Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-956/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)-124/2021nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 1961-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ucar rayonunun Qaracallı kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamışdır. 2. 19 mart 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 25 may 2019 və 05 iyun 2019-cu il tarixlərdə yaşadığı Ucar rayon Qaracallı kəndindəki həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda, yəni 414 (dörd yüz on dörd) ədəd əkərək mütəmadi olaraq qulluq edib, həmin kolları 2019-cu ilin sentyabr ayınadək yetişdirib kultivasiya etməklə, yarpaqlarını yığaraq qurudub qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd sintetik kisənin içərisində təmiz çəkisi 3 kiloqram 985 qram, 01 ədəd sellofan torbada təmiz çəkisi 715qr., həmçinin həmin sellefon torbanın içərisindəki digər 03 ədəd sellofan torbalarada təmiz çəkiləri -94,01 qr., 113,07 qr., 116,62 qr., ümumi təmiz çəkisi – 1038,70 qram olma qla ümümilikdə təmiz çəkisi 5 kiloqram 23,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd sellofan torbanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi – 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı, 01 ədəd sintetik kisənin içərisindəki nəm vəziyyətdə təmiz çəkisi – 1 kiloqram 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı, ümumilikdə 1 kiloqram 490 qram qurudulmamış marexuananı əldə edib həyətyanı sahədə mişar daşından hörülmüş yarımtikilinin içərisində saxlamışdır. 16 sentyabr 2019-cu ildə saat 11 radələrində polis ə məkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 414 ədəd narkotik tərkibli çətənə bitkisi, 5 kiloqram 23,70 qram çəkidə narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuana və 1 kiloqram 490 qram qurudulmamış marixuana həmin həyətə baxış zamanı aşkar edilərək götürülmüşdür.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan «CM-nin 234.4.3-cü maddəsi» rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmişdir.
5. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Mustafayev Dəyanət Musa oğlu tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfində apellyasiya protesti verilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)-124/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Mustafayev Dəyanət Musa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilərək iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan “CM -in 234.4.3-cü maddəsi” rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilərək yeni hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə, CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3 və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar 8.Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində cinayət tərkibi olmadığına görə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)-124/2021 nömrəli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. 9..Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 11.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları a raşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bi ldirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs cinayət tərkibinin əlamətlərinin olmaması və təqsirinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddə sində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)124/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
17. Müdafiəçinin Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməm iş, Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi v ə prosessual normaların düzgün təfsirinə əsaslandığından məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə proseslə ri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yo l verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçinun verdiyi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)-124/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CP-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(107)-124/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.