Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-954/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli 1(008)808/2023 nömrəli (hakim: İmanova Nigar Arzu qızı sədrliyi) hökmü ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 1(008)-245/2023 nömrəli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c i maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmişdir. Hökmlə, həmçinin maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Hökmdən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli 1(103)-2143/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, X13 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 3,442 qram narkotik vasitə asetilə edilən tiryəki əldə edib üzərində sax lamaqla daşımış, 11 may 2023-cü il tarixdə, saat 19:00-da xxx küçəsi nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,442 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 16 noyabr 2023-cü il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən, həmin qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə bəraət hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli vermiş olduğu ifadəsinə tənqidi yanaşmamış, onun məhkəmə istintaqı zamanı ona verilmiş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətləri tam, hərtərəfli araşdırıb hüquqi qiymət verməmiş, əksinə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini səmimi və inandırıcı qəbul edərək bəraətin əsa sı kimi qəbul etmişdir. İş materiallarına nəzər salarkən müəyyən olunur ki, X dindirmənin bütün mərhələsində, o cümlədən sonuncu ifadəsi alınarkən belə müdafiəçinin iştirakı ilə sərbəst ifadələr vermişdir ki, bununla da o, hər hansı şəkildə etirafedici ifadə verməyə məcbur edilə bilməzdi. Lakin məhkəmə təqsirləndirilən şəxsin vermiş olduğu sonuncu ifadəsini “sübutların qiymətləndirilməsi haqqında” qərarın qəbul edildiyi tarixlə eyni gündə verilməsini əsas gətirib təsir, təzyiq nəticəsində verilmiş ifadə kimi qəbul etmiş, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin sonuncu ifadəsinə istinad etməsini əsassız hesab etdiyi halda, məhkəmə özü də yekun qərarında təqsirləndirilən şəxsin ilkin ifadələrinə istinad etməsini düzgün qiymətləndirə bilməmişdir. Cinayət işinin materiallarından g örünür ki, müdafiəçi Fikrət Məmmədov məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs X-in hüquqlarını müdafiə etmiş, həmçinin məhkəmə baxışı zamanı həmin vəkil müdafiəçi qismində iştirak etmişdir. İş materiallarından görünür ki, Sabunçu rayon prokurorluğunda təqsirləndirilən şəxs X-in polis əməkdaşları tərəfindən döyülməsi xüsusatı ilə bağlı qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarından nə sonuncunun özü, nə də müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq işgəncə faktı ilə əlaqədar cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla bağlı təqsirləndirilən şəxs və onun ifadəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayə t verilməməsinə baxmayaraq, səlahiyyətlərindən kənara çıxaraq aşkar formada cinayət təqibi orqanının ləğv edilməmiş qərarının qanuniliyini şübhə altına almış, nəhayət iş materialları ilə təsdiq edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin ziddiyyətli ifadələrinə əsaslanaraq qəti şəkildə X-in polis tərəfindən pis rəftara məruz qoyulmasının təsdiqini tapması qənaətinə gəlmişdir. X6 ibtidai istintaq zamanı sonuncu etirafedici ifadəsi, şəxsi axtarış və götürməyə dair istintaq hərəkətini özündə əks etdirən videoçəkiliş, eləcə də şahidlərin ifadələri, iş üzrə alınmış məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarın ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qər arının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən X8 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X8 verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməməsi barədə qənaətə gəlinmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində gö stərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəl b edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayə t mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinay ətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. X6 məhkəməyədək icraat zamanı verdiyi etiraf ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “....11 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları X və X1 onu evdən götürmüşlər. Belə ki, polis əməkdaşları onların evinin plastik pəncərəsini sındırıb evə daxil olaraq onu polis şöbəsinə aparmışlar. O, polislərdən niyə şöbəyə aparıldığını soruşduqda X adlı polis əməkdaşı “gedək şöbədə biləcəksən” kimi cavab vermişdir. O, şöbəyə gəldikdən ona bir büküm təqdim edilmiş və videoçəkiliş zamanı bükümün ona məxsus olmasını bildirməsi deyilmişdir. O, buna etiraz etmiş, uzun zamandır narkotik vasitə istifadə etmədiyini, narkoloji dispanserdə müalicədə olduğunu bildirmişdir. Bu zaman onu polis şöbəsində birinci mərtəbəyə apararaq otaqlardan bir ində döyərək verdikləri bükümün ona məxsus olmasını bildirməsini demişlər. O, çarəsiz qalaraq razılaşmışdır. Onun videoşəkiliş zamanı cibindən bükümü çıxararaq ona məxsus olmasını bildirməsinin səbəbi döyülməsi və polis əməkdaşlarından qorxması olmuşdur. Cinayət işinin materialları istintaqa verildikdən sonra o, müstəntiqə həqiqətləri söyləmiş və üzərindən “aşkar olunmuş” narkotik vasitənin ona məxsus olmadığını, evdən götürüldüyünü, polis bölməsində döyüldüyünü bildirmişdir. Lakin cinayət işi məhkəməyə göndərilməmişdən az müddət əvvəl müstəntiq Məhəmmədəli Cümşüdov onu yanına çağıraraq kompüterdə yazılmış ifadəni imzalamasını, ona kömək edəcəyini və tutulmayacağını bildirmişdir. O, müstəntiqə inanaraq təqdim etdiyi sənədləri imzalamışdır. Həmin sənədləri ümumiyyətlə oxumamışdır....... ç əkiliş zamanı üzərində çıxan maddənin nə olduğunu bilmədən təqdim edərək özünə məxsus olduğunu bildirdiyini, üzərinə baxış keçirilən zaman həmin maddənin “kakos” olduğunu deməsini onu döyən polis əməkdaşının sözü ilə dediyini, həmin polis əməkdaşının onun cibinə bir büküm qoyaraq “içəridə cibindən çıxarıb deyərsən kakosdu, şəxsi istifadəm üçün almışdım” dediklərini, həmin polis əməkdaşının onun ayaqlarının üstünə çıxaraq ona ağrı verdiyini və ayaqlarının şiş olduğunu, bud nahiyəsinin şalvarı çıxarmasının mümkün olmayacaq səviyyədə şişdiyini, həmin xəsarətlərin müvəqqəti saxlama yerində də qeydə alındığını,.... şişlərin polis bölməsində döyülmə nəticəsində yarandığını, onu döyən polis əməkdaşının adını bilmədiyini......bildirmişdir.”. Onun şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilki n ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd olunanların əksinə olaraq birinci instansiya məhkəməsində məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahidlər Şahid2 və Şahid1 X-in könüllü şəkildə cibindən çıxararaq təqdim etdiyi maddənin tozşəkilli maddə olduğunu, həmin maddənin heroinə bənzədiyini, X-i evindən götürmədiklərini, evinin yaxınlığında saxladıqlarını, onun polis bölməsində döyülmədiyini, könüllü şəkildə cibində olan tozşəkilli maddəni təqdim edərək həmin maddənin kakos olduğunu və şəxsi istifadəsi üçün almasın ı bildirdiyini göstərmişdirlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, X13 11 may 2023-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tərtib edilmiş 12 may 2023-cü il tarixli aktdan görünür ki, X13 12 may 2203-cü il tarixdə, saat 00:10-da Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSY-dən tam baxış keçirilmiş, baxış zamanı onun sol qolunda köhnə kəsik izləri aşkar olunmuş, hər iki ayağı şişmiş vəziyyətdə olmuş və ayaqlarında çoxlu sayda yaralar aşkar olunmuşdur. Özünün deməsinə görə narkotik vasitə istifadəçisi olduğundan həmin yaralar əmələ gəlmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsin in Müvəqqəti Saxlama Yerindən daxil olmuş 1 sentyabr 2023-cü il tarixli, 49/2-35643 saylı məktub və ona əlavə edilmiş akt elan edildikdən sonra təqsirləndirilən şəxs X13 ayağında olan yaraların çoxdan narkotik vasitədən istifadə nəticəsində yarandığını, lakin şişkinliklərin polis bölməsində döyülməsi və ayaqqabı ilə onun budlarının və ayaqlarının üzərinə polis əməkdaşı tərəfindən çıxılması nəticəsində yarandığını, lakin aktda şişkinlərin yaranma səbəbi barədə heç nə yazılmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan (i.v.106-107) 14 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sabunçu rayon prokurorluğunun müstəntiqi döyülməsi barədə məlumat daxil olmuş X6 izahatını almadan, məhkəmə-tibb ekspertizasının rəyini almadan öz şəxsi mülahizələri əsasında X-in döyülməməsi və bununla bağlı cinayət hadisəsinin olmaması qənaətinə gələrək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin sorğusuna əsasən X6 döyülməsi ilə bağlı rədd materialı Bakı şəhəri Sabunçu rayon prokurorluğundan tələb edilmiş və Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən təqdim edilmiş 6 sentyabr 2023-cü il tarixli, 374 C/23 saylı məktubdan görünür ki, 14 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 2 sentyabr 2023-cü il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün yenidən icraata qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə əlavə araşdırma aparılması barədə” 2 sentyabr 2023-cü il tarixli qəra rdan görünür ki, X6 döyülməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərar Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən ləğv edilərək material üzrə əlavə araşdırmanın aparılmasının müstəntiqə tapşırılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 374 C/23 saylı rədd materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması xüsusatı əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. 11 may 2023-cü il tarixdə saxlanılaraq polis bölməsində döyüldüyünü göstə rən X13 barəsində təxminən hadisədən 4 ay sonra məhkəmə-tibb ekspertizası təyin edən müstəntiq ekspert qarşısında təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub-olmaması, vardırsa xəsarətlərin sayı, ölçüləri, lokalizasiyası, yetirilməsi şəraiti, müddəti, yetirilmə ardıcıllığı, ağırlıq dərəcəsinin müəyyən edilməsi, xəsarətlərin nə vaxt və hansı şəraitdə yetirilməsi barədə suallar qoymuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 2239 nömrəli rəyinə əsasən X6 üzərində xəsarət müəyyən edilməmişdir. Odur ki, X6 döyülməsini iddia etdiyi tarixdən 4 ay sonra keçirilmiş və ekspert qarşısında X-in üzərində xəsarətlərin olub-olmamasına dair qoyul muş suallar əsasında verilmiş ekspert rəyinə əsaslanmaqla X-in izahatındakı xüsusatların tamamilə təkzib edildiyi qənaətinə gəlinmişdir ki, aradan keçən uzun müddətdən sonra onda xəsarətlərin aşkar edilməməsi ağlabatan hesab edilməlidir ki, bu da aparılan araşdırmanın formal və səthi aparılmasının göstəricisidir. O cümlədən, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolundan, bu istintaq hərəkətini özündə əks etdirən CD diskdə olan videogörüntülərdən, X13 təqdim etdiyi bükümün içərisində narkotik vasitə «Kakos»un olduğunu bildirsə də (hansı ki, qeyd olunan hal şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə də təsdiq olunur), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 may 2023-cü il tari xli 6/2740 nömrəli rəyinə əsasən həmin bükümün içərisindəki maddənin kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək olması müəyyən edilmişdir. Belə olduğu təqdirdə isə haqlı olaraq aşağı instansiya məhkəmələrində, nə üçün X6 üzərindən aşkar edilmiş maddənin heroin olmadığı halda şəxsi axtarış və götürmə zamanı həmin maddənin kakos olmasını bildirməsi sual yaratmış və X-in polis bölməsində döyüldükdən sonra üzərinə qoyulmuş bükümün içərisində olan maddənin nə olduğunu bilmədiyindən, ona polis əməkdaşı tərəfindən “içəridə cibindən çıxarıb deyərsən kakosdu, şəxsi istifadəm üçün almışdım” deyilməsi faktının doğruluğuna əsas yaratmışdır. Qeyd olunanlarla yanaşı “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və həmin istintaq hərəkətini özündə əks etdirən CD diskdəki görüntülərdən müəyyən olunmuşdur ki, X6 təqdim etdiyi bükümün içərisində narkotik vasitə «Kakos» olduğunu bildirdiyi göstərilsə də, təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində toz şəkilli heroinə bənzər maddənin (kakos) olması deyil, bərk şəkildə tünd qəhvəyi rəngli bir kütlənin aşkar edilməsinə baxmayaraq təhqiqatçı buna əhəmiyyət vermədən, saxlanılan şəxs X5 hansı səbəbdən üzərindən aşkar edilmiş bükümdə olan maddənin kakos, yəni heroin olmasını bildirməsini dəqiqləşdirmədən aşkar edilmiş maddəni qablaşdırmış, bununla da həmin narkotik vasitənin qablaşdırılması prosesi, narkotik vasitənin qoyulduğu zərfin içərisinin boş olması, məhz X-in təqdim etdiyi bükümün həmin zərfin içərisinə qoyulması və ondan sonra möhürlənərək imzalanması videoçəkiliş zamanı qeydə alınmış görüntülərdə açıq şəkildə çəkilişlə qeydə alınmamışdır. Cinayət işinin materiallarına nəzər yetirildiyi zaman X6 11 may 2023-cü il tarixdə, saat 19:00-da saxlanıldığı, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin isə 11 may 2023-cü il tarixdə, saat 20:50-dən 21:00-dək keçirildiyi müəyyən edilir. Qeyd olunan hallar isə şəxsin saxlanıldıqdan 1 saat 50 dəqiqə sonra üzərində axtarış aparıldığını göstərir ki, təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında uzun müddətin keçməsi halı və halın mövcudluğunun ağlabatan izahının olmaması, aparılan tədbir nəticəsində əldə olunan sübutun mümkünlüyünü ciddi şübhə altına alır. O cümlədən, 11 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan aydın olur ki, həmin istintaq hərəkətinin 10 dəqiqə, yəni saat 20:50-dən 21:00-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən CD diskdən həmin görüntünün 11 may 2023-cü il tarixdə, saat 19:28-də qeydə alınması (sənədlərə əsasən şəxsi axtarış və götürmənin keçirildiyi vaxtdan öncə) və cəmi 4 dəqiqə 25 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Belə olan halda X6 həqiqətən nə zaman saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmələr üçün aydın olmadığından, bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, 48 saatlıq tutulma müddətinin pozulmasının, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Bel ə ki, cinayət işinin materiallarında olan sənədlərdən, həmçinin, müəyyən olunur ki, X13 11 may 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 20:30-da tərtib olunmuş protokolla o və müdafiəçisi Məmmədov Fikrət Məhəmmədəli oğlu elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi Məmmədov Fikrət Məhəmmədəli oğlunun həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Bu hal isə məhkəmələr tərəfindən haqlı olaraq müdafiəçinin 11 may 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzala maq üçün gəlməsinin və şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmasının, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməməsinin, sonradan isə X6 ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etməsinin şübhəli məqam kimi qiymətləndirmiş və təqsirləndirilən şəxs X6 müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin edilməməsi barədə nəticəyə gəlmişdirlər. Odur ki, kassasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxsin saxlanılmasına, şübhəli şəxs qismində tutulmasına, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə söykənən faktlara əsasən iş üzrə araşdırmanın CPM-in tələblərinin pozulması ilə aparıldığı qənaətinə gəlir. Bu səbəbdən də, ittiham tərəfinin dəlillərinin söykənmiş olduqları cinayət işinin sübutlarından olan polis əməkdaşlarının ifadələrinin və şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolun mötəbərliyi sual altında qalır. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinay ət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən b iri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Beləliklə də, X6 “şöbəyə gəldikdən sonra ona bir bükümün təqdim edildiyi, polis şöbəsində döyülərək verdikləri bükümün özünə məxsus olmasını bildirməsini dedikləri və nəticədə çarəsiz qalaraq onlarla razılaşdığı” barədə ifadəsinin cinayət işi üzrə toplanılmış digər sübutlarla müqayisəli təhlili, həmin ifadənin həqiqətə uyğun olmasına və hadisələrin real ardıcıllığını əks etdirməsinə əsas verir. Odur ki, ittihamın əsasını təşkil edən “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyi şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X8 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası məhkəmə baxışı zamanı müəyyən etmişdir ki, məhkəməyədək ibtidai is tintaq orqanı X8 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün ibtidai istintaq dövründə etirafedici ifadəsinə, şahidlər-polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrinə, habelə şəxsi axtarış və götürmə aparılması haqqında protokoluna istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etdikdə və hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxladıqda ittiham əsassız hesab edilməlidir. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Zamin Camalovun təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliy in müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Dövlət ittihamçısı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, məhkumun pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Rayon Prokurorluğunda araşdırma aparılmış və həmi n fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərar qəbul edilmiş və həmin qərar qüvvədədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən qeyd edildiyi kimi cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlarda n istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda qeyd edilən fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların a raşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və e yni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada mü əyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. B u, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin X barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan deyil, müvafiq sübutlara, həmçinin bu materiallarla uzlaşan X-in verdiyi məlumatlara əsasən müəyyən etdikləri faktdan eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olun an məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək X-in saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin X-ə aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi CPMin 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X6 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirilən dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını əsas götürməyərək mötəbər hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya məhkəmə kollegiyasının qərarında ətraflı şəkildə sadalananlara əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlili olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in qeyd edilən normalarının müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmı ş sübutlara isə CPM-in tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya ka ssasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-954/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-954/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver