Məhkəmə qərarları › İş №1(102)-956/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-956/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-956/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həsənov Səfərəli Qəribala oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 8 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi S.Q.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Re spublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün mü ddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmış, Məhkum üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarətin həyata keçirilməsi isə Məhkum yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdar əsinə həvalə edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 03 noyabr 2021 -ci il tarixdə barəsində Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş məcburi gətirilmə haqqında qərarın icrası ilə bağlı Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:25-də ünvan 2 ünvanın qarşısında saxlanılmış və polis əməkdaşları tərəfindən sorğu-sual edilən zaman üzərində narkotik vasitə olmasını etiraf etdiyindən Bakı şəhəri Nəsimi rayon P olis İdarəsinin 20-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən satış məqsədilə əldə etdiyi külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroinin 1 bükümdə 12,789 qram hissəsi və əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroinin 2 bükümdə ayrı-ayrılıqda 0,496 və 0,370 qram təşkil edən qalıq hissəsi aşkar olunaraq götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Qafarov Erkin Tofiq oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi S.Q.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Rəhimo v Elmar Eldar oğlundan ibarət tərkibdə) 21 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, onun 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.Q.Həsənov kassasiya şikayəti, dövlət ittihamçısı M.İ.Vəliyev isə kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi S.Q.Həsənov – həmin qərarın ləğv edilərək Məhkum barəsində bəraət hökmünün çıxarılmasını; - dövlət ittihamçısı M.İ.Vəliyev - həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, bir çox maddi və prosessual hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclasları nda araşdırılmış sübutlara və Məhkum barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi S.Q.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində irəli sürülmüş ittihamdakı hallar məhkəmə iclaslarında öz təsdiqini tapmamış, onların təsdiq olunması üçün ittiham tərəfinin istifadə etdiyi sübutların mötəbər olub-olmamasına əhəmiyyət verilməmiş, əksinə olaraq şahidlərin ifadələrinin birinci instansiya məhkəməsi tərəfindən qanuni tələblərə əsasən audioyazısı ilə alınmalı olduğu halda bunu etməmiş, onların ifadələri təhrif olunmuş şəkildə hökmdə əks etdirilmişdir. Bu xüsusatlar Bakı Apellyasiya MəhkəməsiCinayət Kollegiyası tərəfindən də qərar qəbul olunarkən nəzərə alınmamışdır. H albuki, Məhkum heç bir cinayət törətməmiş və ya digər qanun pozuntusuna yol verməmiş, onun saxlanılması və polisə aparılaraq tutulması üçün heç bir qanuni əsas olmamış, belə halların olması isə nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, işə baxmış məhkəmələr tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Məhkum Nəsimi RPİ-nin 20-ci PB-nə aparılmasına əsas kimi götürülmüş "Məcburi gətirilmə” haqqına 15 iyun 2021-cİ il tarixli qərar mövcud olmamış, bu sənəd sonradan tərtib edilmiş, apellyasiya instansiyası məhkəməsində araşdırma aparılarkən isə həmin qərarın çıxarıldığı cinayət işinə baxış keçirilməsi, müstəntiqin və təhqiqatçının dindirilməsi və sair araşdırmalar nəticəsinə bu fakt öz təsdiqini tapmışdır. Məhkum Nəsimi RPİ-nin 20-ci PB-nə aparıldıqdan sonra barəsində heç bir prosessual s ənəd tərtib olunmadan bölmənin dəhlizində saxlanılmaqla qanunsuz olaraq onun azadlığı məhdudlaşdırılmış, barəsində 03 noyabr 2021-ci il tarixdə axtarış protokolu tərtib olunandan sonra CPM-nin 153.2-ci maddəsinə əsasən MSY-nə göndərilməmiş və bununla da yenə də qanun pozuntusuna yol verilməklə 45 dəqiqə ərzində harada saxlanılması məlum olmamış, bu xüsusat apellyasiya instansiyası məhəkəməsi tərəfindən araşdırılıb qiymət verilməmişdir. İş materiallarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı sübutların toplanılarkən bir çox digər qanun pozuntularına da yol verimiş (həmin pozuntuların olmasını müdafiəçi iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad etməklə əsaslandırmağa çalışmışdır), lakin işə baxan məhkəmələr həmin pozuntulara əhəmiyyət verməmiş, ib tidai araşdırma orqanı tərəfindən bu təqdim olunmuş bu sübutları əsassız olaraq mötəbər sübutlar kimi qiymətləndirmiş, nəticədə isə Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qənaətə gəlsələr də, sonuncu hətta bu maddə ilə də qanunsuz və əsassız olaraq təqsirli bilinərək məhkum olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu haqda birinci instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı da ədalətsizliyə yol vermiş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını azadlıqdan məhrum etmə cəzası ilə əvəz edərkən iş üzrə müəyyən edilmiş bir sıra cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Halbuki, hökmdən verilmiş apellyasiya protestində məhkuma birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.1- ci maddəsi ilə təyin olunmuş cəzanın ağıriaşdırılması deyil, onun əməlinin CM-nin 234.4.3-cü maddəsinə tövsif edilərək həmin maddə əsasında ona ağır cəza təyin olunması barədə tələb irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə bu tələbdən kənara çıxaraq əsassız olaraq ona təyin edilmiş cəzanın ağırlaşdırılması haqqında qərar qəbul etmişdir. Odur ki, kassasiya şikayətində daha ətraflı şəkildə təsvir olunmuş dəlillərə əsaslanaraq müdafiəçi S.Q.Həsənov onun həmin şikayətinin təmin olunmasını xahiş edir. İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bəzi normalarına, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onla rın prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə işin faktiki hallarına dair sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməyərək onlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verməmiş, Məhkum əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hökmdə CPM-nin tələblərini pozaraq, yalnız Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı təsvir etməklə araşdırılmış sübutlarla həmin ittihamın təsdiq edilmədiyini qeyd etməklə kifayətlənmiş, lakin məhkəmə baxışında nəyi müəyyən etdiyini göstərməmişdir. Öz nəticəsini isə məhkəmə Məhkum narkomaniya xəstəliyindən əzabə çəkməsi, buna görə məcburi müalicəyə ehtiyacının olması, onun üzərində tərəzinin aşkar edilməməsi, qanunsuz olaraq külli miqdarda əldə edərək saxladığı və daşıdığı narkotik vasitəni alacağı şəxslərin müəyyən edilməməsi, belə şəxslərlə onun sövdəlşməməsinin müəyyən edilməməsi ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin külli miqdarda olmasına münasibət bildirərək isə məhkəmə qeyd etmişdir ki, digər mötəbər sübut növü olmadan yalnız bu əlamətə görə onun törətdiyi cinayət əməli şübhəli vəziyyətdə CM-nin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Protest müəllifi həmçinin bildirmişdir ki, Məhkum cinayət məsuliyyətindən boyun qaçı rmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi çıxardığı hökmdə, apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qərarda Məhkum üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin ayrı-ayrı bükümlərə qablaşdırılması kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları müzakirə etməyərək onlara düzgün hüquqi qiymət verməmişlər. Həmçinin məhkəmələr onu da nəzərə almamışlar ki, Məhkum üzərindən aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən təxminən 91, k ülli miqdrının aşağı həddindən isə təxminən 6,8 dəfə çox olmuşdur. Bundan əlavə, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Narkotik vasitənin miqdarı və ayrı-ayrı bağlamalara bükülməsi onu deməyə əsas verir ki, Məhkum tutulan vaxt heroini şəxsi istifadəsi üçün alması, məhkəmə istintaqı zamanı isə üzərində ümumiyyətlə heç bir narkotik vasitənin olmaması barədə ifadələri daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Bel ə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkumun müdafiəçisi S.Q.Həsənovun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin müəllifi məhkəmələr tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətmədiyi halda əsassız olaraq məhkum edilməsini, həmçinin ona ağır cəza təyin edildiyini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.1 5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yü ngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi S.Q.Həsənovun şikayətini və dövlət ittihamçısı M.İ.Vəliyevin protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred meti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qə rar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət K ollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə gör ə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyas ının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllər ə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəs atətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçü n mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinay ət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdak ılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan R espublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessua l hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələbl ərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün h əll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cina yət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən ed ilməsi tələb olunur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya müraciətlərinə göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə qismən məhkəmə istintaqı aparmaqla araşdırılmış sübutların Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasına dəlalət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkumun özünün ibtidai araşdırma zamanı heç bir təsir göstərmədən verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, axtarış və götürmə aparılması haqqında 03 noyabr 2021-ci il tarixli və başqa istintaq hərəkətlərinin aparılması barədə protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə, habelə maddi sübutlarla və işə ə lavə edilmiş sənədlərlə tam təsdiq edilir. Birinci instansiya məhkəməsi tərəfindən bu sübutların əksəriyyəti tam, hərətərəfli və obyektiv araşdırmaqla həmin sübutlara Məhkum barəsindəki 08 dekabr 2022-ci il tarixli ittiham hökmündə istinad olunmuş, bu sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qanunda nəzərdə tutulmuş qaydada müvafiq qiymət verilmiş və məhkəmə ibtidai araşdırma orqanından fərqli olaraq məhkumun satış məqsədi olmadan narkotik vasitə olan cəmisi 13,655 qram çəkidə, yəni külli miqdarda heroini əldə edərək saxlaması və daşıması barədə nəticəyə gələrək onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və həmin maddə əsasında cəzalandırılmasını mümkün bilmişdir. Apellyasiya instansiyası məhkəməsi də hökmdən Məhkum müdafiəçisi S.Q.Həsənov tərəfindən verilmiş apell yasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə həmin apellyasiya müraciətlərinin dəlilləri həcmində, qismən məhkəmə istintaqı ilə baxılmasını mümkün bilərək özünün 21 noyabr 2023-cü il tarixli qərarı ilə hökmün əməlin tövsifi hissəsində dəyişdirilmədən saxlanılmasını mümkün bilmiş, eyni zamanda CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsaslanaraq apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq məhkum olunmuş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayətində iddia olunduğu kimi, heç də öz səlahiyyətlərindən kənara çıxmamış və Məhkum hansısa hüquqlarının pozulmasına yol verməmişdir, çünki sonuncuya birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza onun törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamış və belə cəzanın onun məqsədlərini təmin edən cəza kimi qiymətləndirilməsi üçün əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası istər Məhkum məhkəmələr tərəfindən müəyyən edilmiş cinayət əməlini törətməsinin sübuta yetirilməsi, istərsə də bu əməlin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını düzgün hesab edir və bunlarla bağlı əvvəla vurğulamağı lazım bilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 03 noyabr 2021 -ci il tarixdə barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş məcburi gətirilmə haqqında qərarın icrası ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:25-də ünvan 2 ünvanın qarşısında saxlanılmış və polis əməkdaşları tərəfindən sorğu-sual edilən zaman üzərində narkotik vasitə olmasını etiraf etdiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İ darəsinin 20-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən satış məqsədilə əldə etdiyi külli miqdarda 13,655 qram çəkidə narkotik vasitə heroinin 1 bükümdə 12,789 qram hissəsi və əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroinin 2 bükümdə ayrı-ayrılıqda 0,496 və 0,370 qram təşkil edən qalıq hissəsi aşkar olunaraq götürülmüşdür. Məhkum bu əməllərinə tətbiq edilmiş CM-nin 234.1-ci maddəsinə əsasən isə, şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur: - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma. CM-nin 234.2-ci maddəsinə görə isə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin maddə ilə, CM-nin 234.4.3-cü maddəsinə əsasən isə eyni əməllər külli miqdarda törədildikdə bu maddə ilə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. İş materiallarının və bu iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum məhz CM-nin 234.1-ci maddəsində göstərilən hərəkətlərin bir hissəsini etməsi həmin sübutlarla təsdiq olunsa da, onun külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, habelə üzəində aşkar edilmiş külli miqdarda heroini satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması həmin sübutlara öz təsdiqini tapmamışdır. Yəni burada görünən odur ki, Məhkum yalnız CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, lakin onun bu cinayəti satış məqsədilə törətməsi və ya onun əlavə olaraq CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olun hərəkətlərdən birini – narkotik vasitənin satışını həyata keçirməsi müəyyən edilməmişdir. Buna görə, məhkəmələr belə olan halda Məhkum əməlini CM-nin 234.1-ci maddəsi ilə tösif edilməsini qanuni və əsaslı saymış və yalnız narkotik vasitənin miqdarının külli olmasına görə onun ibtidai araşdırma orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə baxmayaraq, məhkum olunmuş şəxsin həmin maddə ilə təqsirli bilinərək məhkum olunması üçün əsaslar görməmişlər. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadələri isə toplanmış və araşdırılm ış digər sübutlarla tam uzlaşmışdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göst ərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilinərək məhkum olunduğu cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum tutulduğu zaman üzərində narkotik vasitənin aşkar olunmaması, onun heç bir günahının olmaması və ona verilmiş ittihamın tamamilə əsassız olması barədə kassasiya şikayətində iroəli sürülmüş iddialara gəldikdə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi və bu əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olm uşdur. Məhkum barəsində seçilmiş cəza tədbiri barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək azadlığın məhdudlaşdırıması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yən onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakim icraatı nın ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayə t əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ün vanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhku mun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəza nın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət ed ir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzala rın İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfin dən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə h ansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göst ərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağ lamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop mad dələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqs irləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəm əsinin qərarından görünür ki, həmin məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanı ağırlaşdırarkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, üzərində 13,655 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, habelə təyin olunan cəzanın məhkumun islah olunmasına təsirini və işin digər hallarının Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Cinayə t işinin materiallarından göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, onun qəsd etdiyi obyekt əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab olunur. Məhkum təqsirli bilindiyi əməl üzrə müəyyən edilmiş hallara görə, onun qanunsuz əldə edib saxladığı və daşıdığı heroinin ümumi çəkisi 13,655 qram olmaqla şəxsi istehlak miqdarının yuxarı həddindən təxm inən 91 dəfə, külli miqdarının aşağı həddindən isə təxminən 6,8 dəfə çoxdur və bu baxımdan ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu barədə də nəticəsini düzgün sayır və qeyd edir ki, həmin məhkəmə tərəfindən cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halın nəzərə alınmaması, bununla da CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə Məhkum təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Dövlət ittihamçısı M.İ.Vəliy evin kassasiya protestinə gəldikdə isə həmin protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum narkotik vasitə olan 13,655 qram heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilsə də, onun həmin narkotik vasitəni satmaq niyyətində olmasına dair heç bir sübut əldə olunmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticənin əksinə olaraq isə dövlət ittihamçısı hesab edir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş heroin üç bükümdə qablaşdırılmaqla onun şəxsi istehlak miqdarının yuxarı həddindən təxminən 91 dəfə, külli miqdarının aşağı həddindən isə təxminən 6,8 dəfə çox olması, həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edərək üstündə saxlamasını və daşımasını təsdiq edir. Halbuki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib daşımasına dəlalət edən kassasiya protestinin ehtimal xarakterli dəlilləri birinci instansiya məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya protestində də əksini tapmış, bu dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş və məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) araşdırılmış mötəbər sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza r əyləri ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamasına dair isə heç bir sübut əldə olunmamışdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Məhkum müdafiəçinin iştirakı ilə 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 28 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində törətdiyi əmə l barəsində geniş təfərrüatı ilə məlumat vermiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə, əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən isə siqaretin gümüşü rəngli iç kağızına bükülü özünün çıxarıb təqdim etdiyi 2 bükümdə olan heroini şəxsi istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş və Məhkum saxlanılmasında, polis bölməsinə gətirilməsində və üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2, hər birisinin həm ibtidai araşdırma, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrindən göründüyü kimi, Məhkum Nəsimi RPİ-nin İŞ-nə məcburi gətirilməsi barədə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, Ru hid Tağıyevin qərarı əsasında 03 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün yaşadığı evin qarşısında saxlanıldıqdan sonra sonuncunun narkotik vasitə aludəçisi olduğunu bildirdiyi üçün onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olması şübhəsi yarandığı o, polis bölməsinə aparılmış və orada şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərində olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası vurğulayır ki, həm bu ifadələrin, həm də ibtidai araşdırma zamanı toplanmış və kassasiya protestində istinad olunan digər sübutların fövqundə Məhkum onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olması barədə fikir yürütmək mümkün deyil ona görə ki, həmin sübutlarla onun belə niyyətdə olması müəyyən edilməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübuta isə istər ibtidai araşdırma orqanının yekun prosessual sənədlərində, istərsə də kassasiya protestində istinad olunmamış, belə sübutlar məhkəməyə təqdim olunmamış və məhkəmələr də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinə baxarkən həmin sübutları əldə etməmiş və araşdırmamışlar. İş materiallarından görünüdyü kimi, Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərkən ibtidai araşdırma orqanı onun üzərində aşkar edilmiş narkotiik vasitənin külli miqdarda olmasını əsas götürərək həmçinin başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X6 “Nail” adlı şəxsdən narkotik vasitə alması barədə verdiyi ifadələrinə də əsaslanmağa çalışmış, lakin ibtidai a raşdırma zamanı Məhkum fotoşəkili digər şəxslərin fotoşəkilləri ilə birldikdə ona tanınmaya təqdim olunarkən, sonuncu Məhkum ona narkotik satan şəxs kimi tanmadığını bildirmişdir. Qeyd olunan faktı, yəni Məhkum X6a narkotik vasitəni satması faktını təsdiq edən başqa sübutlar əldə edilmədiyindən sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərarı ilə təhlil eilən xüsusat üzrə Məhkum barəsində cinayət təqibinə CPM-nin 39.2ci maddəsi ilə xitam verilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını, habelə üzərində aşkar edilərək götürülmüş külli miqdarda heroini də məhz satış məqsədilə əldə edərək saxlamasını daşımasını təsdiq edən başqa sübutlar isə əldə olunmamışdır. Məhkum telefonuna baxış keçirilərkən də onun narkotik vasitələrin satışı məşğul olmasına dəlal ət edən telefon danışıqlarını və yazışmalarını aparması da aşkar edilməmişdir. Satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Beləliklə də, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Ci nayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məs uliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin in pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımınd an, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edi lməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinay ət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq ed ən heç bir mötəbər sübut əldə edilməsə də, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin (polis əməkdaşlarının) ifadələri, şəxsi axtarış və götürmə haqqında 03 noyabr 2021-ci il tarixli protokol, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri və maddi süutlar təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də birinci instansiya məhkəməsi yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin sübutların bir qismini və müdafiə tərəfinin vəsatətlərinə əsasən əlavə sübutları araşdırmaqla haqlı olaraq Məhkum təqsirliliyi və əməlinin hüquqi tövsif hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 21 noyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə uyğun eyni dəlillərlə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətində və apellyasiya protestində də əksini tapmış və apellyasiya instansiyası məhkəməsi öz qərarında bu dəlillərin hamısına araşdırılmış sübutlara, qanunvericilik aktlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Qərarlarına istinad etməklə ətraflı, əsaslandırılmış və inandırıcı cavablar vermiş, hər bir dəlil üzrə geniş təhlillər aparmış və həmin təhlillər və qiymətləndirmə üzərində qurulmuş öz yekun qərarını qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apardığı təhlillər, əsaslandırma və qiymətləndirməsi ilə tam razılaşaraq bunları hazırki qərarında təkrarlamağa ehtiyac görmür və qeyd edir ki, həmin məhkəmə iş üzrə müvafiq nəticəyə gələrkən həmçinin aşağıda göstərilənlərə də ə məl etmişdir. Belə ki, CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sü butların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsas ən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kim i göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyri nə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiy i CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; şəxs belə əməlləri qanunsuz etməlidir; narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutul ur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə a raşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, yuxarıda göstərildiyi kimi, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələr Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai ar aşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişlər. Həmçinin, hazırkı iş üzrə Məhkum narkotik vasitələrin başqa şəxsə satması, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş və onda aşkar edilmiş narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Beləliklə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim edilməmiş, onda aşkar edilmiş 13,655 qram çəkidə narkotik vasitənin – heroinin külli miqdarda olması və kassasiya protestində göstərilən ehtimal xarakterli digər dəlillər onun ittiham olunduğu əməli satış məqsədi ilə törətməsinə dəlalət etmir, çünki, yuxarıda göstərildiyi kimi, başqa sübutların mövcudsuzluğunda təkcə həmin narkotik vasitənin külli miqdarda olması Məhkum onu satış məqsədilə əldə edib saxlaması və gəzdirməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında əksini tapmış hüquq mövqeyə riayət etmiş, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almış və bütün şübhələri onun xeyrinə həll etməklə tamamilə əsaslı olaraq ehtimallar üzərində qurulmuş ittiham üzrə yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz s ayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirsizlik prezumpsiyasına nəinki şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli və təqsirsiz olub-olmamasını araşdırarkən, həmçinin onun törətdiyi əməlin CM-nin Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsinə tövsif edilməsinin mümkünlüyünü yoxlayarkən də əməl etməli və bu zaman yenə də bütün şübhələr onun xeyrinə həll olunmalıdır. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin c inayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkə mə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq o lunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Bütün yuxarıda təsvir olunanlardan çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya müraciətləri ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir, bu isə həmin məhkəmənin qəbul etdiyi qərarın qanuni, əsaslı və ədalətli olmasına, həmin qərarın isə ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması, yaxud da Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla (CPM-nin 42.1-ci maddəsində n əzərdə tutulmuş) xitam verilməsi barədə qərarın qəbul edilməsinin mümkünsüzlüyünə dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi və məhkumun müdafiəçisi S.Q.Həsənovun kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi haqda isə müdafiəçi S.Q.Həsənovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olu nanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar