Məhkəmə qərarları › İş №1(102)-953/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-953/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-953/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X2 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs Məhkum1 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Məhkum1 xx xxxx 1976-cı il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşd ür ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Belə ki, o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəlindən 2020-ci ilin may ayının əvvəlinə qədər olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncuya pul verəcəyi təqdirdə özünün satış müdiri vəzifəsində işlədiyi “Unisem” sement zavodunda həmin pul ilə sement məhsullarını nağd formada alan digər müştərilərin alışını öz adına nisyə satış fo rmasında rəsmiləşdirməklə arada yaranan nisbi qalıq pullarla gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövrün məzənnəsinə müvafiq 425 000 (dörd yüz iyirmi beş min) manat dəyərində olan 250 000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X11 və X3 ibarət məhkəmə tərkibində) 12 avqust 2024-cü il tarixli, 1(101)-1476/2024 nömrəli hökmü ilə Məhkum1 əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəm ə iclas zalında həbsdən azad edilməsi, təqsirləndirilən Məhkum1 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olmasının izah olunması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxs Məhkum2 məsuiyyət məsələsi də həll edilmişdir.

5. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu X2 üzrə idarənin Ağır cinayətlər məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1476/2024 nömrəli hökmünün Məhkum1 aid hissədə ləğv edilməsini, Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərə k cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X5 ibаrət tərkibdə) 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, Məhkum1 əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 1476/2024 nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbayc an Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və çox saylı qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayə t prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar.

9. Kassasiya protestinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə Məhkum1 əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hal ları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

11. Hökmdən bəraət almış şəxs və cinayət işi üzrə digər təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iş tirak edən bəraət almış şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrılıqda kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum1 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 41 9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

21. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış p resedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstə rilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

24. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübut lar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

25. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

26. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

27. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq birinci instansiya və apellyasiya instansiyası məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkə n yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi cinayət işi materiallarında öz əksini tapan sübutları qismən məhkəmə istintaqı keçirməklə tədqiq edərək müəyyən etmişdir ki, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olmuş hal yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ittihamda öz əksini tapmır, belə ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməmişdir, göründüyü kimi Məhkum2 özü Məhkum1 pulu alarkən əvvəlcədən niyyəti borclarını qaytarmaq olmuş, heç bir tütün biznesinə qoymaq niyyəti olmamışdır. Məhkum2 Məhkum1 aldararaq pulu ələ keçirmişdir. Məhkum1 pul dələduzluq yolu ilə, yəni cinayət yolu ilə çıxmışdır.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində cinayət tərkibinin olmasının sübuta yetirilmədiyini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-pro sessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – cinayət tərkibinin olması sübuta yetirilmədikdə, yəni Məhkum1 Cinayət Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

30. Kassasiya kollegiyası kassasiya protestini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə he sab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

31. Göründüyü kimi, dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlak əldə etməsi üsulu çıxış edir.

32. Dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində çıxış edən həmin əlamətlərin mövcud olması o zaman dələduzluq hesab edilir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə k eçirməyə yönəlmiş olsun.

33. Yəni, dələduzluq etibardan sui-istifadə və aldatma yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi və ya aldadıldığı ana qədər yaranması sübuta yetirilməlidir.

34. Qeyd edilən müddəanı hazırki cinayət işinin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, pullar Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs Məhkum2 istəməmişdən əvvəl alınmışdır. X9 ifadəsindən Məhkum1 onu aldatmaq niyyətinin olmaması aydın olur. Belə ki, o, ifadəsində qeyd edir ki, Məhkum1 pulu verməkdə məqsədi biznesə qoymaq olmuş, sonuncunun sement biznesi ilə məşğul olmasını bilsə də, Nurlanın ondan aldığı pulu hansı sahəyə yatırmasında maraqlı olmamış, onun üçün qazanacağı pul vacib olmuşdur. Nurlan ona başqa biznes sahəsinə də qoymasını bildirsə idi razılığını verəcəkdi. Belə ki, Nurlan ona hər hansı bir biznes təklif etsə idi, məsələn tütün biznesinə yatırmağı da təklif etsə idi, ona da razı olardı. Nurlan silah və narkotik satışından başqa istənilən biznesi desə idi ona razılığını verərdi. Nurlanın Samirlə əlbir olub onun pulunu dələduzluq yolu ilə keçirəcəklərinə inanmamışdır. Aralarında, həmçinin atası ilə Nurlanın arasına pul mübahisəsi olmamışdır. Nurlan 10 mayda ona pul qaytarmalı olsa da, pullar Samirdə olduğu üçün qaytara bilməmişdir. Deməsinə görə pulları Nurlanda olsa qaytarardı, çünki sonuncunun onunla düşmənçiliyi olmamışdır. Nurlanın onu aldatmaq niyyəti olmamışdır. Hətta sonuncu 30000 dollar məbləği Rauf özü Nurlana zəng edərək biznesə yatırmasını b ildirmişdir. Həmçinin Nurlanın aldatmaq niyyətinin olmamasını Məhkum2 tutulduqdan sonra olan hərəkətlərindən də aydın olur. Belə ki, o, dərhal Samirin harada olması barədə maraqlanmış və tutulması barədə Raufa məlumat vermiş, ziyanın qaytarılması istiqamətində tədbirlər görmüş, avtomobilini satmış, ziyanın bir hissəsini ödəmiş, Raufa torpaq sahəsi təklif etmişdir. Yəni, Məhkum1 Zərərçəkmiş şəxsla razılıq əldə edilməmişdən öncə hər hansı dələduzluq niyyətinin əmələ gəlməsi və həmin niyyətin icrası məqsədi ilə qeyd edilən pulu alması faktı nə ibtidai istintaq orqanı, nə də məhkəmələr tərəfindən sübuta yetirilməmişdir.

35. Bununla da, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən bəraət almış şəxsin, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə v ə iş üzrə əhəmiyyət kəsb edən digər sübutlara əlaqəli şəkildə verdiyi qiymətlə razılaşır.

36. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı qərarda əks etdirildiyindən kassasiya məhkəməsi qeyd edilənlərdən əlavə izah verməyə lüzum görmür.

37. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

38. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətlərin təmin edilməsini mümkün hesab etmir.

39. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının, b əraət almış şəxsin və onun müdafiəçisinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2150/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar