Məhkəmə qərarları › İş №1(102)-955/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-955/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-955/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxslər X8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs16 iştirakları ilə, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarından Məhkum və onun müdafiəçiisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 4 iyul 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəm əsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, mülkiyyətinə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs1 hüquqi yardım göstərməklə həmin ziyanın ödənilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ilk dəfə 05 yanvar 2021-ci il tarixdə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə 3.000 manat, bundan sonra 06 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Milliön» ödəmə terminalı vasitə si ilə ona məxsus olan 4169- 7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, sonuncu dəfə isə 2021-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində 5.000 manat olmaqla, ümumilikdə 8.200 manat pulunu almış, vədlərində əməl etmədiyi üçün Zərərçəkmiş şəxs1 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 5.700 manat məbləğində pulu geri qaytararaq, qalan 2.500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 cəmi 2.500 (iki min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etm əklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 36 saylı sahədə yerləşən 0,20 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən imtina edilməsi ilə əlaqədar iddia ərizəsi əsasında başlanılmalı olan məhkəmə icraatı zamanı sonuncunun xeyrinə qərar çıxarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 19 yanvar 2021-ci il tarixdə 3.000 manat, bundan sonra 22 yanvar 2021-ci il tarixdə 6.000 manat və sonuncu dəfə 28 yanvar 2021-ci il tarixdə 1.200 manat olmaqla, ümumilikd ə 10.200 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs2 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 5.000 manat məbləğində pulu geri qaytararaq, qalan 5.200 (beş min iki yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs12 məhkəmə qətnaməsi əsasında azyaşlı uşağı Ümrə Abbaszadənin rəsmi nikahdan ayrıldığı arvadı Aygün Quliyevanın himayəsindən alınıb Zərərçəkmiş şəxs12 himayəsinə veriləcəyinə köməklik göstərəcəyi nə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 27 yanvar 2021-ci il tarixdə 600 manat, bundan sonra 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən «Akkord» yaşayış binasının yaxınlığında 400 manat, sonuncu dəfə 28 mart 2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat olmaqla, ümumilikdə 1100 (min yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs12 ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs13 məhkəmə vasitəsi ilə borc pulun qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 63A, mənzil 57-də 15 fevral 2021-ci il tarixdə 7.000 manat, bundan sonra 18 fevral 2021-ci il tarixdə həmin ünvanda 4.000 manat, bundan sonra 21 fevral 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat, sonuncu dəfə 02 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında 4.500 manat olmaqla, ümum ilikdə 21.500 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs13 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 19.000 manat məbləğində pulu geri qaytararaq, qalan 2.500 (iki min beş yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs13 ziyan vurmaqla dələduzluq etmişdir.

6. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş X11 20 aprel 2021-ci il tarixdə rəsmi qaylada alqı-satqı ilə ipoteka fonduna qoyulmaqla X20 140.000 manata satmış ünvan 4 ünvanında yerləşən 2 otaqlı 85 kv.metr sahəsi olan mənzilin qanuni yolla qaytarılmasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 13 may 2021-ci il tarixdə 1.200 manat, bundan sonra 19 may 2021-ci il tarixdə 22.000 manat, bundan sonra 30 may 2021-ci il tarixdə 250 manat, bundan sonra 01 iyun 2021-ci il tarixdə 50.000 manat, bundan sonra 09 iyun 2021-ci il tarixdə 50.000 manat, bundan sonra 15 iyun 2021-ci il tarixdə 5.000 manat, bundan sonra 25 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən «Bravo» Hipermarketdə yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına k öçürdüyü 100 manat, bundan sonra 01 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olan «Dəniz» marketdə yerləşdirilmiş «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565- 4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat, sonuncu dəfə 11 avqust 2021-ci il tarixdə vəkil kimi fəliyyət göstərdiyi ofisdə 3.500 manat olmaqla, ümumilikdə 132.150 (yüz otuz iki min yüz əlli) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs X1 miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

7. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göst ərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs9 keçmiş əri tərəfindən ödənilməmiş qalmış alimenti almağa köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 63A, mənzil 57-də ilk dəfə 08 iyul 2021-ci il tarixdə 500 manat, sonuncu dəfə 16 dekabr 2021-ci il tarixdə «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 390 manat olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 ziyan vurmaqla dələduzluq etmişdir.

8. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəh əri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs10 mənzildən cehizlik əşyaların çıxarılması və mənzilin boşaldılması tələbinə dair məhkəmədə hüquqlarını qorunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə icarə əsasında vəkil fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 12 iyul 2021-ci il tarixdə 1.000 manat, bundan sonra 12 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin Xətai rayon filialının ödəniş terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 600 manat, bundan sonra 20 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Aygün City» Ticarət Mərkəzində 300 manat, sonuncu dəfə 14 avqust 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 150 manat olmaqla, ümumilikdə 2.050 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs10 ona verdiyi pulların qaytarılmasını tələb etdikdən sonra 500 manat məbləğində pulu geri qaytararaq, qalan 1.550 (min beş yüz əlli) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs10 ziyan vurmaqla dələduzluq etmişdir.

9. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bak ı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi iləbağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs11 arvadını işə düzəlməsi məqsədi ilə X14 verdiyi 7.000 manat pulun geri qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla, ilk dəfə 26 iyul 2021-ci il tarixdə 1.000 manat, bundan sonra 01 avqust 2021-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 140 manat, sonuncu dəfə 15 noyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 41 69-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat olmaqla, ümumilikdə 1.340 (min üç yüz qırx) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 ziyan vurmaqla dələduzluq etmişdir.

10. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs11 özünü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili kimi təqdim edib sonuncuya mərhum atası X12 aldığı təqaüdü anası X5 adına rəsmləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 03 sentyabr 2021-ci il tarixdə 1.100 manat, bundan sonra 07 sentyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerələşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 100 manat, bundan sonra 02 noyabr 2021-ci il tarixdə ünvan 8 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385- 0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, sonuncu dəfə 06 noyabr 2021-ci il tarixdə Baki şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanda 300 manat olmaqla, ümumilikdə ümumilikdə 1.700 (min yeddi yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 ziyan vurmaqla dələduzluq etmişdir.

11. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs7 ünvan 10 ünvanda yerləşən "xxxx" MTK tərəfindən yeni inşa edilmiş binanın 3-cü mərtəbəsində yerləşən 76 kv.m sahəyə malik 2 otaqlı mənzilə çıxarış alacağına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 08 sentyabr 2021-ci il tarixdə 1.000 manat, sonuncu dəfə 27 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti məhəllə 90/2317 ünvanında yerləşən «Milliön» ö dəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 300 manat olmaqla, ümumilikdə 1.300 (min üç yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs7 ziyan vurmaqla dələduzluq etmişdir.

12. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi iləbağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs8 Qaradağ rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan seçilmiş oğlu Sərxan Daşa dovu həbsdən azad etdircəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 24 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 2.500 manat, sonuncu dəfə 25 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 1.800 manat olmaqla, ümumilikdə 4.300 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs8 ziyan vurmaqla dələduzluq etmişdir.

13. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəziləsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs3 “Azəriqaz” İB-nə işə bərpa etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 05 oktyabr 2021-ci il tarixdə 200 manat, bundan sonra 11 dekabr 2021ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən «24 saat» marketdə yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 41697385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 606 manat, bundan sonra 12 dekabr 2021-ci il tarixdə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında 2.000 manat, sonuncu dəfə 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti yerləşən «Çingiz» marketdə olan «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin 4169-7385-0565-4123 nömrəli “Umico” plastik kart hesabına köçürülmə yolu ilə 200 manat olmaqla, ümumilikdə 3.006 (üç min altı) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla dələduzluq etmişdir.

14. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs4 Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan seçilmiş oğlu X15 həbsdən azad etdircəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 14 oktyabr 2021-ci il tarixdə 13.500 manat, bundan sonra 16 oktyabr 2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 600 manat, bundan sonra 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda metronun “İnşaatçılar“ stansyası yaxınlığında 3.000 manat, sonuncu dəfə 23 oktyabr 2021-ci il tarixdə işlədiyi ofisdə 9.400 manat manat olmaqla, ümumilikdə 26.500 manat pulunu almış, vədlərinə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs4 ona verdiyi pulların qaytarılmasım tələb etdikdən sonra 700 manat məbləğində pulu geri qaytararaq, qalan 25.800 (iyirmi beş min səkkiz yüz) manat pulunu ələ keçirib Zərərçək miş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

15. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsindəişlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs5 qaynı X21 tərəfindən mülkiyyətinə keçirilmiş Şabran rayonunda yerləşən fərdi yaşayış evinin X2 adına rəsmləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən ofisdə olmaqla ilk dəfə 21 oktyabr 2021-ci il tarixdə 1.500 manat, bundan sonra 22 oktyabr 2021-ci il tarixdə Şabran rayonunda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi i lə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 500 manat, sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə Şabran rayonu, R. Behbudov küçəsində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin 4169-7385-0565-4123 nömrəli “Umico” plastik kart hesabına köçürdüyü 300 manat olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat pulunu ələ keçirib zərərçəkmiş şəxs X3 ziyan vurmaqla dələduzluq etmişdir.

16. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs15 əri X17 məxsus ünvan 13 ün vanda yerləşən fərdi yaşayış evini Zərərçəkmiş şəxs15 adına rəsmləşdrilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 06 yanvar 2022-ci il tarixdə sonuncunun yaşadığı ünvan 14 ünvanda 1.000 (min) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs15 ziyan vurmaqla dələduzluq etmişdir.

17. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, hüquqi yardım göstərilməsi ilə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs16 qohumu X6 boşanmış arvadının qohumları tərəfindən satılmış birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilmiş 1 mərtəbəli yaşayış evini geri qaytarmasına köməklik göstərə cəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 18 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7385-0565-4123 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Umico” plastik kart hesabına köçürdüyü 200 manat, bundan sonra 18 yanvar 2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə həmin plastik kart hesabına köçürdüyü 220 manat, bundan sonra 19 yanvar 2022-ci il tarixdə «Birbank» tətbiqi vasitəsi ilə həmin kart hesabına köçürdüyü 60 manat, bundan sonra 21 yanvar 2022-ci il tarixdə ünvan 16 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 300 manat, bundan sonra 25 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayon u, Gəncə prospekti 63 ünvanında yerləşən «eManat» ödəmə teriminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 300 manat, sonuncu dəfə 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 63 ünvanında yerləşən «eManat» ödəmə teriminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 200 manat olmaqla, ümumilikdə 1.280 (min iki yüz səksən) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs16 ziyan vurmaqla dələduzluq etmişdir.

18. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X23 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1372/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyi n edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və ona təyin edilmiş cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 12 may 2022-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

19. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, ona təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasını azaltmaqla, təqsirli bilindiyi maddənin sanksiyası üzrə yüngül cəza təyin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (səd rlik edən və məruzəçi), X16 və X10 ibarət məhkəmə tərkibində) 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)-1372/2022 nömrəli hökmünün məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar: 22.Məhkum kassasiya şikay ətinin dəlilləri qismində qeyd etmişdir ki, onun niyyəti iş üzrə zərərçəkmişlərdən pul alıb geri qaytarmamaq olmayıb, əgər elə olsaydı o, istintaq orqanında və məhkəmə proseslərində səmimi etiraf etməzdi əməlini. Həbs olunduğu tarixə kimi zərərçəkmiş şəxslərə pulun əhəmiyyətli məbləğini geri qaytarıb. Özünü cinayətkar hesab etmir. O artıq islah olunmuş şəxsdir. Onun heç bir ictimai-təhlükəliliyi qalmamaışdır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından cəzasının çəkilməmiş qalan hissəsinə münasibətdə CM-in 70-ci maddəsini tətbiq edərək, cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Həmçinin, məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilii qismində cinayət işinin faktiki hallarına, məhkəmələrin gəldiyi nəticələrə və bir sıra qanu nvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkumun CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə qanun pozuntularına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmışdır. Həmçinin onun barəsində cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə əməl edilməmişdir.

24. Kassasiya şikayətinin müəllifi qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarının dəyişdirilməsini, onun əməlinin CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi və cəza təyin edilməsi zamanı CM-in 70-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

26. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

27. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs16 kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

28. Kassasiya icraatı zamanı məhkəmə i clasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

29. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

30. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

31. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

32. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azər baycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

33. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində məhkumun əməlinin hüquqi tövsifini və cəza təyin edilərkən barəsində olan yüngülləşdirici halların nəzərə alınmamsını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

34. Odur ki, kollegiya məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyət lərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

35. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

36. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

37. Belə ki, kassasiya kolleg iyası qeyd edir ki, müdafiəçi məhkumun əməlinin aşağı instansiya məhkəmələrinin gəldikləri nəticələrini təkzib etməklə, hansı səbəbdən daha yüngül maddəyə tövsif edilməsi səbəbini əsaslandıra bilməmişdir. Müdafiəçi sadəcə işin faktiki hallarına və məhkəmələrin gəldiyi nəticəyə istinadlar edərək məhkumun əməlinin düzgün tövsif edilmədiyini qeyd etmişdir.

38. Cinayət işi materiallarından göründüyü kimi, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq işdə olan sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cina yət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

39. Məhkəmə kollegiyası eyni zamanda məhkumun barəsində cəzasının yüngülləşdirilməsi və ya çəkilməmiş qalan hissəsinə münasibətdə CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, onun cəzasının yü ngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(101)1372/2022 nömrəli hökmü ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

40. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi cavan olmasını, evli olmaqla himayəsində 1 azyaşlı uşağının olması, ya şadığı yer üzrə müsbət xarakterizə edilməsi, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməlləri etiraf edərək peşman olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan orta həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.

41. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun və onun müdafiəçsinin kassasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələri nə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və ona cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

42. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPMin tələblərinə uyğun aparılmışdır.

43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması qənaətinə gəlinmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müz akirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

45. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 1(103)-157/2023 nömrəli qərarı Məhkum və onun müdafiəçiisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar