Məhkəmə qərarları › İş №1(102)-954/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-954/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-954/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov X11 Əli oğlunun iştirakları ilə xx xxxxxxxx 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləmiş, əvvəllər məhkum olunmu ş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov X11 Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.X11ov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib, 6 (altı) il 6 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddətin ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla, ona qəti olaraq 6 (altı) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 4 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), Z.B.Babayev və İ.A.İbrahimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 a vqust 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, onun 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət hazırki qərarla təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 22 noyab r 2021-ci il tarixdə saat 00:20 radələrində naməlum İran İslam Respublikasının (bundan sonra– İİR) vətəndaşı olan "X10" adlı şəxsdən satış məqsədilə külli miqdarda təmiz çəkisi 8,998 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,732 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 01:45 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq, ünvan 4ləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, PŞ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki, üzərində "Choco Pie“ markalanma yazısı olan kağızın arasından 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,998 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,732 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin baxılması üçün yenidən apelyasiya instansiya məhkəməsinin baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi və iş materiallarından da sübut olunduğu kimi Məhkum xx.xx.2021-ci il tarixində təxminən saat 00:20 radələrində şəxsi istifadəsi üçün əvvəlcədən razılaşdığı şəxsin qoyduğu yerdən bir istifadəlik narkotik vasitə olan metanfetamini götürmək üçün Q.Qarayev metrosunun yaxınlığında yerləşən “Dominos Pizza”-nın yanından gedib narkotik vasitəni götürmüş, həmin vaxt narkotik vasitənin qoyulduğu yerdə təxminən 5 metr məsafədə sonradan onu tutmuş polis əməkdaşlarının üzərində TAKSİ qovulmuş avtomaşınını dayandığını görmüş, narkotik vasitəni götürdükdən sonra piyada “Səma Mebel” salonuna doğru istiqamətdə hərəkət etmiş, “Planet” şadlıq sarayına doğru istiqamətdə ilk işıqforun yanında özü üçün dönər almış, həmin vaxt polislərin olduğu avtomaşının təkrar gəlib ondan bir qədər kənarda dayanmış, dönəri aldıqdan sonra təxminən 50 metr piyada hərəkət etdikdən sonra polis əməkdaşları onu izlədikləri avtomaşınla ona yaxınlaşmış, avtomaşından düşən şəxs özünü po lis işçisi kimi təqdim etmiş, bundan sonra saxlandığı yerdə üzərinə, ciblərinə şəxsi axtarış aparmışlar. Daha sonra polis əməkdaşlarından birinin dönərin içərisində şəxsi istifadəlik üçün aldığı metanfetamini tapmış və onu avtomaşına əyləşdirərək 25-ci Polis Bölməsinə aparmış, orada kəmərini çıxarıb, üzərində olan əşyalarını götürərək növbətçi hissənin arxasında olan müvəqqəti saxlama yerinə salmışlar və gecəni orada qalmışdır. xx.xx.2021-ci il tarixdə günortadan sonra onu təhqiqatçının otağına aparmışlar və orada təkrar əşyalarını ona verərək çəkiliş zamanı təqdim etməsini bildirmişlər. Müdafiəçi qeyd edir ki, Məhkum müdafiə hüququ kobud şəkildə pozulmuş, 22 noyabr 2021-ci il tarixdə saat 00:30 radələrində faktiki tutulmasına baxmayaraq, müdafiəçi tutulduqdan təxminən 12 saat sonra yanı na gəlmişdir. Məhkəmə istintaqı zamanı Məhkum ifadəsində göstərdiyi xüsusatların (vəkilin həmin vaxt olduğu yerin müəyyən edilməsi üçün onun istifadəsində olan telefonun anten məlumatlarının götürülməsi və s.) yoxlanması üçün müdafiə tərəfinin vəsatət verməsinə baxmayaraq məhkəmə tərəfindən əssasız olaraq vəsatət təmin edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Məhkum əməlində satış niyyətinin olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi H.Talıbovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş şikayətdə məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya s axlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3 -cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhət ləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə ci nayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsi ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai araşdırma, həm də məhkəmə zamanı verdiyi ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. Hazırda adlarını, soyadlarını, telefonlarını xatırlamadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. 21 noyabr 2022-ci il tarixdə “Votsap” sosial şəbəkəsi vasitəsilə tanıdığı “X11” adlı şəxsdən özü istifadə etmək üçün bir istifadəlik psixotrop maddə olan metamfetamin sifariş etmişdir. Bunun müqabilində o həmin şəxsə 10 manat pul verməli imiş. Onunla “votsap” sosial şəbəkəsi vasitəsilə danışdıqda “Dominos” pizza restoranının yaxınlığında daşlı hasarın altında ağ sellofanda bir istifadəlik patı adlanan psixotrop maddə qoyduğunu bildirmişdir. O, həmin yerə gəldikdə xx.xx.2021-ci il tarixdə sa at 00:20-də orada olan patı adlanan psixotrop maddəni götürüb çıxıb gedmişdir. O, “patını” götürdüyü yerdən təxminən 200 metr məsafədə piyada “Səma” mebel salonunun yaxınlığında dönərxanadan dönər almışdır. Bu zaman həmin avtomobilin yolun kənarında dayandığını görmüşdür. Lakin avtomobildən heç kəs düşməmişdir. Saat 00:30-da o, dönər aldıqdan sonra üzü poçt istiqamətində dönəri yeyə-yeyə 50 metr yoluna davam etdikdə avtomobilin arxasınca gəldiyini görüb əlindəki patını dönərin içinə atmışdır. Həmin vaxt o, dönərin yarısını artıq yemişdir. Avtomobil onun yanında saxlamış və avtomobildən düşən şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra üzərində hər hansı kəsici-deşici alət olub olmaması barədə sorğu-sual etmişdir. Əlində olan dönəri avtomobilin üzərinə qoymağını bildirmişdir. O, dönəri avtomobilin üzərinə qoymuşdur. Həmin şəxs ondan kəsici-deşici alət soruşduqda ciblərini çölə çıxartmışdır. Cibində olan telefonu, açarı çıxardıb avtomobilin üzərinə qoymuşdur. Sonra 3 nəfər şəxs üzərinə baxmışlar. Ciblərini bir-bir axtarmışlar, lakin cibindən heç nə tapmamışlar. Həmin şəxslərdən biri dönərin içərisində gizlətdiyi metamfetamini tapmışdır. Daha sonra narkotiki tapan şəxs digərlərinə onu avtomobilə əyləşdirməyi tapşırmışdır. 2 nəfər şəxs onu qolundan tutub avtomobilə əyləşdirib Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. Bölmənin qarşısında həmin şəxslərdən biri dönəri ona vermişdir. O, dönəri kənara qoymuşdur. Bölməyə girdikdə bölmədə növbətçi hissənin içərisində kəmərini və açarını götürüb onu saxlama yerinə salmışlar. Gecə orada qalmışdır. xx.xx.2021-c i il tarixdə təxminən saat 16:00 radələrində təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağına gəldikdə ona çəkiliş olduğunu bildirib əşyalarını ona qaytarmışlar. Sonra şirniyyat kağızına bükülmüş vəziyyətdə olan bükülünü ona vermişlər. Bu zaman çəkilişdən əvvəl təhqiqatçı ona narkotik vasitənin 10 qram, psixotrop maddənin isə 2 qram olduğunu və İran vətəndaşından aldığını bildirməyini söyləmişdir. Çəkiliş vaxtı o da dediklərini təkrar etmişdir. Ona təqdim etdikləri şirniyyat paketinin içərisindəki narkotik vasitə ona məxsus olmamışdır. Ona məxsus olan narkotik vasitə bir istifadəlik metamfetamin olmuş və dönərin içərisinə atmışdır. Onun üzərində heroin olmamış, o, ancaq metamfetamin istifadə etmişdir. Daha sonra vəkil gəlmişdir. Vəkil gəlib görüşdükdən sonra 5 dəqiqə onun yanında da yanıb daha sonra çıxıb getmişdir. Çəkiliş qurtardıqdan sonra onu Suraxanı RPİ-nin MSY-nə aparmışlar. O, narkotik vasitənin istifadəçisidir, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, İİR vətəndaşı X10 adlı şəxs ona zəng etmiş, onun nə işlə məşğul olmağıyla maraqlanırmış və ona narkotik vasitə təklif edirmiş. O da demişdir ki, onluq deyil. 2-3 dəfə həmin X10 adlı şəxs ona zəng etmişdir. O, X10 adlı şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitəni götürdüyü yerlə dönər aldığı yerin arası təxminən 200 metr olarmış. Üzərinə baxış keçirilərkən vəkil iştirak etməmişdir. O, narkotik vasitənin istifadəçisidir, satışı ilə məşğul olmur. Cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolda təqdim etdiyi 2 büküm ona məxsus olmamışdır. Onu hal-hazırda xatırlamadığı polis əməkdaşları ona vermişlər ki, çəkiliş zamanı bu bükümlərin ona məxsus olmasını desin. O da həmin bükümlərin ona məxsus olmasını demişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, ***-***-**-** nömrəli telefon onun istifadəsində olmuşdur. Həmin danışıqlar təxminən 1 il, 1 il yarım əvvəl olan danışıqlarıdır. O, narkotik vasitələrin istifadəçisidir, ola bilər ki, həmin şəxslərlə narkotikin alışı ilə əlaqədar hansısa məzmunda danışıq aparmış dır. Bu adamları hazırda xatırlamır, anket məlumatlarını, telefon nömrələrini bilmir. Cinayət işinin 32-33-cü vərəqələrində olan götürmə və baxış keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin elan olunmuş protokolu təsdiq etmir. Cinayət işinin 27-28-ci vərəqələrində olan izahatında, 45-47 və 57-59-cu vərəqələrində olan ifadələrində Məhkum aşağıdakıları göstərmişdir: «... İİR vətəndaşı olan adını X10 kimi bildiyi şəxsi o sosial şəbəkələrin birində təxminən 1-2 ay bundan əvvəl tanımışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 00:20 radələrində o bir neçə saat əvvəl həmin “X10” kimi tanıdığı İranlıdan sifariş etdiyi şəxsin ona Əhmədli qəsəbəsində yerləşən tanımadığı yerdə “kokos” v ə “şüşə” kimi tanıdığı narkotik vasitələri onun gizlətdiyi yerdən götürmüş və bir qədər orada vaxt keçirdikdən sonra Nizami rayonu, “Neftçilər” metrostansiyasmın yaxınlığına olan “Komfort” restoranının yanına saat təxminən 01:45 radələrində gəlmişdir. Götürdüyü narkotik vasitəyə görə ona göndərilən “Kapital bank” kart hesabına 150 manat pul ödəmişdir. Yolla gedən zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və gecə saatlarında nəyə görə orada gəzdiyini soruşub ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Bu zaman, “Choco Pie” markalı şirniyyatın içərisində olan qeyd etdiyi narkotik vasitələr əlində olmuşdur. O həmin narkotik vasitələri gizlin bir yer tapıb istifadə etmək istəyirmiş. Həmin vaxt o özünü itirmiş və şübhəli aparmağa başlamışdır. Bu zaman polis əmə kdaşları onu yaxınlıqda olan 25-ci PŞ-nə gətirmişlər. 25-ci PŞ-də olan zaman ona dövlət hesabına vəkil təyin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman o özünə məxsus “Choco Pie” markalı şirniyyat kağızının içərisində 02 ədəd bükümdə, bir ədədi kokos və bir ədədi metamfetamin kimi tanıdığım narkotik vasitələri təqdim etmişdir....» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və protokolu oxumadan imza etmişdir. O, İran vətəndaşından narkotik vasitə almamışdır. Ona bildirmişlər ki, protokola imza etsin, ona kömək edəcəklər. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Nizami RPİ-nin PPXB-nin manqa komandiri işləyir. 22 noyabr 2021-ci il tarixdə saat 01:45 radələrində x idmət yoldaşları Şahid4, Şahid3 və Şamil Qazıxanov ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında piyada hərəkətdə olan bir nəfər kişini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini bildirdikdə həmin şəxs Məhkum olduğunu bildirmişdir. Həmin şəxs onları gördükdə, həmçinin verdikləri suallara qeyri-səmimi cavab verməsi onlarda şübhə yaratdığından və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onlar həmin şəxsi Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla 25-ci PŞ-nə gəlmişdir. Həmin şəxsin bölməyə təhvil verilməsi və barəsində qanuni tədbir görülməsi barədə raport yazıb imzalamışlar. Bundan sonra 22 noyabr 2021-ci il tarixdə Nizami RPİnin 25- ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkiliş vasitəsilə Məhkum üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Məhkum təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Məhkum heç bir etiraz bildirmədən əlində olan "Choco Pie“ markalanma yazısı olan şirniyyat kağızının arasından 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni, 1 ədəd “Samsung” markalı mobil telefonu və avtomobil açarı və müxtəlif açarları təqdim etmişdir. Sorğu zamanı Məhkum 1 ədəd sellofan bükümdə olan maddənin “kokos” kimi tanınan narkotik vasitə heroin, digər bükümdə olan maddənin isə “patı” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, nar kotik vasitələri 22 noyabr 2021-ci il tarixdə İİR vətəndaşı olan “X10” adlı şəxsdən özünün istifadə etməsi üçün almışdır. Məhkum təqdim etdiyi bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, onlar təqsirləndirilən şəxsə yaxınlaşıb ona sual verdikdə özünü şübhəli aparırmış. Raportu o, yazmışdır. Təqsirləndirilən şəxsin əlində dönər var imiş. Onlar təqsirləndirilən şəxsi Nizami RPİ-nin 25-ci PŞ-nə aparandan sonra müdafiəçi dəvət olunmuş, sonra təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təxminən onlar təqsirləndirilən şəxsi şöbəyə aparandan 20-30 dəqiqə sonra baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təq sirləndirilən şəxsdə olan dönərin içində narkotik vasitənin olubolmamasını o deyə bilməz. Narkotik vasitələr "Choco Pie“ markalanma yazısı olan şirniyyat kağızın arasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, Şahid4, Şahid3 eyni məzmunlu ifadələr verərək şahid Vəliyyədin Məmişovun dediklərini bir daha təsdiq etmişlər. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid3, Ş.Qazıxanov, Şahid4 22 noyabr 2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci ildə saat təxminən 01:45 radələrində Qara Qarayev prospektində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar, həmin şəxsin Məhkum olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 25 -26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman Məhkum əlində olan, üzərində “Choco Pie” yazılan qutunun içindən 02 ədəd sellofan kağızda bükümləri təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə, birinin içərisində tünd qəhvəyi rəngli, digərində isə ağ rəngli spesifik iyə malik maddələr aşkar edilmişdir. Sorğu zamanı Məhkum həmin bükümləri İİR vətəndaşı olan “X10” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Məhkum üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd açar, 01 ədəd eynək və 01 ədəd avtobus kartı aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoç əkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 36-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli 6/5162 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «vət. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər...» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,998 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədədbükümdə təmiz çəkisi 1,732 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 22 noyabr 2021-ci il tarixdə Məhkum üzərinə keçirilən şəxsi axtarış və götrürmə zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Məhkum üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Məhkum əlində olan üzərində "Choco Pie“ markalanma yazısı olan kağızın içinə baxış keçirən zaman iki büküm, bir bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin, digər bükümdə ağ kristal halında olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin narkotik vasitəni İİR vətəndaşı “X10” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Re spublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2022-ci i! tarixli, 493 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 187-ci vərəqində olan NMB-nin icraatına Nizami RPİ-nin İŞdən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, əməliyyat tapşırığında Məhkum telefon danışıqlarında narkotik satışı ilə bağlı ona mesajlar yazan və onun narkotik satışı məzmunlu mesajlar yazdığı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-****, ***-***-* *-** saylı mobil nömrələri işlədən şəxslərin müəyyən edilərək ifadələrinin alınması və üzləşdirmə istintaq hərəkəti keçirilməsi üçün İŞ-nə gəlmələrinin təmin edilməsi göstərilmiş, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyat keçirilmiş, lakin yuxarıda göstərilən nömrələrdən ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin təyin edilmədiyinə və digər nömrələrin uzun müddət istifadədə olmadığı üçün işləmədiyinə görə nömrəni işlədən şəxslərin müəyyən edilərək istintaqa gətirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,998 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazı rlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,732 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində aşkar olunmuş psixotrop maddə metanfetamini və narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin satışını həyata keçirərkən, bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 22 noyabr 2021-ci il tarixdə s aat 01:45 radələrində xidmət yoldaşları Şahid4, Şahid3 və Şahid 4 ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında piyada hərəkətdə olan Məhkum yaxınlaşmış və həmin şəxs onları görən zaman özünü şübhəli apardığından, həmçinin verilən suallara qeyri-səmimi cavab verdiyindən bu onlarda şübhə yaratmışdır. Həmçinin Məhkum üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından polis əməkdaşları sonuncunu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmiş və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin aşkar olunmuşdur. Habelə, şahid ifadələrindən və 22 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Məhkum barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirlməsi üçün əsas o nun özünü şübhəli şəxs kimi aparması olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik v asitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələrin və ps ixotrop maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli qəra rının dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət hazırki qərarla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar