Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-955/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; X13 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: X12) 03 dekabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı vəzifəsində işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, məhəllə 972, 38 saylı evin 64 saylı mənzilində qeydiyyatda olan və yaşayan Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.2 və 264cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq olunmuş və o, təqsirli bilindiyi 263.1-1-ci m addəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. İşin halları: Məhkum1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 30 aprel 2019-ci il tarixdə, saat 22:07 radələrində arvadı X2 adına olmaqla, müvafiq qaydada etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X17” markalı, **OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropoliteninin "Koroğlu” stansiyası istiqamətindən "Neon” şadlıq sarayı istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanının qarşısında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi y ol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmalı, hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq məqsədilə mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ bazunun arxa səthinin qançırı, sağ dirsək oynağı və sifətin sıyrıqları, burun sümüyünün sınığı ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ tərəfli hemotoraksla nəticələnmiş 410-cu qabırğaları, sağ kürək və aşıq sümüyünün yerdəyişən sınıqları ilə nəticələnən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi sözün əsl mənasında öz hərəkətləri ilə ittiham tərəfini əvəz etməyə çalışmış və nəticə olaraq Məhkum1 barəsində çıxarılmış bəraət hökmünü ləğv etmişdir. Müdafiəçi kassasiya ş ikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə istintaqının gedişində video görüntülərə baxış zamanı da piyadanın ilkin olaraq hansı hərəkət zolağında vurulması video görüntüdən görünmür. Ümumiyyətlə piyadanın Məhkum1 avtomaşını tərəfindən vurulması anı video görüntüdə yoxdur və bu səbəbdən də piyadanın Məhkum1 avtomobili tərəfindən vurulmazdan əvvəl hərəkət zolaqlarını ayıran xəttin üzərində dayanıb avtomaşınları buraxması barədə təqsirləndirilən şəxsin və hadisənin yeganə şahidi Nazim Ajennadyatın göstərdiklərini təkzib etmək mümkün deyildir. Bundan başqa, Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X6 göstərdi ki, Məhkum1 piyadanı necə vurmasını görməmişdir. Yəni, o hadisənin ilkin başvermə mexanizmi ilə bağlı heç nə göstərə bilmir. Təbii ki, o lazımi diqqə t göstərərək Məhkum1 piyadanı vurmasını görsəydi, özü vaxtında tədbir görüb, artıq yerdə olan piyadanı heç vaxt vurmazdı. Müdafiəçi qeyd etmişdir ki,, videogörüntü natamamdır və sübut kimi qəbul edilə bilməz. Ona görə ki, videogörüntüdən piyadanın Məhkum1 avtomaşını tərəfindən vurulmazdan əvvəl dayanıb - dayanmaması və Məhkum1 avtomaşını ilə vurulma anı görünmür. Əgər istintaq orqanı doğurdan da iş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən bu mexanizm üzrə yolnəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, istintaq orqanı tərəfindən hadisə mexanizmi təhrif edilmiş, təhlükə anının davam etmə müddəti qəsdən uzadılmış, qeyri-real parametrlərlərlə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə qərəzli rəy alınmışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmünün Məhkum1 aid hissədə ləğv edilməsini və Məhkum1 əməlində cinayət tərkibi olmadığından ona dair hissədə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri t ərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci ma ddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinay ət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayət ləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəz i xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində quraşdırılmış TŞ-4-076 və TŞ4-080 nömrəli kameralarının qeydə aldığı Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən «CD» disk vasitəsi ilə təqdim edilmiş görüntülərə təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə keçirilmiş 09 iyul 2019cu il tarixli baxış protokolundan görünür ki, 30 aprel 2019-cu il tarixdə saat 22:06:29-da piyada Zərərçəkmiş şəxs yolun «Neolit» restoranının qarşısı olan, yəni qoşa xətdən sol tərəfdə səkinin kənarında dayanmış avtomobillərin qarşısı ilə hərəkət hissəsi ilə düzünə «Neptun» restoranı, yəni, M.Əliyev küçəsi 9 A ünvanı istiqamətində hərəkət edərək, sonradan yolu keçmək üçün yolun mərkəzinə, qoşa xəttə doğru addımlamış, saat 22:06:55-də M.Əliyev küçəsi 9 A ünvanının qarşısında, qoşa xəttə çatdıqda dayanmadan yolu soldan sağa asta qaçışla çəpinə şəkildə keçərək, qoşa xətdən sonrakı 1 -ci, daha sonra isə 2-ci hərəkət zolağına daxil olmuş, qoşa xətti keçməsindən 8 saniyə sonra, yəni saat 22:07:03-də «X17» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun mərkəzində olan qoşa xətdən sağ tərəfdə yerləşən ikinci hərəkət zolağı ilə M.Əliyev küçəsi 9 A ünvanının qarşısında olan piyada Zərərçəkmiş şəxs hərəkət xəttini keçmiş, bundan sonra bir qədər qarşıda yolun mərkəzində olan qoşa xəttin üzərində dayanmış və hərəkətdə olan digər avtomobillər sürətlərini azaltmağa başlamışdır. Bundan əlavə, TŞ4076.3 nömrəli kameranın görüntüsündə isə «X17» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun 3-cü h ərəkət zolağı ilə hərəkət etməsi, onun hərəkət zolağı ilə piyada Zərərçəkmiş şəxs yolu qaçaraq keçməsi, bir qədər sonra isə «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı, üzərində taksi trafareti olan avtomobilin yolun qoşa xətdən sağ tərəfdə 3-cü hərəkət zolağı ilə hərəkət etməsi, həmin zolaqda yerdə piyadanın uzanıqlı vəziyyətdə olması, «Mercedes Benz E 220 CDİ» markalı avtomobilin dayanmadan yerdə uzanmış piyadanın üzərinə doğru getməsi, piyada və həmin avtomobilin görüntüdən itməsi əks olunmuşdur. Baxış iştirakçısı Məhkum1 görüntülərdə qeydə alınmış «Rang Rover» markalı avtomobili onun idarə etdiyini, yolu keçən piyada Zərərçəkmiş şəxs vurmamaq üçün avtomobili sola tərəf çəksə də, hadisənin qarşısını ala bilmədiyini, Zərərçəkmiş şəxs vurduqdan sonra yerdə uzanıql ı vəziyyətdə olarkən onun üzərinə doğru hərəkət edərək onu vurub sürütləyən isə Məhkum2 idarə etdiyi avtomobil olduğunu bildirmişdir. (cild 02, iş v. 135-139) İş materiallarına əlavə edilmiş "Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 03 may 2019-cu il tarixli protokollardan və əlavə olunmuş fotocədvəllərdən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 11 saylı cərimə meydançasında «X17» markalı **-OG-*** dövlət nömrə nişanlı və «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət nömrə nişanlı avtomobillərə Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, ağ rəngli «X17» markalı 90-0G-00 2 dövlət qeydiyyat nişanlı avtomobilin ön kapot hissəsi yerdən 110 sm hündürlükdə yerləşməklə avtomobilin sağ qabaq qanadı deformasiyaya uğramış, batıq vəziyyətdədir. Yerdən 95 sm hündürlükdə yerləşən avtomobilin sağ qabaq faranın şüşəsi sınmış, avtomobilin qabaq buferinin sağ tərəfi avtomobilin kuza hissəsinə bərkidilən yerdən çıxmış, sağ yan güzgü isə qopmuşdur.... İş materiallarında olan Kompleks məhkəmə videogörüntü və əlavə məhkəməavtotexniki ekspertizasının 12 iyul 2019-cu il tarixli 17585/86 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş «Sony» markalı diskdə qeydə alınmış «E:/Tş4-076.1-Part 2 (2019-04-30 21-52- 49 - 201904-30 22-15-25). avi» adlı videofayldakı videoyazıya görə piyada Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı andan «X17» markalı **OG-*** döv lət qeydiyyat nişanlı avtomobilin videokadrda göründüyü son ana qədər olan (videoyazıdakı görüntülərdə piyada Zərərçəkmiş şəxs ən yaxın olduğu ana qədər) zaman müddəti 8,00 saniyə təşkil edir. «X17» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 02, iş v. 169-175) Apellyasiya məhkəməsi Məhkum1 təqsirli hesab edərkən, həmçinin göstərmişdir ki, Məhkum1 birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində təsvir etdiyi şərait, iş materiallarında olan ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrlə, tərtib olunmuş protokolların məzmu nu, videogörüntülərdə qeyd olunan hallarla və keçirilmiş ekspertiza rəyləri ilə uzlaşmadığından məhkəmə kollegiyası iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Apellyasiya məhkəməsi kompleks məhkəmə videogörüntü və əlavə məhkəməavtotexniki ekspertizasının 12 iyul 2019-cu il tarixli, 17585/86 nömrəli ekspert rəyi ilə əlavə kompleks məhkəmə-videogörün tü və yol- nəqliyyat hadisələri ekspertizasının 06 noyabr 2020-ci il tarixli rəyi üzrə videdogörüntülər əsasında müəyyən edilmiş obyektiv və bir-biri ilə ziddiyyət təşkil etməyən hallar qarşılıqlı şəkildə tədqiq edilərək hadisələrin baş verməsinin obyektiv halları müəyyən etməklə belə hesab etmişdir ki, Məhkum1 ibtidai istintaqın sonrakı mərhələlərində və birinci və apellyasiya instansiyaları məhkəmələrində verdiyi ifadələrində piyadanın onun hərəkət istiqamətində qoşa xəttin üzərində durduğunu və təxminən 15-20 metr çatmasına qalmış onun hərəkət hissəsinə çıxdığından hadisənin qarşısını almağa imkanı olmadığını qeyd etməsi halında, 50-60 km/saat sürətlə hərəkət edən Məhkum1 dediyi şəraitdə, yəni avtomobil 50 km/saat sürətlə avtomobili idarə etdiyi təqdirdə sürəti 13,88 metr/saniyə, 60 km/ saat sürətlə idarə etdiyi təqdirdə isə 16,66 metr/saniyə sürətlə hərəkət etdiyi halda, ifadəsində dediyi kimi piyadaya çatmasına 15-20 metr qalmış sonuncunun qoşa xətti keçərək hərəkət etdiyi müddət cəmi 1-2 saniyə təşkil etməliydi ki, bu hal da yuxarıda qeyd olunan ekspert rəyləri və videogörüntülər əsasında müəyyən edilmiş olan həqiqətdə həmin müddətin ən azı 12 saniyəni əhatə etməsi ilə heç bir şəkildə uzlaşmır və Məhkum1 təsvir etdiyi, eləcə də birinci instansiya məhkəməsinin qəbul etdiyi şəraitə əsaslanaraq iş üzrə yekun nəticəyə gəldiyi və digər ekspert rəylərinə münasibətdə mötəbər hesab etdiyi əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 27486 saylı rəyində göstərilənlərin ümumiyyətlə həqiqətlə yaxından uzaqdan əlaqəsinin olmadığını və uydurm a bir şərait üzərində həmin rəyin verildiyini bir daha təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 30 aprel 2019-ci il tarixdə, saat 22:07 radələrində arvadı X2 adına olmaqla, müvafiq qaydada etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X17” markalı, **OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropoliteninin "Koroğlu” stansiyası istiqamətindən "Neon” şadlıq sarayı istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanının qarşısında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayara q, idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmalı, hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq məqsədilə mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ bazunun arxa səthinin qançırı, sağ dirsək oynağı və sifətin sıyrıqları, burun sümüyünün sınığı ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ tərəfli hemotoraksla nəticələnmiş 410-cu qabırğaları, sağ kürək və aşıq sümüyünün yerdəyişən sınıqları ilə nəticələnən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlə rini daşıyan xəsarətlər yetirməsi barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olması üçün heç bir əsas yoxdur, lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021ci il tarixli hökmü ilə Məhkum1 cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair gəldiyi nəticə dəyişdirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən hər hansı bir cinayətin törədilməsində təqsirli bilinən şəxsin məsuliyyətdən azad edilməsi halları müəyyən edilməmişdir. Eyni zamanda məsuliyyətdən azad edilmiş şəxsin təqsirli bilinməsinə yol verilmir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilinməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmünün nəticə hissəsində “Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin” sözləri “Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi müəyyən edilsin” sözləri ilə əvəz edilsin. Məhkum1 barəsində cinayət işi üzrə icra ata Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, yəni cinayət qanunvericiliyinin müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-955/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-955/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver