Məhkəmə qərarları › İş №1(102)-957/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-957/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-957/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-287/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Elman İsayev), Məhkum, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 ( üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,22.06.2017-ci il tarixli fərdi sahibkar Zərərçəkmiş şəxs ilə bağlanmış “07” nömrəli əmək müqaviləsinə əsasən 22.06.2017-ci il tarixdən 22.06.2018- ci il tarixədək Bakı şəhəri *********** ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mobil telefon və aksesuarların satışı və təmiri ilə məşğul olan mağazada maddi məsul şəxs olmaqla xəzinədar-nəzarətçi vəzifəsində işləyərkən 07.10.2017-ci il tarixdə özündə olan açarla işlədiyi mağazanın kassasını açmaqla g ün ərzində həyata keçirilmiş satış nəticəsində yığılan, ona etibar edilmiş özgə əmlakını 13.534 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə talayaraq mağazadan çıxmış və bir daha geri qayıtmayaraq fərdi sahibkar Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-311/2019 nömrəli 03 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətində göstərmişdir ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin hökm və qərarları Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə cavab vermir. Bundan başqa, kassator şikayətində ailəsinin yeganə övladı olması, atasının olmamasını, anasının ağır xəstəlikdən əziyyət çəkməsini, heç bir sosial və maddi yardım almadığını nəzərə alıb ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Həmçinin o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklərin onun barəsində nəzərə alınmasını xahiş etmişdir. Kassator göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsini və təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorişəbaxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ağır cəza təyin edilməsini vurğulayaraq, Azərbaycan Respublik asının Cinayət Məcəlləsində edilmiş son dəyişikliklərin onun barəsində tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhk əmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Kassasiy a şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun cəzasının yüngülləşdirilməsinə dair şikayətin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, Məhkum əməlini könüllü etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi, onun əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmiş və törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi hökmü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü ma ddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 179.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzaların aşağı həddinə, müvafiq olaraq, 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edilməlidir ki, məhkumun əməlində cinayətlərin residivi var. O, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 fevral 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 127.2.3, 128, 228.1, 232.2.3, 332.3, 333.1, 336, 29, 120.2.3, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərarı ilə 01 ay 05 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Bunda başqa, kollegiya qeyd edir ki, məhkum zərərçəkmişə vurmuş olduğu 13.534 manat zərərdən heç nə ödəməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə Plenum qərarının tövsiyələri və istərsə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edi lməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai-təhlükəliliyi, həmçinin iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum e tmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Məhkəmə kollegiyası kassatorun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiq edilməsi barədə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, göstərilən qanun 01 dekabr 2017-ci il tarixdən qüvvədədir və tətbiq olunur. Məhkumun barəsində isə hökm 17 sentyabr 2018-ci il tarixdə çıxarılmışdır. Yəni, məhkumun barəsində ittiham aktı təsdiq edilərkən və barəsində hökm çıxarılarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu qüvvədə idi və məhkumun barəsində hökm göstərilən qanun müddəalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Odur ki, məhkumun bu dəlilinin də heç b ir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab et mir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41 9.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar