəbul edilmişdir. Ona görə də kassasiya şikayətinin cəzanın yün güllüyünə aid hissəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarının zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayətinin mülki iddiaya aid hissəsi ləğv edilsin. Bu hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-953/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-953/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver