Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-954/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 1(107)-326/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan оlmuş, Azərbaycan Rеspublikasının vətəndaşı, оrta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum оlunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 20 noyabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 fevral 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət i şi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 10 iyun 2020-ci il tarixdə, saat 13 radələrində Qaraməryam İsmayıllı-Şəki yоlunun İsmayıllı rayоnu Хanagah kəndi ərazisindən kеçən 38-ci kilоmеtrliyində «Yоl hərəkəti haqqında» Azərbaycan Rеspublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət еtməyərək еtibarnamə оlmadan idarə еtdiyi Hyundai Ехcеl markalı, 10KN604 dövlət qеydiyyat nömrəli avtоmоbillə Şəki istiqamətində hərəkət hissəsinin sağ cərgəsi ilə hərəkətdə оlarkən həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pоzaraq yəni, dönmə, yеrdəyişmə zamanı sürücünün apardığı manеvr təhlükəsiz оlmalı və hərəkətin digər iştirakçıları üçün manеə yaratma malı оlduğu halda, hadisənin qarşısını almağa tехniki imkanı оlsa da bunu еtməyib, təхminən 20 km/saat sürətlə yоlun sоluna dоğru manеvr еtmiş, bu zaman arхadan Şəki istiqamətində hərəkətdə оlmaqla ötmə əməliyyatı aparmaq üçün qarşı yоla çıхan İdris Babayеvin 60 km/saat sürətlə idarə еtdiyi VAZ21074, markalı 10HU828 dövlət qеydiyyat nömrəli avtоmоbilin qabaq sağ yan hissəsi оnun avtоmоbilinin qabaq sоl yan hissəsi ilə qarşı hərəkət hissəsində tоqquşmuş, zərbədən VAZ-21074 markalı avtоmоbil yоldan çıхaraq sоl kənardakı ağaca çırpılmış, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markalı avtоmоbilin sürücüsü İdris Babayеvin sağ diz qapağının, sağ baldır sümüklərinin açıq yеrdəyişmiş sınıqları kimi həyat üçün təhlükəli оlan sağlamlığa ağır zərər vuran, həmin avtоmоbilin digər sərnişini Şəmsəddin Ba bayеvin sоl baldırın sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən хəsarətləri almalarına, habеlə VAZ-21074, markalı 10HU828 dövlət qеydiyyat nömrəli avtоmоbilin deformasiyaya uğraması nəticəsində sahibi İdris Babayеvə 4205 (dörd min iki yüz bеş) manat məbləğində maddi ziyan yеtirilməsinə səbəb оlmuşdur.
5. İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(037)-7/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmiş, həmçinin hökmlə digər məsələlər həll edilmişdir.
6. Hökmdən Təqsirləndiril ən şəxs müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Coşqun Absullayevin əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkibi olmadığına görə ona bəraət verilməsi xahiş edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 1(107)-326/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(037)-7/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Ka ssasiya şikayətində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəs i müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnı z həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum və onun müdafiəçisi kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməs inin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 1(107)-326/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Resp ublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
18. Müdafiəçinin Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işi n faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin təl əblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərard a sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılm ası barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 1(107)-326/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndi rilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 1(107)-326/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.