Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-955/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə x xxxx 1989-cu il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməkl ə məşğul olmuş, məhkumluğu olan, Şamaxı rayonunun, Çuxuryurd kəndində qeydiyyatda olmaqla, ünvan 3 yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1ci maddəsi ilə, x xxxxxx 1996-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Zəngilan rayonunun, Məmmədbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə, xx xxxxxxx 1989-cu il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanı nda yaşamış, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli 1(103)-2080/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2024-cü il tarixli 1(101)-1175/2024 nömrəli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), T.Q.Hüseynov və F.A.Namazov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müd dətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,cəza çəkmə mü ddətinin əvvəlinin 27 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli 1(103)-2080/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri və apelyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2024-cü il tarixli 1(101)1175/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum1 qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenid ən qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Məhkum2 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 6,038 qram çəkidə hissəsini öz üzərində, 4,522 qram çəkidə hissəsini Məhkum2 öz üzərində, 4,996 qram çəkidə hissəsini Məhkum3 öz üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1, Məhkum2 və Məhkum3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 5 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Məhkum1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Məhkum2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Məhkum3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Məhkum1 və Məhkum2 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istinta q orqanının qənaətinə əsasən, Məhkum2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Məhkum1 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 4,522 qram çəkidə hissəsini öz üzərində, 6,038 qram çəkidə hissəsini Məhkum1 öz üzərində, 4,996 qram çəkidə hissəsini Məhkum3 öz üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1, Məhkum2 və Məhkum3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 5 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Məhkum1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Məhkum2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Məhkum3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Məhkum1 və Məhkum2 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Məhkum3 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Məhkum1 və Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tama h niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 4,996 qram çəkidə hissəsini öz üzərində, 4,522 qram çəkidə hissəsini Məhkum2 öz üzərində, 6,038 qram çəkidə hissəsini Məhkum1 öz üzərində, daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1, Məhkum2 və Məhkum3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 5 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçi rilən şəxsi axtarış zamanı Məhkum1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Məhkum2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Məhkum3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Məhkum1 və Məhkum2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyab r 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinin tövsifində səhvə yol verilmişdir. Belə ki, məhkəmədə dindirilən təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyərək ifadələrində narkotik maddənin satışı ilə məşğul olmadıqlarını, narkotik vasitənin onlara aid olmadığını və təzyiqlərə məruz qaldığını göstərmişlər. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri xüsusatlar özünü müdafiə xarakteri daşımaqla aşağıdakı sübutlarla təkzib olunmuşdur. Məhkəmədə şahid q ismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmış və onun tərəfindən rəhbərlik edilən əməliyyat qrupu ilə əməliyyata başlamışlar. Onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3 nəfər şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxslər də özlərini təqdim etmişlər. Onlar həmin şəxslərə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək, həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. İdarədə xidməti otaqların birində şübhəli şəxslərin üzərində şəxsi axtarış həyata keçirilmiş, bu zaman onların üzərindən, hər birindən ayrı-ayrılıqda 1 büküm olmaqla “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr t əhqiqatçının iştirakı ilə zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələrində təqsirləndirilən şəxslər barəsində idarəyə onların narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu və həmin məlumat əsasında əməliyyat tədbiri keçirdiklərini göstərmişlər. Bundan başqa, cinayət işi materiallarında olan 08 avqust 2023cü il tarixli, 3-13-6/29299/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum1, Məhkum2 və Məhkum3 üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinlər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Məhkum1, Məhkum2 və Məhkum3 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2023-cü il tarixli, 6/3064 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum1 üzərindən aşkar edilmiş 6,038 qram, Məhkum2 üzərində n aşkar edilmiş 4,522 qram və Məhkum3 üzərindən aşkar edilmiş 4,996 qram narkotik vasitə heroindir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Bundan əlavə, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı narkotik vasitələrin müxtəlif ünvanlardan tapdıqlarını ifadələrində göstərmişlər. Lakin yuxarıda qeyd edilən ekspertiza rəyindən görünür ki, aşkar edilmiş narkotik vasitələr xarici görünüşünü və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. Bu da onu deməyə əsas verir ki, narkotik vasitənin əldə edilməsində şəxslər əlbir olmuş və narkotik vasitəni eyni mənbədən əldə etmişlər. Xüsusilə qeyd edilməlidir ki, əldə olunmuş narkotik vasitə heroinin çəkisi qanunla nəzərdə tutulmuş şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur. Bu da şəxslərin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiklərinə dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi A.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot estində məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 verilmiş ittihamın tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olar aq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayəti n tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublika sı CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əməllərini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, ibtidai araşdırma orqanı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən cinayət işinin materiallarında olan “şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid4 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2023-cü İl tarixli, 6/3064 saylı rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 may 2023-cü il tarixli 3313, 3314 və 3315 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1940/K saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1938/K saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1939/K saylı rəyi, “şəxsi axtarış və götürmə haqqında” protokolu kimi sübutlara istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 üzərlərindən aşkar edilmiş narkotik vasitənin onlar tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan 3-13-6/2-9299/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, formal olaraq Məhkum1, Məhkum2, Məhkum3 üzərlərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edildiyi qeyd olunsa da, həmin məlumatların nədən ibarət olduğ u barədə heç bir mötəbər mənbə göstərilməmiş, eləcə də, təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şəxslərin, eləcə də, narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində hər hansı müsbət nəticə əldə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid3 ifadələrində Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu qeyd etsələr də, lakin nə öncədən, nə də istintaqın gedişində bu məlumatın düzgünlüyü öz təsdiqini tapmamış, həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı əməliyyat tədbiri keçirilməsi müəyyən edilməmişdir. Protestdə həmçinin əsas kimi göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2023-cü il tarixli, 6/3064 sa ylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum1 üzərindən aşkar edilmiş 6,038 qram, Məhkum2 üzərindən aşkar edilmiş 4,522 qram və Məhkum3 üzərindən açkar edilmiş 4,996 qram narkotik vasitə heroindir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı ifadələrində təqsirləndirilən şəxs Məhkum1 narkotik vasitə heroini 27 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Tibb Universtetinin yaxınlığında, təqsirləndirilən şəxs Məhkum2 narkotik vasitə heroini 26 may 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən parkda, Məhkum3 isə narkotik vasitə heroini 27 may 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Duz” gölünün yaxınlığında yerdən tapdığını bildirmişlər. Həmçinin, təqsirləndirilən şəxslər hər üçü ibtidai istintaq zamanı ifadələrində tapdıqları narkotik vasitədən digərlərinin məlumatı olmamasını qeyd etmişlər. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokollardan görünür ki, Məhkum1, Məhkum2 və Məhkum3 istifadələrində olan mobil telefon aparatlarına baxış zamanı, həmçinin, iş materiallarında olan 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş CD diskdəki məlumatlara baxış keçirən zaman götürülən sms yazışma mətnləri, anten əhatə dairələri və zəng məlumatlarında şəxslərin hər hansı bir şəxs ilə aralarında narkotik vasitələrin satışı ilə bağlı danışıq aparmaları barədə istintaq üçün sübut əhəmiyyətli heç bir fakt aşkarlanmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işinin materiallarında təqsirkarların narkotik vasitələrini satmaq niyyətində olmaları müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı il ə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması hallara rast gəlinməmişdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-c i maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 aşkar edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olan psixotrop maddələri əldə edib üzərilərində saxlamaqla daşıması kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinin CM-in 234.1-1-ci mad dəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2- və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələb lərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Ka ssaiya protesti təmin edilməsin. Məhkum1, Məhkum2 və Məhkum3 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-955/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-955/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver