Məhkəmə qərarları › İş №1(102)-956/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-956/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-956/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs X23 və müdafiəçisi X12 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə X17bəraət verilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: D.H.İmanov (sədrlik edən), F.N.Mahmudov və S.Ə.Əzizovdan ibarət tərkibdə) xx.xx.1973-cü ildə Ağdam rayonunun Maqsudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, həmin ünvanda yaşamış X17, Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə əməlində cina yət tərkibi olmadığından bəraət verilmiş. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinəəsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 06 mart 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X23 itti ham olunur ondan ötrü ki, o, 22 mart 2017-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes ML” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə rayonu Kətəlparaq kəndinin ərazisindən keçən avtomobil yolu ilə Ağdam rayonu istiqamətində sürücülük hüququ olmadan hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu təqdirdə buna əməl etməyərək yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkətdə olan X13 idarə etdiyi “VAZ 2106” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilin onun hərəkət yoluna çıxmas ını görərək sürətini tam dayanma həddinə kimi azaltmamış, idarə etdiyi avtomobilini öz hərəkət zolağında dayanmasını təmin etməyərək, “VAZ 2106” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə qarşı-qarşıya toqquşub, nəticədə ehtiyyatsızlıqdan “VAZ 2106” markalı avtomobilin sürücüsü X3 alın-təpə nahiyəsinin əzilmiş yaraları, alnı və sol gicgah nahiyyələrinin hematomaları, sol təpə-gicgah nahiyəsinin qançırı və sıyrığı, sol gicgah, çənə, alın, və kəllə əsası sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, burun nahiyəsinin sıyrığı, sol almacıq və sol qulaq seyvanı nahiyələrinin qançırları, döş qəfəsi nahiyəsinin sol yarısının qançırı və sıyrıqları ilə sol İV-V qabırğaların qapalı sınıqları, sağ said nahiyəsinin qançır və sıyrığı ilə sağ said sümüklərinin (mil və dirsək sümüklərinin) qapalı qəlpəli sınıqları, sol bazu oynağı, sol bazu, sol dirsək oynağı, sol mil-bilək oynağı və sol əl nahiyələrinin çoxsaylı sıyrıqları, sağ bud nahiyəsinin, sağ diz oynağı, sağ baldır, sol baldır nahiyələrinin çoxsaylı sıyrıqları, sol bud nahiyəsinin qançırı, sol diz oynağı və sağ baldır nahiyələrinin əzilmiş yaraları ilə sağ baldır sümüklərinin (qamış və incik sümüyünün) açıq qəlpəli sınıqları, sol baldır-ayaq oynağının qançırı, sol baldır-ayaq oynağının çıxığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, eləcə də, avtomaşının salonunda olan sərnişin Bərdə rayonu Kətəlparaq kənd sakini X8 başın sağ təpə-gicgah, alt çənə nahiyələrinin əzilmiş yaraları, alın, sağ alın-təpə, so l alın-gicgah, sağ almacıq, sağ yanaq nahiyələrinin sıyrıqları, sağ gicgah, təpə, alın, kəllə əsası sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu oynağı nahiyəsinin qançırı, sol dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı, sol said, sol əl, sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, VAZ 2106 markalı avtomaşının salonunda qabaq oturacaqda əyləşmiş Bərdə rayonu Kətəlparaq kənd sakini X9 ağır qapalı kəllə beyin travması-baş beyin əzilməsi, sifətin, alnın, sol gicgah nahiyələrinin əzilmiş yaraları və sıyrıqları, sol baldır və diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət oluna dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulma sına səbəb olan sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına, özünün idarə etdiyi “Mercedes ML” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında olan sərnişinlərdən arvadı X10 baş beyin silkələnməsi, alın, burun, üst dodaq, dil, sol dirsək oynağının, sol said nahiyyələrinin əzilmiş yaraları, sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmağa aid xəsarətlər almasına, həmin avtomaşında olan oğlu, X14 təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmağa aid xəsarətlər almasına, eləcə də qızı, X2 baldır nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər almasına, eləcə də avtomaşınının salonunda olan Ağdam rayonu Maqsudlu kənd sakini X5 xarici qulaq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər almasına, “VAZ” 2106 markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X19 2300 məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.. Cinayət işi üzrə toplanmış sübutlar məhkəmələr tərəfindən kifayət qədər tədqiq edilməmiş, ibtidai istintaq zamanı verilmiş ekspert rəyləri əsassız olaraq nəzərə alınmamış, məhkəmələr işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə aparara q cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən kənarda qalmışdır. Məhkəmə Behbud X1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı kəskin ziddiyyətlər olmasına diqqət yetirməməklə onlarla tənqidi yanaşmamış, həmin ziddiyətlərin səbəbi araşdırılmamışdır. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçisinin çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən, Gə ncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmələr iş üzrə gəldikləri nəticəni aşağıda şərh olunan sübutlarla əsaslandırmışlar. Behbud Rəhimov ifadəsində göstərmişdir ki, ki, 22 mart 2017-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan “Mercedes benz ML” markalı avtomobillə ailə üzvləri ilə birlikdə atasının yaşadığı Ağdam rayonu Xındırıstan kəndi istiqamətində gedərkən Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində qəfildən onun hərəkət hissəsinə “VAZ 2106” markalı avtomobil çıxmış və onun üzərinə gəlməyə başlamışdır. Dərhal əyləcdən istifadə edib avtomobili öz hərəkət yolunun sa ğ ehtiyyat hissəsinə tərəf çəksə də, avtomobillər toqquşmuşdur. “VAZ 2106” markalı avtomaşının sürücüsü qarşısında gedən başqa avtomaşını ötmək üçün ötmə əməliyatı apardığına görə avtomobilini sağ tərəfə çəkmək imkanı olmamış, bu səbəbdən çox yüksək sürətlə hərəkətdə olaraq və getdikcə sürəti daha da artıraraq ötməni başa çatdımaq istəmişdir. O “VAZ 2106” markalı avtomaşının onun yoluna çıxıb üstünə gəldiyini gördüyü üçün öz avtomobilinə əyləci basaraq onu sağ tərəfə çəkməyə çalışmış, avtomobilinin bir hissəsi səki tərəfə çıxmış, digər hissəsi isə yolun hərəkət hissəsinə düşmüşdür. Bu vaxt sürətlə irəliləyən “VAZ 2106” markalı avtomabili onun avtomobilinə çırpılmış və qəza baş vermişdir. Hadisə nəticəsində huşunu itirdiyi üçün daha sonra nələr baş verdiyini bilməmişdir. Hadisədən sonra v əfat etmiş zərərçəkmişlərin hüquqi varisləri ilə barışmışdır. “VAZ 2106” markalı avtomobilin onun hərəkət hissəsinə çıxdığını hadisə yerinin məhkəmə tərəfindən müayinəsi zamanı göstərmiş, bu məsafənin təxminən 80 metr olduğu müəyyən edilmişdir. “VAZ 2106” markalı avtomabili ötməni başa çatdırmaq üçün çox sürətlə irəliləmiş, lakin onun sürəti saatda 50-60 km olmuşdur. Eyni zamanda o avtomabiliı saxlamaq üçün əyləcə basmış, bunun nəticəsində asfalt üzərində 10 metr tormiz izi qoymuşdur. O mümkün olan qədər avtomobilini sağ tərəfə çəkmişdir. Onun sağ tərəfi dərin çökək olmuş, toqquşmadan sonra avtomobili dərəyə düşmüşdür. Hadisə onun təqsiri üzündən deyil “VAZ 2106” markalı avtomoblin sürücüsünün təqsiri üzündən baş vermişdir. Məhkəmə baxışında tədqiq edilmiş 06 iyul 2017-ci il tarixli 15009 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2106 markalı **-BA*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü X4 VAZ-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan və 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin 3.24 “Maksimum sürətin məhdudlaşdı rılması” yol nişanının tələblərinə uyğunsuzluq olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.03.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanması protokolundan görünür ki, hadisə yeri Bərdə rayonu Kətəlparaq kənd ərazisindən keçən avtomobil yolunda yerləşir. Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilən zaman ifadəsində göstərmişdi ki,avtomobillərin toqquşma yeri yolun onun idarə etdiyi avtomobilin hərəkət etdiyi hissəsinin torpaq hissəsində baş vermişdir. O, avtomobili 50-60/km saat sürətlə idarə emiş, 10-12 metrdən qarşıdan gələn avtomobilin öz yolundan onun yoluna çıxmasını görmüş,o, həmin avtomobili öz yolunda görəndə avtomobili bacardığı qədər sağa çəkmişdir. O, yolun sağ hissəsi ilə hərəkət etmiş,qarşıdan gələn «VAZ-2106» markalı avtomobili görən kimi avtomobilin əyləcini (tormoz vermişdir) sıxmışdır. O, avtomobili ilk olaraq qarşıdakı sağdakı ikili dirəyin yanında görmüşdür Həmin avtomobil dirəyin yanından çıxdığı vəziyyətdə düz onun üzərinə doğru hərəkət etmişdir. Qarşıdan gələn avtomobil hadisədən yayınmaq üçün heç bir manevr etməmişdir. Həmin Məhkəminin 30.05.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanması protokolundan görünür ki, avtomobillərin toqquşma yeri yolun onun idarə etdiyi avtomobilin hərəkət etdiyi hissəsinin torpaq hissəsində baş vermişdir. Təqsirləndirilən şəxs X1 təkrarən hadisə yerində məhkəmədə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, avtomobili 50-60/km saat sürətlə idarə etmiş, o, yolun sağ hissəs i ilə hərəkət etmiş, qarşıdan gələn «VAZ-2106» avtomobili görən kimi avtomobilin əyləcini (tormoz vermişdir) basmışdır. Həmin avtomobil onun hərəkət hissəsinə çıxaraq düz onun üzərinə doğru hərəkət etmişdir. Qarşıdan gələn avtomobil hadisədən yayınmaq üçün heç bir manevr etmədiyindən avtomobillər toqquşmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2018-ci il tarixli 16975 saylı rəyindən görünür ki, 1.2 məhkəm baxışı zamanı müəyyən edilən şəraitdə yəni, sürücü X1 idarə etdiyi “VAZ-2106” markalı avtomobili 50 km/saat sürətlə Ağdam istiqamətində, sürücü X1 idarə etdiyi “VAZ-2106” markalı avtomobil isə 70 km/saat sürətlə Bərdə rayon istiqamətində hərəkətdə olan zaman avtomobillərinin birbirinə çatmasına 84 metr qalmış “VAZ-2106” markalı avtomobili sü rücüsü Kərimov qarşısı ilə hərəkətdə olan avtomobili ötmək üçün avtomobili hərəkət hissəsinin soluna çıxarmış, qarşıdan gələn “Mercesdes BENZ ML” markalı avtomobilin sürücüsü tormozlama əməliyyatı aparmış, “Mercesdes BENZ ML” markalı avtomobil öz hərəkət zolağında 10 metr, “VAZ-2106” markalı avtomobil isə 14,9 metr tormoz izi qoyduqdan sonra “Mercesdes BENZ ML” markalı avtomobilin hərəkət zolağında onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kəndarından sola doğru 1 metr məsafədə, hər iki avtomobilin qabaq sol hissələri arasında toqquşma baş verməsi şəraitində “Mercesdes BENZ ML”markalı 10VT739 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 hadisənin qarşısını almağa təxniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar “yol hərkəti haqqında” Azə rbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 22025 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən müəyyən edilən şəraitdə yəni, sürücü X1 idarə etdiyi “Mersedes Benz ML” markalı avtomobili 50-60 km/saat sürətlə Ağdam istiqamətində, sürücü X1 idarə etdiyi “VAZ-2106” markalı avtomobil isə 70 km/saat sürətlə Bərdə rayon istiqamətində hərəkətdə olan zaman avtomobillərin birbirinə çatmasına 88 metr qalmış “VAZ-2106” markalı avtomobilin sürücüsü Kərimov qarşısı ilə hərəkətdə olan avtomobili ötmək üçün avtomobili hərəkət hissəsinin soluna çıxarmış, qarşıdan gələn Mercedes Benz ML markalı avtomobilin sürücüsü Kərimov qarşısı ilə hərəkətdə olan avtomobili örtmək üçün avtomobili hərəkət hissəsinin soluna çıxarmış, qarşıdan gələn Mercedes Benz ML markalı avtomobilin sürücüsü tormozlama əməliyyatı aparmış, Mersedes Benz ML markalı avtomobil öz hərəkət zolağında 10 metr, “VAZ-2106” markalı avtomobil isə 14,9 metr tormoz izi qoyduqdan sonra Mersedes Benz ML markalı avtomobilin hərəkət zolağında onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 1 metr məsafədə, hər iki avtomobilin qabaq sol hissələri arasında toqquşma baş verməsi şəraitində “Mersedes Benz ML” markalı 10VT739 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Apellyasiya Məhkəm əsinin hadisə yerini müayinəsi nəticəsində əldə etdiyi məlumatlar, müəyyən etdiyi hallar birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla demək olar ki, üst-üstə düşür. Hadisə yerinə baxış zamanı məhkəmələr tərəfindən müəyyən edilmiş hallar arasındakı cüzi məsafə fərqi ekspertiza təyinini şərtləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sonuncu baxış zamanı müəyyən etdiyi 88 metr ara məsafəsinə münasibətdə ekspert belə nəticəyə gəlmişdir ki, avtomaşınlar arasındakı 84 metr məsafənin olması fonunda “Mercedes benz ML” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Ekspertin qənaətinə görə həmin məsafənin daha da qısa olması “Mercedes benz ML” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanını getdikcə azaltmış dır. Birinci və apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, X1 özünə məxsus “Mercedes benz ML” markalı avtomabili Bərdə-Ağdam yolunun Kətəlparaq kəndi ərazisindən keçən hissəsində öz hərəkət zolağı ilə hərəkətdə olarkən qarşı tərəfdən Bərdə rayonu istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomabilin sürücüsü X1 eyni istiqamətdə olan avtomabiliı ötmək üçün X1un avtomabiliniın idarə etdiyi hərəkət hissəsinə çıxmış, saatda 70 km sürətlə “Mercedes benz ML” markalı avtomaşına tərəf irəliləmiş, ötmə əməliyyatını başa çatdırmağa çalışmış və bu zaman X1 az avtomobilini mümkün olan qədər sağa çəkməyə və 10 metr uzunluğunda tormoz verib saxlamağa çalışsa da hər iki avtomabilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qəza “Mercedes benz ML” markalı avtomabilininin hə rəkət hissəsində və həmin avtomabilin bir hissəsinin sağ səkiyə çıxması, 10 metr tormoz izi qoyması və mümkün olan qədər hadisədən yayınmağa çalışması şəraitində baş vermişdir. Texniki məlumatlar onu deməyə əsas verir ki, X1un hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş üzrə ittham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikasının CM-nin 263-1.4-cü maddəsi ilə ittiham elan edilərkən təqsirləndirilən şəxsin şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə, hadisə yerinin baxışı aparılması barədə protokol və fotocədvəllərə, zərərçəkmiş şəxlərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələrinə istinad olunmuşdur. İstintaq orqanının təqsirləndirilən şəxsə ittiham verməsi üçün istinad etdiyi sübutlar məhk əmə istintaqı zamanı öz təsdiqini tapmamışdır.,Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində nə şahid, nə də ibtidai istintaq zamanı ittiham aktında göstərildiyi kimi ifadə vermədiyini və ittiham aktında olan ifadələrin məzmunundan xəbərsiz olduğunu və həmin ifadələrdə imzaların ona məxsus olmamasını, eləcə də bütün istintaq dövründə yalnız bir dəfə müstəntiqi gördüyünü bildrmişdir. Təqsirləndirilən şəxsin bu mənada verdiyi ifadəsi iş üzrə keçirilmiş xətşünaslıq ekspertizası və müstəntiqin 2 saylı istintaq təcridxanasına daxil olub çıxması ilə bağlı 2 saylı istintaq təcridxanasının sorğuya cavabı ilə öz təsdiqin tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2018-ci il tarixli 32383 saylı “Məhkəmə xətşünaslıq ekspertizasının” rəyin dən görünür ki, espertizaya təqdim olunmuş, cinayət işinin birinci cildinin 232-234-cü vərəqlərində X15 adından olan 30.07.2017-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun birinci vərəqinin üst tərəfinin aşağı hissəsindəki imza, ikinci vərəqinin üst tərəfində iki ədəd “Təqsirləndirilən şəxs:”qrafasındakı imzalar və rəqəminin aşağı hissəsindəki imza, 3-cü vərəqinin aşağı hissəsindəki “İfadələr mənə oxundu doğru yazılıb başqa əlavəm yoxdur, imzamla təqsdiq edirəm” yazıları və yazılardan aşağı hissədəki imza; cinayət işinin ikinci cildinin 40-43-cü vərəqələrində X15 adından olan 08.08.2017-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun birinci vərəqinin üz tərəfinin aşağı hissəsindəki imza, ikinci vərəqinin üst tərəfində iki ədəd təqsirləndirilən şəxs “Təqsirləndiri lən şəxs:”qrafasındakı imzalar və vərəqinin aşağı hissəsindəki imza, 3-cü vərəqinin aşağı hissəsindəki imza, 4-cü vərəqin orta hissəsində ”İfadəm mənə oxundu, düzgün yazılıb başqa əlavəm yoxdur, imzamla təsdiq edirəm” yazılar və yazılardan aşağı hissədəki imza – X23 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur Bundan başqa İstintaq orqanının təqsirləndirən şəxsə ittiham verilməsi üçün iş üzrə zərəçəkmiş şəxslərin, zərəçəkmiş şəxslərin hüquqi varislərini ifadələrinə istinad edilsə də, zərəçəkmiş şəxslərin hüquqi varisləri nə X28 nə də X4 ifadələrində X1un hadisəni törətməsini (zərəçəkmiş şəxslərin hüquqi varisi X28 ifadəsində «VAZ-2106" markalı **-BA*** dövlət nömrə nişanlı avtomobil ona məxsus olması, 22 mart 2017-ci il tarixdə saat 19 radələrində yaşadığı Kətəlparaq kən dinə gəlməsi, avtomobili oğlu Təbrizə verməsi, təxminən 30 dəqiqə sonra oğlunun yol nəqliyyat hadisəsinə düşdüyünü eşitməsi və dərhal hadisə yerinə getməsi və hadisə yerində oğlunun öldüyünü bildirmişdir. İş üzrə zərəçəkmiş şəxslərin hüquqi varisi X11 da X20 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir) təsdiq edən və təqsrləndirilən şəxsin təqsirliliyinə dəlalət edən ifadələr verməmiş və eləcə də iş üzrə zərərçəkmiş şəxslər X22, X29, X25 və X26 ifadələrində ümumiyyətlə X1un hər hənsı formada təqsirliliyini təsdiq edən edən ifadələr verilməmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyy ən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmələr nəticəyə gələrkən məhkəmə istintaqı zamanı işin faktiki hallarına uyğun olan təqsirləndirilən şəxsin verdiyi ifadəsini iş üzrə tərtib olunmuş hadisə yerinin baxış protokolunu, sxemini, təqsirləndirilən şəxsin ifadəsinin h adisə yerində yoxlanması haqqında tərtib olunmuş protokolu, iz üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2018-ci il tarixli 16975 saylı və 29 oktyabr 2018-ci il tarixli 22025 saylı rəylərini və eləcədə təqsirləndirilən şəxsin ifadəsini təsdiq edən iş üzrə zərərçəkmiş şəxslərin ifadələrini əsas götürmüşdürlər. Kollegiya hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-ci maddələrinə müvafiq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, müqayisəli şəkildə təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə X15 əməlində cinayət tərkibi olmadığından ona ittiham elən olunan CM-nin 263-1.4 maddəsi i lə bəraət verməklə qanuni və əsalı nəticəyə gəlmişlər. Göstərilənlərə əsasən cinayət işi üzrəGəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cümaddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar